» » Tarixdə bu gün - 21 dekabr

Tarixdə bu gün - 21 dekabr

Müəllif: Vüsal от 21-12-2017, 00:15

 

Tarixdə bu gün - 21 dekabr

 

21 dekabr

 

 İlin 355-ci günü (uzun illərdə 356-cı).

İlin sonuna 10 gün qalır.

 

Mühüm hadisələr:

Tarixdə bu gün - 21 dekabr

1891 — İlk basketbol oyunu keçirilmişdir.

1925 - Sovet kino rejissoru Sergey Ayzenşteynın "Potemkin Zirehli gəmisi" adlı filminin nümayişinə başlandı.

1930 — SSRİ mərkəzi rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının Əldərə, Lehvaz, Astazur, Nüvədi və digər yaşayış məntəqələri Ermənistan SSR-in tərkibinə qatılmışdır və bu torpaqları özündə cəmləyən Mehri rayonu yaradılmışdır.

1958 — Şarl de Qoll Fransanın ilk prezidenti seçilmişdir.

1979 - Sovet İttifaqı Əfqanıstanı işğal etdi.

1987 - Türkiyədə İkinci Turqut Özal hökuməti quruldu(Respublika dövrünün 46-cı hökuməti).

1991 - Rusiya, Belarusiya, Ukrayna, Qazaxıstan, Moldova, Azərbaycan, Ermənistan, Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan rəhbərləri, bir araya gələrək Sovet İttifaqına son qoyulduğunu və Müstəqil Dövlətlər Birliyinin (MDB) (Commonwealth of Independent States) yaradıldığını açıqladılar.

 

Doğum günləri:

1916 —   Əməkdar incəsənət xadimi, məşhur yazıçı  Süleyman Vəli oğlu Vəliyev  Bakıda qəsəbəsində fəhlə Tarixdə bu gün - 21 dekabrailəsində anadan olmuşdur.

Süleyman Vəliyevin "Əmanət kassası" adlı ilk hekayəsi 1932-ci ildə "Hücum" jurnalında çap olunmuşdur. Ədəbi mühitə çox tez və asan, fəhlə kadrı kimi daxil olmuşdur.  O, bir müddət "Azərbaycan gəncləri", "Kommunist" qəzetlərinin müxbiri oldu, "İnqilab və mədəniyyət" jurnalında ədəbi işçi oldu.

1940-cı ilin oktyabrında hərbi xidmətdən qayıdan Süleyman Vəliyev xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri oldu.

1941-ci il iyun ayının 23-də S. Vəliyev hərbi komissarlığa ərizə ilə müraciət edib cəbhəyə gedir. Məşhur 416-cı milli diviziyanın alaylarından birinə düşdü və onun tərkibində 1941-ci ilin avqustunda İrana  getmişdir. O, əsir düşdüyü vaxt 416-cı Azərbaycan diviziyasının "Azərbaycan döyüşçüsü" adlı qəzetində hərbi müxbir idi.

1944-cu ilin yazında S. Vəliyev müttəfiqlərin ağır bombardmanı zamanı düşərgədən qaçıb Triyest vilayətinin dağlarında bina salmış partizan dəstələrinə qoşulur. Yazıçı burada Sila adı ilə cəsur döyüşçü və qisasçı kimi qəhrəmanlıqlar göstərir. Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseynzadə, Mirdaməd Seyidov da həmin partizan diviziyalarında vuruşurdular.

1944-cü ilin iyul ayında Triyest şəhəri Amerika-ingilis müttəfiq qoşunları tərəfindən azad edildi. İlin sonlarında müttəfiq qoşunları Triyest vilayətini azad edəndə əsir yazıçı sovet-alman cəbhəsində döyüşlər davam etdiyindən Avstriya, Fransa, Yuqoslaviya, Misir, İraq və nəhayət İranda yaşamağa məcbur olur.

Süleyman 1946-cı ilin   oktyabrında qatarla Çelyabinskdən Bakıya  qayıdır.

Süleyman Bakıda Mirzə Fətəli küçəsində 9-cu dalanın ikinci mənzilində balaca bir otaqda yaşayır. "İnqilab və mədəniyyət"jurnalında ədəbi işçi düzəlir. Ev şəraiti barədə Səməd Vurğuna ərizə yazandan sonra böyük şair onun "koma"sına şəxsən gəlib tanış olur. O zaman Caparidze rayon İcraiyyə Komitəsinin sədri olan əfsanəvi təyyarəçi, Sovet İttifaqı qəhrəmanı Məzahir Abbasov böyük şairin xahişi ilə S.Vəliyevə Tmənzil verilir.

