Az pulla görməli, gəzməli 10 ölkə
Müəllif: Anaveusaq.az от 2-11-2018, 00:30
Şəxsi büdcənizdən çox pul ayırmadan dünyanın müxtəlif ölkələrinə səyahət etmək, fərqli mədəniyyətləri tanımaq istəyirsinizsə, bu xəbər sizin üçündür.. Dünyanı dolaşmaq istəyən, amma büdcəsi məhdud olanlar bu ölkələrə az pulla gedib, çox zəngin təəssüratlarla qayıdacaqlar.
Kamboca
Gündəlik məsrəf , orta hesabla, 30 dollardır.
Makedoniya
Orta hesabla, gündəlik xərc 30 dollar təşkil edir.
İndoneziya
Papua adasında yerləşən, 4,884 metr hündürlüyü olan Pancak-Caya zirvəsi ölkənin ən hündür nöqtəsidir, Sumatra adasında yerləşən Toba gölü isə sahəsinə görə (1,145 kv.m) İndoneziyanın ən böyük gölüdür. Ən uzun çayı Kalimantan adasında olan Mahakam və Barito çaylarıdır.
Bali bölgəsi bal ayına gedəcək cütlər üçün çox sərfəlidir.
Gündəlik xərc 35 dollardır.
Mistik yerlərdə tarixi səfər etmək istəyənlər üçün Hindistan əsl səyahət məkanıdır. İnanc sistemləri baxımından fərqli düşüncələrə malik bu ölkədə unudulmaz bir səfər yaşayacağınıza əmin olun. Gündəlik xərc, orta hesabla, 25-30 dollardır.
BolqarıstanXüsusilə qayıqsevərlər bu ölkədə olmağa can atırlar. Xizək sürmək keyfini tam yaşamaq istəyənlər isə dünyanın ən gözəl xizək mərkəzinə malik olan bu gözəl ölkəyə qış mövsümündə axın edirlər.
Orta hesabla, gündəlik xərc 35 dollardır.
Serbiya
"Kozara” parkının ərazisi 3520 hektardır. Park Avropanın Milli Parklar Federasiyasına daxildr.
"Suteska” Serb Respublikasının ən qədim parklarından biridir. Park 1962-ci ildə təşkil edilmişdir. Sahəsi 17 250 ha ərazini əhatə edir. Burada bürün avropanın relik dörd meşədindən biri yerləşir. Burada həmdə Serb Respublikasının ən hündür dağı Malıç yerləşir (2386 m). Park Avropanın Milli Parklar Federasiyasına daxildir.
Belqradın gecə həyatı ovsunlayıcıdır. Avropada bir çox Dj konsertləri bu ölkədə keçirilir.
Orta hesabla, gündəlik xərc 30-40 dollara yaxın olur.
Vyetnam
Cənub-Şərqi Asiyanın ən cazibədar ölkələrindən olan Vyetnamda gəzərkən çantalı turistlərin satyı bu ölkəyə marağın olduğunu göstərən ilk təəssüratdır.
Yeddi yeni dünya möcüzəsindən biri hesab edilən Xalonq körfəzi bu ölkədə yerləşir. Xalonq körfəzi bir çox cəhətdən unikaldır. Onun ərazisində Yer planetinin yaranması və inkişafı prosesindən xəbər verən aydın izlər qalmışdır. Bu yerlər müasir Vyetnamın ibtidai əhalisi - qədim vyetlərin məskunlaşdığı ərazilərdən biri hesab olunur. Körfəzin dəniz mənzərəsi, o cümlədən ölçüsü və formasına görə rəngarəng olan adalar nadir və möhtəşəm təbiət əsəridir. Bu adalarda nadir gözəlliyə malik mağaralar və qrotlar sistemi əmələ gəlmişdir. Bundan əlavə, körfəzin fauna və florası həddindən çox rəngarəngdir: burada dəniz suyunun altında qalmış meşələr, mərcan adaları, tropik leysan meşələri və s. bu kimi eko-sistemlər mövcuddur və orada minlərlə müxtəlif növ vəhşi heyvan və yabanı bitki var.
Vyetnamda digər dünya irsi abidələrinə Xüe abidələri kompleksi, tarixi Xoyan şəhəri, Mişon məbədgahı, Milli Fonqnya-Kebanq parkı, Xanoy qalası və Xo sülaləsinin qalası aiddir. Bu marşrutlar rusdilli turistlər arasında çox məşhurdur.
Gündəlik xərc, orta hesabla, 30 dollar ətrafındadır.
Gürcüstan
Beynəlxalq mehmanxana şəbəkələrinin bir çoxu Gürcüstanda fəaliyyət göstərir: "Courtyard by Marriott”, "Sheraton Hotels and Resorts”, "Radisson Hotels” və s.
Batumda axşam günəşini seyr etmək unudulmazdır. Gürcüstan mənzərəli təbiəti, subtropik bitkiləri ilə yaddaşınızda əbədi qalacaqdır. Burada gündəlik büdcə hesablaması 30 dolları keçməyəcəkdir.
Ukrayna
Lvov, Kiyev və Odessa kimi çox gözəl şəhərləri kəşf etmək üçün bu ölkəyə mütləq getmək lazımdır.
Ukraynanın ən yüksək nöqtəsi Karpat silsiləsindəki 2061 metr hündürlüyü olan Hoverla dağıdır. Ən böyük çayı – Dnepr (2200 km uzunluğu olan bu çayın yarısı Ukrayna ərazisindən axır) , ən böyük təbii gölü Odessa vilayətində yerləşən Yalpuq gölüdür.
Gündəlik xərc, orta hesabla, 30 dollardır.
Şri-lanka
Şri-lanka həm də qeyri-adi mədəniyyətəmalikdir.
Gündəlik məsrəf, orta hesabla, 25 dollardır.
Qeyd: İnternet məlumatları ilə hazırlanmışdır.
Oxşar postlar:
- Oxunub: 1 199
- Şərhlər: 0
- Bölmə: Sosial / Turizm
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
Qadındır müqəddəs,qadındır yüksək...
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Əhməd bəy Ağaoğludan çox canıyanan bir dəyərləndirmə
Görmək istəyib-istəməməyimizdən asılı olmayaraq, Polis 24 saat bizi qoruyur
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı
Sayın Ərdoğana TƏBRİK
Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - I yazı
Yazarlar