» » Tarixdə bu gün - 14 dekabr

Tarixdə bu gün - 14 dekabr

Müəllif: Dəyanət от 14-12-2018, 00:00

 

14 dekabr

İlin 348-ci günü (uzun illərdə 349-cu).

İlin sonuna 17 gün qalır.


Mühüm hadisələr:


1900 — Alman fizik Maks Plank Kvant nəzəriyyəsini açıqlayıb.

1911 — Norveç səyyahı Amundsen Cənub qütbünə çatan insan kimi tarixə düşüb.

2008 — İraqlı jurnalist Muntazar əl Zeydi Bağdadda keçirilən mətbuat konfransında ABŞ prezidenti Corc Buşa ayaqqabı tullamışdır. Əl Zeyli bu addımından sonra məşhurlaşıb. Hadisədən sonra müxtəlif ölkələrdə Corc Buşun şəklinə ayaqqabı atma yarışları təşkil olunub.


Doğum günləri:


Tarixdə bu gün - 14 dekabr 


1915— Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin və Azərbaycanın  Xalq artisti,  məşhur müğənni  və aktyor Rəşid Behbudov   Tiflisdə xanəndə   dünyaya gəlmişdir. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi.

Zəngin bir yaradıcılıq yolu keçən  Rəşid Behbudov  

1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rәşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.


Tarixdə bu gün - 14 dekabr1924 —Məşhur hind kinoaktyoru, rejissor və  ssenarist  Rac Kapur  

Pişəvərdə (hazırda Pakistanın şimali-qərbində əyalət) aktyor Prithvirac Kapurun ailəsində anadan olmuşdur. O, kinoda ("Inquilab") ilk rolunu 1935-ci ildə - 11 yaşı olarkən ifa etmişdir. 1948-ci ildə o, öz şəxsi studiyası olan "Rac Kapur films" şirkətini yaradır. Buna qədər isə bir neçə il "Bombey tokiz" studiyasında rejissor assistenti vəzifəsində çalışmışdı. Rac Kapur sonralar onu məşhurlaşdıran filmlərin əksəriyyətində rejissorluqla yanaşı, baş rolları da ifa edirdi. Əvvəlki işlərindən olan "Avara" (1951) və "Cənab 420" (1955) filmlərində R. Kapur sadə, mehriban və cazibəli "kiçik insan" obrazını məharətlə yaradır. Rac Kapurun iştirakı ilə çəkilən filmlər hələ öz dövründə müvəffəqiyyətlə dünya ekranına çıxmışdı. Kapurun bacarığı sayəsində kino vasitəsilə cəmiyyətdə olan sosial ədalətsizliklərin sərt tənqidi mümkün oldu.

Rac Kapur öz müxtəlif filmlərində Hindistan ictimaiyyəti üçün ən önəmli məsələlərdən birinə - uşaq cinayətləri mövzusuna ("Ayaqqabı təmizləyənlər" (1954)); kasta bərabərsizliyi ("Bobbi" (1973)) və s. mövzulara toxunurdu.

Rac Kapur 2 iyun 1988-ci ildə Hindistanın Yeni Dehli şəhərində, 64 yaşında vəfat etmişdir. Rac Kapurun vəfatı bütün Hindistanı sarsıtdı və hər kəs bunu milli faciə kimi qəbul etdi.

Tanınmış aktyor Prithvirac Kapurun oğludur.


Tarixdə bu gün - 14 dekabr


1927 — Görkəmli elm  və  ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru,   Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü  Xudu Surxay oğlu Məmmədov Ağdam rayonunun  Mərzili kəndində anadan olmuşdur. 1946- 1951-ci illərdə   Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya ixtisası üzrə təhsil almışdır. 1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında "Kristalloqrafiya və Kristallofizika” ixtisası üzrə "Ksonolit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir.

Tarixdə bu gün - 14 dekabr  Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır.

Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.

O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.

1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə etmiş, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.

1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.

Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. Xudu Məmmədov "Şərəf nişanı" (1967), "Qırmızı Əmək Bayrağı" (1986) ordenləri, Azərbaycan SSR Ali Sovetinin "Fəxri fərmanı" və bir sıra medallarla təltif olunub.

Xudu Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvüdür.O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib.

Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat etmişdir.

2017-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasında Xudu Məmmədovun 90 illik yubileyi qeyd olunmuşdur.


Tarixdə bu gün - 14 dekabr1929 —Tanınmış  ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan SSR Ali Sovetinin deputatı (19901991), Gürcüstanın Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, Dilarə Əkbər qızı  Əliyeva  Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub.

 1954-cü ildə Gürcüstan EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutunda  "Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası" mövzusunda namizədlik dissertasiyasını işləmiş, müdafiə etmişdir.

Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi olmuş, eyni zamanda bölmə müdiri kimi çalışmışdır. "Nizami və gürcü ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Dilarə Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olmuşdur. Hazırda qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai birlik və Bakıda bir küçə onun adını daşıyır.

1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur.

Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir


Tarixdə bu gün - 14 dekabr 1936-  Tanınmış ssenari müəllifi və kino redaktoru  Nadejda İsmayılova Bakı şəhərində anadan olub.

1962-ci ildə ADU-nun filoloqiya fakültəsini, 1974 –cü ildə isə Ümumittifaq Kinematoqrafiya İnstitutunun (Moskva) ssenari və kinoşunas fakültəsini bitirib.

1975-ci ildən 1984-cü ilə qədər "Azərbaycanfilm” kinostudiyasında Baş redaktor müavini vəzifəsində çalışıb.

1985-1987-ci illərdə AzTV nin "Azərtelefilm” YB-də işləyib. "Dalğa”, "Həftə plyus” "TV Kuryer” televiziya publistik proqramların müəllifi və aparıcısı olub.

Azərbaycanın Əməkdar jurnalisti fəxri adına Jurnalistlər İttifaqının "Qızıl qələm” mükafatına layiq görülüb. Neçə müddət idi ki, ekrandan ayrılmışdı.

82 yaşlı N.İsmayılova "Баку с Надеждой" adlı verilişlə yeni mövsümdə AzTV-də tamaşaçıların qarşısına çıxacaq

 

Tarixdə bu gün - 14 dekabr1956 - "Azərbaycan Bayrağı" ordenli döyüşçü baş leytenant

Sərhəd  Pirsəmalı oğlu Zöhrabbəyov  Qusar rayonunun Yasab kəndində ləzgi ailəsində anadan olmuşdur. Yasap kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə Gəncə Kənd Təsərrüfat Akadеmiyasının aqronomiya şöbəsini bitirib, Bərdə rayonunun bir sıra təsərrüfatlarında  baş aqronom, idarə hеyyətinin sədri, mеşə kənd təsərrüfat idarəsinin müdiri vəzifələrində işləmişdir.

S.Zöhrabbəyov son iş yеrindən könüllü vətən çağrışına qoşulmuş, Bərdə hərbi batalyonun qərargah rəisi olmuş, yüksək döyüş qəhrəmanlığı gəstərmiş 1992-ci ilin avqustun 24-də Dranbom uğrundakı vuruşmalarda şəhid olmuşdur. Məzarı Qusar rayonunun Yasab kəndindədir.

Birinci dərəcəli idmançı, cəsur döyüşçü Sərhədin həyat yoldaşı Еtibar xanım, oğlu Zöhrab, qızı Rеyhanə Bərdə şəhərində yaşayırlar.

Ölümündən sonra baş leytenant Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov Azərbaycan Respublikasının Prezidentinin 1994-cü il tarixli əmri ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur.

Bərdə və Qusar rayonlarında küçələrdən biri onun adını daşıyır.

Sərraf Şiruyənin "Ölümdən sonrakı ömür" kitabı "Azərbaycan bayrağı” ordеnli igid döyüşçü, cəsur kəşfiyyatçı, vətən yolunda qəhrəmancasına şəhid olmuş Bərdə hərbi batalyonunun qərargah rəisi Sərhəd Pirsəmalı   oğlu Zöhrabbəyovun döyüş fəaliyyətinə həsr olunmuşdur.

 

Tarixdə bu gün - 14 dekabr 1957 -  Milli Qəhrəman Əliyar Yusif oğlu Əliyev Qubadlı rayonunun Qazyan kəndində anadan olub.  1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

Atasının ölümü ilə əlaqədar   Qazyana qayıdır, qəsəbə orta məktəbində müəllim, "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətində rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti Rayon Şurasının sədri seçilib.

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur.Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir.

Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. ıdan keçdi. Sisiyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılılar qəbul etdilər Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları burada terror-təxribatlar törətməyə çalışırdılar. Məhz elə o illərdə Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınan Əliyar Əliyev könüllülərdən ibarət dəstə təşkil edir.  Onun təşkil etdiyi tabor camaat arasında "Pəhləvanlar taboru” kimi da tanınırdı.  Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi.  Lakin o, təvazökarlıq göstərib komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir.  Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur. 

Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.

1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoymuşdu.

Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və Yerevan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, Yerevanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı.

1992-ci ilin aprel ayının 16-da "Qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Lalazar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçmişdi. Kəşfiyyat məlumatları nəticəsində bundan xəbər tutan və onların yolunu gözləyən Əliyar Əliyev və döyüşçüləri onları mühasirəyə alaraq dəstəbaşıları da daxil, 11 düşmən əsgərini məhv etmiş, həmin meyitləri azərbaycanlı əsirlərə dəyişmişdilər.

Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad etdi.

Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

 

Tarixdə bu gün - 14 dekabr1968— Tanınmış nasir, tərcüməçi, dramaturq, şair Əyyub Qiyas oğlu Abasov (Əyyub Qiyas)Lənkəran şəhərində anadan olub. Ailəlikcə Sumqayıt şəhərinə köçdüklərindən orta təhsilini 1986-cı ildə burada başa vurub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində təhsilini davam etdirib (1986-1990). 1991-1993-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda Yuri Nikolayeviç Arabovun sinfində qiyabi təhsil alıb. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib. "Azərbaycan televiziya tamaşaları" mövzusunda tədqiqat üzərində çalışır.

Sumqayıtda kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru (1988-1990), "Cığırdaş" gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru (1990-1991), "168 saat" qəzetinin baş redaktorunun müavini (1991-1992), "Xəzər" jurnalının redaktoru (1992-1993) olub.

Azərbmətbuatyayımı İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən "Ziya" mətbuat yayımı agentliyində direktor vəzifəsində çalışıb (1993-1997-ci illər). Sumqayıtdakı "İnter-Press" mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru olub (1997-2012). "Sahilsiz dəniz" dərgisinin baş redaktorudur (2004), "Ulduz"a heyətinin və AYB gənclər şurasının (2004-2014) üzvü, Prezident təqaüdçüsüdür.

Bədii yaradıcılığa 1990-cı illərdən başlayıb. "Mən bir sapand daşıyam ki..." (şeirlər), "Qarışqa" (povest və hekayələr) kitabları nəşr olunub (1996). Bədii tərcümələrini qəzet və jurnallarda çap etdirib.

2016-cı ilin may ayından 2017-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Tərcümə mərkəzində və "Xəzər" dərgisində redaktor işləyib. 2017-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına qədər "Qanun" nəşriyyatında redaktor olub.

 

"Qara işıq" omanı 2004-cü ildə "İlin romanı" ədəbi kulturoloji mükafata layiq görülüb. "Ədəbiyyat" qəzetində gedən "Ədəbiyyat üzrə Nobel mükafatçıları" silsiləsindən olan tərcümələrinə görə 2016-cı ildə Əlibəy Hüseynzadə mükafatına, Belorus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü" romanının tərcüməsinə görə 2017 -ci ildə Mədəniyyət və Turizm nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülüb.


Vəfat etmişdir:

 

1788 — Məşhur alman bəstəkarı Emmanuel Bax   74 yaşında Hamburqda vəfat etmişdir.

Bax 8 mart 1714-cü ildə  Prussiyanın  Veymar şəhərində doğulmuşdur.

 

1894 — Görkəmli maarifçi, metodist, pedaqoq Aleksey Osipoviç Çernyayevski Tiflisdə vəfat etmişdir.

Tarixdə bu gün - 14 dekabrAleksey Çernyayevski 1840-cı ildə Şamaxı yaxınlığında anadan olmuşdur. İlk təhsilini Şamaxı qəza məktəbində almışdır, daha sonra dörd il Şamaxı şəhər məktəbində oxumuşdur. Maddi sıxıntı ilə bağlı məktəbi tərk edib işə düzəlmək məcburiyyətində qalır. Məktəbi bitirmədən Aleksey Çernyayevski 16 yaşında poçta işə düzəlir və poçtalyon, 1864-cü ildən isə nəzarətçi işləyir.

 1867-ci ildə o, Şamaxı qəza məktəbinin müəllimi vəzifəsinə keçirilir. 1869-cu ildə Aleksey Çernyayevskini Duşeti-Tianeti ikisinifli qapalı pansiona müdir təyin edirlər. 1870-ci ildə o, Tiflisdəki Nikolayev ibtidai məktəbinə müdir keçirilir. 1871-ci ildə Bakı xalq məktəbləri idarəsinə müdir müavini təyin olunur, lakin bu vəzifədə yalnız dörd ay çalışa bilir, onu Kuban vilayət xalq məktəbləri idarəsinə yenə də müdir müavini (1876-cı ildən müdir) vəzifəsinə təyin edirlər. Burada o səkkiz il çalışır. 1879-cu ildə Qori şəhərində Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsi yaradıldığı zaman həmin şöbənin müfəttişi vəzifəsinə dəvət alır. Demək olar ki, ömrünün ən yetkin çağını, on dörd il (1879-1893) həmin vəzifədə çalışır. 1893-cü ildə Azərbaycan şöbəsinin ikinci sinif şagirdi Səfərəli bəy Vəlibəyovun bacısı oğlu Süleyman Axundov tapança ilə özünü öldürmək istəmiş, lakin sağ qalmışdı. Bu qalmaqalla bağlı Çernyayevskini çox əziyyətə salır, təqsirli onu görürdülər.

Müxtəlif polis idarələrinə izahat və arayışlar yazmalı olan Çernyayevski yaxşı başa düşürdi ki, əsas məsələ seminariya direktorunun onun vəzifəsindən getməsi arzusudur. Beləliklə, 1893-cü ildə yorğunluğunu səbəb gətirərək o istefa ərizəsi yazır və Tiflisə köçür.

1894-cü ilin dekabrın 14-də 55  yaşında vəfat edir.

"Vətən dili"nin işıq üzü görməsi, Firidun bəy Köçərli (1863-1920), Rəşid bəy Əfəndiyev (1863-1942), Səfərəli bəy Vəlibəyov (1861-1902), Mahmud bəy Mahmudbəyov (1859-1923), Teymur bəy Bayraməlibəyov (1862-1937), Süleyman Sani Axundov (1875-1939), Cəlil Məmmədquluzadə (1866-1932), Nəriman Nərimanov (1870-1925) kimi ziyalı kadrların hazırlanması A.O.Çernyayevskinin adı ilə bağlıdır.

A.O.Çernyayevski "Vətən dili"nin I hissəsinin müəllifi, II hissəsinin isə Səfərəli bəy Vəlibəyov ilə birlikdə həmmüəllifidir.

 

2011 — Azərbaycanın Xalq artisti, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri,  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tarixdə bu gün - 14 dekabrQədir Rüstəmov Türkiyədə vəfat etmişdir.

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olmuş, burada xanəndə kimi yetişmişdir.

Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdır.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – "Rast”, "Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında "Sona bülbüllər” mahnısı xüsusilə sevilir.

Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarır.

2015 - 2015   Azərbaycan Respublikasının Xalq artisti ,  "Şöhrət" ordenli bəstəkar  Azər Rzayev

 

Tarixdə bu gün - 14 dekabr2015 - Azərbaycan Respublikasının  Xalq artisti Azərbaycan SSR əməkdar incəsənət xadimi,  "Şöhrət" ordeni bəstəkar Azər Rzayev 85 yaşında Bakı şəhərində vəfat etmişdir.

Azər Rzayev 15 iyul 1930-cu ildə Bakıda anadan olub. O,Azərbaycanın görkəmli opera müğənnisi Həqiqət Rzayevanın oğludur.

1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim və nəhayət professor kimi fəaliyyət göstərmişdir.

Yaradıcılıq fəaliyyətində Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gənclərinin I və II festivallarında həm bəstəkar, həm də ifaçı kimi laureat adlarına layiq görülüb.

Əsərləri arasında "Bakı-90" simfoniyası (1990), Skripka, viola və simfonik orkestr üçün ikili konsert (1990), Skripka və piano üçün sonatina (1990), Piano, skripka və violonçel triosu üçün Sonata (1991), Kamera orkestri üçün "Noktürn" (1993), Violonçel və orkestr üçün "Kantilena" (1994), Tar və kamera orkestri üçün "Düşüncə" və "Qaytağı" (1995), Simfonik orkestr üçün "Gənc ifaçılar marşı" (1997), Piano üçün 6 Prelüd (2000), 3 skripka və simfonik orkestr üçün konsert (2000) var. "Musiqi aləmində" silsilə televiziya və "Opera səhnəmizin ustaları" silsilə radio verilişlərin müəllifi və aparıcısı (1990 - 1993), dövri mətbuatda məqalələr müəllifləridir


Bayramlar və xüsusi günlər

Hər il  14 dekabr günü   Çernobıl AES-də  qəzaya kömək etməyə gedənlərin  Xatirə günüdür.

1986-cı ilin aprelin 26-da baş vermiş Çernobıl faciəsi zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.

Bu faciənin nəticələrinin aradan qaldırılmasına ümumilikdə 600 min nəfər cəlb edilib. Bu prosesdə Azərbaycandan 7 min nəfər iştirak edib. Çernobıl qəzasının aradan qaldırılması prosesində iştirak edən Azərbaycanlıların artıq 2 min nəfəri dünyasını dəyişib: onların demək olar ki, böyük əksəriyyəti 25-35 yaşlarında olub. Son illərdə bu insanlar arasında ölüm halları daha da artıb. Onlarda xüsusilə qan xəstəlikləri, xərçəng, qaraciyər sirrozu kimi xəstəliklər yaranıb.

Bu faciənin üstündən 30 il keçməsinə baxmayaraq, onun ağrı acıları unudulmayıb.İnsanlar istər hadisənin baş verdiyi 26 tarixini, istərsə də, 14 dekabr Ukraynada Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlərin yad olunması gününü anım günü kimi qeyd etməkdədirlər.


Tarixdə bu gün - 14 dekabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz