» » 96 saylı MİS-nin ətraf mühitin mühafizəsinə "nəzarətli yanğın" xidməti

96 saylı MİS-nin ətraf mühitin mühafizəsinə "nəzarətli yanğın" xidməti

 
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır .
Heydər Əliyev
Keçən ilin may ayında - elə bu vaxtlar Xətai rayonunun General Şıxlinski küçəsi 49 saylı binanın sakinlərinin və əhalinin sosial prolemləri ilə bağlı aidiyyəti idarələrə müraciətlər etmişdik və eyni zamanda "Ana və Uşaq” saytında bu mövzuda müxtəlif vaxtlarda 14 yazı verilmişdir. Həmin müraciətlərdə və saytımızda yer alan yazılarda diqqətə çatdırılan məsələlər, əsasən, binanın əhatəsində ümumi istifadə üçün nəzərdə tutulmuş torpaqların gündən-günə qeybə çəkilməsindən, yaşıllıq ərazilərinə, ağaclara qulluq edilməməsindən, məişət tullantılarının , binaların arxasındakı otların yandırılmasından ibarət olmuşdur. Çunki hər il bu əraziləri yaşıllaşdırmaq, yeni ağac və gül əkməkdənsə, qurumuş otları, kol-kosu elə od vurub yerindəcə yandırırlar: torpağı , havanı və ağacları fiziki təsirlərə məruz qoyurlar.
 
Bax:
 
1."Məktəb, məktəb, nə dilguşasən"
Link: http://anaveusaq.az/humanitar/842-mekteb-mekteb-ne-dilgushasen.html
Tarix: 16-10-2014

2.Təbiəti qorumasaq, təbiət də bizi qorumayacaq
Link:http://anaveusaq.az/fotosayt/1726-tebieti-qorumasaq-tebiet-de-bizi-qorumayacaq.html
Tarix: 5:06,2017

3.Uşaq və təbiət
Link: http://anaveusaq.az/tebiet/523-ushaq-ve-tebiet.html
Tarix: 26-10-2016

4.Modern təhlükəsizlik tədbirləri
Link: http://anaveusaq.az/tebiet/1748-modern-tehlukesizlik-tedbirleri.html
Tarix: 13-06-2017

5.49 nömrəli binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər
Link:http://anaveusaq.az/tebiet/1643-49-nomreli-binanin-sakinleri-bu-mehellede-asude-nefes-ala-bilmirler.html
Tarix: 19-05-2017

6. Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Fəttah oğlu Heydərova, Apellyasiya Şurasına Müraciət
Link: http://anaveusaq.az/sosial/1872-azerbaycan-respublikasinin-fovqelade-hallar-naziri-kemaleddin-fettah-oglu-heyderova-apellyasiya-shurasina-muraciet.html
Tarix:25.07.2017

7.Laqeydlik az qala peşəyə çevrilsin
Link: http://anaveusaq.az/bas-redaktor/2060-laqeydlik-az-qala-pesheye-chevrilsin.html
Tarix: 11-09-2017

8. Müraciətlərə cavab verilmir, ya da başdansovdu cavab verirlər
Link: http://anaveusaq.az/sosial/2297-muracietleere-cavab-verilmir-ya-da-bashdansovdu-cavab-verirler.html
Tarix: 14-11-2017

9.Evlərimizin istilik enerjisi ilə təminatına soyuq münasibət
Link: http://anaveusaq.az/sosial/2307-evlerimizin-istilik-enerjisi-ile-teminatina-soyuq-munasibet.html
Tarix: 16-11-201

10."Ərzə verə bir adamın pədəri..."
Link: http://anaveusaq.az/sosial/2359-erze-vere-bir-adamin-pederi.html
Tarix: 13-12-2017

11.İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar
Link: http://anaveusaq.az/tebiet/2400-meciliklerin-formasina-yeni-mezmun-getirmek-lazimdir-ve-ya-imecilikden-sonra-imecilik-haqqinda-teessuratlar.html
Tarix: 17-01-2018

12.Təbiət yox etməyə nifrət edir ( Siseron)
Link: http://anaveusaq.az/tebiet/2405-tebiet-yox-etmeye-nifret-edir-siseron.html
Tarix: 21-01-2018

13. Təbiət insan olmadan da yaşayar, amma insan təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul)
Link: http://anaveusaq.az/tebiet/2410-tebiet-insan-olmadan-da-yashayar-amma-insan-tebiet-yox-olduqdan-sonra-yashaya-bilmez-epaul.html
Tarix: 24.01.18
14. Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır
Link: http://anaveusaq.az/sosial/2692-veteranlar-adi-gunlerde-de-qaygi-ile-ehate-olunmalidir.html
Tarix: 12.05.2018
 

96 saylı MİS-nin  ətraf mühitin mühafizəsinə  "nəzarətli yanğın" xidməti

Məhəllə sakinləri bu məsələləri  bir neçə dəfə aiddiyyəti qurumların diqqətinə çatdırmaqla tədbir görmələrini xahiş etmişdir. Nəinki,  heç bir tədbir görülməmiş: əksər müraciətlərə heç cavab da  verilməmişdir. Verilən bəzi cavablar isə o şəkildə məsuliyyətsiz və başdansovdu hazırlanmışdır ki, təəssüflənməmək olmur. Xüsusilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamenti , Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamenti , Respublika Gigiyena və Epidemiologiya Mərkəzi , Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi, Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzi , Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi bu müraciətləri, müraciətlərdə qaldırılan problemləri ört-basdır etməyə çalışmışlar. Çünki belə vəziyyətin yaranmasında və bu şəkildə davam etməsində onların hər birinin məsuliyyət payı vardır. Onlar birlikdə işləyib səylərini problemlərin yaranmaması, onun aradan qaldırılması üçün birləşməkdənsə, bir-birlərini müdafiə edərək özlərini məsuliyyətdən uzaq tutmaq yolunu tutmuşlar. Daha təəccüblüsü isə budur ki, bu qədər müraciətlərə baxmayaraq, bu ərazilərin sosial problemləri müxtəlif kütləvi informasiya vasitələrində "ərazidə geniş quruculuq, abadlıq işləri aparılmışdır”,-deyə təqdim olunur.
Yuxarıda qeyd etdiyimiz kimi, mən özüm şəxsən, jurnalist, bu ərazidə yaşayan bir sakin olaraq dövlət qurumlarına dəfələrlə müraciət etdim, vəziyyəti əks etdirən çoxlu sayda şəkil göndərdim. Onlar yaşı 60-ı keçmiş, kifayət qədər həyat təcrübəsi olan ali təhsilli bir şəxsi, jurnalisti ömründə məktəb, kitab üzü görməmiş bir fərd hesab etdilər: Novruzəli kimi, Məmmədhəsən əmi, Usta Zeynal kimi.
Hansı ki, mən hər gün mətbuatı izləyirəm.Ölkə başçısı Cənab İlham Əliyevin bütün çıxışlarını, sərəncamlarını izləyirəm, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın .
 

96 saylı MİS-nin  ətraf mühitin mühafizəsinə  "nəzarətli yanğın" xidməti

 

96 saylı MİS-nin  ətraf mühitin mühafizəsinə  "nəzarətli yanğın" xidməti

 

96 saylı MİS-nin  ətraf mühitin mühafizəsinə  "nəzarətli yanğın" xidməti

Bu gün hər bir Azərbaycan vətəndaşı ölkə başçısının bütün sahələrdə yaratdığı etimad mühitinə, Xalq – Dövlət, Dövlət – Xalq birliyinə tapınır. Cənab Prezident insanlarla bütün görüşlərində ictimai nəzarəti dəyərləndirərək onları fəal olmağa çağırıb. Jurnalistlərə isə xüsusi etimad göstərmişdir. Milli Mətbuat Günü münasibətilə jurnalistlərə mənzillərin paylanması mərasimində çıxışında Ölkə başçısı demişdir:
"Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz".
Odur ki, ərazidə xalqa xidmət etməli olan məmurlar laqeydlikdən, bürokratizmdən əl çəkib onlara ünvanlanan müraciətlərə həssaslıqla yanaşmalı, qaldırılan məsələnin ədalətli həllini təmin etməlidirlər, nəinki başdan eləmək və ya başdansovdu cavab vermək yolunu tutmaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamenti , Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamenti hər dəfə bizim müraciətlərə cavab verdi ki, sizin faktlar təsdiqini tapmadı. Axı biz yazdıqlarımızı çoxlu sayda şəkillərlə təqdim etmişdik. 3-4 mərkəzi rayondan başqa, mərkəzdən aralı olan istənilən rayonda binaların qabağında ayrıca yaşıllıq ərazilərində çoxlu sayda ağaclar var ki, quruyub, amma illərdir yerində qalır. Yağış və qar sularından başqa, onlar heç vaxt su görmürlər. Yaşıllıqlara su verilmədiyindən bəzi yerlərdə ərazi döyənək olur, bəzi yerlərdə isə onu dəryazla çalıb yerində yandırırlar. Məsələn, Xətai rayonundakı 96 nömrəli MİS-nin ərazisində etdikləri kimi. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, 96 saylı MİS-nin işçiləri 49 saylı binanın, 35 saylı seçki məntəqəsi və 35 saylı Polis bölməsinin arazındakı sahəni od vurub yandırmışdılar. Mən hadisədən xəbər tutanda ərazidə kimsə qalmamışdı : adda-budda işaran küsöv və tüstüdən başqa. Ərzidəki torpaq örtüyü, bütün ağaclar fiziki təsirə məruz qalmışdılar və bu üsulla yandırmada insanların udduqları, evlərə dolan tüstü, hiss də bir ayrı. Mən MİS işçiləri ilə görüşüb iradımı bildirdim.
Onlar çox əminliklə cavab verdilər ki, heç bir qayda pozuntusundan söhbət gedə bilməz. Qanunla nəzarət altında yandırma aparıla bilər.
Əslində isə belə deyildir.

 

96 saylı MİS-nin  ətraf mühitin mühafizəsinə  "nəzarətli yanğın" xidməti

 

96 saylı MİS-nin  ətraf mühitin mühafizəsinə  "nəzarətli yanğın" xidməti

 

96 saylı MİS-nin  ətraf mühitin mühafizəsinə  "nəzarətli yanğın" xidməti

Belə olmayan bir də budur ki, insanlar hələ bilmirlər ki, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq onları əhatə edən torpaqlar hansı kateqoriyaya aiddir. İnsanlar bilmir ki, hansı ərazilər bələdiyyələrə aid torpaqdır, bu torpaqlara xidmət, ondan səmərəli və təyinatına görə istifadəyə görə nəzarət kimindir. Ətrafdakı torpaqlar, səkilər, yaşıllıqlar əlçim-əlçim kommersiya məqsədləri ilə işbazların əlinə keçir. Qalan az-maz torpaqlar isə baxımsızlıq ucbatından sıradan çıxır, ağaclar quruyur, qulluq edilmədiyindən güdülləşir.Yıxılanı, quruyanı bərpa edən yox. MİS deyir bu işlərə bələdiyyə baxır, bələdiyyə deyir yaşıllaşdırma idarəsi baxır, əlqərəz, hərə digərinin üstünə atır.
Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa görə,yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumuduyr, ekoloji məkandır. Belə mühitin qorunması dövlətimizin prioritet siyasətidir və yaşıllıqların mühafizəsi xüsusi Qanunla qorunur. Dövlər ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlər görürlər. Bununla əlaqədar münasibətləri tənzimləyir, dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
Görünən isə budur ki, bu tədbirləri həyata keçirməyə məsul olan qurumlar nəinki yaşıllıqların, ağac və digər kol bitkilərin qayğısına qalmamış, əksinə, təbiətə divan tutulmasına bu və ya digər şəkildə səbəb olmuşlar.

Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa görə, təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşıllıqlar iki yerə ayrılır:

1. Ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar);

2. Məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar);
 

96 saylı MİS-nin  ətraf mühitin mühafizəsinə  "nəzarətli yanğın" xidməti

 

96 saylı MİS-nin  ətraf mühitin mühafizəsinə  "nəzarətli yanğın" xidməti

 

96 saylı MİS-nin  ətraf mühitin mühafizəsinə  "nəzarətli yanğın" xidməti

Gerçək olanı isə budur ki, park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan yaşıllıqlar qorunur, qayğısına qalınır, məhəllədaxili, təhsil və səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar isə yağışın, havanın və əhalinin özünün arasında təbiətsevər adamların ümidinə buraxılır.
Yaşıllıqların qorunmasının, ona qayğı göstərilməsinin ən etibarlı yoluəhalinin özünün bu hərəkata təşviq edilməsidir. Aidiyyəti qurumlar bunun üçün müvafiq addımlar atmalı, insanları təbiətə yaxınlaşdırmalıdırlar. Yaşıllıqların mühafizəsinə ictimai nəzarətin formalaşmasına imkan verməlidirlər.
Yalnız insanların sevgisi və könüllü iştirakı ilə nümunəvi ətraf mühit yaratmaq olar. Yerli qurumlar bunu etmək istəmirlər.
Çünki məhəllədaxili belə sahələrin ərazisi, təsnifatı haqqında pasportlaşma aparılıb şəffaf olaraq o ərazidə yaşayan insanlara da təqdim edilsə, insanlar bilər ki, bu torpaqları kimlərəsə "moyka”, kafe, mağaza, market tikməyə ayırmaq olmaz. Belə məqamlarda onlar yüksək hökumət qurumlarına müraciət edər. Və insanlar belə ərazilərin qayğısına, yeniləşdirilməsinə maraqlı olarlar.
Bizm yaşayış binasının qarşısında 8-10 metrliyində iki inzibati bina tikilib və xeyli ərazi də illərdir hasara alınaraq insanların istifadəsindən çıxarılıb.
Halbuki, sakinlər orada ağaclar əkdiyinin, onlara su verdiyinin hər gün, hər gün olmasa da ikigündənbir şahidi olmuşam. İnsanlar qulluq göstərdiyiərazinin bir müddət sonra dağıdılıb yerində korporativ məqsədlərlə tikili ucaltmaq onları ümidsizləşdirir, əllərini işdən soyudur. Sanki mövcud ərazilərin abadlaşdırılması, laləzara çevrilməsi torpaq üçün sərəncam verməyi bir qədər çətinləşdirir, məsuliyyət hiss edirlər deyə, belə yerlərin döyənək,kol-kos içində olması daha əlverişlidir. Camaatın gözlərində zibilliyə çevrilmiş ərazini kiməsə vermək daha asan olur.
Yazımızın əvvəlində qeyd etdiyimiz yandırılan ərazi 12 bloklu bir binanın qarşısındadır. Ərazidə 2 vacib inzibati bina da var (seçki məntəqəsi və polis bölməsi). Bu ərazini gül-çiçələrlə, müxtəlif dekorativ ağaclarla zənginləşdirmək əvəzinə illərdir ona divan tuturlar. Bu əraziyə yaşıllaşdırma idarəsi, bələdiyyə, 96 nömrəli MİS borclu olduqları xidməti göstərsələr: ağaclar qaydasınca suvarılsa, ərazi kol-kosdan təmizlənsə, qurumuş ağac və kollar yeniləri ilə əvəzlənsə, ərazi vaxtaşırı suvarılsa, yaşıllıqların boyartımı aqrotexniki qaydada aparılsa, onda quruyan ot, kol-kos da olmayacaq, bunları yandırmaq da lazım gəlməyəcək.
Xidmət təşkilatları bunu etmirlər, ərazini ildə bir dəfə yandırırlar.İrad tutanda da deyirlər ki, nəzarət altında yandırmışıq.
Belə qayda yoxdur. Amma Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları var . Həmin qaydalarda Ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri qeyd olunmuşdur. Bu tələblərə görə:

3.1. Yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina, tikililər və açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri, həmçinin yaşayış evlərinə bitişik bağ, eləcə də digər tikililərin əraziləri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Yanar tullantıları, zibillərivə.s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır.

3.6. Bina və qurğuların aralarındakı layihə normaları ilə tə`yin edilmiş yanğına qarşı ara məsafələrində, bina və qurğulara 50 metrdən yaxın olmamaq şərti ilə tonqalların qalanmasına, tullantıların və boş qabların (taraların) yandırılmasına icazə verilir.
 

96 saylı MİS-nin  ətraf mühitin mühafizəsinə  "nəzarətli yanğın" xidməti

 

96 saylı MİS-nin  ətraf mühitin mühafizəsinə  "nəzarətli yanğın" xidməti

General Şıxlinski küçəsi 49 nömrəli binanın sakinləri üçün hər zaman əsəbilik yaradan bu ərazidə isə bina ilə magistral yola, səkiyə qədər olan məsafə 50 addımdır: bu da ən yaxşı halda 30-35 metrə qədərdir. Ərzinin bina tərəfdən sol hissəsində 35 saylı Seçki Komissiyası və sağ hissəsində isə 35-ci Polis bölməsi yerləşir. Bu iki inzibati binanın arasındakı məsafə isə 30-35 addımdır, təxminən 25-30 metrə yaxın.
Deməli, Xətai Mənzil Kommmunal Birliyinin öz məxsusi "təmizlik ” addımları nə Ətraf Mühitin Mühafizəsi , nə də Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarına uyğun deyildir. Son günlər bir neçə yerdə ərazilərdə qurumuş otların dəryazla çalındığına rast gəlmişəm, həmçinin 49 saylı binanın qarşısındakı ərazi belə çalınmışdır. Söz var ki, yaxın günlərdə yenə "nəzarət altında ” yandıracaqlar. Həmin ərazilərin çalındığı isə isə çoxdan aparılıb. Təsadüfən də belə ərazilərə od düşə bilər və onda nəzarətsiz yanğın baş verəcəkdir. Nəzarətli və ya nəzarətsiz, fərqi yoxdur, ətraf mühitə, insanların sağlamlığına qəsd ediləcəkdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz