» » Tarixdə bu gün - 15 dekabr

Tarixdə bu gün - 15 dekabr

Müəllif: Vüsal от 15-12-2016, 00:00

 

15 dekabr

İlin 349-cu günü (uzun illərdə 350-ci). İlin sonuna 16 gün qalır.

Mühüm hadisələr:

1256— Hülakü xan qoşunları  Əlamut qalasını yerlə- yeksan edib. Qala indiki İran ərazisində yerləşirdi

1806— Napoleonun ordusu Varşavanı tutub.

1917— Moldova Xalq Respublikası elan edilib.

1920— İnqilab Komitəsi "Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” dekret imzalayıb.

Doğum günləri:

1832Eyfel qülləsinin yaradıcısı,  mühəndis Qustav Eyfel  Fransada dünyaya gəlmişdir.

 1923-cü il  dekabrın 27-də Parisdə vəfat etmişdir.

Tarixdə bu gün - 15 dekabr1905  — Azərbaycanın ilk qadın rəssamı, Əməkdar incəsənət xadimi  Reyhan İbrahim qızı Topçuboşova  Qubada anadan olmuşdur.

1931-1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumuşdur. 1941-1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini olmuşdur.

1923-cü ildə həkim Mustafa bəy Topçubaşovla ailə həyatı qurur. Bu evlilikdən 1924-cü ildə İbrahim adlı oğlu doğulur, 1927-ci ildə isə əkiz Zemfira və Elmira dünyaya gəlir. Reyhan xanım İbrahim Topçubaşovun anasıdır.

İbrahim atasının yolu ilə getdi, Azərbaycanın məşhur cərrahı oldu, 1970-ci ildə vəfat etdi. İbrahimin oğlu Ceyhun Topçubaşov da Azərbaycanın məşhur həkimlərindəndir, hazırda Mərkəzi Klinik Xəstəxanada çalışır.

Reyhan Topçubaşova 5 mart 1970-ci ildə Bakıda vəfat etmişdir.

Portret, məişət, mənzərə janrlarında işləmiş, eləcə də süjetli komposiziyalar və natürmortlar çəkmişdir. Mənzərələrində Abşeron təbiətinin təsviri əsas yer tutur. Mahnı və rəqs ansamblları üçün geyim eskizləri də hazırlamışdır və s.

1907—Görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, 1952-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının Tarixdə bu gün - 15 dekabrakademiki, 1974-cü ildə Azərbaycan Respublikası əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı

Əliyev Həsən Əlirza oğlu Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur. 1941-1945 –ci illərdə Böyük Vətən Müharibəsinin  iştirakçısı olmuşdur.

Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunun elmi işlər üzrə direktor müavini (1944-1949), eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim (1945-1949), Azərbaycan SSR Elmlər Akademiyası Botanika İnstitunun direktoru (1949-1952), Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirinin birinci müavini və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1952), Azərbaycan SSR Elmlər Akademiyasının akademik-katibi (1952-57), Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunda laboratoriya müdiri (1957-1967), Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitunun direktoru (1968-1993) vəzifələrində işləmişdir.

Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili H.Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində onun xidmətləri əvəzsizdir. O, cəmiyyətin ekoloji maariflənməsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verirdi.

Əliyevin "Həyəcan təbili" əsəri (Bakı, 1976, 1982) təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır. Əliyev coğrafiya elmləri üzrə bir sıra problem şuralarının sədri və üzvü olmuşdur. Yüksək ixtisaslı kadrlar hazırlanmasında böyük xidməti var.

2 fevral 1993-cü ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

Tarixdə bu gün - 15 dekabr1909— Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri,  Azərbaycan Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlul oğlu Bəhlulzadə (Səttar Bəhlulzadə   Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa "Kommunist" qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib.

Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.

Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.

Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat etmişdir. Əmircan kəndində dəfn olunmuş, qəbri üstündə ona abidə ucaldılmışdır.

1912 Azərbaycanın ilk qadın bəstəkarı,  Əməkdar incəsənət xadimi  Ağabacı İsmayıl qızı Rzayeva

Tarixdə bu gün - 15 dekabr Bakıda musiqiyə dərin hörmət bəslənilən ziyalı ailəsində anadan olmuşdur.

Ağabacı  1929-cu ildə  Pedaqoji texnikumu bitirib , əvvəlcə  bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin o, uşaqlıqdan sevdiyi musiqiyə hər zaman can atırdı. Yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edirdi. Maştağada yerli radio qovşağı yaradılarkən gənc müəllimənin təşəbbüsü və yaxından iştirakı ilə xəbərlər arasında musiqi nömrələri də verilərdi. Onu da qeyd etmək lazımdır ki, A. Rzayeva musiqi-maarifçilik işini ömrünün sonuna kimi davam etdirmişdi.

1934-cü ildə konservatoriyanın nəzdində xalq musiqisi şöbəsi təşkil olunarkən Üzeyir bəy Ağabacı ilə bacısı Ruqiyyəni öz  bu qrupa  qəbul edir.

Ağabacı xanım not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır.

Burada  musiqi-nəzəri fənlərdən  ona Ü.Hacıbəyov, Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyirlər. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır.

Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olmuşdur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. İlk qadın bəstəkarımız klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şer ustalarının yaradıcılığına müraciət etmişdir. Bunlar arasında Nizami, Nəsimi, Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, Əşrəfoğlu, N.Rəfibəyli, İ.Səfərli, Ş.Qurbanov, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz, T.Mütəllimov və başqalarının şeirləri onun bəstəkar qəlbini ilhamlandırmışdı. Bundan başqa, bəzən Ağabacı Rzayeva özü də şairliyə meyl etmiş, bəzi mahnıları öz sözlərinə bəstələmişdir – "Durna qatarlı qızlar".

A.Rzayeva başqa həmkarlarından fərqli olaraq, Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə "Sənin xatirən" adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işilə anaraq, ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir.

Bəstəkarın qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən "Neftçi Qurban", ata-anaların gözlərini sevincdən yaşardan "Evimizə gəlin gəlir", "Oxuma gözəl", "Çoban Qara", balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan "Kukla", "Qaranquş", "Ağ göyərçinim", "Sabahın ustaları", "Balaca kapitan", "Qərənfiləm mən" və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur. İlk dəfə Moskvada oxunan "Kukla" mahnısı ona xalqın rəğbətini qazandırmışdır.

A.Rzayevanın könül təranələrini ifa etmiş müğənniləri sadalamaqla bitməz – Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehrəliyeva, M.Salmanov, T.Əliyeva, T.İsmayılova, L.İmanov və b. O, geniş kütlələrə ünvanlanan bir sıra əsərlərini xor üçün bəstələmişdi ("Çiçəklənən yurdum", "Azərbaycan", "Bəxtiyar ellər", "Dilbərim"). Azərbaycan caz-muğam sənətinin əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə də zaman-zaman bəstəkarın mahnılarına müraciət etmiş, məsələn, "Ey pəri" və "Evimizə gəlin gəlir" kimi məşhur mahnılarına bənzərsiz möhür  Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır.

Ağabacı Rzayeva respublikanın içtimai həyatında da fəal iştirak etmişdir. O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunmuşdu.  1960-cı ildə ona

məkdar incəsənət xadimi fəxri adı verilmişdir.

5 iyul 1975-ci ildə 63 yaşında Bakıda vəfat etmiş və  2-ci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Tarixdə bu gün - 15 dekabr1915İlk azərbaycanlı təyyarəçi qadınlarından  və   ilk qadın deputatlarından biri olan  Sona Piri qızı Nuriyeva Bakı şəhərində, Əmircan kəndində anadan olub.

1945-ci ildən Sov.İKP-nin üzvü, Bakı təyyarəçilər klubunda yetişmiş, 1936-cı ildə Bataysk təyyarəçilik məktəbini bitirmişdir.

Azərbaycanda mülki aviasiya idarəsində təyyarəçi işləmişdir. Böyük Vətən müharibəsində xüsusi tapşırıqla Tehrana uçmuşdur.

1945-ci ildən Beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq etmişdir.

1949 - 1968-ci illərdə Zabrat aeroportunda işləmişdir. 1968 ildən respublika,  1978-ci ildən ittifaq  əhəmiyyətli pensiyaçı olmuşdur.

SSRİ Ali Sovetinin (1-ci və 2-ci çağırış) deputatı olmuşdur.

"Lenin ordeni", "Şərəf nişanı" və medallarla təltif edilmişdir.

Sona Nuriyevaya çoxlu oçerk, şer və s. həsr olunmuşdur.

Tarixdə bu gün - 15 dekabr1919İkinci Dünya Müharibəsi  Stalinqradın qəhrəman döyüşçüsü  olmuş Baloğlan Mirzağa oğlu Abbasov   Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub.

Kənddə ibtidai təhsil aldıqdan sonra Baloğlan 1939-cu ildə ordu sıralarına çağırılıb,  Snayperlik  kursunu bitirərək döyüşən cəbhəyə göndərilmişdir.

 nümunəvi xidmətlərinə görə Baloğlan vzvod komandiri  seçilmişdir.

1942-ci ilin yayında serjant Baloğlan Abbasovu ən mühüm cəbhə olan Stalinqrad şəhərinin müdafiəsində  iştirak etmişdir. 1942-ci il noyabrın 19-da vzvod komandiri, igid həmyerlimiz  ağır yaralanaraq gözlərini əbədi olaraq yumdu.   Stalinqrad cəbhəsi Hərbi Şurasının qərarı ilə müharibə qəhrəmanı kimi Baloğlan Abbasovun adı əbədi olaraq qvardiyaçı diviziyasının şəxsi heyətinin siyahısına daxil edildi.

Onun snayperçilər qrupu 40 gün ərzində 615 alman əsgər və zabitini öldürmüşdür. Şəxsən özü isə 106 nəfəri məhv etmişdir.

Tarixdə bu gün - 15 dekabr1930  Sosialist Əməyi Qəhrəmanı,  SSRİ Dövlət mükafatı laureatı Sərdar Məmməd oğlu İmrəliyev Cəbrayıl rayonun Horovlu kəndində anadan olub. 

Beyləqan rayonunun Bahar 3 nömrəli sovxoz qəsəbəsində traktorçu köməkçisi, mexanizator , həmin sovxozda pambıqçılıq üzrə kompleks mexanikləşdirilmiş briqadanın briqadiri olmuşdur . İttifaq miqyasında tanınan Sərdar İmrəliyevin iş təcrübəsini öyrənmək üçün işlədiyi sovxozda "Sərdar məktəbi” yaradılmışdır. 1964-cü ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. ASE elmi şuranın üzvü , SSRİ Ali Sovetinin deputatı olmuşdur (6,7,8,9,10 çağırış). 4 dəfə "Lenin”  və "Oktyabr inqilabı”  ordenləri ilə təltif edilmişdir.

Sov.İKP-nın 25-31 qurultaylarının nümayəndələsi olmuşdur.

Tarixdə bu gün - 15 dekabr1946Tanınmış  şair, yazıçı, esseist, kino-dramaturq, tərcüməçi Ramiz Rövşən Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, Moskva Ali Ssenari Kurslarını bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redakto, kinostudiyanın ssenari emalatxanasında ssenarist , ssenari redaksiya heyətinin üzvü, kinostudiyanın baş redaktoru  işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən 1997-ci ildə qəbul olunmuş Müsavat partiyasının himninin sözlərinin müəllifidir.

Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.

Tarixdə bu gün - 15 dekabr1950Tanınmış  jurnalisti, sənətşünaslıq namizədi, dosent Etibar Babayev Bakı şəhərində anadan olmuşdur.

1968-ci ildə orta məktəbi, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası ilə ikinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb.

2001-2006-cı illərdə "Space" müstəqil teleradio şirkətinin prezidenti olub.

Sənətşünaslıq namizədi E.Babayev həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti|İncəsənət və Mədəniyyət Universitetində, daha sonra Bakı Slavyan Universitetində dərs deyir. 2009-cu ildən dosent E.Babayev jurnalistika kafedrasının müdiridir. 2010-cü ilin iyul ayında Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində yeni yaradılan Teleradio Akademiyasına rektor təyin edilib.

Azərbaycanda və xarici ölkələrdə dərc olunan çoxsaylı publisistik yazıların, elmi məqalələrin, "Bu da bir imtahandır", "Yalana heykəl", "Düz söz əyri qulağa necə girər?" adlı kitabların, "Sağalmaz yara", "Birincilər", "Bir millət, iki dövlət", "Zirvə", "Çiçək yağışı" kimi televiziya ekranlarında dəfələrlə göstərilən sənədli filmlərin müəllifidir.

Tarixdə bu gün - 15 dekabr1971— Əməkdar yurnalist Ləman Aləşrəf qızı İsmayılova Oğuz rayonunda anadan olmuşdur.    Orta təhsilini  anadan olduğu Oğuz rayonunda bitirmişdi.

Ali jurnalistlik təhsilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini almışdırr.

Universiteti bitirəndən sonra ilkiş yeri "Şəfqət" qəzetində olmuşdur.  Sonra "Olaylar" İnformasiya Agentliyinin parlament müxbiri kimi fəaliyyətə başlayıb .

Daha sonralar "Azadlıq”, "Hürriyyət”, yenidən "Azadlıq” qəzetlərində işləmişdir .

2003-cü ildə ANS televiziyasında fəaliyyət göstərmişdir.

"Qızıl qələm mükafatı" laureatıdır.

Ailəlidir.Rəsul adlı oğlu  və   Nilufər adlı qızı vardır

 

Vəfat etmişdir:

1072— Alp Arslan -Səlcuq hökmdarı - əsir aldığı qalabəyi tərəfindən qətlə yetirilib.

1961—    Məşhur kimyaçı alim - SSRİ EA müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı  Yusuf Məmmədəliyev 56 yaşında Bakıda vəfat etmişdir.

Tarixdə bu gün - 15 dekabrYusif Məmmədəliyev 1905-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur.

Yusif Məmmədəliyev 1926-cı ildə V.İ.Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirmiş və bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.

1942-ci ildə kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusunda doktorluq işini müdafiə edərək elmlər doktoru və professor, 1945-ci ildə isə Azərbaycan SSR EA-nın akademiki olmuşdur. Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı yaradanlardan biri olmuşdur. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. M. Mirqasımov, M. Topçubaşov, Səməd Vurğun, Şirokoqorov, Yesman, Mikayıl Hüseynovla bərabər, o, akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1951-1954-cü illərdə Azerbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954-1958 illərdə S. M. Kirov adına ADU-nun rektoru olmuşdur.

Y.H.Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakıda vəfat etmişdir.

1988Azərbaycan yazıçısı, satirik şair, ssenari müəllifi Rüfət Əhmədzadə 55 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 15 dekabrRüfət Əhmədzadə 1933-cü ildə Bakıda anadan olmuşdur. Rüfət Əlizadə 13 yaşından əməyə bağlanıb:  səyyar kinomexanik vəzifəsində çalışıb. Bakıya köçdükdən sonra Pionerlər evində direktor vəzifəsində çalışıb və mətbuatda müxtəlif şerlərlə çıxış edib.

"Kirpi" satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edir və o, ömrünün sonuna qədər bu jurnalda çalışıb.

SSRİ Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.

11 kitab, 4 musiqili komediya ("Sizin ilə, gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", "Hələlik"), 3 televiziya tamaşası ("Sonuncu məhəbbət", "Gülüş sanatoriyası", "Şirbalanın məhəbbəti") və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifidir. Bir çox tanınmış mahnılar onun şerlərinə bəstələnmişdir.Sonuncu "Sizin ilə gülə-gülə" kitabı 2012-ci ildə dərc olunub.

1990Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov Vətən uğrunda döyüşlərdə həlak olmuşdur.

Tarixdə bu gün - 15 dekabr Mikayıl Cəbrayılov  27 aprel 1952-ci ildə Şəki rayonunun Oxud kəndində, Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur.  

 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilmişdir.

Daha sonra Milis məktəbinə daxil olub, 1978-ci ildə bu məktəbi bitirərək, leytenant rütbəsi ilə   sahə müvəkkili təyin edilir.

1990-cı ildə Mikayıl dörd nəfər polislə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini müdafiə etməli idilər. Mikayıl  Kosalara  əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda qəflətən erməni quldurları onlara basqın edir. Zabitlərdən biri snayper gülləsindən ağır yaralanır, erməni basqınçıları ilə ölüm-dirim savaşına atılan Mikayıl çiynindən güllə yarası alır. Buna baxmayaraq, o, təslim olmur və   son anadək vuruşaraq döyüş meydanında qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı  adına layiq görülmüşdür.

Şəki rayonunun Oxud kəndində dəfn edilmişdir.

Mikayılın adına Şəki şəhərində küçə var.

Həlak olduğu Mikayıllı kəndi onun adını daşıyır.

Tarixdə bu gün - 15 dekabr1999- Azərbaycanın ustad aşığı,  Əməkdar mədəniyyət işçisi, 7 aşıq havasının yaradıcısı, 12 aşığa ustadlıq etmiş İmran Mehralı oğlu Həsənov71 yaşında vəfat etmişdir.

İmran Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub, sonradan Tovuz rayonunda yaşayıb. Gənc yaşlarından aşıqlıq sənətinə meyl etmiş və bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, Gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənmiş, habelə, 1950-ci ildən Tovuz rayonuna köçərək ustad aşıqlar - Aşıq Əsəd və Mirzədən bəhrələnmişdir.

1956-cı ildə Bakı şəhərində keçirilmiş Ümumrespublika müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş Ümumittifaq müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş tələbə və gənclərin 6-cı Ümumdünya festivalında rəhbərlik etdiyi Aşıqlar ansamblı ilə birlikdə qalib gələrək qızıl medal və 1-ci dərəcəli diplom, 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycanın mədəniyyəti və incəsənətinin ongünlüyündə dəyərli iştirakina görə "Şərəf Nişanı" ordeni və Fəxri Fərmanla təltif edilmişdir.

Aşıq İmran Həsənov 15 dekabr 1999-cu ildə vəfat etmişdir.

 

Bayramlar və xüsusi günlər:

15 dekabr Beynəlxalq Çay Günü kimi qeyd olunur. Bu günü 2004-cü ildə Hindistanın Mumbay şəhərində və 2005-ci ildə Braziliyanın Portu-Aleqri şəhərində keçirilən ümumdünya ictimai forumlarından (World Social Forum) sonra reallaşdırmaq mümkün olub. Həmin vaxtdan hər ilin 15 dekabrında müxtəlif ölkələrdə çay bayramların keçirilir.

 

Tarixdə bu gün - 15 dekabr

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz