» » Ətraf mühitin mühafizəsinin əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət tullantılarının təkrar istehsalına laqeyd münasibət

Ətraf mühitin mühafizəsinin əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

Nə qərib alova bürünüb o dik,

Qaymaq çiçəkləri yanır zər kimi.

İlahi, biz necə bəxtəvərmişik!

Bu dağlar, dərələr bizimkidimi?

Bu göy də, bu yer də bizimkidimi?

Yəni biz də varıq,

 dünya da varmı?

Bu baxan gözlər də bizimkidimi?

İlahi, biz necə bəxtəvərmişik!..


Musa Yaqub


 Doğrudan da, insan oğlu bəxtəvərmiş. Bəxtəvərmiş ona görə ki,   belə zəngin  və gözəl təbiətin qoynunda yaşayır. Bəxtəvərmiş bir də ona görə ki, bu təbiət  bütün nemətlərini:  günəşini, suyunu, havasını,torpağını   heç bir fərq qoymadan,  heç bir əvəz   gözləmədən  hamı ilə eyni dərəcədə paylaşır…

Günəş bir milyonu olana da ziyasını eyni cürə paylayır, bir qəpiyi olmayana da. Aydın sabahlar şahənşah sarayları olanlar üçün də eyni  cürə açılır, alçaq, ufacıq daxması olanlar üçün də...

Bu məmləkətdə yaşayanların dünyadan köçəndə belə, ən azından,  ürəklərində, gözlərində bir xatircəmlik olur ki, onlardan sonra gələn nəsillər  üçün dədə-babalardan miras kimi   qalan belə  azad və zəngin sərvətli torpaq var. Onun övladı, nəvəsi, kötükcəsi ac qalmayacaq, bəzi Afrika ölkələrindəki kimi səhralardan yemək üçün böcək axtarmayacaq. Münki burada torpaq münbitdir, bərəkətlidir. 2 iqlim qurşağında yerləməsi,  11 iqlim tipindən (V.V.Keppenə görə) 8-nin burada olması onun həyati qaynaqlarını daha da artırır.

Bunlar tarixboyu  yaşayış məskənlərinin seçilməsi, məskunlaşma üçün çox mühüm şərtlər olub…

Əcdadlarımız  əbədi yaşayış üçün  bu cənnət  məkanı  seçərkən, onun mövcud  iqlim şəraitini, su qaynaqlarına yaxınlığını, ərzaq  kimi bol miqdarda bitki və  heyvan  ehtiyatının bol  olmasını dəyərləndiriblər.

Bəs altı da, üstü də  sərvət olan  bu torpağa  — bizi əhatə edən təbiətə diqqət, qayğı necədir? İnsanlar onu necə qoruyurlar, onun yaralarına necə məlhəm olurlar? Yoxsa, bu təbiətin heç nəyə ehtiyacı yoxdur, təbiət  tükənməzdir, bərpa olunandır: yaranışından necə olub, sona kimi belə də  gedəcəkdir.

Əlbəttə, belə deyil.

Müdriklərimizin   müşahidələrin, məntiqlərin süzgəcindən keçib gələn məşhur fikri var: "Bağa baxarsan,  bağ olar, baxmazsan, dağ olar”.

Yoxsa, naşükürlüyümüzü, nankorluğumuzu görüb təbiət bizi "öz əli ilə öz çırağını söndürənlər” cərgəsinə qoymaq istəyir?

Kainatda həyat olan yalnız bir planet var: o da yaşadığımız Yer. Hesablamalara görə, planetimiz  2050-ci illərə 10 milyard insanla addımlayacaq, bu isə o deməkdir ki,  2050-ci illərdə planetin   təbii sərvətləri   10 milyard insanla  bölüşdürülməlidir. Bu qədər insanı  qida, su, enerji, sağlam  və  təhlükəsiz  həyatla təmin edəcək bir gələcək yaratmaq üçün bu gün hamının üzərinə  vəzifə düşür.  Dünya birliyi, böyük dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar  bu qlobal problemin həlli üçün davamlı inkişaf  yolları axtarır.

 Problemin mövcudluğunu şərtləndirən çoxlu səbəblər var: obyektiv və subyektiv.

Məlumdur ki, ilk  insanlar istehsal mədəniyyətnə malik olmamışlar.  Onlar sürülər şəklində təbiətin qoynunda yaşayır və təbiətin  hazır nemətlərindən istifadə edirdilər. Amma getdikcə insan nəslinin artması, buna uyğun olaraq da  yaşayış   məskənlərinin artması  nəticəsində  təbii ehtiyatlara tələbat da sürətlə artmağa başlamışdır. 

Nəticədə, insan  təbiətə daha çox müdaxilə etməli olmuşdur. XIX əsrdən başlayan   sənayeləşmə prosesi, XX əsrdə elmi-texniki tərəqqi, ən müasir  texnologiyalar  bu müdaxilənin  çəkisini və miqyasını  daha genişləndirmişdir.  Bir tərəfdən də insanın təbiətə və təbii güclərə hakim olmaq istəyi vardı. İnsanlar meşələri qırmağa, yandırmağa başladılar,  yağışın qarşısını almaq üçün  buludları top atəşinə tutdular,  heyvanları vəhşi təbiətin qoynundan tutub zoparklara, sirkə gətirdilər. Atom, hidrogen bombaların yaradılması, digər kimyəvi və bioloji silahların istehsalı, kənd təsərrüfatında istifadə olunan zəhərli maddələr, zavodların buraxdığı zəhərli qazlar  insanın təbiət üzərində hegemonluğundan  xəbər verir. Bütün bunlar  təbiətin özünü  yeniləyə, əvəzləyə bilməyəcək qədər tarazlığının pozulmasına səbəb olmuşdur. Dünyada  baş verən  dağıdıcı zəlzələlər, daşqınlar, sellər, qlobal istiləçmə, iqlim dəyişikliyi, yanğın və partlayışlar, eləcə də bu kimi  digər təbii və antropogen qəzallar   məhz insanlar ilə təbiətin xarakteristikası üst-üstə düşmədikdə, insan təbiətə onun ölçüləri ilə yox, öz ölçüləri ilə yanaşdığı zaman  baş verir.  Baş verir və insanın həyati  fəaliyyətinə zərər vurur.


Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət 

  Tez-tez mətbuat səhifələrində, televiziyada  vəhşi heyvanların yaşayış məskənlərinə yaxınlaşması, təsərrüfatlara ziyan vurması haqqında  məlumatlar eşidirik. Məsələnin mahiyyətinə kimsə varmır, sadəcə,  onu xəbər kimi   diqqətə çatdırmaqla kifayətlənirlər. Bir canavar, ayı yaşayış məskəninə niyə yaxınlaşmalıdır ki? Çünki  onların azad təbiəti insanlar tərəfindən gecə-gündüz istismar edilir, meşələrin bağrı sökülür, ağaclar-kollar məhv edilib tikinti, paket materialı kimi əmtəəyə  çevrilibciblərə axır; kimi istirahət mərkəzi və s. təyunatlı obyektlər tikir. Kimi olan-qalan  heyvanları  ovlayıb ətindən, dərisindən, buynuzundan, dırnağından  əntiq əşyalar düzəltdirir. 

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

Kimilərsə dağı-dərəni gəzib  olan-qalan arıları  düzə gətirir,  yolların kənarlarında bəsləyir. Onda  ayı öz təbii qidasının dalınca  axtarışa çıxmayacaqmı? Beləliklə, təbiətin balansı pozulur, vəhşi heyvanların qida ehtiyatları tükənir, heyvanlar  öz  məskənlərində  "olum-ölüm" dilemmasında qalıb, ictimai yaşayış məskənlərinə yaxınlaşır. Bu gün nəsli kəsilmək təhlükəsi olan heyvanlar azdırmı: Azərbaycan ornitofaunasından 36 növ quş Azərbaycan "Qırmızı Kitabı”na, 23 növ  isə dünya "Qırmızı Kitabı”na daxil edilib.  Eləcə də ceyran,Turan pələngi,çöl pişiyi,Ön Asiya bəbiri, Zaqafqaziya dağ qoyunu, Zaqafqaziya bezoar keçisi, Zaqafqaziya qonur ayısı, zolaqlı kaftar, vaşaq, dağ keçisi və s. bir çox heyvanlar  nəsli kəsilməkdə olan canlılar  kimi "Qırmızı kitab”a daxil edilmişdir.

 Axı, təbii sərvətlərdən  nizamsız, plansız şəkildə istifadə olunarsa, onlar qorunmazsa,  onların  tükənmək təhlükəsi labüddür.  Bu problemlərlə məşğul olan mütəxəssislərin araşdırmalarına görə,  dünyada tükənəcək təbii qaynaqlar  nəzər salaq: Meşələr, torpaq, mineral ehtiyatları, fosfat və diğər minerallar, fosfor, təbii qaz, neft, kömür, təmiz hava, içməli su (dünyanın 70 faizi su ilə əhatə olunsa da, onun yalnız 2,5 faizi içməli sudur).

 Bəşəriyyəti bu gün təhdid edən  təhlükə  və problemləri  hansı  baxışdan izah etsək də,  bütün bunların baş verməsində insan amili  ciddi faktordur. İnsan  meşələri qırır, yanğınlar törədir, təhlükəli  maddələr yaradır, ciddi layihələr üçün ərazini doğru seçmir, layihələri düzgün tətbiq etmir, iş zamanı  məsuliyyətsizliyə yol verir və s.

 

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

Bunlar böyük  miqyasda  baş verən məsələlərdir. Mən bu yazını yazmağa başlayanda  fövqəladə hadisələrə səbəb olan texnogen qəzalardan  bəhs etməyi qarşıma məqsəd  qoymamışam.  Sadəcə, gündəlik həyatımızda  hər gün qarşılaşdığımız, özümüz də iştirakçısına çevrildiyimiz  xırda-para məsələrə toxunmaq istəmişəm. İnsanlar böyük qəzalara səbəb olan hadisələrə baxanda,  özlərinin atdığı addımlarda qəbahət görmür, cavabdehlik, məsuliyyət hiss etmirlər.

Amma insanlar unudur ki, qlobal təhlükər elə bu darı boyda  məsuliyyətsizliklərdən  yığılıb-yığılıb baş verir. Ömründə bir ağcın dibinə su tökməmiş  birisi  müəyyən ərazidəki iri, gövdəli ağacları  kəsdirib, özünə pivə barı tikdirir. Haradasa oxumuşam ki, Arizonada bir kaktusu kəsməyin cəzası 25 il həbsdir. Amma yadınızdadırsa,  Yasamal rayonu ərazisində ağacların (guya 4 ağac )dibinə kimyəvi maddə töküb qurutmaq cəhdi olmuşdu. Mətbuatda ictimailəşəndən sonra  bu şəxs müəyyən edilib 800 manat  cərimə edilmişdir. Belə cərimə ilə böyük parkların da axırına çıxmağa nə var ki?

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 Yaşadığınız məhəllədə, binalaın ətrafında zibilliklərə atılan, ağaclardan plastik torbalarda asılan çörək  görməmisinizmi, özü də hər gün?  Bilirsiniz niyə, çox ucuzdur çörək. "Kəl qoşub kotan əkməmiş,  nanını süfrəyə tökməmiş” birisi indi düşüb evinin altındakı marketdən  30 qəpiyə  bir çörək alıb, 2 öynə yavanlıq edir. Belələrinin süfrəsində çörək, təbii ki, israfa gedəcək, o da zərrə də olsa yanmadan, bu çörəkləri balacasına verib deyəcək ki, həyətdə yerini bilirsən, apar ordan as,  heyvan, quş saxlayanlar gəlib götürəcək.  Bilirsinizmi  gündə nə qədər çörək tullantı olur? Həyatımız tük qədər çörəkdən, sudan asılıdır, ona da   günümüzdə məsuliyyətsiz  münasibət var: qədirsiz, xətirsiz etmişik çörəyi.

 

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

İnsan  bir ay çörək yemədən sağ qala bildiyi halda, susuz  yalnız bir neçə gün qala bilər. Amma işbazlar  gizli, kiminləsə dil tapıb, fərqi yoxdur, içməli su ilə maşınyuma məntəqələri işlədirlər. Bağ-bağça suvarırlar. Evdə israfçılığa yol verirlər...

Mütəxəssislərin məlumatlarına görə, 2030-cu ildə dünyanın yüzdə 40-ında su problemləri yaşanacaq. Gərək, iraq-iraq, bu günləri tezləşdirək?

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

Heç küçələrdə, parlarda günün-günporta çağı  boş-boşuna yanan işıqlar görməmisinizmi?

1990 –cı ildə  Kaliforniyada , 2004-cü ildə  Argentinada,  2008 –ci ildə Mərkəzi Asiyada  enerji böhranı baş vermişdir.

Fransa əhalisinin təxminən 20 faizi enerji yoxsulluğundan əziyyət çəkir.

Dünya Bankının  bir bəyanatında   deyilir ki, Tacikistan əhalisinin təxminən 70 faizi qış aylarında daimi elektrik enerjisi ilə təmin edilmir.

Venesuelada su hövzələrinin olmaması səbəbindən elektrik enerjisi  fasilələrlə verilir: gündə 6 saat .

Biz niyə həyat qaynaqlarının qədrini bilmirik, onları saga-sola istdiyimiz kimi xərcləyirik, amma  1 həftə işıq olmasa, etirazlar dalğasının miqyasını təsəvvürə sığışdırmaq mümkün olmaz. Məşhur  filosof Z.Freydin sözləridir:

"Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı  öyrənməliyik”.

 Amma, deyəsən, öyrənmək istəmirik bu məntiqi.

 Amma unudulmamalıdır ki, insanın təbiətə ehtiyacı olduğu kimi, təbiətin də insan  sevgisinə ehtiyacı var.

Bu sevgi dünyaya göz açdığın ocağın həyətindən, yaşadığın  binanln qapısından ətraf alamə atılan addımdan başlayır.

 Əgər biz və yaxud bizim  yaşadığımız  mənzildən  məişət tullantılarını pəncərədən  binanın qarşısına atırlarsa və ya poltlen torbada blokun qarşısına qoyub gedirlərsə; əgər bizim  mənzilimizdən vaxtaşırı  diqqəti cəlb edən qədər  çörək parçalarını çıxarıb  küçənin harasınasa qoyurlarsa, sizin  evdə suyu, elektriki, təbii qazı  israfsızcasına işlədirlərsə,  deməli,  bu evdə təbiətə, təbii sərvətlərə laqeydlik var. Nə olsun ki, onların pulunu ödəyirik. Əgər  bunlar tükənərsə, nə qədər pul olsa, əlac olacaqmı?

Ətrf mühitin mühafizəsi baxımından bu işə məsul olan yerli xidmət qurumlarının fəaliyyətində də nə qədər desəniz narahatedici, bəzən daha ciddi məqamlar var.

Yol kənarlarında, təhsil müəssisələrinin böyür-başında, məhəllələrin girəcəyinda, yaşayış binalarının qarşısında ümumi istifadə yerlərinə bir səlib yürüşü var. Hər gün  belə ərazilər hasara alınır, kəsilir, diblərinə qurusun deyə kimyəvi məhsul tökülür. Bunları gözləri ilə görən yeniyetməyə, gəncə əhatə gözəlliyindən, ekologiyanın əhəmiyyətindən danışmaq səhranın ortasında  kimsənin dinləmədiyi tribunadan  boşluğa danışmaq kimi bir şeydir.

Ətraf mühitin mühafizəsi inkişaf etmiş bütün dövlətlərin prioritetidir, o cümlədən  Azərbaycanda da belədir. Bununla bağlı  Qanun da qəbul edilib. Kifayət qədər döblət qurumları da var ki, birbaşa  bu prioriteti həyata keçirməlidir. Amma necə keçirirlər: ağaclıq ərazini darmadağın edib qarşısında lövhə (onu da  dil baxımdan qüsurlu) asırlar ki, "müvəqqəti narahatçılığa görə üzr istəyirik”.Bu, müvəqqəti narahatçılıq deyil, təbiət üçün, o ətrafda yaşayan insanlar əbədi narahatçılıqdır.  Ahılların, balacaların, uşaqlı qadınların haqqını  belə "etik” formada əllərindən almaqdır.

Ətraf  mühitin təmiz və gigiyenik olması sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır.   Yaşadığımız məhəllənin, küçənin, rayonun, şəhərin, bütövlükdə ölkənin/dünyanın təmiz və sağlam olması  bu çevrədə yaşayan insanların sağlamlığı, gözəlliyi və məmnuniyyəti deməkdir. Ölkəmizdə bu istiqamətdə böyük işlər görülsə də, problemlər, gündəlik rast gəldiyimiz nöqsanlar da az deyil.

 Baş şəhərimizin  mərkəzdən, magistral yol və küçələrdən aralı yerlərdəyaşıllıq ərazilərinə laqeyd münasibət var.Bu yerlərdə  ərazilər, ağac və kollar  illərlə suvarılmır. Qurumuş, əyilmiş ağaclar çıxarılıb yeniləri ilə əvəz edilmir. Binaların ətrafındakı  olan-qalan ərazilər də get-gedə ticarət və xidmət obyektlərinə  çevrilməkdədir.

Məişət tullantılarının toplanması, çeşidlənməsi, daşınması, zərərsizləşdirilməsi sahəsində  sistemsizlik və nizamsızlıqlar mövcuddur.  Tullantılar toplanan  metal çənləri, zibildaşyan maşınları görmək kifayətdir ki, bu xidmətin  ölkənin paytaxt şəhəri üçün  qeyri-qənaətbəxş səviyyədə olması  haqqında fikrə gələsən.  sağ-salamat metal çənlərinə rast gəlmək  çətin ki, mümkün olsun.   təmizlik xidməti işçiləri    tutumları boşaldarkən necə gəldi  qaldırb-endirdikləri üşün əksəriyyətinin təkəri çıxıb düşüb, əyilib. Bu çənlər heç vaxt dezinfeksiya edilmir, eləcə də zibildaşıyan maşınlar. Tullantılar maşınlara tökülərkən  axan  çirkab axıntıları  tutumlar saxlanan meydançanı  infeksiya mənbəyinə çevirir.

Axan çirkablar  çənlərin ətrafında  toplanan yağ, çirk və   digər qalıqlar   ətrafa pis qoxu saçır, zərərli həşərat, bakteriyaların, mikrobların əmələ gəlməsini şərtləndirir.

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

Əksər yerlərdə belədir. Mən bu müşahidələri  çox yerdə aparmışam. Yaşadığımız Xətai rayonunun 96 saylı Mənzil-İstismar Sahəsində həmçinin. Yaşadığımız binanın qarşısında qoyulan metal çənlər  insanlar toplaşdığı meydançanın, piyada yolunu  intensive olduğu yerdədir.

Bu yayın istilərində evdə havasızlıqdan həyətə qaçan sakinlər burada da zibilliyin nəfəskəsən qoxusunu  çəkməyə məhkum edildilər.

 Bununla əlaqədar Xətai Rayon Bələdiyyəsində, Mənzil Kommunal Təsərrüfat Birliyində oldum.  Metal çənlərin sayı bir ədəd  artırılsa da, vəziyyət yenə necə var elə də davam etməkdədir.

Tullantı qablarının saxlandığı ərazilərdə zərərli həşəratların, bakteriyaların, pis qoxuların əmələ gəlməsini əngəlləmək, ətraf mühitə və insan sağlamlığına zərər verməməsi üçün zi belə yerlər, çənlər, zibildaşıyan maşınlar mütəmadi olaraq dezinfeksiya edilməlidir.

Park və məhəllədaxili meydançalarda  uşaq oyun və idman qurğuları,  az-çox olan "besedka”və skamyalar xüsusi yuma vasitəsilə yuyulmalıdır.

Ara-sıra məişət tullantılarının yandırılması faktları da müşahidə edilir ki, bu da qəti qadağandır.

Mütəxəssislərin fikirlərinə görə  məişət tullantılarının yandırılması zamanı  200-dən  artıq   zəhərli və ya potensial zəhərli  qaz və birləşmələr  mövcuddur. Onlar ətraf mühitin çirkləndirilməsini şərtləndirdiyi kimi,  həm də xərçəng, tənəffüs sistemi xəstəlikləri və endrokrin sisteminin pozulması kimi çox müxtəlif sağlamlıq problemlərinə səbəb olur.

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 Digər bir ciddi məsələ məişət tullantılarının  çeşidlərə ayrılmaması, necə gəldi toplanmasıdır.  Eyni çənə  taxta da, dəmir də, şüşə də, polietilən torba da, kağız-karton  məhsulları da, elektron vasitələr də toplanır və sonra da eyni maşına – eyni bunkerə  atılaraq daşınır.

 Məişət xarakterli tullantılar mənbəyində ayrı toplanmalıdır. Bunun üçün yaşayış yerlərində, xidmət müəssisələrində, ticarət və iaşə müəssisələrində ayrıca metal tutumlar qoyulmalıdır.  Bunlar sistemli və ciddi iş tələb edir.  Nə bələdiyyələr, nə  mənzil istismarı idarələri, nə  təmizlik idarələri, nə gigiyena və epidemiologiya mərkəzləri  bu məsuliyyəti hiss etmirlər.

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 Yaşadığımız ərazidə ticarət və xidmət obyektlərindən  hər gün  nə qədər karton və plastik taralar, eləcə də  boş şüşə butılkaları  atılır. Onlar bizim üçün adi görünən, amma iqtisadiyyat üçün diqqətdən yayınmış xammal mənbələridir. Belə xammalların geridönüşü ən azından yazımızın  əsas mövzusu olan təbiəti qorumaq, təbiətə xidmət etmək demək olardı.

Məsələn, bir ton istifadə olunmuş kağızvə karton  tullantılarının geri dönüşü, yəni, təkrar istehsala qaytarılması nəticəsində 16 ədəd  şam ağacının və 85

 kvadratmetr meşə sahəsinin  viran qalmasının qarşısını alır. Bir ton metal tullantılarının təkrar emalı nəticəsində 1300 kq xammal  əldə edilir.

 Bir ton plastik qablaşdırma tullantılarının təkrar istehsala qaytarılması nəticəsində 14000 kwh enerjiyə  qənaət etmiş oluruq.

İnsanlar bunu dərk edə bilmirlər. Görünür kütləvi informasiya vasitələrində, televiziyada bununla əlaqədar  verilişlərə ehtiyac var: insanlar bunun mahiyyətini anlasınlar.

Məktəblərdə ciddi  maarifləndirmə işləri aparılmalıdır.

Tullantı və xammal kimi geriyədönüşü  mümkün olan materialların yenidən tədarükə qaytarılması  məqsədi ilə satınalınması  formaları tətbiq etmək olar. Ekologiya Nazirliyinin,  təmizlik idarələrinin məktəblərdə maraqlı tədbirləri  onlara ciddi şəkildə təsir edə bilər. Belə tədbirlərə valideynləri də dəvət etmək olar.

 Çünki həyət-bacada  məişət tullantıları atılan meydançada  ətrafa səpələyən, şüşələri qıran elə ən çox uşaqlardır. Evlərdən tullantıları ən çox uşaqlara daşıtdırırlar. Ailələr, uşaqlar tullantını ancaq tullantı kimi  qəbul edirlər.

Uşaqlar ağacın, yaşıllığın  həyatımızdakı yeri haqqında çox bəsit biliklərə malikdir.

Bələdiyyələrin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının,  mənzil-kommunal təsərrüfatı birliklərinin,  gigiyena və epidemiologiya mərkəzlərinin bu istiqamətdə  birgə səylərinə çox ehtiyac var. Belə səylər təbiət və insan amilinin  qarşılıqlı əlaqəsinə mühüm töhfələr verə bilər. Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA), onun  təsisçisi və sədri Leyla Əliyevanın bu sahədəki fəaliyyəti örnək ola bilər.

Ən nəhayət, insanlar özləri onları yaşadan təbiətə, ətraf mühitə məsuliyyətlə yanaşmalıdır, qayğı ilə yanaşmalıdır.

 

 

Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

 

  Qızıldərililərin qəbilə başçısı Seatle:

"Bir gün görəcəksiniz: göydəki qartallar, dağları örtən meşələr yox olmuş: atlar əhilləşdirilmiş və hər yer insan övladının vahiməsinə bürünmüş. Bax,  o gündən  insan üçün həyatın və varlığın iflası  başlayacaqdır".

                   

Masanobu Fukuo:

 "Təbiətdən ayrı qalan insan, qürurlanıb bütün həqiqəti unutmağa başladı və özünü təbiətin hökmdarı hesab etdi. İnsan nə zaman ki, özünü kökündən, mahiyyətində olan "təbiət”dən uzaqlaşdırdı: bədənini dərmanlarla, torpağı isə kimyəvi gübrə və herbisitlərlə doldurdu. Nəticədə,bütün bədənini xəstəliklər bürüdü və ona görə də indi dərman və kimyəvi birləşmələrlə qurtulmağa çalışır".


 Masanobu Fukuoka:

"Biz təbiəti anlaya bilmirik. İnsan da heç bir şey deyil, bunu anlya bilmədiyi üçün qəzəbdən ətrafdakı hər şeyi dağıdıb tökür. Biz yalnız təbiətlə "birlikdə" var ola bilərik. Ondan fərqli, ya da onun kənarında deyilik".


 Höte:

"Təbiətin tacı  sevgidir. Ancaq sevgi yolu ilə ona yaxınlaşıla bilərsiniz".

         

Gənc Seneca:        

"Təbiətdən nə üçün şikayətlənirik? Təbiət bizə yaxşı davrandı. İstifadə etməsini bilən üçün həyat uzundur".


 Stiv Best:

"Modern cəmiyyətləri qurmaq üçün insanlar çaylara bəndlər qurdu, yağış yağmasın deyə buludları qovdu, bataqlıqları qurutdu, milyarlarca heyvanı məhv etdi. İnsanlar ekologiyaya hörmət etməyən geniş şüşə, polad və beton istehsalı şirkətləri qurdular.”İnkişaf” kimi düşünülən modern dünyada  biomüxtəliflik zoopark qəfəslərində və donmuş DNA balonlarında həyatda qalmağa çalışarkən yaban otlaqlar tükəndi, bir neçə qoruqlara sığışdırıldı. Təbiəti hakimiyyəti altına alma macəramız – "inkişaf” – şosselərlə, hündürmərtəbə binalarda, hazır yemək məkanları ilə, böyük alış-veriş mərkəzləri ilə, avtomobil qalereyeları ilə ölçülür. İnsanlar böyüməmənin inkişaf etməmək anlamına gəldiyini düşünür, halbuki, tam əksidir".


Ətraf mühitin mühafizəsinin  əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət  tullantılarının təkrar istehsalına laqeyd münasibət

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz