» » “Qadın geyim bəzəkləri” sərgisində 200-dən çox eksponat nümayiş olunacaq

“Qadın geyim bəzəkləri” sərgisində 200-dən çox eksponat nümayiş olunacaq

Müəllif: Fidan от 8-11-2016, 06:10
“Qadın geyim bəzəkləri” sərgisində 200-dən çox eksponat nümayiş olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində "Qadın geyim bəzəkləri” adlı sərgi noyabrın 10-dan 2017-ci il fevralın 14-dək keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, sərgiyə bu müəssisənin etnoqrafiya, arxeologiya və xüsusi fondlarının materialları cəlb edilib. Arxeologiya fondundan 41, etnoqrafiya fondundan 142, xüsusi fonddan 60-dan çox müxtəlif növ materiallar təqdim olunacaq. Burada - baş bəzəkləri, düymə, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, həmçinin kəmərlər, tikmələr, toxuma bəzəkləri, şairə Xurşudbanu Natəvanın şəxsi əşyaları nümayiş etdiriləcək. Tamaşaçılar 200-dən çox eksponatla tanışlıq imkanı qazanacaqlar.
Muzeydə belə sərgi ilk dəfə təşkil edilir. Sərginin açılış günü bədii hissə və etnoqrafik materiallar əsasında slayd təqdim olunacaq.

“Qadın geyim bəzəkləri” sərgisində 200-dən çox eksponat nümayiş olunacaq

“Qadın geyim bəzəkləri” sərgisində 200-dən çox eksponat nümayiş olunacaq

Mənbə:http://azertag.az/xeber/Qadin_geyim_bezekleri_sergisinde_200_den_chox_eksponat_numayis_olunacaq-1008618

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz