» » Havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda işlər dayandırılmalıdır, amma Bakıda davam etdirilir

Havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda işlər dayandırılmalıdır, amma Bakıda davam etdirilir

Havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda işlər dayandırılmalıdır, amma Bakıda  davam etdirilir

Belə hadisələr bir deyil, iki deyil. Hadisə anında əlaqədar təşkilatlar bir az odlu-alovlu vədlər verir, ciddi yoxlamalara başlayacaqlarını bildirirlər.Amma heç bir dəyişiklik baş vermir. Hündürmərtəbəli binalar yeni təhlükəsizlik tədbirlərinə məhəl qoymadan aparılır: insanların gözü qarşısında. Elə tikintilər var ki, ətraflarında nüfuzlu dövlət qurumları da var. Amma kimsə səsini çıxarmır, yuxarı orqanları xəbərdar etmirlər.
Bu gün qarşıma çıxan bir tikintinin yanında dayanıb diqqət etdim. İndi bu dəqiqə havanın hərarəti 42 dərəcəni keçib. Halbuki, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir, yəni, işlər dayandırılmalıdır.
Fikir verin, fəhlələr hansı yüksəklikdə (9-cu mərtəbədə) heç bir müdafiə tədbirləri görülmədən bu istidə işləməyə məhkum edilirlər. Fəhlə özü işləyir, bəs sahibkar niyə buna göz yumur.
Çin səfirliyinin binası tikiləndə görmüşdüm: bütün mərtəbələr xaricdən qoruyucu torlarla əhatə olunurdu.Allah eləməmiş, kimsə təsadüfən, 9-cu mərtəbədən yıxılsa idi, 1 mərtəbə aşağıdakı tora düşəcəkdi, ta bizdəki kimi həyətdəki daşın-dəmirin üstünə düşüb həyatını itirməyəcəkdi.
Heç bəlkə də bu fəhlələrin əmək müqaviləsi yox, təhlükəsizlik lə bağlı onlara heç bir məlumat verilməyib.
Beləcə, müxtəlif yerlərdə biçarə adamlar səhlənkarlıq və məsuliyyətsiz işbazların ucbatından, 1-2, həyatlarını itirir. Həm mövcud qayda-qanunlar pozulur, həm də həyatımız üçün çox utanc olan hallar yaranır: cavabdehlər yas xərcini və s. öhdəliklər götürür, cəzadan qurtarır və bir az keçəndən sonra yenə işlərini əvvəldəki kimi davam etdirirlər.
40 dərəcədən artıq isti, qızçmar günəşin altında, heç bir təhlükəsizlik tədbirləri yox, amma bu biçarələr işləyir.
Allahım, sən hamını xata-baladan uzaq et.

Havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda işlər dayandırılmalıdır, amma Bakıda  davam etdirilir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz