Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları
Müəllif: Dəyanət от 25-12-2019, 14:00
Ana və Uşaq.az həmin müraciəti təqdim edir:
Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı aşağıdakı təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:
- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
- ağac tezalışan oyuncaqla bəzədilməməli;
- qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
Bayram şənliyi tədbirlərində isə bunlar nəzərə alınmalıdır:
- şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
- pəncərədə dəmir barmaqlıq olmamalı;
- məkanın iki çıxışı olmalı;
- ehtiyat qapı üzərində "Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
- otağın qapıları mütləq bayıra açılmalı;
- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
- şənlikdə işıq tam söndürülməməli;
- şənliyə tezalışan materialdan paltar geyinilməməli;
- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Oxşar postlar:
- Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti (Video)
- Dəm qazı zəhərlənməsi zamanı vacib tədbirlər
- Bu gün Daşkəsən rayonunda 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğın olub
- Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun birgə məlumatı
- Hirkan Milli Parkının ərazisində yanğın baş verib
- Oxunub: 1 213
- Şərhlər: 0
- Bölmə: Sosial / Fövqəladə hallar
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar