» » ...sanitariya mədəniyyəti olmadan heç bir mədəniyyətdən danışmaq olmaz.

...sanitariya mədəniyyəti olmadan heç bir mədəniyyətdən danışmaq olmaz.

...sanitariya mədəniyyəti olmadan heç bir mədəniyyətdən danışmaq olmaz.

Məişət tullantılarının toplanması, saxlanması, daşınması və zərərsizləşdirilməsi istər estetik, istər sağlamlıq baxımından dövlətin diqqət yetirdiyi ciddi sahələrdən biridir. Həm də o dərəcə də vacib sahələrdən biridir ki, planetimizi təhdid edən ekoloji fəlakətlər sırasında yer almaqdadır. Bu təhlükə günü-gündən aktuallaşmaqdadır. Amma təəssüflər ki, səhraları gülzara çevirən insan bu gün özü-öz qəsdinə durub.
Azərbaycan xalqının mayasında bir zəhmət urvatı var. Bu xalq yaşyış məskəni seçəndə ilk növbədə həmin məskəndə qurub-yaratmaq, əkib-becərmək niyyətlərini hədəfləyib. Bağ-bağça salmaq istəyib, əli-ayağı həmişə iş-gücdə olub. Bunun əlamətləri əyalətlərdə indi qalmaqdadır.Hansı evə baş çəkirsən, səni göy çəmən, rəngbərəng güllər, ağaç kölgəlilkləri, meyvə ağacları qarşılayır. Kənd mühitində evin içindən başlanan bu səliqə-sahman ta həyətin girəcəyində tamamlanır. Gərək həyətin yoldan girəcək hissəsi qaydasınca olsun ki, yoldan ötüb-keçənlər o ev sahibinin abırına tüpürməsinlər.
Bəs niyə bu gözəlliyi ölkənin baş şəhərində yarada bilmirik?!vBəs Bakıda yaşayanların böyük əksəriyyəti həmin adamların oğul və qızları deyilmi? Hansı binanın arxaslna nəzər salsan, qarçılaşdığın mənzərələr ora-bura atılmış zibil paketləri, ağac və kollara ilişib yellənən selofan torbalar, cındır paltarlar, daha nələr.
Heç çörəyi də torbaya çığıb zibil qablarına atarlarmı və ya çöldə dirəkdən, hardansa asarlarmı?
Ətrafda atılan kağız, karton, şüşə, plastik qablardan təkrar xammal kimi istifadə etməklə nə qədər enerjiyə, ağaclara qənaət etmək olar.

...sanitariya mədəniyyəti olmadan heç bir mədəniyyətdən danışmaq olmaz.

...sanitariya mədəniyyəti olmadan heç bir mədəniyyətdən danışmaq olmaz.


İnsanlar çox laqeydləşib, çox məsuliyyətsizləşib. Bunun ciddi bir səbəbi də yerli xidmət təşkilatlarının , bələdiyyələrin yarıtmaz fəaliyyətləri ilə bağlıdır.Onlar iş görmür, gözdən pərdə asır. Hansı yollasa topladıqları vergü pullarından əmək haqqı kimi istifadə edib güzəranlarını təmin edir, bu xalq üçün işləmək istəmirlər.
Mən, şəxsən, ali təhsilli, kifayət qədər həyat təcrübəsi olan bir şəxs bələdiyyələrin fəaliyyətini xarakterizə edə bilmirəm.Çünki bu fəaliyyəti heç vaxt görməmişəm.
Xətai rayonunun 96 saylı Mənzil İstismar Sahəsinin sosial problemləri ilə bağlı sakinlər adından aidiyyəti qurumlara dəfələrlə müraciət edilib.Biz öz elektron jurnalımızda 14 tənqidi yazı vermişik, Xətai Bələdiyyəsində, MKTB-də olmuşuq.Bu qurumlar müraciətləri saya almır, insanların səsini eşitmək belə istəmirlər.
Bu yazını isə "Xalqlar dostluğu” metrosunun arxa hissəsində insanların hər gün rastlaşdığı bir antisanitariya halına həsr edirəm. Ərazi Nizami rayonuna baxır. Çoxbloklu yaşayış binasının və izdihamlı bir metro çıxışındadır. Məişət tullantıları necə gəldi toplanır, maye, quru tullantılar qarışıb yeni zərərli birləşmələr əmələ gətirir. Metal çənlər köhnə, yarasız haldadır. O ərazidəki bütün zibil çənləri belədir. Nə çənlər saxlanan meydançalar, nə çənlərin özü dezinfeksiya edilmir.

...sanitariya mədəniyyəti olmadan heç bir mədəniyyətdən danışmaq olmaz.

...sanitariya mədəniyyəti olmadan heç bir mədəniyyətdən danışmaq olmaz.

...sanitariya mədəniyyəti olmadan heç bir mədəniyyətdən danışmaq olmaz.

 

İnsanlar bu ərazidən keçəndə nəfəslərini zorla saxlayıb ərazini tərk edənə qədər hava almadan keçirlər.
Amma Baş şəhərimizin Nizami Rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti bu işlərin nümunəvi təşkilinə əməl edəcəkləri barədə dövlət qarşısında öhdəlik götürüblər.
Vətəndaşların da bu mövzuda borclu olduqları çox məsələlər var. Yerli xidmət qurumları vətəndaşların gücündən istifadə etməli, bu işi təşkil etməlidir.
Biz ölkəmizin baş şəhərini deyəsən sevə. Qoruya bilmirik. Bunu yerli məmurlar alovlandırmaq iqtidarında deyillər və ya heç istəmirlər də.
Bakının yay mövsümünün gəlməsi ilə əlaqədar bu qayğıları dağa artmışdır. Amma görünən budur ki, cavabdehlər qurumlar mövsümə hazırlıq görməyib, texnikalarını sazlamayıb. yenilənməyib və s. Semaşko məşhur tibb alimidir, deyəsən, SSRİ-nin səhiyyə Naziri də olub.O deyib ki, sanitariya mədəniyyəti olmadan heç bir mədəniyyətdən danışmaq olmaz.
...sanitariya mədəniyyəti olmadan heç bir mədəniyyətdən danışmaq olmaz.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz