» » 21 fevral - Beynəlxalq Ana Dili Günüdür

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

Müəllif: Təsisçi от 21-02-2017, 00:20


21 fevral - Beynəlxalq Ana Dili Günüdür


21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulmayan aksiomadır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər bəxş olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana Dili Günü hamını bu cinayətə qarşı birləşməyə səsləyir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Və əgər nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.... Və bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

 

Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. ...Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs Ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr tarixdə "Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və "Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Ana dilimizi qorumaq, sevə-sevə istifadə etrmək bizim hər birimizin borcudur.

Dünyanın bütün xalqları hər hansı xalqın ana dilinə hörmətlə yanaşmalı, mədəni əlaqələrlə dostluq və sülh körpüsü yaratmalıdır.

Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunurlar: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, .

Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.

Yer üzündə əhalinin 80%-i 7000 dildən yalnız 80 dili bilir. Qalan dillərdə əhalinin 20%-i danışır. 3,5 min dil əhalinin 0,2%-nə aiddir. Amma buna baxmayaraq, hər dilin yaşamaq haqqı var və hər bir millət öz dilini qorumalı və yaşatmalıdır.



21 fevral - Beynəlxalq Ana Dili Günüdür


Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.

Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ)* dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.

"Şəffaflıq Azərbaycan" təşkilatı 2015-ci ilin noyabr ayında "Azərbaycan Şəffaflıq Tərəfdaşlığı" layihəsi çərçivəsində Transparency.az –a istinadən dünya dillərinin təsir gücü ilə bağlı maraqlı faktlar təqdim etmişdilər. Massaçusets Texnologiya İnstitutu (ABŞ) dünya dillərinin təsir dairəsinə dair apardığı təhqiqat nəticələrinə görə, 1000-ə yaxın dilin işlənməsi və qarşılıqlı əlaqəsini müqayisəli analiz edilib, 247 dil son 30 ildə çap olunmuş 2 milyondan çox kitab, açıq ensiklopediya – "Vikipediya”da məqalə və müəlliflərin, "Tvitter”də sözlərin sayı və başqa parametrlər üzrə araşdırılıb.

Təhqiqatın nəticələrinə görə, Azərbaycan türkcəsində 27 milyon adam danışır. 30 ildə Azərbaycan dilindən 774 kitab tərcümə olunub. Azərbaycan dilinə çevrilmiş kitabların sayı 1658-dir. Azərbaycan bu baxımdan siyahıda 83-cü yerdə qərarlaşıb.

Təhqiqatın nəticələrində bildirilir ki, erməni dilində dünyada 6 milyon nəfər danışır. 30 ildə erməni dilindən 1100 kitab tərcümə olunub, erməni dilinə isə 2139 kitab çevrilib. Erməni dili bu parametr üzrə 58-cidir.

Gürcü dilində dünyada 4 milyon adam danışır. 30 ildə gürcü dilindən 1224 kitab tərcümə edilib. Gürcü dilinə çevrilən kitabların sayı 2176-dır.

Rus dilində 278 milyon nəfər danışır. Bu dildən 101395 kitab tərcümə olunub. 82 min 772 kitab isə ruscaya çevrilib.

Türkiyə tükcəsində 70 milyon adam danışır. Bu dildən 30 ildə 2658 kitab tərcümə edilib, 11874 kitab isə Türkiyə türkcəsinə çevrilib.

Fars dilində 107 milyon adam danışır. 30 ildə bu dildən 2837 kitab tərcümə olunub. Farscaya çevrilən kitabların sayı 11329-dur.

Dilin təsir dairəsinə görə ilk sırada ingilis dili durur. Dünyada 1 milyard 500 milyon adam ingiliscə danışır. Bu dildən 30 il ərzində 1 225 237 kitab tərcümə olunub. İngiliscəyə çevrilən kitabların sayı 146 294-dür.

Fransız dili təsir dairəsinə görə ikinci yerdə gəlir. Bu ildə 200 milyon adam danışır. 30 ildə bu dildən 216 624 kitab tərcümə olunub. Fransız dilinə tərcümə olunan kitabların sayı 238 463-dir.

185 milyon nəfərin danışdığı alman dili siyahıda üçüncüdür. 30 ildə bu dildən 201 718 kitab tərcümə olunub. Alman dilinə isə 292 124 kitab çevrilib.

Azərbaycan dilinin dövlət dili statusuna sahib olması və dilimizin mənəvi dirilik atributuna çevrilməsi Ümummilli liderin tarixi xidmətləri sayəsində mümkün olmuşdur. Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması və regionda etibarlı ünsiyyət vasitəsinə çevrilməsi məhz Heydər Əliyevin səyləri və qayğısı sayəsində mümkün olmuşdur. Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adının bərpa olunması bu tarixdən başlayaraq hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edilməsi dilimizə sonsuz sevgi və qayğı demək idi.. ...Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. 2002-ci il 30 sentyabr tarixdə "Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyac di və Ana dilimizin beynəlxalq aləmdə təntənəsi idi...

Bu ənənələri ölkəmizin ndiki prezidenti, cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və "Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğınınifadəsidir.

Bu güı müstəqil ölkəmizin vətəndaşları ana dilimizin qürurunu yaşayır, xalqımıza məxsus mədəni, ədəbi irsi öz ana dilində dinləyirlər. Bu münasibətlə istər ölkəmizdə, istər dünyanın hər hansı guşəsində yaşayan və övladı , nəvəsi məhz bu dildə ona "ana/ata”, "baba/nənə” deyib çağırdığı hər bir həmvətənimizi ürəkdən təbrik edirik.


Yaşasın Azərbaycan xalqı!

Yaşasın Türk xalqı!

Ana dilimiz daim var olsun!



21 fevral - Beynəlxalq Ana Dili Günüdür


Mənbə: http://www.aztv.az/readnews.php?lang=az&id=622

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz