» » Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları

Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları

Müəllif: Dəyanət от 25-12-2019, 14:00
 

Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları

 

Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

Ana və Uşaq.az həmin müraciəti təqdim edir:

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı aşağıdakı təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyi tədbirlərində isə bunlar nəzərə alınmalıdır:

- şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

- pəncərədə dəmir barmaqlıq olmamalı;

- məkanın iki çıxışı olmalı;

- ehtiyat qapı üzərində "Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

- otağın qapıları mütləq bayıra açılmalı;

- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

- şənlikdə işıq tam söndürülməməli;

- şənliyə tezalışan materialdan paltar geyinilməməli;

- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
 

Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları

 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
 
Təhlükə zamanı 112-yə zəng edin!

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.