» » Tarixdə bu gün - 24 dekabr

Tarixdə bu gün - 24 dekabr

Müəllif: Vüsal от 24-12-2017, 00:05

 

           24 dekabr 


İlin 358-ci günü (uzun illərdə 359-cu).

İlin sonuna 7 gün qalır.


Mühüm hadisələr:


1638 – Osmanlı hökmdarı IV Murad Bağdadı ələ keçirmişdir.
1825 – Rus çarı I Nikolay taxta çıxmışdır.

1924 – Albaniya Respublikası yaradılmışdır. 

1943 – Sovet qoşunları Ukraynada alman- faşist qoşunlarına qarşı əks -həmləyə keçmişdir.

 1961-ci il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümummilli liderin ailəsində dünyaya göz açmışdır.

2013-cü ildə üçüncü müddətə Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev xalqımızın ulu öndəri Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək erudisiyaya malik olan İlham Əliyev beynəlxalq aləmdə müasir və praqmatik siyasətçi kimi tanınır.

Onun rəhbərliyi ilə həyatın bütün sahələrində böyük uğurlara imza atan, dinamik inkişaf edən Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib.

 

 

Tarixdə bu gün - 24 dekabr

 

 

1966 – SSRİ-nin "Luna 13" kosmik gəmisi Ay səthinə uğurlu eniş etmişdir.
2007-ci il. Şirvan şəhərində "Cənub” elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. 780 meqavat gücə malik bu stansiya 2013-cü ildə istifadəyə verilib.

2007 – Azərbaycan Kommunist Partiyasının (AKP) XXXVII (IV) qurultayı keçirilmişdir.

2011 Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə "Bakı Ağ şəhər”in təməli qoyulub. Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən bu ərazi vaxtilə "Qara şəhər” kimi tanınırdı və ekoloji baxımdan tamamilə yararsız vəziyyətdə idi. "Bakı Ağ şəhər” layihəsinin baş məsləhətçisi Böyük Britaniyanın dünyada tanınmış beynəlxalq layihələndirmə şirkətidir.


Tarixdə bu gün - 24 dekabr

Doğum günləri:

 

Tarixdə bu gün - 24 dekabr1902 – Azərbaycanın ilk kişi radio diktoru İsmayıl Əlibəyov Bakıda anadan olmuşdur.
Azərbaycanda radionun tarixi 1926-cı il noyabrın 6-dan başlayır. Həmin gün Bakının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!” ifadəsi ətrafa yayılıb.
 Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olurlar.

1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilir. Raya İmanzadə ilə Azərbaycan Dövlət Gənclər Teatrının əməkdaşı Ənvər Həsənov 1928-ci ildə radioda diktor kimi fəaliyyətə başlayırlar. Bu dövrdə məşhur şair Hüseyn Natiq (o, II Dünya müharibəsində həlak olmuşdur), Səməd Səmədov (sonralar Buzovna qəsəbəsində birləşmiş xəstəxanada həkim kimi fəaliyyət göstərdi), hərbçi Əsgər Mövsümzadə, əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şairə Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışmışlar.

Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər.

İsmayıl Əlibəyov 1988-ci ildə Bakıda vəfat etmişdir.

 

Tarixdə bu gün - 24 dekabr1906 –  Böyük Vətən müharibəsinin  iştirakçısı - Brest şəhərinin azad edilməsi uğrundakı döyüşləridə  4-cü qvardiya korpusunun tank əleyhinə qırıcı divizionunun komandiri  olmuş qvardiya mayoru Əliqulu oğlu İbrahimov Bakının Bilgəh kəndində dünyaya gəlib.
Zaqafqaziya hərbi məktəbini, sonra isə birləşmiş süvari hərbi məktəbini bitirib polk qərargahının rəisi olmuşdur. 1926-cı ildən 1937-ci ilə qədər bir sıra şəhərlərdəki hərbi məktəblərdə, birləşmə və diviziyalarda xidmət edib. Əliheydər İbrahimov hər yerdə özünü  rəşadətli əsgər kimi göstərmiş, komandanlığın və şəxsi heyətin rəğbətini qazanmışdır.

1941-ci ildə alman-faşist işğalçıları  keçmiş sovetlər ölkəsinə hücum edəndə  Əliheydər İbrahimov komandanlığa müraciət edərək  könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etmişdir. Cəbhəyə gəldikdən sonra Əliheydər İbrahimov komandanlığın əmri ilə 4-cü qvardiya Kuban qırıcı tank əleyhinə korpusunda divizion komandiri vəzifəsinə təyin edilmişdir. Əvvəllər Şimali Qafqaz cəbhəsində, sonralar isə Cənub cəbhəsində, 3-cü və 4-cü Ukrayna cəbhələrində döyüşmüşdür.  Poltava yaxınlığında yaralanmasına almasına baxmayaraq,  xidmətini davam etdirmiş, Taqanroq, Nikolayev, Odessa şəhərlərinin alınmasında iştirak etmişdir.

Əliheydər İbrahimovun komandirlik etdiyi divizion Brest şəhərinin azad olunmasında misli görünməmiş qəhrəmanlıq göstərmişdir. Onun divizionu Brest şəhərinə birinci girmiş, şəhər uğrundakı döyüşlərdə Əliheydər İbrahimov 17 yara almış, hər iki gözünü itirmişdir. Ağır yaralanan Əliheydər İbrahimov 1944-cü ildə Penza hərbi xəstəxanasına gətirilmişdir. Hər iki gözünü itirməsinə baxmayaraq, o,  dəfələrlə bu sözləri təkrar edirmiş: "Eybi yoxdur, mənim cəbhə yoldaşlarım faşistlərdən mənim intiqamımı alacaq, qanımı yerdə qoymayacaqlar". Əliheydər İbrahimovun vəziyyətinin get-gedə ağırlaşdığına görə 1944-cü ildə hərbi xəstəxananın rəisi məktub yazaraq, həyat yoldaşı Asya Hüseynzadəni onun yanına çağırmışdı.  Daha sonra qəhrəman həmyerlimizin vəziyyətini nəzərə alaraq onu Sovet Ordusu sıralarından tərxis ediblər.

Əliheydər İbrahimov bu ağrılı həyatı 9 il  yaşamış,  1953-cü il noyabrın 6-da ömrünün 47-ci ilində həyatla vidalaşmışdır. Cənazəsi doğulub boya-başa çatdığı Bakının Bilgəh kəndindəki qəbiristanlıqda dəfn olunmuşdur.

1958-ci ildə qəbri üstündə Dövlət Mükafatı laureatı Fuad Əbdürəhmanovun yaratdığı tunc barelyef qoyuldu. Son anlarınadək onun qayğısına qalmış həyat yoldaşı Asya xanıma isə 1958-ci ilin 12 fevralında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə fərman verilmişdir: "Sovet Ordusunun döyüşçüsü, Böyük Vətən müharibəsi əlili, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı, qvardiya mayoru Əliheydər İbrahimova qulluq edərkən göstərdiyi fədakarlıq, diqqət və qayğı üçün Asya Səracəddin qızı Hüseynzadə yoldaş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilsin".


 

Tarixdə bu gün - 24 dekabr

 

 

Tarixdə bu gün - 24 dekabr1939 –  tanınmış şair Məmməd Aslan Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. 

Orta təhsilini Kəlbəcər qəsəbə   orta məktəbində almışdır. 1957-1962-ci illərdə  V.İ.Lenin adına APİ-nin filologiya fakültəsində təhsil almışdır .

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir.

1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Daha sonra Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur.Uzun illər AzTV-də "Dərədən-təpədən” verilişinin aparıcısı olmuşdur.

Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə etmişdir. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" şeirlər məcmuələri   belə tərcümə nümunələridiridir.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. "Şöhrət" ordeni ilə təltif edilmişdir .

Məmməd Aslan 23 sentyabr 2015-ci ildə Zaqatalada vəfat etmişdir.

Şair Masazır qəbiristanlığında dəfn olunmuşdur.


Tarixdə bu gün - 24 dekabr1958–  Həyatdan vaxtsız köçmüş  jurnalist  Zöhrab Əmirxan oğlu Əmirxanlı rayonunda anadan olub.

Z. Əmirxanlı Şamaxı internat məktəbindəoxumuş və həmin məktəbin VIII sinfini fərqlənmə şəhadətnaməsi ilə bitirərək Şamaxı Pedaqoji Texnikumuna imtahansız qəbul olunmuşdur. Texnikumu  bitirdikdən sonra Şamaxının ucqar Xilmilli kəndində üç il müəllim kimi fəaliyyət göstərimişdir.

1982-87-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır. Təhsil illərində  Nurəddin Babayev, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi kimi  məhur alimlərin tələbəsi olmuşdur. 

Uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkən Zöhrab  Əmirxanlı 1 may 2017-ci il tarixdə dünyasını dəyişmişdir.

İki qız, bir oğlu yadigar qalmışdır. 


Vəfat etmişdir:


Tarixdə bu gün - 24 dekabr1970 – Sovet İttifaqı Qəhrəmanı Rəfiyev Nəcəfqulu Rəcəbəli oğlu 55 yaşında vəfat etmişdir.
Nəcəfqulu Rəfiyev 1915-ci il martın 22-də Ordubad şəhərində anadan olmuşdur. 1935-ci ildə Sovet Ordusuna çağırılmış, 1937-ci ildən ali hərbi məktəbdə təhsil almağa başlamışdır. Faşist Almaniyasının SSRİ-yə hücum etməsindən 4 gün keçdikdən sonra sürücü-mexanik, tank komandiri, tank vzvodunun komandiri kimi Cənub—Qərb, Şimali Qafqaz, 1-ci Belorusiya cəbhələrində alman faşist işğalçılarına qarşı vuruşmalarda iştirak etmişdir. 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən vuruşmalarda, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərmişdir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq etmiş, 1955—1959-cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, Culfa rayon hərbi komissarı işləmişdir.
1959-cu ildə ordudan tərxis olunmuş, Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirmişdir.

Tarixdə bu gün - 24 dekabr1979 – Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti Sona Salman qızı Hacıyeva 72 yaşında Bakıda vəfat etmişdir.
Sona Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə Əzizə Məmmədovanın ailəsində dünyaya göz açıb, bir yaşında ikən atasını itirib.
1923-cü ildə Sona Hacıyeva Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolunu ifa edib. Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-Cadu" əsərində yaratdığı Səlimə rolu teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlib. Sonralar Sona Hacıyeva uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqət cəlb edən obrazlar yaradıb.
Sona Hacıyeva 1920-ci ildən ömrünün sonuna (1979) kimi Dövlət Dram Teatrının səhnəsində Azərbaycanın klassik dramaturqlarından tutmuş müasirlərinə kimi, eləcə də dünya dramaturqlarının əsərlərində müxtəlif obrazlar yaratmışdır. Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Zeynal Xəlil, Sabit Rəhman, İslam Səfərli kimi dramaturqların əsərlərində müxtəlif obrazlara səhnə həyatı vermiş Sona Hacıyeva dövrünün görkəmli teatr xadimləri ilə tərəfmüqabil olmuşdu. Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyyə Davudova, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli kimi korifeylərlə nəinki bir səhnədə, həm də eyni tamaşada məharətli oyun nümayiş etdirmək çətinliyi qədər də şərəfli idi. Rejissor Adil İsgəndərov Sona Hacıyeva ilə işləməyi çox sevirdi. O, tamaşalarda Sona xanıma ayıracağı rolu dəqiq və düzgün seçirdi. Bu səbəbdən də gənc aktrisanın yaratdığı obrazlar inandırıcı təsir bağışlayırdı.
 
Tarixdə bu gün - 24 dekabr2016  Xalq rəssamı Fərman Qulamov Astara şəhərində doğulmuşdur.

1967-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir.

1976-cı ildə Tbilisi Rəssamlıq Akademiyasını bitirmişdir.

1973-cü ildə Ümumittifaq və Xarici sərgilərdə iştirak etmişdir.

1986-cı ildə Xəzərətrafı respublikaların Biennalı sərgisində III mükafata layiq görülmüşdür.

1993-cü ildə Almaniyanın Fulendorf şəhərində fərdi sərgisi keçirilmişdir.

1993-1994 cü illərdə Bakı, Fulendorf və Moskva şəhərlərində fərdi sərgiləri keçirilmişdir.

1993-cü ildə Moskvada (Şərq Qalereyasında) "Şərqin Qalereyası" adlı birgə sərgidə iştirak etmişdir.

1994-cü ildə 1993-cü il üzrə ən yaxşı əsər üçün 1-ci mükafata layiq görülmüşdür. 1994-cü ildə "Humay” mükafatı ilə təltif olunan rəssam dəzgah boyakarlığı ilə məşğul olur.

Əsərləri Fransa, Almaniya, Polşa, Finlandiya, Türkiyə, İran və Əlcəzairdə keçirilmiş sәrgilәrdә nümayiş etdirilmişdir. Onun işləri ilə Tretyakov Qalereyasında, Şərq Ölkələrinin Açıq Muzeyində tanış olmaq olar. Əsərləri, həmçinin, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz