» » » Qarğıdalı qida əhəmiyyətindən başqa, həm də müalicəvi təsirə malik bitki hesab edilir

Qarğıdalı qida əhəmiyyətindən başqa, həm də müalicəvi təsirə malik bitki hesab edilir

  

Qarğıdalı qida əhəmiyyətindən başqa, həm də  müalicəvi təsirə malik bitki  hesab edilir


 Qarğıdalı– Zea mays L.

Qarğıdalı Amerika qitəsinin yerli bitkisidir. ABġ qarğıdalının vətəni hesab edilir.
Qarğıdalını mədəni halda ABŞ-ın dəniz səviyyəsindən 3500 m yüksəkliklərində və 2000 m-ə qədər hündürlükdə olan tropik zonalarında əkib-becərirlər.
Qarğıdalı qədimdən mədəni halda becərilən bitkilərdən hesab edilir. 60 min il bundan əvvəl Meksika ərazisində qarğıdalı saçaqları aşkar edilmişdir. Bitki 1492-ci ildə Kolumb tərəfindən Avropayagətirilmişdir.
Qarğıdalıdan qida məqsədləri üçün ilk dəfə Cənubi Amerikada yaşayan hindu tayfaları istifadə edirmiş.
Qarğıdalı hündürlüyü 1-3 m-ə çatan, sarı-qırmızı rəngdə qıçaya malik olan birillik ot bitkisidir. Qarğıdalı dənli bitkilərin ən qədimi hesab edilir.
Qarğıdalı qida əhəmiyyətindən başqa, müalicəvi təsirə malik olan bitki hesab edilir. Belə ki, bitkidən alınan yağ aterosklerozun və trombun müalicəsində işlədilir.
Xalq təbabətində isə qarğıdalının dişicik saçaqlarından istifadə edilir.
Kimyəvi tərkibi. Qarğıdalı dişiciyinin saçaqlarının tərkibində – 20,5% yağ, 0,12% efir yağı, 3,8% kitrə, 2,7% qətran, 1,15% acı qlükozid maddəsi, 3,18% kriptoksantin, askorbin və pantoten turşusu, K vitamini, inozit, həmçinin sitosterol, stiqmasterol (C29H48O), 0,05% məlum olmayan alkaloidlər, toxumlarından isə 61,2% niŞasta, 4,24,7% yarımbərkimiŞ yağ, 7,4% pentazon, B1, B2, B6 vitaminləri, nikotin və pantoten turŞuları, zeaksantin (C40H56O2) kversetin, izoksersitrin və s.maddələr aşkar edilmişdir.
Qarğıdalı saçağı öd kisəsi vəzisinin sekresiya fəaliyyətini artırır, ödün qatılığını azaldır, bilirubinin miqdarını aşağı salır, trombositin miqdarını artırır. Qarğıdalının toxumlarının rüşeymindən alınan yağ öd kisəsini stimullaşdırır və onun tonusunu artırır. Beləliklə, qarğıdalı həzm sisteminin fəaliyyətinin normal gedişini nizamlayır. Qarğıdalı saçaqlarından alınan maye ekstraktlardan, dənəvərləşdirilmiş formalı preparatlardan ödqovucu, sidikqovucu, qankəsici, bunda əlavə xolesistitin, xolangitin, hepatitin və s. müalicəsində geniŞ istifadə edilir; saçaqlardan
hazırlanan dəmləmədən uzun müddət qəbul etdikdə böyrəkdə, sidik və öd kisəsində olan daşları əridib orqanizmdən təmizləyir, ateroskleroza qarşı müalicəvi-profilaktik rol oynayır.

Qarğıdalı qida əhəmiyyətindən başqa, həm də  müalicəvi təsirə malik bitki  hesab edilir

Qarğıdalı saçaqlarından müalicəvi preparatların hazırlanması.
Qarğıdalı saçaqlarından hazırlanan preparatlar soyuqdəymə, ödqovucu sidikqovucu, qan bərpaedici, arterial qan təzyiqinin və öd ifrazatının artırılmasında, qanda bilirubin maddəsinin azaldılmasında tətbiq edilir.
Sidik kisəsində olan daşların əridilməsində. 2 çay qaşığı doğranmış saçaqdan 2 stəkan
qaynar suya tökün, su hamamına qoyub, 2 saat saxlayıb süzün. Ekstraktdan gündə 3 dəfə yeməyə 1saat qalmış stəkanın 0,5 hissəsi qədər istifadə edin.
Müalicə kursu yarım ildən az olmamaq şərti ilə aparılır.

Xroniki xolesistitin müalicəsində. 2 xörək qaşığı doğranmış qarğıdalı saçaqlarından götürüb stəkan yarım qaynar suya tökün, qaynama dərəcəsinə çatdırıb 30 dəqiqə saxlayın. Dəmləmədən gündə 2-3 dəfə 2 xörək qaşığı yeməyə 15-20 dəqiqə qalmış qəbul edin.

Sistit və diabet xəstəliyi zamanı. 1 çay qaşığı doğranmış saçaqlardan 1 stəkan qaynar suya töküb vam od üzərində 1 saat qaynadıb süzün. Üzərinə su əlavə etməklə isti halda 1 stəkan həcminə gətirin. Dəmləmədən gündə 2-3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə yarım qalmış qəbul edin.

Ürək mənşəli şişlərin müalicəsində. 1 xörək qaşığı doğranmış saçaqlardan 1 stəkan qaynar suya töküb, vam od üzərinə qoyun, 30 dəqiqə dəmləyin və 2-3 xörək qaşığı bal qarışdırıb, 1 stəkan həcminə gətirin. Ekstraktdan gündə 3 dəfə yeməkdən qabaq 1-2 xörək qaşığı qəbul edin.
Kəskin hepatitdə əlavə bir vasitə kimi. 2 çay qaşığı doğranmış saçaqdan götürüb 1 stəkan qaynar suya tökün, gündə 2-3 dəfə yeməyə 15-20 dəqiqə qalmış stəkanın 1/4 hissəsi qədər qəbuledin.
Müalicə kursu 4-6 aydır.

Qarğıdalı qida əhəmiyyətindən başqa, həm də  müalicəvi təsirə malik bitki  hesab edilir

 

Qarğıdalı qida əhəmiyyətindən başqa, həm də  müalicəvi təsirə malik bitki  hesab edilir

 

Piylənməyə qarşı. 1 xörək qaşığı doğranmış saçaqdan götürüb 1 stəkan qaynar suya töküb,
vam od üzərinə qoyun və 30 dəqiqə saxlayıb süzün. Sonra üstünə su almaqla 1 stəkan həcminə
gətirib gündə 3-4 dəfə 1-2 xörək qaşığı 3-4 saatdan bir qəbul edin.

Klimakteria qanaxmaları, eləcə də abort zamanı baş verən qanaxmalarındayandırılmasında. 2 xörək qaşığı doğranmış qarğıdalı saçağından götürüb termosa töküb üzərinə1 stəkan qaynar su əlavə edin, 7-8 saat saxlayıb süzün. Dəmləmədən gündə yeməyə 2 saat qalmış 5-6 dəfə 1-2 xörək qaşığı qəbul edin.

Sidik qanaxmalarında. Qarğıdalı saçağı, lobya qını, ayıqulağı otundan 100 q-adək götürüb qarışdırın. Qarışıqdan 40 q götürüb 1 litr qaynar suya tökün. Sonra zəif od üzərinə qoyub 15 dəqiqə axlayıb, süzün. Dəmləməni gün ərzində 6 dəfə qəbul edin. Bu zaman duzsuz xörəklər yeməklə yanaşı, qrelkaya isti su töküb, böyrək və sidik kisəsi üzərinə qoyun.

Aterosklerozun müalicəsində görülən profilaktik tədbirlər zamanı. Qarğıdalı yağından 25 q götürüb gündə 3 dəfə yemək zamanı qəbul edin. Bu zaman ümumi vəziyyətiniz yaxşılaşacaq, əsəb gərginliyi azalacaq, yuxunuz bərpa olunacaq.

Qarğıdalı qida əhəmiyyətindən başqa, həm də  müalicəvi təsirə malik bitki  hesab edilir

 

Müəlliflər: 1. Tofiq Sadıq oğlu Məmmədov; AMEA Dendrologiya İnstitutunun direktoru,
biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
 
2.Mais Qasımov; biologiya elmləri doktoru, professor 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz