» » 11 iyul Dünya Əhali Günüdür

11 iyul Dünya Əhali Günüdür

Müəllif: Vüsal от 11-07-2017, 00:20
11 iyul  Dünya Əhali Günüdür

Təcili və əhəmiyyətli ola biləcək əhali problemlərinə diqqət çəkmək məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) İdarə Heyəti tərəfindən 1989-ci ildə 11 İyul Dünya Əhali Günü kimi qeyd olunmasını təsdiq etmişdir.
İlk dəfə 1990-cı ildə 90-dan artıq ölkə tərəfindən qeyd edilib. Məqsəd dünya əhalisi məsələləri ilə məlumatı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.
Azərbaycanda bu yönümlü tədbirlər son illər diqqət mərkəzindədir. Azərbaycanda MDB məkanında ilk dəfə olaraq qəbul edilmiş, əhali sakinliyi və demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası" bunu sübut edir. Prezident İlham Əliyevin 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı” təsdiq edilib. Proqram çərçivəsində dövlət başçısının 19 mart 2007-ci il tarixli Fərmanına əsasən Dövlət Miqrasiya Xidməti yaradılıb. 28 dekabr 2006-cı il tarixdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilib.

11 iyul  Dünya Əhali Günüdür

Dünya Əhali Günü ilk dəfə olaraq 2005-ci ildən Azərbaycanda geniş şəkildə qeyd olunmağa başlanıb.
Əhali müəyyən bir zamanda və məkanda bir yerdə yaşayan fərdlərin ümumi sayıdır. Bir ölkənin əhali ilə əlaqədar demoqrafik, sosial və iqtisadi istiqamətlərinin , eləcə də cəmiyyətin ehtiyaclarının müəyyən edilməsi, həm də bu ehtiyacların həll edilməsi baxımından əhəmiyyətli bir qaynaqdır. Əhalinin demoqrafik quruluşu, yəni yaş və cinsiyyət bölgüsü ilə əlaqədar məlumatların yanında məhsuldarlıq, ölüm, məskunlaşma kimi həyati hadisələrlə əlaqədar məlumatlar yer alır.
Bu gün dünya əhalisi, təxminən, 7,3 milyarddır: bunun təxminən 2,6 milyardını Çin və Hindistan kimi inkişaf etməkdə olan ölkələrin əhalisini təmsil edir.
2011-ci ildə dünyada adambaşına düşən ortalama milli gəlir 13,7 ABŞ dolları ikən, insani inkişafı pis səviyyədə olan az inkişaf etmiş ölkələrdə 2,9 ABŞ dolları, yaxşı səviyyədə olan çox inkişaf etmiş ölkələrdə isə 40 ABŞ dollar olmuşdur.
"Minilliyin İnkişaf Məqsədləri”- 2014-cü il hesabatına görə inkişaf etməkdə olan ölkələrdə təxminən hər beş adamdan biri gündə 1,25 ABŞ dolları qədər gəlir əldə edir. Bu ölkələrdə əhalinin təhsil və səhiyyə səviyyəsi də pisdir.
Cəmiyyətin normal həyat və fəaliyyətlərini dayandıran və bununla bağlı təcili müdaxiləni tələb edən hadisələr və bu hadisələrin meydana gətirdiyi böhran halına qarşı birgə fəaliyyət məhz dünya əhalisi haqqında zəruri məlumatlar olduqda nizamlana bilir, məsələn, Suriya və dünyanın bir çox qaynar nöqtələri bura daxildir.
Suriyada daxili qarışıqlıqlar başlamazdan əvvəl 20 milyon ətrafında bir əhaliyə sahib olan
Suriyada bu gün təxminən 12,2 milyon adam təcili humanitar yardıma ehtiyac duymaqdadır.
Bu müddətdə təxminən 7.650.000 Suriyalı evini tərk etmək məcburiyyətində qalmış,
3 milyonu aşan Suriyalı də qurtuluşu qonşu ölkələrə sığınmaqda tapmışdır. 29 İyun 2015-ci il tarixli rəsmi qeydlərə görəŞ Türkiyədə 1,7 milyondan çox Suriyalı yaşamaqdadır. Öz  doğma yerlərindən didərgin salınmış  bu əhali, həm özləri üçün həm də sığındıqları ölkə üçün səhiyyə, təhsil, sığınma, bəslənmə və cinayətə qarışmaq kimi hadisələr baxımından risk meydana gətirməkdədir.
İndiki vaxtda Dünyada rekord sayda bir əhali, təxminən, 60 milyon adam böhranlar səbəbiylə yerlərindənedilmişdir. Bu əhalinin şərəfli bir həyat haqqını, etibarlı bir mühitdə yaşamalarını və insani ehtiyaclarını aradan qaldırmalarını təmin ölkələrin əhəmiyyətli bir vəzifəsidir.

11 iyul  Dünya Əhali Günüdür

Qeyd: İnternet məlumatlarına əsasən işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz