» » 2 İyul polis işçilərinin peşə bayramıdır

2 İyul polis işçilərinin peşə bayramıdır

2 İyul polis işçilərinin peşə bayramıdır

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Sədri və Daxili İşlər Naziri Fətəli xan Xoyski 1918-ci il 2 iyul tarixində ölkədə ilk polis bölümünün yaradılması barədə əmr vermişdir.
Bununla da Azərbaycan polis orqanlarının əsası qoyulmuşdur.
AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi. Əvəzində "milis" adlandırılan bir qurum yaradıldı.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirildi.
Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 İyul Azərbaycan Polisi Günü elan edilmişdir.
Azərbaycan polisi hər zaman sabitliyin və asayişin keşiyində olmuş və bu gün də öz şərəfli vəzifəsini yerinə yetirməkdədir.

2 İyul polis işçilərinin peşə bayramıdır

Təhlükəli hallarda insanların həyatını xilas etmək üçün canını belə əsirgəməyən nə qədər polis əməkdaşımız var. Mən Azərbaycan polisi deyəndə polis adına ləkə gətirən kimləri yox, mənim, sənin, onun üçün, hamımız üçün, Vətənimiz üçün, xalqımız üçün yaşayan, mübarizə aparan, ən riskli vəziyyətlərdə belə düşünmədən özünü irəli atan, ölümün qarşısına mərd-mərdanə çıxan çoxsaylı polislərimizi düşünürəm. İlk səhifədə belə qəhrəman oğullarımızdan 8 nəfərin şəklini verdim. Adlarını bilərəkdən yazmadım. Onlar 8 deyil, səksəndir, səkkiz yüzdür... Onlar mənim üçün bizi qoruyan Polisdir. Onlar hər zaman keşikdədir. Polisi sevmək lazımdır, polisə minnətdar olmaq lazımdr... Dünyada baş verən hadisələri necə saya almamaq olar, elə isə bu əmin-amanlığı təmin edən mübarizləri, onların əməyini niyə ehtiramla yad etməyək?
Polis əli rezin dəyənəkli, xüsusi geyimli, xüsusi vasitələrlə təchiz edilmiş jandarm deyil. Polisi də Ana doğub, onun da övladı var. Sadəcə, polis işin çətinini, məsuliyyətlisini seçib. Onların malik olduğu texniki imkanlar, sadəcə, cinayətkarlığın qarşısını öncədən almaq, cinayətkarı zərərsizləşdirmək üçündür. Sovet dövründə qəzetlərdə yazardılar: "Mənim milisim məni qoruyur". Niyə bəs indi deməyək?
İnternetdə oxumuşdum. Bir xanım yazırdı ki, metro stansiyasında rəfiqəmi gözləyirdim. 10-15 dəqiqədən çox olmazdı.

2 İyul polis işçilərinin peşə bayramıdır

Polis mənə yaxınlaşıb dedi ki, siz stansiyada çox dayanmısınız. Xanım sual edir ki, niyə metroda dayanmaq qadağan olunmalıdır ki? Amma mən bilsə idim ki, o polis kim olub, gedib onun rəisinə təşəkkür edərdim. Deməli, polis işləyir, keşikdədir, müşahidə edir. Metro stansiyası kimi gediş-gəlişin inensiv olduğu bir yerdə polis 10-15 dəqiqəlik bir zamanda bu halı müşahidə edibsə, bu, peşə sayıqlığıdır.
Biz ökəmizdə asayişlə yaşamaq istəyiriuksə, bu asayişin mahiyyətini bilməliyik. Biz qanunları bilməli, qanunlara əməl və hörmət etməliyik. Polis bizim keşikçimizdir, bizə xidmət edir. İnsanlar polisə güvənməli və polislə bir olmalıdır.
Azərbaycan polisini uzaq ölkələrdən gətirməyiblər. Bizlərdən kimsə ola bilməz ki, onun polisdə işləyən qardaşı, dayısı, əmisi, atası, qohumu olmasın. Yəni, Azərbaycan Polisinin tərkibi Azərbaycan xalqının özündən təşkil olunub və o, hər zaman Azərbaycan xalqının xidmətindədir.

2 İyul polis işçilərinin peşə bayramıdır

Bayramınız mübarək!

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 75
  • Məqalələri: 1018
^
"Ana və Uşaq" asyişimizin keşikçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara cansağlığı, uzun ömür arzulayır.
Bayramınız mübarək!
  • Нравится
  • 0