» » » Bir şəklin yaratdığı təəssüratlar və ya Bizim Prezidentimiz

Bir şəklin yaratdığı təəssüratlar və ya Bizim Prezidentimiz

Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz

 

Artıq ömrün yarısından çoxunu yaşamışam. Bu gün gənclik illərimin enerjisi, çoşğunluğu olmasa da, 60-70 yaşın müdrikliyi  var: əmin-amanlığımız üçün, aydın, sübh şəfəqli sabahlarımız üçün. Hesab edirəm ki, bizim  yaşda və bizim yaşımızdan daha yuxarı yaşda olanlar üçün dünya varından, imtiyazlarından ən ürəyiniz istəyən birini seçin desələr, hamımız Sülhü seçəcəyik. Varmı elə fiziki ölçü vahidi və ya vasitəsi ki, Sülhün dəyərini ölçə bilsin, hesaba alsın.

Bu gün bütün dünya Sülh arzulayır, təəssüf ki, bəşəriyyəti əmin edəcək sülh yoxdur. Hamı yaşamaq üçün normal qaydada qidalanmaq istəyir. Amma təəssüflər olsun ki, müharibə də,  aclıq da  sosial hadisə kimi  planetimizi təhdid etməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatlarına görə, dünyanın üçdəbiri həddindən artıq zəngin yaşadığı halda, üçdəbiri doyunca yemir, üçdəbiri isə aclıq çəkir. Aclıq çəkən dünya əhalisinin 50 % -i Hindistan yarımadasında toplanmışdır. 40 % -dən çoxu Afrikada və Asiyanın qalan hissəsində yaşayır. Bunların 10 % -i Latın Amerikası ölkələrində yaşayır. Bu ölkələrdə hər il 15 milyon uşaq aclıqdan ölür.

Demoqrafların hesablamalarına görə, yeni əsrin ortalarında planetdəki insanların sayı 10 milyarddan çox olacaqdır. Onların fikrincə, əhaliartımı və ərzaq ehtiyatları arasındakı uyğunsuzluq əsrin ortalarında pik nöqtəyə çatacaq.  Əgər bütün dünya səylərini  faydalı şəkildə bir məcraya yönəltməsə, planetin demoqrafik quruluşunda ciddi dəyişikliklər labüd olacaq. Bu da öz növbəsində həyatda qalmaq uğrunda bəşəriyyəti "Olum — Ölüm” seçimi qarşısında qoya bilər.

Çünki getdikcə artmaqda olan "aç milyard"lar partlayış təhlükəli sosial-aqressiv gücə çevrilə bilər. Nəticədə, problem insanların qarınlarının doldurulması ilə deyil, bədənlərinin yox ediməsi ilə aradan qaldırılmağa yönləndirilə bilər.

Odur ki,  həyatın davam etməsi, insanlığın mövcud olması üçün  vacib olan etibarlı Sülh, ərzaq təminatı, enerji təhlükəsizliyi, ətraf mühitin  və insan sağlamlığının mühafizəsi   kimi məsələlər bu gün inkişaf etmiş və inkişaf etməkdə olan  bütün ölkələrin prioriteti hesab edilir. Bütün beynəlxalq görüşlərin, dünya liderlərinin ayrı-ayrı ölkələrə işgüzar səfərlərinin mərkəzində bu  məsələlər dayanır.

Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri çərçivəsində Soçi şəhərində - "Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə  görüşü də  belə görüşlərin daha birisi idi. Hər iki dövlət başçısı görüşdə çıxış edib və bu görüşün əhəmiyyətini qarşılıqlı olaraq yüksək dəyərləndirblər. Bunlar haqqında  kütləvi informasiya vasitələrində ətraflı məlumat verilib. Görüş haqqında bir vətəndaş olaraq mən də təəssüratlarımı ifadə etmək istəyirəm.

Mən ölkə başçısı cənab İlham Əliyevin torpaqlarımızda möhkəm və etibarlı sülhün bərqərar edilməsi naminə istər xaricdə, istər ölkəmizdə göstərdiyi bütün səyləri bəyənir və əsl LİDERLİK nümunəsi kimi qəbul edirəm. Demək olar ki, Prezidentimizin  bütün səfərlərini  mətbuat və televiziya vasitəsi ilə izləyirəm. Həm də elektron jurnalımızda   onları dərc edirəm. Səmimi deyirəm: Çox vaxt   belə görüşlərdən  bəhs edən xəbərləri oxumağa ehtiyac qalmır. İstər Prezidentimizin, istərsə də qarşı tərəfin işgüzar görüşlərdə çəkdirdikləri şəkillərdən   səfər haqqında  qənaətə gəlmək olur.

Çətin məsələ deyil: internetdən Pusiya Prezidenti Putinin Ermənistanın dövlət başçıları və Azərbaycanın Prezidenti cənab İlham Əliyevlə olan görüşlərini şəkillər vasitəsi ilə müqayisə edin.

 

Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz

 

Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz

 

Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz


 

Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz

 

 

Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz

Rusiya Prezibentinin Ermənistan prezidenti ilə görüş zamanı dövlət başçılarının portret cizgilərini, yerişini, istiqamətlənməsini də izləyin, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə də. Siyasətdə adi təfərrüatlar olmur. Ən adi məqamın da arxasında böyük həqiqətlər əks olunur. Ermənistan prezidenti ilə görüşlərində Putin ciddi görünsə də, İlham Əliyevlə görüşlərində məmnuniyyət ifadə edir. Bu məmnumiyyət eyni zamanda xalqlarımız arasında olan etimadın ifadəsidir, cənab İlham Əliyevin beynəlxalq müstəvidə təmsil etdiyi Azərbaycan dövlətçiliyinə etimadın ifadəsidir.
  Amma Ermənistan rəhbərliyi ilə  görüşlərində Rusiya dövlətinin başçısı erməni vətəndaşlarına xəyal etməyə belə ümid jestləri  vəd etmir. Rəsmi görüşlərdən çəkilmiş  şəkillərə diqqət edin:

 

Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz

 

Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz

 

Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz

 

Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz

 

Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz

 

Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz


Azərbaycan vətəndaşı olaraq dövlətimizin hər uğuruna sevinirəm, millətimizin "imzalar içində imzası”olmasından qürur duyuram.
Doğrudur, torpaqlarımızın 20 faizi neçə illərdir işğal altındadır. Bəzən insanlar arasında çöhbətlər eşidirəm ki, torpaqlarımız güc yolu ilə azad edilməlidir. Milli ordumuz belə etsin, filan yerdən başlasın, filan yeri tutsun. Atəşkəs həddindən artıq uzandı və həmsədr ölkələr irəliliyə doğru heç bir addım atmayıblar və s. Adamlarımızın vətənpərvərliyinə zərrə qədər şübhəm yoxdur. Hamımız torpaqlarımızın azad olunmasını istəyirik. Amma bunlar vətəndaş olaraq mülki adamların fikirləridir. Məsələnin bizə aydın olmayan o qədər tərəfləri var ki.

Vaxtilə Fransa hökumətinin yüksək səlahiyyətli nümayəndələrindən biri Napoleonu son müharibədəki strategiyasını tənqid edib barmağını xəritə üzərində gəzdirərək deyir:
- Əvvəl buranı almalıydınız, sonra buradan keçərək digər əraziləri tutmalı idiniz.
Napoleon hökumət nümayəndəsinə çox təsirli bir cavab verir:
- Bəli ! Onlar barmaqla alına bilsəydi, dedyiniz kimi edərdim.


Bu nümunəni misal çəkməkdə məqsədim diqqəti ona cəlb etməkdir ki, sadə vətəndaşlar arzularını, sadəcə, şifahi olaraq ifadə edirlər. Amma əsl Liderlər bütün niyyətləri gerçəkləşdirməlidirlər.
Əsl Lider yüksək məsuliyyət, hiss, zəka və idarəçilik keyfiyyətlərinə malik olmaqla bunları mənsub olduğu xalqın, cəmiyyətin rifahı naminə sərf edən Şəxsiyyətdir…
Əsl Lider millətinin məskunlaşdığı gəmini siyasət okeanında fırtınalardan, aysberq və riflərdən keçirərək sağ-salamat illərdən illərə aparan Xilaskardır...
Əsl Lider insanların göydə Allaha, yerdə də ona sığınıb üzü sabahlara inamla boylandığı dövlət başçısıdır…
Tarix, ayrı-ayrı xalqlar Yuli Sezar, Seynalabdin ben Əli, Jan-Bedel Bokassa, Françesko Franko, Nikolay-Ylena Çavuşesku , Benito Mussolini, Hitler, Səddam Hüseyn, Hüsnü Mübarək, Qəddafi və s. kimi diktator liderləri də az görməyib. Hər gün qan tökülən məmləkətlər, müharibə marşallarının siyasi ehtiraslarının qurbanı olan körpələr, oğulsuz, ərsiz qalan analar, gözüyaşlı nişanlı qızlar bu gün də var. Biz bunları mətbuatdan, televiziyadan izləyirik. Elə öz torpağımızda erməni faşistlərinin törətdikləri dəhşətlər hərbin nə demək olduğunu anlamağa yetərli deyilmi?
Ayrı-ayrı şəxslər emosiya ilə danışa, addım ata bilər, amma dövlət başçısı_ Lider taorpağının, xalqının taleyinə emosiya ilə qərar verə bilməz. Dövlət başçısı səbirli, müdrik və məntiqli olmalıdır. Bizim prezidentimiz gənc olsa da, müdrikdir, məntiqlidir, prinsipialdır.
Təbii ki, problemlərimiz, qayğılarımız da var. Mən də bu cəmiyyətin bir üzvü kimi  həmin qayğıları yaşayıram.  Fəqət, diqqətdən bu da qaçırılmamalıdır ki, torpaqlarının böyük bir hissəsi işğal olunan, milyondan artıq vətəndaşı öz ana vətənində qaçqın, köçkün həyatı yaşamağa məhkum edilən bir ölkədə dövlətimiz, onun Lideri boş dayanmayıb. Iqtisadiyyatı ilə ordu quruculuğunu inkişaf etdirib. Beynəlxalq aləmdə böyük dövlətlərin əməkdaşlıq və tərəfdaşlıq etməyə maraqlı olduqları qüdrətli dövlətə çevrilib. Bu gün ordu quruculuğumuz işğala məruz qaldığımız illərdəki ordu quruculuğundan qat-qat yüksəkdir. Ölkə başçımız dəfələrlə bəyan edib ki, Milli Ordu torpaqlarını işğaldan etmək qüdrətinə malikdir. Amma ölkəmiz , onun başçısı çox böyük təmkinlilik nümayiş etdirərək məsələlərin sülh yolu, beynəlxalq hüququn qanun və prinsipləri ilə həll etmək istəyir. Və Azərbaycan dövlətinin, onun qüdrətli liderinin uğrlu siyasəti nəticəsində siyasi diplomatiyanın gücü ilə torpaqlarımız işğaldan azad olunacaq.
Əgər biz bu günləri istəyiriksə, torpaqlarımızda asayiş və firavanlıq görmək istəyiriksə, üçrəngli bayrağımız altında getdikcə daha sıx birləşməliyik. Bir ailədə mehribanlıq varsa, ailə üzvləri bu ailənin rifahı üçün birgə səylər göstərirsə, ailə başçısının nüfuzu, hörməti istənilən şəraitdə, yerdə qorunursa, buna çalışırsa, həmin ailə alınmaz qaladır. Heç bir kənar amillər, qüvvələr ona təsir edə bilməz.

Mənim üçün  bir məmləkətin, bir xalqın  səadəti  rahat, səksəkəsiz uyuyan körpəsinin beşiyindən başlayır. Bu köpələrin  bəxtəvər-bəxtəvər bağçaya, məktəbə, universitetlərə davam edərək öz gələcək karyeralarını qurmasından başlayır.

 

Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz

 

Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz

 

Mənim üçün  xoşbəxtlik illərlə öğlunu-qızını bəy qiyafəsində, gəlin libasında görməyi arzulayan ata-anaların arzularının çin olduğu günlərə əminlikdən başlayır. Əkdiyi ağacın barını görmək bağban üçün necə fərəhlidirsə, ata-anaların da öz könül meyvələrinin  bəhərini – nəvə-nəticələrini görmək o qədər şirindir.

 Bütün bunlar üçün etibarlı və davamlı Sülh lazımdır.  Bu Sülhün yaradıcısı və hifz edəni hər bir ölkənin dövlət başçısı və onların  müdrik siyasətidir.

Mən torpaqlarımızın işğaldan azad olunacağına, vətənimizdə   əbədi sülhün bərqərar olacağına çox inanıram. Hər sabaha ümidlə boylanıram. Ümidim ölkə başçısı İlham Əliyevin   liderlik fəaliyyətinə inamdan doğub.


Bir şəklin yaratdığı təəssüratlar və ya  Bizim Prezidentimiz

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz