» » Dəm qazı zəhərlənməsi zamanı vacib tədbirlər

Dəm qazı zəhərlənməsi zamanı vacib tədbirlər

Dəm qazı zəhərlənməsi  zamanı  vacib tədbirlər

Artıq qış mövsümüdür. Havaların soyuq və küləkli keçməsi qış qayğılarını bir qədər də  artırmışdır. Payız-qış mövsümündə qaz sobalarından və su qızdırıcılarından istifadə daha intensivləşir. Adətən, bu mövsümdə ehtiyatsızlıq və bəzən də məsuliyyətsizlik üzündən bədbəxt hadisələrin baş vermə halları da çox müşahidə olunur.
Odur ki, insanlar, xüsusən evdə daha çox olan qadınlar, uşaqlar üçün bəzi vacib məlumatları diqqətə çatdırırıq.

Karbon turşusu rəngsiz, dadsız, iysiz, yanıcı zəhərli qazdır. Orqanizmə tənəffüs yolu ilə girir və birbaşa qana keçərək oksigen qəbulunu əngəlləyir. Bu, zəhərlənmələrə və hətta, ölümə də səbəb olur.
Karbon turşusu zəhərlənmələri qapalı şəraitlərdə, bacası çəkməyən soba, sı qızdırıcıları , şaxtasız qaz sobalarında yanacağın yaxşı yanmasın səbəbi ilə meydana gəlir. Karbon turşusu meydana gələn zəhərlənmələrdə qısa müddət içərisində tibbi müdaxilə edilməzsə, nəticələri çox ağır olur.

Soba və bacalarla əlaqədar riayət edilməsi lazım olan qaydalar

* İstifadə edilən hər cür isitmə cihazının keyfiyyət sənədinə, zəmanət və zəmanət müddətlərinə diqqət edilməli;
* İstifadə edilən yanacağın standartlara uyğunluğu nəzarət edilməli, icazə sənədi olmayan məntəqə və satıcılardan isitmə cihazları, yanacaq materialları alınmamalı;
*Həddindən artıq yanacaq materialları iə doldurulan sobanın tüstü yolu daraladığı üçün, bacanın yanmış qazı sovura bilmək keyfiyyəti zəifləyəir. Ona görə də soba yandırılarkən hədsiz doldurulmamasına diqqət edilməli;
* Sönməkdə olan sobaya heç vaxt yeni yanacaqlar qoyulmamalı, yanacaq yavaş-yavaş əlavə edilməli, yatmazdan əvvəl sobaya qətiyyən yanacaq qoyulmamalı;
* Əgər bacalar standartlara uyğun deyilsə, alçaq təzyiqli havalarda soba yandırılmamalı, yandırılması məcburi isə, gecə yatarkən mütləq tam olaraq söndürülməlidir;
*Sobanın yerləşdiyi yer daim havasını dəyişməlidir;
*Bacalar standartlara uyğun qurulmalı və izolyasiyalı olmalı, mütəmadi olaraq təmizlənməsinə rəhbərlik edilməlidir;
*Dumanın geri dönüşü olmasın deyə, bacaların ən damfan ən azı 1m yüksəkdə olmalı və mütləq şlyapa qoyulmalıdır;,
Binaların yanğından qorunması üzrə qanunvericilik müddəalarına riayət edilməsinə daim diqqət göstərilməlidir.
Təhlükəli vəziyyətlərdə dərhal yanğın təhlükəsizliyi, təcili tibb xidmətlərinə müraciət edilməlidir.

Su qızdırıcılarının("pitiminutka”) istismarı zamanı diqqət edilməli məqamlar

*Alınan acihazın ın keyfiyyət sənədi və təminatlarına diqqət edilməli;
*Su qızdırıcıları mütləq bacaya bağlanmalı, baca əlaqəsi olmayan cihaz heç vaxt işə salınmamalı;
* Su qızdırıcıları yerləşdirilən məkan kifayət qədər böyük olmalı və bu, mütləq ixtisaslı servis xidməti tərəfindən aparılmalı;
* Su qızdırıcıları istifadə edildiyi yerə daim təmiz havanın daxil olması təmin olunmalı;
*Bacalar yataq otaqlarından, pilləkən dəhlizindən, ventilyasiya boşluqlarından, dam arasından, hamam və tualetdən keçirilməməli;
*Mənzillərdə uyğun yerdə detektor saxlanılmalı;
*Su qızdırıcıları qaz sızması hiss edildikdə, əvvəlcə qaz vannası və borucuq dedantor qapadılmalı, elektrik düymələrini açmaq, açıqsa, dərhal qapadılmal; kibrit - alışqan kimi od və qığılcım çıxaracaq heç bir əməliyyat edilməməli, pəncərələr qarşılıqlı açılaraq mühitdəki qaz xarici havaya axıdılmalı, dərhal olaraq da qaz şirkətinin rəsmisi və ya servis xidmətinə müraciət edilməlidir.

Dəm qazı zəhərlənməsi  zamanı  vacib tədbirlər

Qeyd: Türkcədən tərcümə edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz