» » Qaz sızması zamanı nə etməli?

Qaz sızması zamanı nə etməli?

Müəllif: Vüsal от 15-11-2016, 00:40
  Qaz sızması zamanı nə etməli?Qaz rəngsiz  və iysiz olur. Bu keyfiyyətinə görə adi havadan  gözlə fərq edilməz.  Yalnız tərkibində iştirak edən qoxulardan   qazın hiss edilməsi mümkündür. Quruluş və keyfiyyətlərinə görə hərəkət etməsi asandır və bu səbəbdən, xüsusilə qapalı sahələrdə ciddi təhlükə yarada bilər.
Qazın yanması üçün  mühitdə kifayət miqdarda hava və qaz qarışığı olması lazımdır.  Qaz qapalı bir həcmdə hava ilə 5 faiz - 15 faiz qarışdığı zaman partlayııla nəticələnə bilir.
Təbii qazın sızması nəticəsində evinizə, otağınıza, binanıza dolarsa, onu , əlbəttə ki, burnunuza gələn qoxu ilə təyin edəcəksiniz:çürük sarımsağa qoxusunu andırır.

Belə qoxu hiss etdiyinzdə dərhal:

Qaz sızması zamanı nə etməli?

Vaxtı itirmədən pəncərələri açın. Sayğac girişindəki bağlama ventilini və ya əsas ventili bağlayın. Qaz qoxusu duyulan otaqlarda elektrik düymələrii işə salmaq olmaz. Kibrit və ya çaxmaq yandırmayın. Heç bir elektrik açarından istifadə etməyin. Elektrik zəngini basmayın. Siqaret çəkməyin! Sayğac girişi ventilini bağladıqdan sonra hər bir cihazın girişindəki ventillərə nəzarət edin, açıq olanlarını bağlayın! Özünüzdən başqa digər insanlara da qaz iyi hiss olunub- olunmadığına əmin olun! Bütün ventillər qapalı olduğu halda, qaz iyi hiss olunursa, dərhal 104 -ə telefon edin!

Qaz sızması zamanı nə etməli?

 

Əgər qaz zirzəmidən gəlirsə, zirzəminin havasını dəyişin, amma kimsənin ora  daxil olmasına  icazə verməyin. Bina və ya evdəki başqa insanlara xəbər verib qaz dolmuş otaqları tərk edilməsini təmin edin.bununla əlaqədar olaraq  dərhal  lazımi yerlərə xəbər verin və bu şəraitdə qaz təchizatındakı zədə və zədələri özünüz təmir etməyə çalışmayın. Bunlar yalnız peşə məlumatı olan şəxslər tərəfindən aparılmalıdır. Unutmayın, qaz havadan yüngül bir tərkibdir. Buna görə tavanlara yaxın hissələrdə daha çox toplanacaqdır. Əgər mümkünsə, bağlı olan sahələrdə havanın hərəkəti və gedişi təmin olunmalıdır.
Xəbərdarlıq məcburi olmalıdır.

Qaz sızması zamanı nə etməli?

 

Dəm qazından zəhərlənmələr

Karbonmonoksid qazı zəhərlənmələri də reallqdır, buna da seyrçi yanaşmaq olmaz. Bacalar vaxtlı-vaxtında təmizlənmədiyindən, eləcə də yanlış soba seçimi və uyğun olmayan yandırma üsulu nəticəsində yanmış qaz mənzilə, hamama doluşub bədbəxt hadisəərə yol açır v ə belə hadisələrin rast gəlinmə tezliyi də az deyildir. Belə pis nəticələrlə qarşılaşmamaq üçün kömür istifadə edilən binalarda iki ayda bir, maye və qaz kimi digər yanacaqları istifadə isə ən çox 3 ayda bir bu təmizliyi etməlidir. Bacalar standartlara uyğun düzəldilməlidir. Baca yüksəkliyi 3,5-5 metr aralığında olmalıdır.

 

Qaz sızması zamanı nə etməli?


Mütləq baca başlığı istifadə edilməlidir. Bacalar damdan ən az 1 metr daha yüksək olmalıdır. Bacalar qətiliklə yataq otaqlarından və ventilyasiya boşluqlarından geçməməlidir.
İstifadə zamanı sobanın həddindən artıq doldurulmamalıdır, çünki belə halda sobanın tüstü yolunun daraldığını və bacanın sovurma çəkisi zəifləyir.
Həyat şirin, yaşamaq gözəldir.Onu qorumaq lazımdır!
 

Qaz sızması zamanı nə etməli?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz