» » Tarixdə bu gün - 25 dekabr

Tarixdə bu gün - 25 dekabr

Müəllif: Vüsal от 25-12-2017, 00:00


25 dekabr — İlin 359-cu günü (uzun illərdə 360-cı). İlin sonuna 6 gün qalır.

Mühüm hadisələr:

336 — Tarixdə ilk dəfə Romada "Yeni il” qeyd edilib.
1925 — Beynəlxalq təqvim və saat qəbul edilib.
1975 — Bakı Məişət Kondisionerləri zavodu işə salınıb.
1989 — Rumıniyanın dövlət başçısı Nikolae Çauşesku arvadı ilə birgə güllələnib.
1991 — SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov istefa verib. İstefanın ertəsi günü SSRİ də süqut edib.

Azərbaycanda olan hadisələr:


1918 — General Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski isə nazir müavini təyin ediliblər.
1920 — Bakıda rus "Tənqid- Təbliğ teatrı” fəaliyyətə başlayıb.

1988— Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsi başa çatdırılır.

1991   — Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar qəbul edib. Dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması barədə qərar qəbul edilmişdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikası Ali Sovetinə müraciət ünvanlamışdı.

1991 — "Latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi haqqında” qanun qəbul edilib.
1991 — İran, ABŞ və İsrail Azərbaycanın müstəqilliyini tanıyıb.
1991 — Azərbaycan prezidentinin fərmanı ilə Milli Qvardiya yaradılıb.
1992 — Azərbaycan Respublikasının ali məktəblərinə qəbulun test imtahanları vasitəsilə aparılması haqqında qərar qəbul edilib.

 

Doğum günləri:


Tarixdə bu gün - 25 dekabr1906—  Görkəmli pedaqoq, filologiya elmləri doktoru, professor  Əli Sultanlı Naxçıvan şəhərində bənna ailəsində doğulmuşdur. İlk təhsilini Naxçıvanda alan Ə.Sultanlı 1923-cü ildə Naxçıvan Müəllimlər Seminariyasına qəbul olunur və 1928-ci ildə oranı bitirir. O, bir müddət "Şərq qalısı”qəzetində ədəbi işçi vəzifəsində çalışır.

Ə.Sultanlı 1929-cu ildə Bakıya gəlib, ADU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasında assistent və ömrünün sonuna kimi respublikanın ali məktəblərində, elmi-tədqiqat institutunda dünya və Azərbaycan ədəbiyyatından dərs deyir və geniş elmi-tədqiqat işi aparır. Ə.Sultanlı 1934-39-cu illərdə xarici ölkələr ədəbiyyatın tarixi kafedrasına rəhbərlik etmiş, 1939-1941-ci illərdə ADU-nun prorektoru vəzifəsində çalışmışdır. O, bir sıra dərsliklərin, müntəxəbat , tədqiqat əsərləri nin müəllifidir.

Ə.Sultanlı "Antik ədəbiyyat tarixi”, "Roma ədəbiyyatı müntəxəbatı”, "Antik ədəbiyyatı müntəxəbatı” kimi dərsliklərin, "Azərbaycana dramaturgiyasının inkişaf yolları”, "Nizami və Qərbi Avropa ədəbiyyatı” və s. görkəmli əsərlərin müəllifi kimi şöhrət qazanmışdır.

1960-cı il iyulun 18-də Bakıda vəfat etmişdir.

 

Tarixdə bu gün - 25 dekabr1909– Görkəmli rejissor, Xalq artisti  Ələsgər Məmmədtağı oğlu Şərifov   Şamaxı şəhərində dünyaya göz açıb.

1923-cü ildə Bakıda yeni açılan Teatr Texnikumuna qəbul olunur. Tələbəlik illərində Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı və Süleyman Səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri dram dərnəyində  baş rollarda  oynayıb.

  1926-cı ildə təhsilini başa vurub. İki il sonra Moskvada Teatr Sənəti İnstitutunun eksperimental teatr emalatxanasında rejissor Vsevolod Meyerholdun kursunda iki il təhsil alır. Ali rejissor diplomu ilə Bakıya dönür. Akademik Dram Teatrının yaradıcı heyətinə işə qəbul olunur.

  Həmin ərəfədə Bakıda kolxoz-sovxoz teatrı yaradılır. və bədii rəhbərlik Ə.Şərifova tapşırılır. Rejissor  burada Üzeyir Hacıbəylinin "Arşın mal alan”, "O olmasın, bu olsun”, Cəfər Cabbarlının "Almaz”, "Sevil” və "Yaşar” pyeslərini tamaşaya qoyur.

 Sənətdə tez bir zamanda tanınan rejissor Akademik Dram Teatrı kollektivinin sevimlisinə çevrilir. 1934-cü ildə teatra rejissor təyin edilir. Bir il sonra bu teatrda ilk müstəqil işi kimi Qurban Musayevin "Qızıl çeşmə” dramına quruluş verir. Daha sonra  bir çox pyeslərin   quruluşçu rejissoru olur.

 Ə.Şərifov görkəmli aktyor və rejissor Adil İsgəndərovla birgə Rəsul Rzanın "Vəfa”, Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz”, Hüseyn Cavidin "Şeyx Sənan”, Cabbar Məcnunbəyovun "İliç buxtası”, Tofiq Kazımovla isə Branislav Nuşiçin "Nazirin xanımı” əsərlərinin tamaşalarını hazırlayıb.

 Ə.Şərifov ölkəmizin digər teatrlarında da tamaşalar hazırlayıb. Gənc Tamaşaçılar Teatrında,  Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında  bir çox əsərlərə   səhnə həyatı verib.

Tanınmış rejissor kinoda  özünü aktyor kimi də sınayıb, "Səbuhi” filmində görkəmli şair, pedaqoq Mirzə Şəfi Vazeh obrazını canlandırıb. Rejissorun teatr sənətinin inkişafında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib, o, 1943-cü ildə Əməkdar artist, 1960-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

 Ələsgər Şərifov 9 sentyabr 1982-ci ildə vəfat edib.

 

Tarixdə bu gün - 25 dekabr1920— İqtisad elmləri namizədi, İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri Səlimova Şövkət Şahbaz qızı İsmayıllı rayonunun Basqal kəndində anadan olmuşdur.

1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir.

Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur.

İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur

1954-1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor  və kafedra müdiri, 1974-1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir.

1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.

1999-cu ildə Bakı şəhərində vəfat etmişdir .

 

Tarixdə bu gün - 25 dekabr1923 — II dünya müharibəsi iştirakçısı, baş leytenant, SSRİ tibb xidməti əlaçısı, Əməkdar səhiyyə işçisi Dürrə Əlabbas qızı Məmmədova Şəki şəhərində anadan olub.

940-cı ildə Bakı Əczaçılıq Texnikumunu bitirən D.Məmmədova doğma şəhəri Şəkidə 85 saylı aptekə müdir təyin olunur. 1941-ci il iyunun 22-də Böyük Vətən müharibəsi başlayanda 17 yaşlı gənc ilk könüllülər sırasında cəbhəyə yollanır. O, müharibənin ən "qaynar nöqtə"sində əsl kişilik, cəsarət və iradə nümayiş etdirərək yüzlərlə yaralını ölümün pəncəsindən xilas edir, döyüşün ən qaynar nöqtələrindən yaralıları çıxararaq onlara tibbi yardım göstərirdi.

Müharibənin ilk günlərində Qara dəniz Donanmasındakı 227 saylı ekspedisiya şöbəsinin sanitar anbarına rəis təyin olunan bu cəsur qız qorxu bilmədən, təhlükəyə sinə gərərək mərdliklə, cəsarətlə hərbi gəmilərdəki və hərbi hissələrdəki döyüşçüləri tibbi komplektlərlə və kimyəvi silah əleyhinə bağlamalarla təmin edib. O, qarşıya qoyulan vəzifəni yerinə yetirməklə yanaşı, komsomol komitəsinin katibi kimi də çalışıb. Alman-faşist işğalçıları ilə mübarizədə göstərdiyi nümunəvi xidmətlərinə görə, 45 saylı Hərbi-Dəniz Hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Parfençik və Qafqaz müdafiə rayonunun komandanı, kontr-admiral Markov Dürrə Məmmədovanı "Qırmızı ulduz" ordeni ilə təltif edib. Dəfələrlə ölümlə üz-üzə dayanan Dürrə xanımın işlədiyi sanitar anbarının qapısı yaxınlığına 1000 kiloqramlıq bir mərmi düşür və xoşbəxt təsadüf nəticəsində partlamır, lakin dağılan qapı-pəncərələrin təsiri altında işçiləri, o cümlədən Dürrə xanımı müxtəlif istiqamətlərə atır.

D.Məmmədova hərbi xidmətini 1948-ci ilədək Hərbi-Dəniz Donanmasının hospitalında davam etdirir. Silahlı qüvvələr sırasından tərxis olunandan sonra o, təhsilini təkmilləşdirmək üçün Leninqrad (indiki Sankt-Peterburq) şəhərində qalır. Həyat yoldaşının xidməti işi ilə əlaqədar 1951-ci ildən 1961-ci ilədək Primorsk vilayətində və Çin Xalq Respublikasının Port-Artur şəhərində çalışıb. 1961-ci ildə Bakıya qayıdan Dürrə xanım 329 saylı aptekdə 40 ildən çox reseptçi-nəzarətçi vəzifəsində işləyir. Cəbhə bölgəsində göstərdiyi rəşadətə görə onun sinəsini müxtəlif orden və medallar bəzəyir.

 

Tarixdə bu gün - 25 dekabr1931— Məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri Qara Teyfur oğlu Mustafayev

Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi  və 1985-ci ildə  elmlər doktoru   alimlik dərəcəsi almışdır.

  1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən indiyə qədər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışır.

Bu müddətdə o baş müəllim, dosent, dekan müavini, dekan, professor vəzifələrində çalışıb, 1992-ci ildən "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiridir.

Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunmuş, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilmiş və "Şöhrət Ordeni"nə layiq görülmüşdür.

Çoxlu sayda elmi və tədris-metodiki işin müəllifidir, o cümlədən: 600-dən çox məqalə 65 kitab, onlardan 15 monoqrafiya, 14 dərslik, 28 dərs vəsaiti, 5 telefilm və s. 9 elmlər namizədi və 2 elmlər doktoru yetişdirib. 18 yeni elmi konsepsiya irəli sürmüş, "biotik əlaqələr" adlı təbii qanun kəşf etmişdir. 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplomatlar, digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub.

Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür, Həsən Əliyev adına mükafata və "Şöhrət" ordeninə layiq görülüb.


Tarixdə bu gün - 25 dekabr1934 — Tanınmış şair, filologiya elmləri doktoru , professor  Famil Ağalar oğlu Mehdiyev (Famil Mehdi) Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur.

Əhmədvar kənd yeddiillik məktəbini bitirib .

1953-1958-ci illərdə ADU-nun jurnalistika fakültəsində təhsil etdirmişdır.

Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır

Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir.

"Alovlu publisist Səməd Vurğun", "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri", "Mətbuatda publisistika", "Bədii publisistika" kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur.

2003-cü il sentyabrın 29-da Bakıda vəfat etmişdir.

 

Tarixdə bu gün - 25 dekabr1935– Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Yusif Səməd oğlu Vəkilov (Yusif Səmədoğlu) Bakı şəhərində anadan olmuşdur.

Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957-1958). "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960-1965), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965-1969)[1], baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969-1976), "Ulduz jurnalının baş redaktoru (1976-1987), "Azərbaycan" jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).

 

"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi olmuşdur.


1940 —Tarix üzrə elmlər doktoru, professor,  AMEA-nın həqiqi üzvü; Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı (Vəlixanlı Nailə Məmmədəli qızı )Bakı Tarixdə bu gün - 25 dekabrşəhərində Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanlının ailəsində anadan olmuşdur.

1948-1958-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə oxumuşdur.
1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakultəsinin ərəb şöbəsinə daxil olmuşdur.
1963-cü ildə Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub təyinatla Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
1964-1967-ci illərdə Tarix elmlər doktoru Ziya Bünyadovun rəhbərliyi ilə "IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında” mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir.
1970-2005-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan (Bakı) Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda , Xəzər, Ziya, Azərbaycan Universitetlərində "Ərəb ölkələri tarixi”, "İslam tarixi”, "Ümumi tarix”, "Azərbaycan tarixi”, "Asiya və Afrika ölkələri tarixi”, "Dünya dinləri”, "Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı” və digər fənləri, eləcə də ixtisas üzrə kurs və seminarı tədris etmişdir.[1]
2006-cı il 7 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Heraldika şurasının üzvü seçilmişdir.
2007-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və vitse prezidenti seçilmişdir.
2010-cu il 8 fevral tarixində Azərbaycan Respublikası Prezsidentinin fərmanı ilə Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının üzvü seçilmişdir.
2010-cu il 19 fevral tarixində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı FondununHimayədarlar Şurasının üzvü seçilmişdir. 1998-ci ilin iyul ayından indiyədək AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktorudur.
2018-ci ilin noyabr ayının 25-də İpəkyolu Beynəlxalq Muzeylər Alyansının (İBMA) vitse-prezidenti seçilmişdir.


Tarixdə bu gün - 25 dekabr1958 –   Azərbaycanın  sebvilən şairi, publicist Ramiz Qusarçaylı  Quba rayonunun Çartəpə kəndində anadan olmuşdur. 8 illik təhsilini Çartəpə kəndində, orta təhsilini isə Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbdə almışdır. 1977-1979-su illərdə ordu sıralarında xidmət etmişdir.

Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Bakı Politexnik Universiteti) mexanika  fakultələrində təhsil almış, Bakı Baş Tikinti İdarəsində, "Elm və Həyat” jurnalı redaksiyasında, "Zaman” Beynəlxalq qəzetində və s   müxtəlif vəzifələrdə çalışmışdır.

 "Bağban” adlı ilk mətbu şeiri 1975-ci ildə "Azərbaycan gəncləri” qəzetində dərc edilmişdir. 17 yaşında ikən xalq şairi Osman Sarıvəlli ona "Qusarçaylı” təxəllüsünü vermiş, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edərək uğurlu yol diləmişdir. 1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən "Ay işığı” adlı ədəbi məclis yaratmış, 1994-cü ildə həmin məclisin bazasında AYB–nin Quba bölməsi təsis edilmişdir.

Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Söhrab Tahir, Musa Yaqub, Famıl Mehdi, Məmməd Aslan, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub, Vaqif Arzumanlı, Şahin Fazil, Vaqif Yusifli, Nazif Qəhrəmanlı, Həmid Abbas, İlham Abbasov, Əjdər Ol, Əli Rza Xələfli, Firuzə Məmmədli, Zakir Məmməd,Aynur Cəfərqızı və başqaları respublika mətbuatında onun yaradıcılığına həsr edilmiş məqalələrlə çıxış etmişlər. "Çörəyim daşdan çıxır”, "Ömür qapıları”, "Bir çiçək axşamı”, "Nə ğözəldi yolun, Allah”, ”Almalı kitab” və "Eşşəknamə” adlı şeirlər, "Göyəm ağacı” adlı tərcümə kitablarının, "Quba” adlı foto-albomun, "Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir. Professor Vaqif Arzumanlı Ramiz Qusarçaylının həyat və yaradıcılığına həsr etdiyi "Təbiət, qeyrət, həqiqət şairi” adlı, şair-tənqidçi Zakir Məmməd "Haqqın cəlalı Qusarçaylı şeirində” adlı, Gülarə Aydın isə "Məni yaman tutub şeir havası” adlı kitablarını dərc etdirmişlər. Şeirləri İngilis, rus, ukrayna, fars və Dağıstan xalqlarının dillərinə tərcümə edilmiş, Donetsk şəhərində "Buz örtüyü” adlı topluda dərc olunmuşdur. Kitabları Rusiya, Ukrayna, Iran və Türkiyədə nəşr olunmuşdur. Macar, italyan, İngilis, rus, ukrayna dillərindən tərcümə etdiyi şeirləri "Göyəm ağacı” adlı kitabda dərc olunmuşdur.

"Ay işığı” ədəbi məclisinin rəhbəri kimi Dərbəndin ədəbi qüvvələri ilə sıx əlaqələr yaratmış, bu da milli tərkibi müxtəlif olan bir bölgədə dostluğa, qardaşlığa və sivil mədəniyyətimizin işıqlı sabahına xidmət edən ədəbi mühitin yaranmasına gətirib çıxarmışdır.

2009-2010-cu il üçün Prezident təqaüdünə layiq görülmüşdür.


Tarixdə bu gün - 25 dekabr1960— Azərbaycanın Milli Qəhrəmanı Niyazi Şərəfxan oğlu Aslanov Qasım İsmayılov rayonunda (indiki Goranboy rayonu) anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Qasım İsmayılov rayonunda özünü müdafiə dəstələri yaradılan zaman buraya ilk yazılanlardan biri də Niyazi idi.

Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il 4 may tarixində Tap Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğlu  ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı  adına layiq görülmüşdür.

Goranboy rayonu Tap Qaraqoyunlu kəndində dəfn edilmişdir.

Buradakı kənd orta məktəbi onun adını daşıyır

 

Tarixdə bu gün - 25 dekabr1965— Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi  Füzuli Salah oğlu Rüstəmov

Tərtər rayonunda anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür.

Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verilmişdi. 1990-cı ildə ermənilərin Xankəndinə yürüşünün qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi Füzuli xeyli qan itirmişdi.

Azərbaycan Respublikası Prezidentninin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı  adı verilmişdir.

Tərtər rayonunun Hüsənli kəndində dəfn edilib.


Vəfat etmişdir:


1977— Məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenari müəllifi Çarli Çaplin 88 yaşında Veve (İsveçrə) şəhərində vəfat etmişdir.

Tarixdə bu gün - 25 dekabrÇarli Çaplin 1889-cu ildə Londonda Çarlz Çaplin və Hanna Çaplinin övladı kimi dünyaya gəlmişdir. Onun valideynlərinin ikisi də musiqiçi idilər. Anası məşhur rəqqasə idi. O, anadan olandan bir az sonra valideynləri ayrılırlar.

Çaplin öz karyerasına 5 yaşında İngiltərədə teatrlarından birind başlamışdır. Burada o küçə uşağı rolunu uğurla oynamışdır.

Çaplin bir dəfə də olsun Oskar mükafatı almayıb. Yalniz müsabiqədən kənar Oskara layiq görülüb.

Amerikada 40 ildən çox yaşasa da bu ölkənin vətəndaşı olmayıb. Həmişə Böyük Britaniya vətəndaşı olub.

Həyatında çox qadın olan Çaplin 4 dəfə evlənib və 11 uşaq atası olub. 12-ci uşağı məhkəmə vasitəsi ilə ona sırımağa çalışsalar da, ekspertiza aktyorun uşağın atası olmadığını təsdiq edib. Aktyorun sonuncu övladı o 73 yaşında olanda doğulub.

Çaplin "Böyük Diktator" filmində canlandırdığı Adolf Hitlerdən 4 gün böyük idi. Deyilənlərə görə, Hitler bığının formasını Çaplindən götürüb.

Çaplin – fotosu Time jurnalının üz qabığında təsvir olunan ilk aktyor idi. 1975-ci ildə o, cəngavərlik titulu almışdı.

Başqa ad altında Çaplinin oxşarları müsabiqəsində iştirak edib. Bir versiyaya görə aktyor müsabiqədə ikinci, birinə görə üçüncü, başqa versiyaya görə isə beşinci yeri tutub.

Çaplin ayaqlarını 20 min dollar dəyərində sığorta etmişdi.

1928-ci ildə çəkdiyi "Sirk" filmində qulağına mobil telefona oxşayan qurğu tutan qadın təsvir edilib.

Çarli Çaplin sol əllə yazırdı.

"Qadın istənilən kişi milyarderi milyonçu edə bilər" və "Mən fillərə nifrət edirəm: onlar çox güclü və sözəbaxandılar" məşhur fikirlərinin müəllifidir.

Çarli San Fransisko teatrında kasıba (kasıb – onun ən populyar obrazı) oxşayan adamların müsabiqədə inkoqnito iştirak edəndə hətta finala keçməyi bacarmamışdı.

Çaplinin gözləri mavi olub.

2016— Məşhur Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının Xalq artisti 66 yaşında Bakıda vəfat etmişdir.

Tarixdə bu gün - 25 dekabrAbdullayev Ağaxan Minaxan oğlu 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur.

1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində təhsil almışdır.

1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunmuşdur.

1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışmışdır.

1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.

 

Tarixdə bu gün - 25 dekabr2016 —Məşhur  şair və tərcüməçi, Azərbaycan komsomolu mükafatı laureatı Tapdıqov İlyas Oruc oğlu (İlyas Tapdıq) 82 yaşında Bakıda vəfat etmişdir.

İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbini bitirdikdən sonra -1952-1956-cı  illərdə APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır.

Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redactor, Azərnəşrdə redaktor, böyük redaktor, "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redactor, Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri,  Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru, Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri , "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri və s.  vəzifələrdə işləmişdir.

İlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Şairin uşaq əsərlərinin mühüm bir qismini yurdumuzun təbiətinə, gözəlliklərinə həsr olunmuş əsərlər təşkil edir. "Bildirçin" uşaqların çox sevdiyi, həvəslə əzbərlədiyi,söylədiyi əsərlərdəndir. "Dəmirağac" şeirində təbiətin möcüzəsi olan dəmirağacın xüsusiyyətləri poetik bir dillə bəhs edilir. "Bir evim var..." şeiri şifahi xalq ədəbiyyatının tapmaca janrında istifadə yolu ilə yazılmışdır. "Qaçaq dovşan" poemasının qəhrəmanı uşaqların çox sevdiyi dovşandır. Bu əsər uşaq ədəbiyyatımızda dovşana həsr olunan digər əsərləri təkrarlamır, orijinallığı ilə diqqəti cəlb edir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz