» » Bədbəxt hadisələr: fəaliyyətsiz məmurlar və məsuliyyətsiz insanlar

Bədbəxt hadisələr: fəaliyyətsiz məmurlar və məsuliyyətsiz insanlar

 

Bədbəxt hadisələr:  fəaliyyətsiz  məmurlar və   məsuliyyətsiz insanlar

 

Məsuliyyətsizlik, laqeydlik səbəbindən sağlamlığa xəsarətlər yetirən, daha ağır nəticəyə- ölümlə səbəb ola bilən hadisələr cəmiyyətdə bir xof yaratmaqdadır. Bu qədər insanlar binalardan yıxılıb ölür, niyə hadisədən 1 həftə keçəndən sonra həmin sahədə təhlükəsizlik tədbirləri elə əvvəlki kimi qalır, sahibkarlar bu qayğıya yatırım qoymaq istəmirlər.
İntiharlar, insan sağlamlıqlarına xəsarət halları artan hədlə inkişaf etməkdədir. Belə hadisələrin dinamikası ciddi şəkildə pis başlanğıcdan xəbər verir.
May ayında Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşdü. Yenə may ayında "28 May" metrostansiyası yaxınlığında eyni bədbəxt hadisə baş verdi, binanın damından qadının başına düşən dəmir onun həyatına son qoydu.
Ucar rayonunda 3 yaşlı uşaq binadan yıxılaraq ölüb. Bakıda 24 yaşlı Niyaməddin Quliyev çoxmərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılaraq ölmüşdür.
Avtomobillə qəza törətmiş və 2 nəfərin həyatına son qoyan ağır nəqlyyat hadisəsi baş vermişdir.
və sair,və ilaxır. Aidiyyəti qurumları haqsız və yersiz ittiham etməkdən çox uzağam. Aidiyyəti qurumları haqsız və yersiz ittiham etməkdən çox uzağam. Baş verən bu cür hadisələr də vətəndaşların da məsuliyyətsizliyini ciddi faktor hesab edirəm.Təhlükə törədə biləcək və insanların sağlamlığına xəsarət verə biləcək, hətta həyat bahasına sonuclanan hadisələr haqqında maarifləndirmə işləri aparılmalı, bunlara xırda məsələlər kimi baxılmalıdır.Amma bizim qəzalar üzərində nəzarət müxanizmini yerinə yetirənlər maraqlıdırlar ki, insanlar, ən azından abonentlər hansısa xəta törətsin, yanlışlıq etsin, bunlar da "cərimə və "qulaqburma" mexanizmuni işə salsınlar. Hər il belə hadisələr baş verilir, bəs nə üçün bununla bağlı ciddi addımlar atılmır.
Hr gün istifadə etdiyimiz fəaliyyət növlərinin, əşya və vasitələrin hər biri nəzarətdən çıxsa, hamısa acının baş verməsi gözləniləndir. Ona görə də təkcə bu və ya digər xidmət və təşkilatlar deyil, adi vətəndaşlar da rast gəldiklərinə, baş verənlərə, eşitdiklərinə laqeyd qalmamalıdır. Belə laqeydliklərin bəzilərinin xronukası:
2015-ci ildə 20 yaşlı bir oğlan sevdiyi qızla Nəsimi rayonundakı Ağadadaş Qurbanov küçəsində qurulmuş 6 min voltluq transformatorun yerləşdiyi örtülüyə daxil olmuşlar. Gənclər ehtiyatsız davrandıqlarından yüksək gərginlikli naqillərə toxunublar.

Bədbəxt hadisələr:  fəaliyyətsiz  məmurlar və   məsuliyyətsiz insanlar
Nəticədə, elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.
O vaxt "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ciddi-cəhdlə təmsil etdiyi qurumu müdafiə edirdi ki, örtülünün qapısı bağlı olub. Onda belə çıxır ki, gənclər özləri ilə ling gətiribqapının çərçivbəsini yerindən çxarıblar. Bütün elektrik şəbəkələrinin ərazinin özünün mühafizəsi üçün texniki tələblər var. Belə yerlər ciddi mühafizə olunmalı, təcrid olunmalıdır. Kimdir belə şeyə baxan...Hərəsini bir cürə rəsmiləşdirib atırlar tarixə. Halbuki, mühafizə tədbirləri ən ciddi şəkildə görülsə, belə qəzalardan maksimum yan keçmək olar.
2019-cuil oktaybrın 16-da Babək prospektində azyaşlı qız da həmyaşıdları ilə oynayanda qaçıb transformatorun içərisində gizlənqaç oynamış və onu da elektrik cərəyanı vurmuşdu.
2021-ci ilin mayında Zərdab rayonunun Dəkkəoba kəndində 9-cu sinif şagirdi Müzəffərli Selcan Elvin qızını ehtiyatsızlıqdan elektrik vuraraq öldürüb.
Son vaxtlar müxtəlif sosial platformalarda intihar hadisələri ilə bağlı çoxlu xəbərlər tirajlanır.

 
 4.1. Təhlükəsizlik üzrə ümumi tələblər

4.1.1. Ərazi, binalar və iş yerləri

 

4.1.1.1. Hər bir müəssisədə iş yerinə getmək üçün müəssisənin ərazisində təhlükəsiz hərəkət yolları və yanğın vaxtı, yaxud qəza hallarında təxliyə planı işlənib hazırlanmalı və bütün heyətin nəzərinə çatdırılmalıdır.

4.1.1.2. Elektrik stansiyasının ərazisində və müəssisənin istehsalat binalarında yerləşən avadanlığın xidməti ilə məşğul olmayan şəxslərin orada müşayiətsiz qalması qadağandır.

4.1.1.3. Müəssisənin istehsalat binalarında və ərazisindəki nəqliyyat yollarının quruluşu və saxlanılmaları müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinin tələblərinə uyğun olmalıdır.

4.1.1.4. İstehsalat binaları və qurğuları daxilində və xaricində olduğu kimi onlara bitişik ərazinin keçidləri və yolları, girişləri və çıxışları işıqlandırılmalı, boş olmalı, piyadaların və nəqliyyatın hərəkəti üçün təhlükəsiz olmalıdır.

Keçid və yolları yükləyib bağlamaq, oraya yük yığıb saxlamaq üçün istifadə etmək qadağandır.

Keçidlər, yollar, həmçinin pilləkənlər, meydançalar və onların məhəccərləri həmişə saz və təmiz saxlanmalı, qış mövsümündə açıq havada olanlar qardan-buzdan təmizlənməli və onlara qum səpilməlidir.

Mazut təsərrüfatının ərazisində çəkilmiş bəndlərin içərisini, həmçinin suaxma qurğularını hər qar yağımından sonra təmizləmək lazımdır.

Meydançaların və keçidlərin döşənəkləri, həmçinin onların məhəccərləri etibarlı olmalıdır. Təmir dövründə çıxarılmış məhəccərlər əvəzinə müvəqqəti çəpər qoyulmalıdır. Təmir dövrü çıxarılmış məhəccərlər və döşənəklər təmir qurtardıqdan dərhal sonra öz yerlərinə qoyulmalı və möhkəm bərkidilməlidir.

4.1.1.5. Dəmir yolu və avtomobil nəqliyyatının hərəkət zonasında bütün darvazalar və binaların qapıları yanında çəpərləyici dayaqcıqlar və məhəccərlər, həmçinin müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinin şərtlərinə uyğun yol nişanları və ya qaranlıqda işıqsaçan lövhə quraşdırılmalıdır. Darvazalarda onların öz-özünə açılıb bağlanmasının qarşısını alan fiksatorlar olmalıdır (bax AZS 587-2011, 3.1. A "Dəmir yolları”).

Müəssisənin ərazisində, həmçinin binaların içərisində avtomobil və digər nəqliyyat vasitələri üçün yol verilən hərəkət sürəti təyin olunmalıdır. Nəqliyyatın hərəkət sürətinə məhdudiyyət qoyulan zona, nəqliyyat vasitələrinin dayanacaq və dönmə yerləri, gündüz və gecə yaxşı görünən müvafiq yol işarələri ilə nişanlanmalıdır.

Avtomobil nəqliyyatının keçid yerlərində, kommunikasiya və qurğuların altında qabarit hündürlüyünü və enini məhdudlaşdıran işarələr qoyulmalıdır.

4.1.1.6. Qatarlar, manevrli qatar düzümü, lokomotivlər hərəkət edərkən, vaqonlar açılarkən, vaxtında təhlükəsiz yerə (yol kənarına və ya yol arasına), sonuncu relsdən 2m-dən az olmayan məsafəyə aralanmalıdır.

4.1.1.7. Qaz borusu altında emalatxana, sanitar-məişət və digər binalar quraşdırmaq qadağandır.

4.1.1.8. Mərtəbələrarası arakəsmələr, döşəmələr, qanovlar və çuxurlar saz vəziyyətdə saxlanılmalıdır. Döşəmədəki bütün çuxurlar çəpərlənməlidir. Quyuların qapaqları və lüklərin kənarları, kameraların və çuxurların, həmçinin qanovların örtüklərinin üstü riflənmiş dəmirdən hazırlanmalıdır, döşəmə və ya yerlə eyni səviyyədə möhkəm bərkidilməlidir.

Təhlükəli zonalar (arakəsmələrdə, stasionar meydançalarda və divarlarda keçid tutumları, kanallar, çuxurlar, özül çalaları, quyuların və istilik kameralarının bağlanmamış lükləri) bütün perimetri boyu çəpərlənməlidir. Müvəqqəti çəpərlərin elementləri etibarlı bərkidilməlidir.

Çəpərlər insanın çəkisinin dinamik təsirinə dözümlü və dayanıqlı olmalıdır, günün bütün vaxtlarında yaxşı görünən olmalıdır. Çəpərlərin üzərində "EHTİYATLI OL! TƏHLÜKƏLİ ZONA” xəbərdaredici təhlükəsizlik plakatı asılmalıdır.

4.1.1.9. Kamera və qanovlarda təmizliyə riayət edilməli, çuxurlardan su müntəzəm çəkilməli, keçidlərin doldurulmasına yol verilməməlidir.

4.1.1.10. Öncədən işlərin mümkünlüyünü təsdiqləyən hesablamalar aparmadan tikinti konstruksiyalarını dəyişdirmək və onlarda dəlik açmaq qadağandır.

4.1.1.11. Qanovlarda xidmətçi heyətin rahat keçməsinə maneəçilik törədən bütöv arakəsmələrin qurulmasına icazə verilmir. Müstəsna hallarda, texnoloji şərtlərə görə qanovların ayrı-ayrı aralıqlara bölünməsi lazımdır, məsələn, tərpənməyən dəmir-beton lövhə dayağı qoyduqda bölücü arakəsmələrdən əvvəl və sonra yer səthinə çıxışlar düzəldilməlidir.

4.1.1.12. Hər bir müəssisədə (sexdə, sahədə) təmir meydançalarını və onların yüklənməsi həddini göstərən plan olmalıdır. Sexlərdə (sahələrdə) meydançaların sərhədləri, lövhələrdə isə onların yol verilən yüklənmə həddi aydın göstərilməlidir.

4.1.1.13. Yenidən tikilən, yenidən qurulan binaların və qurğuların otaqlarının işıqlandırılmasını layihələndirərkən işıqlanmanın səviyyəsi müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinə uyğun olmalıdır.

4.1.1.14. Yanar qazların və partlayıcı maddələrin buxarlarının daxil olma ehtimalı olan binaların işıqlandırılması üçün partlayışa qarşı mühafizəyə malik işıqlandırma armaturları tətbiq olunmalıdır.

İstehsalat binalarında qəza işıqlanması və işıq şəbəkəsinin gərginliyi 12 V olmalıdır.

4.1.1.15. Elektrik stansiyalarının istehsalat sexlərində elektriklə qaynaqlama avadanlığının qurulması üçün yer nəzərdə tutulmalıdır və burada qaz-elektrik qaynaqlama işləri aparmaq üçün mərkəzləşdirilmiş ayrılmalar olmalıdır.

4.1.1.16. Binadan bayırda təmir yerlərində olan material, məmulat, avadanlıq və onların hissələri, qışda qardan və buzdan təmizlənməsi mümkün olan tapdalanmış və hamar meydançalarda yığılmalıdır.

Adıçəkilən əşyaların özbaşına sürüşmələrinin qarşısını almaq üçün tədbirlər görülməlidir.

Materiallar dağ ətəyində yerləşdirildikdə meydançaları yerüstü sulardan qorumaq üçün tədbirlər görülməlidir.

Material və avadanlıqdan özül üçün çalanın və arxların kənarlarınadək məsafə enişin dayanıqlılığı ilə müəyyən edilir, amma bu məsafə 1m-dən az olmamalıdır.


 Aşağıdakı şəkillərdə  3 hündürmərtəbəli binanın  enerji təminatını ödəyən transfarmatoru görürsünüz.  Göründüyü kimi, qurğu  həm özünü qoruma, həm də ətraf mühitə  edə biləcəyi  fiiki təsirlərdən  qoruma  tələblərinə cavab vermir. Elektrik qurğularının küy, titrəyiş, elektrik və maqnit sahələrinin  insanlara yarada biləcəyi təhlükələr  hadisə törəyəndən sonra deyil, hadisə törənənə qədər yaddaş mövzusu olmalıdır. 

 transfarmatorla  qarşıdak; avtompnil dayanacağına məxsus divar arasında  1,5 metr  məsafə olar:   bir tərəfi qapanmış 4-5 metrlik bir döngədir.  Təbii ehtiyaclarını ödəmək istəyən ora cumur,  cavan uşaqlar ora toplaşıb ocaq qalayır, siqaret çəkir və sair.  Gərək bir bədbəxt hadisə baş versin, ondan sonra əl-ayağa düşələr?  

 

Bədbəxt hadisələr:  fəaliyyətsiz  məmurlar və   məsuliyyətsiz insanlar

  

Bədbəxt hadisələr:  fəaliyyətsiz  məmurlar və   məsuliyyətsiz insanlar


Axı  belə qurğular  ciddi çəkildə mühafizə olunmalıdır. Əvvəldə qeyd etdiyimiz kimi, həm özünün yarada biləcəyi təhlükə  baxımından, həm də  tikilinin ğzünün  kənar  təsirlərdən qorunması üçün.

Bədbəxt hadisələr:  fəaliyyətsiz  məmurlar və   məsuliyyətsiz insanlar

 

 Son iki şəkildə yaşadığı ərazidə rastlaşdığımız təhlükə   səbəbi ola bilər. Amma əraziyə xidmət edən MİS-lər, xidmət sahələrində heç kimin belə  məqamları görmək, aradan qaldırmaq  məramı  yoxdur.  Belə  qəza obyektlərinin kimə aid olduğunu  müəyyən etmək özü  xeyli vaxt aparır.    Biz hər dəfə   bu mövzulu yazılarımızda qeyd etmişik: xidmət sahələri arasında kordinasiya, qarşılıqlı əməkdaşlıq   yoxdur.Hər kəs çalışır ki, ona aid olan sahədə  hadisə baş verməsin, şikayət edilməsin. Nə üçün rabitə işçisi rasrtlaşdığı  belə hadisəni    aid olduöu orqana və yaxud mərkəzi icra orqanına bildirməməlidir. Çünki     onun məlumatı   digər xidmət tərəfindən  isti  qarşılanmayacaq,  başqasnın işinə qarışmaq kimi qəbul ediləcək. Belədə iş getməz, gedər, amma qəzalı gedər, narazılıq  və şikayətlər, acı hadisələr əksik olmaz.

 

Bədbəxt hadisələr:  fəaliyyətsiz  məmurlar və   məsuliyyətsiz insanlar

 

Bədbəxt hadisələr:  fəaliyyətsiz  məmurlar və   məsuliyyətsiz insanlar

 

Təbii ki,  mən mümkün olan bütün müraciətləri etmişəm. Amma  həm   vəzifəli şəxslərimizdə, həm insanlarımızın özündə bir məsuliyyətsizlik, laqeydlik var. Böyük  Şəhriyar demiş:

  

Hələ çox arzular ələk-vələkdir,

Ən böyük dərd isə biganəlikdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.