» » Adın şərəflidir

Adın şərəflidir


Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə qoruyub saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Adın şərəflidir


Bu gün Azərbaycan qadınları bayram əhvali-ruhiyyəsindədirlər. Bu gün dünyamızın bəzəyi, şərəfi olan olan analarımızın, baçılarımızın bayramıdır. Ümummilli liderimiz Heydər Əliyevin qadınlarımız haqqında iftixarla dediyi sözlər onların halal haqlarıdır: "Mən dünyanın çox yerlərini gəzmişəm, qadınlarını görmüşəm. Fikrim belədir ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir.”
Bu, təkcə zahiri gözəlliyə əsaslanıb gəlinmiş nəticə deyildi. Bu, insanlığın yaranışından Azərbaycan qadınının saflığı, sədaqəti, iradəsi, mərdliyi və s. mənəvi-əxlaqi sifətləri ilə qazandığı şərfət, ucalıq idi. Azərbaycan xalqının taleyində Azərbaycan qadını müstəsna rol oynamışdır.
Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın həyat yoldaşı Qətibə xanım, Özbək xanın həyat yoldaşı Mehrican xanım, Uzun Həsənin anası – Şərqdə


Adın şərəflidir

ilk diplomat qadın Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, Şirvanşah Xəlilullanın həyat yoldaşı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, Əfsanəvi Tuti Bikə , Xurşid banu Natəvan, Ağa bəyim ağa Ağabacı, Qönçəbəyim, Fatma xanım Kəminə, Çahnigar xanım, Gövhər xanım Qacar, Həmidə xanım Cavanşir, üzü bəri gəldikcə, Nigar xanım Şıxlinskaya, Məsmə xanım Talışinskaya, Səltənət xanım Əhmədova, Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva, Mərziyə Davudova, Fatma Qədiri, Hökümə QurbanovaNəsibə Zeynalova, ağabacı Rzayeva, Elmira Şaxtaxtinskaya, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə, məçhur alimlər Umnisə Musəbəyova , Zəhra Quliyeva, Zərifə xanım Əliyeva, Azərbaycanın Milli Qəhrəmanlarından Salatın Əsgərova, Gültəkin Əsgərova, müasir dövrümüzdə Adilə Namazova, Zeynəb Xanlarova, Mehriban Əliyeva kimi neçə-neçə məşhur qadınlarımız var ki, onlar xalqımızın həyatında, milli dəyərlərimizin formalaşdırılmasında müstəsna rol oynamış və bu gün də bu şərəfli vəzifəni davam etdirməkdədirlər.

Adın şərəflidir

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkəmizdə ümumi əhalinin 51 faizini qadınlar təşkil edir. Qadınların 52 faizi şəhərdə, 48 faizi kəndlərimizdə yaşayırlar. Onların 23 faizi 14 yaşınadək, 69 faizi 15-64 yaşınadək, 8 faizi isə 65 və daha yuxarı yaşlardadır.bu gün qadınlarımızın 49,5 faizi əmək fəaliyyəti ilə məşğuldur. 15 yaşından yuxarı hər 1000 qadından 745-i ali və tam orta təhsilə malikdirlər. bütün elmi işçilərin 50 faizini qadınlar təşkil edir.Qadınlar Milli Məclisdə, eləcə digər yüksək dövlət orqanlarında təmsil olunurlar.
Azərbaycanın Birinci xanımı, YUNESKONUN xoşməramlı səfiri, Millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsindəsöz sahibidirlər. Şərq və Qərb xüsusiyyətlərini özündə cəmləşdirən, milli dəyərlərimizin və mədəniyyətimizin, bütövlükdə ümummilli problemlərimizin dünya müstəvisinə çıxarılmasında mehriban xanım öz ictimai-siyasi fəaliyyəti ilə qadın hərəkatını daha da canlandırmış, onun tarixində yeni bir mərhələ açmışdır. Mehriban xanımın fəaliyyəti ilə Azərbaycan qadın hərəkatını yeni məzmun kəsb etmiş, daha da müasirləşmişdir.
Fransız maarifçisi Jonvo yazmışdır ki, o ölkədə ki, qadın alçaldılmışdır, orada sivilizasiya puç olur. O dövlətdə ki, qadın maariflənmişdir, həmin ölkədə xalq öz parlaq gələcəyinə əmin ola bilər.

Adın şərəflidir

Bu mənada xalqımız, əziz qadınlar, Sizə sayənizdə üzüxeyirli sabahlara əminliklə addımlayır.
Amma müasir həyatımız sizə nə qədər bilikli, mədəni, maariflənmiş səviyyəyə qaldırmışsa da, məişət, iş qayğılarınız müəyyən qədər də iqtisadi problemlər sizing zərifliyinizə, incəliyinizə təsir etdiyini unutmamalıyıq. Cünki istər ailədə, istər cəmiyyətdə qayğıların daha ağır yükü sizing üzərinizə düşür. Dövlətimiz inkişaf etdikcə sizing məişət və həyat qayğılarınız tamami ilə aradan qaldırılacaq. Sizin üzərinizə yox, əlinizə alacağınız yük qalacaq: ərləriniz, oğullarınızın, sevgililərinizin Sizə məhəbbətini pıçıldayacaq Gül …
Bayramınız mübarək , Azərbaycan Qadınları!
Bayramınız mübarək, Ana və uşaq.az Qadınları!
Sizə əsl Qadın-Ana səadəti arzulayırıq. Çöhrələrinizdə hər zaman bəxtiyarlığınızı ifadə edən təbəssüm görək…

 

Adın şərəflidir

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz