Payız-qış mövsümünə hazırıq deyirik, amma hazırıqmı?
Müəllif: Akif Əhmədov от 6-11-2018, 10:21
Eşitmişəm idarədə qalırsan
Üç gecədir!
Yaramaz belə.
Muğayat ol özündən
Adamlar necədir?
Xəstələnən yoxdur ki?
Plan dövlət qanunudur –
bilirsən özün.
Ancaq, adamsız nə plan, nə dolum!
Adamlarda olsun gözün.
Rəsul Rza
2018.10.19-cu ildə Xətai rayonunda 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında bildirilib ki, qarşıdakı payız-qış mövsümü ilə bağlı əhalinin enerji daşıyıcıları, su və istiliklə fasiləsiz təminatının vəziyyətini xüsusi nəzarətdə saxlanılır. Bəs, əslində vəziyyət necədir?
Bu gün - noyabrın 6-sı səhər qalxdıq ki, qaz kəsilib. Bir ildə neçə dəfə kəsilmə, fasilə ola bilər axı?
Yanvar ayından indiyə kimi, 15 dəfə qazın verilməsində fasilə kəsilmə olub: 17 və 19 yanvarda, 28 fevralda, 28 martda, 13 və 20 apreldə, 10 və 18 iyulda, 16 avqustda, 13, 15, 27 və 28 sentyabrda, 19 oktyabrda və bu gün- 6 noyabrda. Bunlar mənim bilib qeyd etdiyim tarixlərdir,Olsun ki, daha bir neçə dəfə də kəsilmə olub. Bəzi hallarda mətbuatda bunun hansısa qəza və ya texniki yenilənmə ilə əlaqədar olduğunu bildiriblər. Əgər belədirsə, onda gərək növbəti müddətlərdə qazın keyfiyyəti daha yaxşılaşsın, daha etibarlı olsun. Bir balaca hava soyudumu, qaz olduqca zəifləyir.
Bu qədər də qəza ola bilməz axı: kütləvi hala dönüb.
Artıq havalar soyumağa başlayıb.Panel divarlar arasında bu soyuqluq laqeydlik soyuğu ilə adamları bir qədər də tez üşüdür.
Oxşar postlar:
- Xoş gəldin, Payız….
- Xidmət sahələrində vəziyyət düzəlmir ki-düzəlmir
- ...tədbirlərlə sakinləri yola verə-verə ili başa vururlar
- Müraciətlərə cavab verilmir, ya da başdansovdu cavab verirlər
- Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
- Oxunub: 1 018
- Şərhlər: 0
- Bölmə: Sosial
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
"...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( I yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)
Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov
" Yenə də çiçəkdi, güldü bu dünya "
Bu dadlı nemətləri qoyub, insanlar spirtli içkilər niyə içsin?
Eşqimiz bir şirin sevda
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – II yazı
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı
Sülhməramlı missiya tərəflər arasında tərəf olmamalıdır
Yazarlar