Nəticədə, Süleyman Vəliyev 1949-cu ilin yayında Sibirin Lena çayı sahillərindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilir. Nəticədə 1946-1947-ci illərdə yazılmış "Mübahisəli şəhər»" romanının çapını dayandırırlar. Yazıçı Sibir soyuğunda özünü mənəvi cəhətdən Bakıdan yaxşı hiss edirdi. Gizli sorğu-suallar onun qanını içmişdi. Bir neçə ay sonra yoldaşı onun yanına gəldi. 1950-ci ildə oğlu Seyran, 1952-ci ildə isə qızı Leyla sürgündə doğuldular.

S. Vəliyev 1955-ci ildə arvadı və iki övladı ilə Bakıya qayıdır. Gəlişindən 20 gün sonra ona indiki Nizami küçəsi 51 -ci   ünvanda yerləşən balaca ev verirlər.

1957-ci ildə yazıçının "Mübahisəli şəhər" romanı yazıldı.

80-ci illərin əvvəllərində yazıçı öz xatirələrini "Qanadı qırıq quş da uçarmış" adı ilə çap etdirdi. Yazıçının Sibir sürgünündə gördüyü həqiqi faciələr bu sənədli povestdə böyük qüvvə ilə, sənədli dəqiqliklə əksini tapmışdı. Burada əksini tapan həyat faktları bizim ədəbiyyatımız üçün tamam təzə idi, tarixi həqiqətlərin bədii formada bərpası kimi ədəbi əhəmiyyət kəsb edirdi. Bu romanda yazıçının şəxsi faciəsi öz inandırıcılığı ilə uydurma və bəzəkli müharibə nəsrinin şablonlarını təkzib edirdi. 1994-cü ildən Azərbaycanın Günahsız Siyasi Qurbanlar Assosiasiyasının rəyasət heyətin üzvü idi. Onun əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunur. Bədii yaradıcılığında tərcümə də mühüm yer tutur.

Süleyman Vəliyev 1996-cı il martın 7-də Bakı şəhərində 80 yaşında vəfat etmişdir.

Məzarı İkinci Fəxri Xiyabandadır.

1922 – Görkəmli alim, filologiya elmləri doktoru, professor Kamran  Dadaş oğlu  Məmmədov

Tarixdə bu gün - 21 dekabrŞuşa şəhərində anadan olmuşdur. Orta məktəbin yeddiillik sinfini bitirdikdən sonra, 1936-1938 illərdə Bakı Pedaqoji Texnikomunda, daha sonra Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində davam etdirmişdir.   

Kamran Məmmədov Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunda (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) bir müddət baş elmi işçi vəzifəsində çalışdıqdan sonra, 1961-1986 illərdə "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1986-cı ildən ömrünün sonuna kimi Nizami adına Ədəbiyyat İnstitutunda elmi məsləhətçi olmuşdur.

O, Azərbaycan və Türkiyə Ensiklopediyalarının üzvüdür.

Kamran Məmmədovun rəhbərliyi altında 12 namizədlik dissertasiyası müdafiə edilmiş, 70-ə qədər namizədlik və doktorluq dissertasiyalarına rəsmi opponent olmuşdur.

Kamran Məmmədov 6 aprel 1989-cu ildə Bakıda vəfat etmişdir.

Kamran Məmmədovun XIX-XX əsrlər Azərbaycan ədəbiyyatına dair monoqrafik tədqiqatları, ədəbi-tənqidi məqalələri vardır.

O, 1971-ci ildə Azərnəşrdə çap edilən ikicildlik Əbdürrəhim bəy Haqverdiyevin "Seçilmiş əsərləri"nin, 1984-cü ildə nəşr olunan Qasım bəy Zakirin "Seçilmiş əsərləri"nin tərtibçisidir.

Kamran Məmmədov üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi”nin  müəlliflərindən biridir.

Kamran Məmmədov eyni zamanda bədii nəsr, xatirə və publisistikaya aid əsərlərin də müəllifidir.

1923 —Məşhur şərqşunas və tarixçi alim, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan Milli Elmlər Akademiyası  Şərqşünaslıq İnstitutunun direktoru işləmiş Ziya Bünyadov  Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur.

Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir.

O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi.  Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi.  Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi.

1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

 Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir.  1954-cü ilin may ayında "İtaliya İmperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib  və  həmin ilin avqustunda Bakıya qayıtmışdır. Həmin ildə o, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir.

1 964-cü ildə o, "Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi almışdır.

1967 -ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

 1970-ci ilədək onun elmi rəhbərliyi altında artıq səkkiz namizədlik və üç doktorluq işi müdafiə olunmuşdu.

O, 1988-1990-cı illər ərzində Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir.

1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır.[2] Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüşdür. 1992-ci ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilmişdir.

1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüşdür. 1992-ci ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilmişdir.

1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.


Tarixdə bu gün - 21 dekabr

Tarixdə bu gün - 21 dekabr1923— Azərbaycan müğənnisi, Azərbaycanın Xalq artisti    "Şöhrət" ordenli Tükəzban Məhərrəm qızı İsmayılova Bakı şəhərində anadan olmuşdur.   

O, 1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil almış və peşəkar xanəndə kimi çıxış etməyə başlamışdır.

Repertuarında muğam, təsnif, "Yeri, dam üstə yeri", "Qarabağ şikəstəsi", "Qaragöz" və s xalq  və   bəstəkarları mahnıları əsas yer tutmuşdur.

Onun özünəməxsus üslubda oxuduğu "Qatar”, "Xaric segah”, "Şahnaz”, digər muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirmişdir.

Tükəzban İsmayılova mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən sənətkar olmuşdur.

1994–2004-cü illərdə isə İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərmişdir.Milli musiqimizin böyük sənətkarlar nəslinin görkəmli nümayəndəsi olmuş Tükəzban İsmayılova yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə fərqlənirdi. Ömrünün altmış ildən artıq bir dövrünü muğama həsr edən Tükəzban İsmayılova musiqimizin inkişafı naminə böyük əmək sərf etmişdir.

2008-ci il mart ayının 24-də Bakıda vəfat etmişdir.

1927— Məşhur heykəltəraş, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarixdə bu gün - 21 dekabrhəqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru  Ömər Həsən oğlu Eldarov Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.

Yaradıcılıqla yanaşı,  Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958-1968-ci illərdə o Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltəraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib. Ömər Eldarov 1969-1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə Ömər Eldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.

Oktyabrın 19-da Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Ömər Həsən oğlu Eldarov "Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.

1940 — Azərbaycanın dövlət xadimi, politoloq, Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti və Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri olmuş Vəfa Mirzəağa oğlu Quluz adə  Bakı şəhərində anadan olmuşdur. Onun atası ədəbiyyatşünas, filologiya elmləri doktoru və professor Mirzəağa Quluzadə idi.  Anası Yaqut Dilbazi şairə Mirvarid Dilbazinin bacısıdır.  O, Qazaxın Dilboz bəylərindən olan ruhani şair Seyid Nigarinin nəslindəndir.

1973-cü ildə Heydər Əliyev Misirdə olarkən burada  tərcüməçi işləyən V.Quluzadə ilə  tanış olmuşdur. 1973-cü ildə vətənə qayıdan Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlamışdır . Həmin illərdə  V.Quluzadə eyni zamanda Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını da bitirmişdir.

Uzun müddət  Prezident aparatında  xarici siyasət məsələləri üzrə  müşavir vəzifəsində çalışmışdır.

Hakimiyyətdən istefadan sonra o, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti olmuş və fəalliyyətini mətbuatla qurmuşdu. O, səfirliklərlə, diplomatlarla, xarici nümayəndələrlə görüşüb, xaricə konfranslara gedirdi. Qafqaz Universitetində və Azərbaycan Dillər Universitetində mühazirələri olmuşdur.

1 may 2015-cı ildə Bakı şəhərində səhhəti qəflətən pisləşib və o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirlimişdir. Ürəyindən əməliyyat olunsa da, halı qəflətən pisləşmiş  və vəfat etmişdir.

Vəfa Quluzadə 2 may 2015-cı ildə Yasamal qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılıb.

Tarixdə bu gün - 21 dekabr1958— Müsir uşaq yazıçısı Gülzar Hidayət qızı  İbahimova Zəngəzur mahalının Mehri rayonu Əldərə kəndində müəllim ailəsində anadan olub.

1977-ci ildə AzXTİ - nin (indiki İqtisadiyyat Universiteti) sənayenin planlaşdırılması fakültəsinin axşam şöbəsinə daxil olub və 1982-ci ildə bitirib.  

2004-cü ildən 2011 ilə qədər ANS PRESS Nəşriyyat evində çalışaraq BALA DİLİ jurnalı yarandığı gündən ona rəhbərlik edərək şef-redaktoru olub.

Hazırda "Kiçik Dünya"   ictimai birliyinin təsisci və idarə heyətinin sədri və   "Sehrli Dünya" uşaq jurnalının baş redaktorudur.  

2007-ci il də BDU-nun professoru Qara Namazovun rəhbərliyi ilə təşkil edilmiş komissiya araşdırmalarından sonra Gülzar İbrahimova müasir uşaq yazıçısı kimi,  Bakı Dövlət Universitetinin "Azərbaycan Uşaq Ədəbiyyatı" dərsliyinə salınmışdır.

(gulzaribrahimova.com), (sehrlidunya.com) uşaq saytlarının təşəbbüskarı, müəllifi və baş redaktorudur. Rəngarəng, maraqlı, səsli nağıllarla zəngin sayt kiçik yaşlı uşaqlar üçün şox  maraqlıdır.

 

Vəfat etmişdir:

1949  — Azərbaycanda travmatologiya  elminin banisi, tibb elmləri doktoru, professor   Ağaxan Talışınski ( Mir Tarixdə bu gün - 21 dekabrƏbülfət bəy Mir Rza xan oğlu Talışınski)  64 yaşında Bakı şəhərində vəfat etmişdir.

 Mir Rza xan oğlu Talışınski 19 sentyabr 1885-ci ildə Lənkəran şəhərində anadan olmuşdur.

Mir Əbülfət bəy ilk təhsilini Lənkəran şəhər birdərəcəli məktəbini bitirdikdən sonra 1901-cu ildə təhsilini Bakıda gimnaziyada davam etdirmişdir. 1909-cu ildə gimnaziyanı bitirən Mir Əbülfət bəy Talışinski elə həmin il Kiyev Dövlət İnstitutunun tibb fakültəsinə qəbul olur. 1916-ci ildə İnstitutu bitirir.

Elmi-təcrübi işlə yanaşı, Ə.Talışinski 1920-ci ildən başlayaraq pedaqoji fəaliyyətini də davam etdirir və Bakı Universitetinin tibb fakültəsinin tələbələrinə cərrahiyyə və travmotologiya-ortopediyadan dərs deyir. 1931-ci ildə universitetin ümumi cərrahiyyə kafedrasının dosenti seçilən Ə.Talışinski ortopediya-travmotologiya kurslarına rəhbərlik etmişdir. Ə.Talışinski 1939-cu ildə Azərbaycan Tibb İnstitutunun elmi şurasının qərarı ilə Azərbaycan Respublikasının Həkimləri Təkmilləşdirmə İnstitutunun professor və travmotologiya-ortopediya kafedrasına müdir seçilmişdir. O, 1945-ci ilə qədər bu kafedraya rəhbərlik etmişdir.

 Professor Ə.Talışinski 1945-ci ildə Bakı şəhərində təşkil edilmiş Azərbaycan Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun travmotologiya-ortopediya və protezləşmə klinikasının müdiri təyin edilmişdir. O, ömrünün axırına qədər bu vəzifədə çalışmışdır.

Ə.Talışinski 1935-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun tələbələri üçün Azərbaycan dilində ilk dərslik – "Travmotologiya” monoqrafiyasını yazmışdır. Uzun illərin elmi fəaliyyətini yekunlaşdıran Ə.Talışinski 1936-ci ildə "Yalançı oynaqların və gec bitişən sınıqların müalicəsində sümük köçürülməsi kimi yeni cərrahi müdaxilə” mövzusunda respublikada ilk dəfə travmotologiya elmi sahəsində doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1937-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini, 1939-cu ildə professor elmi adı alır.

 

2015 –Azərbaycan teatr və kino aktyoru , Əməkdar artist Ələsgər Məmmədoğlu  69 yaşında Bakı şəhərində vəfat etmişdir.

Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.

 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.  1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində maraqlı epizodik rollar  oynayıb.

 

Tarixdə bu gün - 21 dekabr

Bayramlar və xüsusi günlər:

 

• İlin ən uzun gecəsi ("Şəbi-yəlda")

 Qışın daxil olduğu gün 21 dekabr – "Şəbi-Yəlda” adlanır və ilin ən uzun gecəsi sayılır. Belə hesab edilir ki, Yəlda gecəsi qış daxil olur. Həmin gün həm də çillənin daxil olduğu və gecə ilə gündüzün bərabər olduğu gündür. Müsəlman ölkələrində Şəbi-Yəlda ən sevimli ailə bayramlarından biridir. "Şəbi-Yəlda” münasibəti ilə onlar qohumların və dostların görüşünə gedirlər.

 

• Qış gündönümü (Şimal yarımkürəsində)

Qış gündönümü adlanan bu gündə Cənub yarımkürəsi daha çox istilik alır, ən uzun gündüzlər müşahidə olunur. Cənub qütb dairəsindən cənubda isə qütb gündüzləri baş verir.

 

• Dünya Kooperativçilik Günü

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz