» » Mehriban xanıma müraciət

Mehriban xanıma müraciət

Müəllif: Anaveusaq.az от 3-06-2019, 18:00
Mehriban xanıma müraciət

Xətai rayonunda yaşayan gənc ana Ağgül Məsim qızı Mirzəyeva Ana və Uşaq-az-a müraciət edərək Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yazdığı məktubu saytımızda dərc etməyi xahiş etmişdir. Xanım məktubunu və
həyat yoldaşının xəstəliyi haqqında müalicə müəssisəsinin arayışını şəxsən əri ilə birlikdə gətirib təqdim etmişdir.
Söhbət zamanı aydın oldu ki, Aygül xanımın həyat yoldaşı Elşən Mirzəyev epilepsiya xəstəliyinin ağır formasından əziyyət çəkir. 2007-ci ilsən II qrup əlildir, öhdəsində 3 azyaşlı övladı var. İndiyə kimi 80 manat təqaüd almışdır. Vətəndaşların sosial təminatını gücləndirməklə bağlı son islahatdan sonra təqaüdü 130 manata qaldırılıb. 225 manat da sosial müavinət alır. Buna görə dövlətimizə, şəxsən ölkə başçısına minnətdarlığını ifadə edən Elşən Mirzəyev bildirdi ki, məndə bu tutmalar tez-tez olur. Dərmanlar bahadır. Ailə ehtiyacları imkan vermədiyindən çox vaxt xəstəliyimi müalicə etdirə bilmirəm. Həm övladlarım, ailəm əziyyət çəkir, həm də özüm. Bu xəstəliklə də heç bir idarə məni işə götürmür.
Gümanımız ancaq dövlətimizə, Birinci vitse-prezident Mehriban Xanıma qalır.
Təbii ki, biz Elşənə və onun xanımına dövlətin sosial sahədə apardığı islahatların aztəminatlı ailələrin şəraitini getdikcə yaxşılaşdıracağına ümid yaratdıq. Müraciəti saytımızda dərc edəcəyimizi vəd edərək, onu şəxsən Mehriban xanıma da göndərmək haqqının da olduğunu izah etdik.Çünki bildiyimizə , eləcə də insanlardan eşitdiklərimizə görə, Mehriban xanıma ünvanlanan bütün müraciətlərə həssaslıqla yanaşılır.
İndi isə söz verdiyimiz kimi , Ağgül Mirzəyevanın müraciətini olduğu kimi dərc edirik.
Ana və Uşaq.az

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Xanım Əliyevaya
Bakı şəhəri Xətai rayonunun General Şıxlinski küçəsi, bina 49, mənzil 145-də yaşayan 
Mirzəyeva Aygül Məsim qızı tərəfindən

Müraciət
Salam.
Mən Mirzəyeva Aygül Məsim qızı Daşkəsən rayonunda anadan olmuşam.
2008-ci ildə Mirzəyev Elşən Kazım oğlu ilə ailə qurmuşam. Bizim iki qızımız, bir oğlumuz var. Övladlarımın hər ikisi məktəblidir. Özüm heç yerdə işləmirəm.
Həyat yoldaşım II qrup əlildir: epilepsiya xəstəsidir. Xəstəliyinə görə heç bir yerdə işə götürmürlər. Yoldaşımın müalicə xərcləri bahalı olduğu üçün vaxtlı-vaxtında müalicə oluna bilmir.
Hörmətli Mehriban xanım, doğrudur, dövlət bizə sosial müavinət təyin edib, yoldaşım 130 manat təqaüd alır. 225 manat da sosial müavinət alırıq.
Bizim başqa heç bir yedən əlavə gəlirimiz yoxdur. İndiki şəraitdə 355 manatla 5 nəfərlik ailənin ehtiyaclarını ödəmək bizim üçün çox çətindir.
Hörmətli Mehriban xanım, yoldaşım əslən Dərələyəz mahalındandır.
Uşaqlarımı böyüdənə kimi dövlətimizin, cənab Prezidentimizin, şəxsən Sizin humanizminizdən başqa, ümid yerimiz yoxdur.
Sizdən çox-çox xahiş edirəm ki, bizim ailəyə köməklik edilməsi üçün aidiyyəti orqanlara göstəriş verəsiniz.

İmza: Mirzəyeva Aygül Məsim qızı

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Nazan

  • 9 iyun 2019 01:01
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Salam hörmətli Vitse Prezident Mehriban Xanım Əliyeva.
Mən Hövsan qəsəbəsində kirayə yaşayıram. İki övladım var.Evdar qadınam.Oğlum orta məktəbi yaxşı oxusada biz ona təhsil verə bilmədik. Hal hazırda oda işsizdi, arada ayaqqabı yerində işləyib. Ayaqqabı tikirdi, indi nisə orada bağlanıb. Qızımın orta məktəbi əla qiymətlərlə bitirib. Onu imkanımız olmadıqı üçün hazırlıqa da qoya bilmədik. O özü hazırlaşıb İncəsənət Universitetinə gəbul oldu.Təhsil ödənişlidi. Mənim qızım Rəsulova Fidan hal hazırda 3-cü kurs tələbəsidir.Yaxşı oxuyur.İki ilini borc alıb yavaş yavaş ödədik.3 -cü kursu artıq ödəniş edə bilmirik. Mənim yoldaşım sürücüdü tək bizi dolandırırdı. Onun yüksək təzyiqi var, çətinlikləri çox ürəyinə salardı,borc, fikir və əsəb onu artıq xəstəxanaya gətirib çıxardıb. Beyninə qan sızıb, onu şok vəziyyətdə Sabunçu xəstəxanasına apardıq, təcili əməliyyət olunub və yenədə olunmalıdı. Həkim bizə hələdə ödənişi demiyib.Deyəndədə bilmirik hardan o imkanı tapaceyik. Qohumlarımız çox əlimizdən tutur ancaq onlarında artıq gücü yetmir. Problemlərimiz bitmir. Biz yenədə borca düşdük. Artıq evin kirayəsini de necə ay verə bilmirik, ev sahibi bizi tezliklə evdan çıxardacaq.Yoldaşımın vəziyyəti çox ağırdı, onu itirməkdən qorxuram, İstəmirəm uşaqlarımın boynu bükük atasız qalsınlar. Ürəyim partlamaq üzrədir. Çıxış yolu tapmıram.Mən sizdən bir qadın kimi bir bacı kimi bir ana kimi xahış edirəm mənə kömək edəsiniz.Çox xahış edirəm.Mənim ailəmə yardım edin!
Hörmətlə Rəsulova Nazan!

055 417 18 42
  • Нравится
  • 0