» » Küçə barrikadaları qurulmayıb, epidemiyalar, hər hansı fövqəladə vəziyyət yox, amma insanlar təşvişlə yaşayırlar

Küçə barrikadaları qurulmayıb, epidemiyalar, hər hansı fövqəladə vəziyyət yox, amma insanlar təşvişlə yaşayırlar

 

İtlər heç məni dişləmədi, amma insanlar üçün eynisini deyə bilməyəcəyəm. 

 Marilyn Monreo

İtlərin ən böyük qorxusu evdən onlarsız çıxdıqda təkrar geri qayıtmayacağınızdır. 

 Stenli Coren


İki həftə öncə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 4 yaşlı uşağın üzünü it parçalamışdı. Bu motivdə baş verən ilk hadisə deyildi bu.
Mart ayının 9-da da Ağstafa rayonunda 21 yaşlı Cavid küçə itlərinin qpması nəticəsində 38 gün sonra dünyasını dəyişmişdi. Bu da ikinci hadisə deyildi.
Hadisə baş verir, mətbuat, televiziya hadisəni xəbərləşdirir, üstündən 1-2 ay keçir, sonra hər şey unudulur. Elə bil belə faciələr olmayıb.Sahibsiz itlər 4 yaşlı balanın üzünü parçalamayıb, 21 yaşlı Cavid bir quduz itin dişləməsindən dünyasını dəyişməyib… Həyətə düşürük: sahibsiz itlər sürəklə ətrafımızda gəzib dolanırlar.
 

Küçə barrikadaları qurulmayıb, epidemiyalar, hər hansı fövqəladə  vəziyyət yox, amma insanlar təşvişlə yaşayırlar

 

Küçə barrikadaları qurulmayıb, epidemiyalar, hər hansı fövqəladə  vəziyyət yox, amma insanlar təşvişlə yaşayırlar

Di gəl uşaqlarını həyətə, öz qapının ağzına buraxıb evində rahat ol. Gərək özün də həyətə düşəsən, ya da uşağı çölə-bayıra buraxmayasan. Şəhərin küçələrində, parklarda, bazar və iaşə müəssisələrinin ətrafında belə itlər daha çox olur.
Sahibsiz itlərlə məşğul olan qurum var:  Bakı Şəhər Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi. Birbaşa olmasa da, mənzil kommunal təsərrüfatı birlikləri, gigiyena və epidemiologiya mərkəzləri var və digər qeyri-hökumət təşkilatları var. Amma bu ciddi problem heç həllini tapmır ki tapmır.
Hansı quruma, hansı ki, əvvəldə adlarını qeyd etmişəm, müraciət etsən, deyəcək ki, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi baxır belə işlərə, onlara müraciət edin. Etiraz etmirik, cənablar. Amma belə problemlərin əsaslı həlli  aidiyyəti qurumların birgə kompleks tədbirlərini tələb edir.
Bakıda dövlət və ictimai binaların, demək olar ki, əksəriyyətinin zirzəmisi qorunmur. Çoxlu uçuq-sökük binalar var. Belə yerlər itlərin sığınacağıdır, burada çoxalırlar onlar.
Aidiyyəti qurumlara bu barədə müracət edəndə deyirlər ki, gərək sakinlər ərizə ilə müraciət etsin. Bu da ola bilər. Amma sakinlər müraciət etməsələr, deməli, siz də kabinetlərinizdən bayıra çıxmayacaqsınız. Niyə profilaktik tədbirlər aparılmamalıdır, binaların zirzəmiləri sanitariya baxımından təmizlənib bütün giriş-çıxış yolları izolə olunmamalıdır? Niyə insanların asudə və rahat yaşaması üçün təşkil edilmiş qurumlar arasında əməkdaşlıq yoxdur, əməkdaşlıq var, amma bir-birlərinin fəaliyyətsizliklərinə göz yummaq əməkdaşlığı.
Bu cür hadisələrlə bağlı qəzetlərdə, televiziya kanallarında aidiyyəti qurumların vədlərini çox eşitmişik. Maşallah, söz verirlər ha: "belə olacaq", "tədbirlər planı hazırlamışıq", "görüş keçirmişik" və s.
Amma heç vaxt vəziyyət yaxşılığa doğru dəyişməyib və paytaxt sakinləri təhlükə içərsində yaşamaqdadır… 

  Mənim yaşdığım məhəllədə  2 il öncə dəfələrlə  yazılı olaraq müraciət etdikdən, zəng vurduqdan  sonra  Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin əməkdaşları gəldi. Həmin vaxtda "Xəzər” televiziyasından çəkiliş qrupu da dəvət edilmişdi.  Televiziyanın çəkiliş üçün dəvət edilməsi, görünür ki, idarə tərəfindən edilmişdi: görüntü yaratsınlar ki, bu idarə fəaliyyət göstərir. Halbuki,  onlar  bir neçə it küçüyünü ovlayıb maşına atdılar, anaları, böyük itlər isə qaçıb binaların zirzəmilərinə doluşdular.  Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin əməkdaşları zirzəmilərə girmədilər və  2-3  küçüyü ovlayıb   ərazini tərk etdilər. Axşam da televiziyada bu barədə süjet  yayımlandı: guya bu idarə  gücləndirilmiş iş rejimində çalışır,  müxtəlif vaxtlarda profilaktik tədbirlər aparır.

Ona görə də hansə əraziyə/məhəlləyə getsən, çoxlu sayda itlər vardır.

 Bu idarənin  nə vaxtsa televizorda, mətbuatda müracətlərini, tövsiyələrini oxumusunuzmu?

Sahibsiz itlər problem tək Azərbaycanın,  Avropanın deyil, ümumiyyətlə, dünyanın  əsas problemlərindən biridir.

 Bu şəkillər də son  müxtəlif  günlərdə bu ərazilərdə çəkilmişdir.


Küçə barrikadaları qurulmayıb, epidemiyalar, hər hansı fövqəladə  vəziyyət yox, amma insanlar təşvişlə yaşayırlar

 

Küçə barrikadaları qurulmayıb, epidemiyalar, hər hansı fövqəladə  vəziyyət yox, amma insanlar təşvişlə yaşayırlar

 

Küçə barrikadaları qurulmayıb, epidemiyalar, hər hansı fövqəladə  vəziyyət yox, amma insanlar təşvişlə yaşayırlar

 

Küçə barrikadaları qurulmayıb, epidemiyalar, hər hansı fövqəladə  vəziyyət yox, amma insanlar təşvişlə yaşayırlar

 

Küçə barrikadaları qurulmayıb, epidemiyalar, hər hansı fövqəladə  vəziyyət yox, amma insanlar təşvişlə yaşayırlar

 

Küçə barrikadaları qurulmayıb, epidemiyalar, hər hansı fövqəladə  vəziyyət yox, amma insanlar təşvişlə yaşayırlar

 

 

   Sahibsiz köpəklər insanlara hücum etməsi, həyatı üçün açıq təhlükə yetirməsindən başqa, həm də  infeksiya  mənbəyidirlər.

Sahibsiz İtlər və pişiklər  küçədə, məhəllələrdə, park və  yaşıllıq ərazilərində təbiətə buraxdıqları   müxtəlif parazitli  yumurtalar  ifraz edirlər . Bütün günü   həyət-bacada olan, park və  istənilən yaşıllıqlarda  oynayan uşaqlar   qum və ya torpaqla qarışmış  ifrazatla təmasda olduqlarından  təhlükəli  xəstəlilkərə   ötürücü olurlar.  

Məsələn, öskürək, burun axıntısı, tənəffüs sürətlənməsi, zəifləmə, qarın, əzələ və oynaq ağrıları, narahatlıq, əsəbilik, diqqətsizlik , qaraciyər və dalaq böyüməsi, korluq və hərəkət pozuqluqları  kimi klinik hallar baş verə bilər.

Lap sahibləri ilə olan heyvanlarda belə təhlükə mənbəyidirlər.

Deyilməsi, yazılması  nə qədər çətin olsa da,  problemin aktuallığı naminə  deməliyik:   açıq havada  itlərin  ciftləşməsi səhnəsi də  narahatedici məqamdır.

  Bəlkə də sahibsiz heyvanlar   fəal olaraq  insanlara təhlükə törətməzsə,  heç  kütləvi informasiya vasitələrində , yteleviziyada  bu barədə    danışmazlar da.Gərək  bir bədbəxt  hadisə törənsin, Ondan sonra  1-2 həftə danışmağa, yazmağa mövzu olsun. Halbuki,  adi günlərdə  heyvanlarla  bağlı  maarifləndirilmə aparılmalı, profilaktik tədbirlər həyata keçirilməli,  küçə və məhəllələrdən bütün sahibsiz heyvanlar yığışdırılmalıdır.

 Dünya Səhiyyə Təşkilatına 1990-ci ilə aid statistikasına görə , dünyadakı  itlərin sayı  500 milyon olub, bu, təxminən, insan əhalisinin 10-da biri qədərdir. Narahatedici məqam budur ki,  bu heyvanların 75 faizi sahibsidir, küçə heyvanlarıdır

Amma  nə Avropa ölkələrinin, nə də ümumilikdə  dünya ölkələrinin  bir çoxunda sahibsiz  itləri harada gəldi  amansızcasına  məhv edilməsi praktikası yoxdur. Həmin ölkələrdə  bunun üçün  müxtəlif   kompleks tədbirlər görülür, layihələr həyata keçirilir. Daha çox  belə heyvanları küçələrdən tamamilə yığışdırılar, küçələrdə heç bir sahibsiz itə  təsadüf edilməz.  Ya da həmin heyvanları  qısırlaşdırma yolu ilə say artımının qarşısını alırlar.  

 Son günlər  baş verən hadisələrin fəallığı səbəbindən  cəmiyyətdə bu mövzuya diqqət  bir qədər də artmışdır. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif fikirlər səsləndirilir. O fikirlər  məyusluq doğracaq qədər  çoxdur ki, orada itlərin cismanı məhvinə qarşı  çağırışlar var. Əlbəttə, olmaz.

Azərbaycan dünyəvi dövlətdir, heyvan haqlarının qorunmasında dair beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürüb. Bu yönümdə  ciddi də işlər görülüb.IDEA Birliyi və şəxsən onun rəhbəri Leyla Əliyevanın  təşkilatçılığı ilə  bir çox layihələr həyata keçirilib, Sahibsiz heyvanlar üçün qayğı mərkəzi, "Toplan” sahibsiz itlərə qayğı mərkəzi yaradılıb. Bu, problemin həllinə yönül addım olmaqla bərabər, həm də əvvəldə qeyd etdiyim təşkilatların fəaliyyətlərinə dəstəkdir. Amma təşkilatlar işləmək istəmirlər ki istəmirlər.

   Bu problemin  mövcudluğunda, eləcə də bu problemlərə qarşı  tədbir görmək, aidiyyəti qurumlara  xəbərdarlıq etmək, göstəriş vermək statusu olan çox qurum var: mənzil kommunal təsərrüfatı birlikləri, gigiyena və epidemiologiya mərkəzləri,  Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, bələdiyyələr,  ərazilər üzrə  MİS-lər, sahə müvəkkilləri. Di gəl ki, heç kimə söz demək olmur, o dəqiqə cavab verirlər ki, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi. Halbuki, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi də bu qurumların  nəzarətsizliyi ucbatından  işlərini biyara görən kimi  edirlər.

  Bəziləri  sahibsiz heyvanların  məhv edilməsini təklif edirlər. Əlbəttə ki, olmaz. Sadəcə, bu  problemin  həlli üçün düçünülmüş sistemli  fəaliyyət olmalıdır. Maarifləndirilmə aparılmalıdır. Xüsusi olaraq it, pişik saxlayan insanlar üçün bunun  qaydaları müəyyən olunmalı və onların icrasına nəzarət edilməlidir.  Bina və tikililərin zirzəmiləri açıq olmamalıdır. Zirzəmilər itlərin artıb çoxaldığı məskənlərdir. Tədricən isə  ərazilər üzrə bütün sahibsiz heyvanları

yığışdırmaq olar.

Küçə barrikadaları qurulmayıb, epidemiyalar, hər hansı fövqəladə  vəziyyət yox, amma insanlar təşvişlə yaşayırlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz