» » 12 İyun Uşaq Əməyinin İstismarına Qarşı Ümumdünya Mübarizə Günüdür

12 İyun Uşaq Əməyinin İstismarına Qarşı Ümumdünya Mübarizə Günüdür

12 İyun  Uşaq Əməyinin İstismarına Qarşı Ümumdünya Mübarizə Günüdür

Tarix boyu dünyanın bütün ölkələrində uşaq əməyindən müxtəlif məqsədlər üçün istifadə edilmişdir.
ILO-nun (International Labour Organization – Beynəlxalq Əmək Təşkilatının) cari tədqiqat və son əhali məlumatlarına görə, dünya daxilində 5-11 yaş qrupunu təşkil edən uşaqların 60 milyona yaxını çalışır. Dünyada 9-14 yaş qrupunda 272 milyon uşaq işləyir.
Uşaqlardan fəhlə kimi istifadə hallarına daha çox sənaye, kənd təsərrüfatı, dağ-mədən, kiçik ailə təsərrüfatları kimi sahələrdə tez-tez rast gəlinir.
Zaman-zaman ümumi təhsilə başlanması, sənayeləşmə dövründə iş şərtlərində dəyişikliklər, işçi anlayışının və uşaq hüquqlarının ortaya çıxması ictimaiyyətin bu cür məsələlərə reaksiyasına səbəb olmuşdur.
2002-ci ildə Beynəlxalq Əmək Təşkilatı (BƏT) 12 iyun gününü  Uşaq Əməyinin İstismarına Qarşı Ümumdünya Mübarizə Günü kimi elan etmişdir.

12 İyun  Uşaq Əməyinin İstismarına Qarşı Ümumdünya Mübarizə Günüdür

Amma uşaq əməyinin istismar edilməsinə qarşı cəmiyyətdə etirazlar əvvəllərdə mövcud olmuşdur.
Məsələn, XX əsrin sonlarında Osloda (Norveç) və Amsterdam keçirilən beynəlxalq konfranslar məhz uşaq əməyinin a\ır formalarda istismarı məsələlərinə həsr edilmişdir.
Bu fəaliyyətlər uşaq əməyinin istismarını aradan qaldırılması yönümündə ictimaiyyətin diqqətini çəkdi.
Bundan əlavə, bu konfranslar statistika və empirik tədqiqat üçün istifadə edildi.
"Azərbaycan 2003-cü ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT) 38-ci konvensiyasına qoşulub. Konvensiya uşaqların əməyə cəlb edilməsinin yaş həddini müəyyənləşdirir. Göstərilir ki, 15 yaşınadək uşaqlar əməyə cəlb edilməməlidir. Bu, onların təhsilinə və sağlamlığına təsir etdiyinə görə 15 yaşınadək uşaqların əməyindən istifadə qadağandır. Bu yaşdan sonra isə uşaq əməyindən istifadə edilə bilər, amma bu da qanun çərçivəsində olmalıdır. Burada müəyyən hədlər qoyulur.
Məsələn, uşaq 4 saatdan artıq işləməməlidir, ağır şeylər qaldırmamalıdır və s. Həmin konvensiyada qanunu pozanların məsuliyyətə cəlb edilməsi də nəzərdə tutulur. Ölkəmizdə uşaq əməyindən istifadə hallarına rast gəlmək olsa da, dünya ölkələrində olduğu kimi iistismardan, həqarətdən söhbət gedə biməz. Ölkəmizdə buna səbəb ola biləcək ictimai zəmin yoxdur.
12 İyun  Uşaq Əməyinin İstismarına Qarşı Ümumdünya Mübarizə Günüdür

Qeyd : Məlumatlar informasiya üçün açıq mənbələrdən götürülmüşdür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.