» » » Bu gün Ramil Səfərovun doğum günüdür

Bu gün Ramil Səfərovun doğum günüdür

 
Bu gün Ramil Səfərovun doğum günüdür  

25 avqust qəhrəman hərbçimiz Ramil Səfərovun doğum günüdür, 50 yaşı tamam olur.
Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.   

Bu gün Ramil Səfərovun doğum günüdür

Ramil Macarıstanda həbsdə olduğu müddətdə  macar dilini də öyrənib və bu ölkənin ən sevilən ədəbiyyat nümunələrindən birini Azərbaycan dilinə tərcümə edib.  O, macar ədəbiyyatını Azərbaycanda ilk tərcüməçisi hesab olunur. O, Macarıstanın tanınmış qadın yazıçılarından biri Maqda Sabonun "Qapı" (mac. "Az ajtó" 1987) romanını tərcümə etmişdir.
O, həmçinin Macarıstanın tanınmış yazıçılarından biri Ferens Molnarın "Pal küçəsinin oğlanları" (mac. "A Pál utcai fiúk", 1906) povestini də tərcümə etmişdir.
Uzun xiffətdən sonra anası Nübar Səfərova Ramilin bu ayrılığa dözməyərək 4 oktyabr 2009-cu ildə vəfat edib.
Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilmişdir.
Ramil Səfərovun 10 Oktyabr 2012 -ci ildə toyu olmuş və 28 may 2014-cü ildə qızı dünyaya gəlmişdir. 
  

Bu gün Ramil Səfərovun doğum günüdür 


Bu gün Ramil Səfərovun doğum günüdür  


Bu gün Ramil Səfərovun doğum günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz