» » Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlara və onların valideyinlərinə qarşı diqqətsizlik

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlara və onların valideyinlərinə qarşı diqqətsizlik


Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlara  və onların valideyinlərinə qarşı  diqqətsizlik

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlara  və onların valideyinlərinə qarşı  diqqətsizlik

23 Aprel Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur, özü də böyük coşqu ilə. Bu coşqunu yaradan mühüm bir amil də həmin gün uşaqlara verilən böyük etimaddır. Çünki bayram günündə onlar yüksək dövlət qurumlarına baş çəkirlər.Uşaqlara hədsiz sevgi nümayiş etdirən dövlət rəsmiləri onları öz kreslolarında əyləşdirirlər. Uşaqlar bu zaman ürəklərindəki bütün arzu və müraciətlərini dilə gətirirlər. Təbii ki, onların arzu və müraciətlərinə həssaslıqla yanaşırlar.
Bu düşüncələr ağlıma 1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günündə qarşılaşdığım bir diqqətsizliklə əlaqədar gəldi. Nəsimi rayonundakı 24 saylı orta məktəbdə mayın 31 –də uşaqlar sabah məktəblərində bayram tədbirinə hazırlaşıblar. Tədbir saat 12-də məktəbin akt zalında keçiriləcəkmiş. Balacalar öncədən səhəni bəzyiblərmiş. Bu zaman İcra hakimiyyəti və rayon idarələrinin məsulları məktəbə gəliblrə və deyiblər ki, səhnə yığışdırılsın, biz sakinlərlə görüş keçirəcəyik. Uşaqlar  tədbirlərini sonra qeyd edərlər.
Uşaqlar beləcə tədbirin bitməsini gözləməyə məcbur ediliblər. Sakinlərlə görüş bitdikdən sonra keçirilən tədbir hansı effekti verib deməyə çətinlik çəkirəm. Əsasən, ibtidai sinif uşaqlarının iştirak etdikləri tədbir, əlbəttə ki, uşaqların yorğun və ac vaxtlarına düşdüyündən valideynlər arasında narahatçılıq yaşanıb.
Niyə belə bir beynəlxalq gündə, məktəbin özünün tədbiri olduğu halda, İcra hakimiyyəti sakinlərlə görüş keçirməlidir, özü də əvvəlcədən elan edilmədən, yalnız bir qisim MİS işçiləri, bir qisim də uşaqlarını aparmağa gələn valideynlərin iştirakı ilə.
Halbuki,   belə vacib görüşü bir həftə öncə elə MİS-lər vasitəsi ilə, məktəb vasitəsi ilə valideynlərə xəbərdar edilməklə təşkil etmək daha səmərəli olardı. Özü də dərs prosesi davam etdiyi vaxtlarda  yox, 6-cı günlər və yaxud  ikinci növbədə.
Daha yaxşı olardı ki, İcra hakimiyyəti öz tədbirlərini təxirə salıb uşaqların bayramına qoşularaq ona daha bir rəng qataydılar.
İcra hakimiyyətinin təşkil etdiyi görüşdən sonra bu mötəbər qurumun elektron səhifəsində tədbir haqqında məlumat və şəkillər yerləşdirilmidir. Həmin yazını və bir neçə şəkli biz də təqdim edirik:

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlara  və onların valideyinlərinə qarşı  diqqətsizlik

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlara  və onların valideyinlərinə qarşı  diqqətsizlik

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlara  və onların valideyinlərinə qarşı  diqqətsizlik

İcra hakimiyyətinin elektron səhifəsində  verilən xəbərdə yazılıb: "...Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək ərazidə aparılan davamlı abadlıq-quruculuq işləri nəticəsində küçə və meydanların görkəminin köklü şəkildə dəyişməsindən, yaşlı sakinlər və uşaqlar üçün tikilən istirahət guşələrindən,  uşaq əyləncə meydançalarından, salınan abad həyətlərdən razılıq edərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər" Mənbə: (http://khatai-ih.gov.az/news/1497.html).
 Bu ərazidə yaşayan bir sakin olaraq  belə doğru olmayan məlumata görə təəssüf hissi keçirirəm. Xətai rayonunda  quruculuq-abadlıq işləri , əlbəttə ki, var. Amma bunlar daha çox  magistral yolların ətrafında və nisbətən mərkəzdə olan ərazilərdədir. 96 nömrəli  Mənzil İstismar Sahəsinin ərazidə bu şəkildə " davamlı abadlıq-quruculuq işləri nəticəsində küçə və meydanların görkəminin köklü şəkildə dəyişməsindən, yaşlı sakinlər və uşaqlar üçün tikilən istirahət guşələrindən,  uşaq əyləncə meydançalarından, salınan abad həyətlərdən razılıq edib" deyə yazmaq  həqiqəti əks etdirmir. Məhəlləmizin sosial problemləri barəsində bizim  saytda 10-dan çox  yazı verilib. Məhəllə sakinlərini imzası ilə aidiyyəti qurumlara müraciət edilib. Ya  cavab verməyiblər, ya da  sakinlərin problemlərini  " faktlar təsdiqini tapmadı" deyə cavab yazıblar. Hansı ki,   hər müraciətlərdə  vəziyyəti əks etdirən şəkillər də göndərilib. Kimdir bu razılıq edən sakinlər? İllərdir insanlar nəqliyyat sarıdan zülm çəkirləır, xidkmət təşkilatları qəza yerinə gələndə qazdıqları, sökdükləri yeri  söküntü şəklində qoyub gediblər,  məhəllələrdəki ümumi istifadə yerləri günü -günü işbazların əlinə keçir, uşaqlar toz-torpağın içində böyüyürlər.  Həyətlərdə, binaların  arxasında  olan ərazilər tükənmək üzrədir. İctimai yaşayış binaları qorunmur,  Məişət tullantılarının toplanması, zərərsizləşdirilməsi, çeşidlənməsi, daşınması sahəsində ciddi pozuntular var:  məişət tullantı üçün qabları çatışmır, olanlar da  tam yararsızdır.  Ağaclara,  olan-qalan ərazilərə xidmət edən qurum yox, bələdiyyənin fəaliyyəti yox və s. Bunları qarşısında sakinlər razılıq edir yazmaq, onların müraciərlərinə laqeydlikdən başqa bir şey deyildir. Məhəlləmizin problemləri ilə aşağıda təqdim edəcəyimiz linklərə baxıb, özünüz qərar verin:
 

1."Məktəb, məktəb, nə dilguşasən"

Link: http://anaveusaq.az/humanitar/842-mekteb-mekteb-ne-dilgushasen.html

Tarix:  16-10-2014


2.Təbiəti qorumasaq, təbiət də bizi qorumayacaq

Link:http://anaveusaq.az/fotosayt/1726-tebieti-qorumasaq-tebiet-de-bizi-qorumayacaq.html

Tarix: 5:06,2017


3.Uşaq və təbiət

Link: http://anaveusaq.az/tebiet/523-ushaq-ve-tebiet.html

Tarix: 26-10-2016


4.Modern təhlükəsizlik tədbirləri

Link: http://anaveusaq.az/tebiet/1748-modern-tehlukesizlik-tedbirleri.html

Tarix: 13-06-2017


5.49 nömrəli binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər

Link:http://anaveusaq.az/tebiet/1643-49-nomreli-binanin-sakinleri-bu-mehellede-asude-nefes-ala-bilmirler.html

Tarix: 19-05-2017


6. Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Fəttah oğlu Heydərova, Apellyasiya Şurasına Müraciət

Link: http://anaveusaq.az/sosial/1872-azerbaycan-respublikasinin-fovqelade-hallar-naziri-kemaleddin-fettah-oglu-heyderova-apellyasiya-shurasina-muraciet.html

Tarix:25.07.2017


7.Laqeydlik az qala peşəyə çevrilsin

Link: http://anaveusaq.az/bas-redaktor/2060-laqeydlik-az-qala-pesheye-chevrilsin.html

Tarix: 11-09-2017


8. Müraciətlərə cavab verilmir, ya da başdansovdu cavab verirlər

Link: http://anaveusaq.az/sosial/2297-muracietleere-cavab-verilmir-ya-da-bashdansovdu-cavab-verirler.html

Tarix:  14-11-2017


9.Evlərimizin istilik enerjisi ilə təminatına soyuq münasibət

Link: http://anaveusaq.az/sosial/2307-evlerimizin-istilik-enerjisi-ile-teminatina-soyuq-munasibet.html

Tarix: 16-11-201


10."Ərzə verə bir adamın pədəri..."

Link: http://anaveusaq.az/sosial/2359-erze-vere-bir-adamin-pederi.html

Tarix:  13-12-2017


11.İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

Link:  http://anaveusaq.az/tebiet/2400-meciliklerin-formasina-yeni-mezmun-getirmek-lazimdir-ve-ya-imecilikden-sonra-imecilik-haqqinda-teessuratlar.html

Tarix: 17-01-2018


12.Təbiət yox etməyə nifrət edir ( Siseron)

Link: http://anaveusaq.az/tebiet/2405-tebiet-yox-etmeye-nifret-edir-siseron.html

Tarix:  21-01-2018


13. Təbiət insan olmadan da yaşayar, amma insan təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul)

Link: http://anaveusaq.az/tebiet/2410-tebiet-insan-olmadan-da-yashayar-amma-insan-tebiet-yox-olduqdan-sonra-yashaya-bilmez-epaul.html

 Tarix: 24.01.18

 

14. Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

Link: http://anaveusaq.az/sosial/2692-veteranlar-adi-gunlerde-de-qaygi-ile-ehate-olunmalidir.html

Tarix: 12.05.2018

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Люди кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Держите пожайлуста: Скачать саму прогу можно здесь. | Видео по установке и настройке смотрите тут.
Внимание!!! Данный патч позволяет играть бесплатно пять часов в сутки.
Если Вас интересует "Безлимит" то за 70 руб. в мес. обеспечу обновлние, поддержку и помогу с настройкой!
Играю уже девять месяцев на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Если заинтересовало пишите в форму обратной связи. Перед покупкой протестируйте бесплатные возможности.
  • Нравится
  • 0