» » İldırım nədir və ondan qorunma yolları

İldırım nədir və ondan qorunma yolları

Müəllif: Anaveusaq.az от 4-06-2018, 00:20

İldırım nədir və ondan qorunma yolları

İldırım buludların üst təbəqələrində yaranan müsbət yüklər ilə alt təbəqələrdə olan mənfi yüklər arasındakı enerji transferi kimi izah olunur. İldırım barəsində dəqiq məlumatlar olmadığından alimlər buludlardakı buz kristallarının sürtünərək elektrik yüklərini meydana gətirdiyini və qarşılıqlı təsir nəticəsində ildırım yarandığını söyləyirlər. İldırım ilə şimşək bir-birindən fərqli anlayışlardır. İldırım buludlar arasında baş verərkən, şimşək buludlar ilə torpaq arasında və təxminən 1000 km sürətlə baş verir. İldırımın düşdüyü ərazidə ani temperatur dəyişiklikləri olur və nəticəsində burulğanlar meydana gələ bilər.

İldırımdan qorunma yolları
 

İldırım nədir və ondan qorunma yolları

İldırımın insan üzərinə düşmə ehtimalı çox azdır, ancaq bu, baş verə də bilər. Ona görə də yağışlı havalarda çox diqqətli olmaq lazımdır. Aparılan araşdırmalar nəticəsində bir rayona ildırım düşməzdən əvvəl vızıltıya bənzər bir səs eşidildiyi, dəridə dolular olduğu və saçların dikəldiyi müəyyən edilmişdir. Əgər belə bir vəziyyət müşahidə olunarsa, həmin bölgədən dərhal uzaqlaşmaq lazımdır.
İldırımdan qorunmaq üçün evlərin və binaların damlarına ildırımı yönləndirən olaraq adlandırılan və elektriki torpağa çatdıran vasitələrdən istifadə edilə bilər.
Fərdi olaraq görülən tədbir isə yağışlı havaya məruz qaldıqda üstüörtülü bir sahə tapıb, yağış kəsilənə qədər gözləməkdir.
Ağaclardan, elektrik dirəklərindən, su yığınlarından bacardıqca uzaq durmanız lazımdır.
Əgər yanınızda çətir, iti və ya metal cisimlər olursa, təhlükə də yanınızdadır deməkdir. Bona görə də çətir olsa ondan istifadə edib evə çatmağa çalışmaq əvəzinə, çətiri bağlayaraq üstüörtülü bir sahə tapmağınız ən doğru seçimdir.
İldırım ehtimalına qarşı ən etibarlı yerlər isə avtomobillər və binalardır. Xüsusən avtomobillər yaş rezinlərdən elektriki torpağa ötürülür.
Ümumiyyətlə, qəti olaraq yadda saxlamaq lazımdır ki, hündür ağacların altında, bir təpənin üstündə, ya da açıq bir sahədə təkbaşına olan adamlar ildırım vurması təhlükəsi altındadırlar.
İldırım, əsasən, intensiv yağış sahəsi olan rayonun kənarına düşür və yağış sahəsi rayonun 15 km uzaqlığına qədər təhlükə yaradır.
Rezin ayaqqabılar, ya da velosiped şinləri ildırımdan heç bir şəkildə saxlamaz.
Göy gurultusunu duyursunuzsa, fırtınaya ildırım təhlükəsi olacaq qədər yaxınsınız deməkdir. Vaxt keçirmədən qorunacaq yer axtarın.
Fırtına üstünüzdən keçib getdisə, ya da zəiflə də hələ də ildırım çarpma təhlükəsi mövcuddur, gördüyünüz tədbirləri ildırımlar kəsildikdən yarım saat sonraya qədər də tərk etməyin.
 

İldırım nədir və ondan qorunma yolları

Fırtına varsa, açıq bir təpənin üstündən aşağıya enin. Yaxında böyük bir tikili varsa, ora sığının (bir alt keçid, dükan, qatar stansiyası və s). Tək dayanan ağacların altına, ya da tənha komaya girməyin.
Sığındığınız yerin selbasma təhlükəsi olmamasına ayrıca diqqət edin. Dərə yataqları bu baxımdan uyğun deyil.

İldırım nədir və ondan qorunma yolları

Açıq havada fırtınaya düşmüsünüzsə və ətrafda sığınacaq yoxsa ağaclar, dirəklər, antenalar və çəpərlərdən uzaq, su basmayacaq bir yer tapın. İldırımın düşdüyü nöqtəyə 20 metrdən daha yaxın olmaq ölümcül dərəcədə təhlükəlidir. Su içində bu məsafə 200 metrdir.
Meşədə uzun ağaclardan uzaq durun, qısa ağacların altında gizlənin. İldırım ən yüksək nöqtəyə düşür.
Elektriklənmə sahəsinə düşsəniz (dəriniz qıdıqlanır, saçlarınız tikilsə) dərhal velosipeddən enin və uzaqlaşın, yerə çökün, əllərinizi ayaqlarınıza qoyun və əlinizlə göz və qulaqlarınızı yumun, özünüzü mümkün olduğu qədər kiçik bir hədəf halına gətirin. Ayaqlarınız bitişik olsun, torpaqla mümkün qədər az təmas təmin etməyə diqqət edin. Başqa heç bir nöqtədən torpağa toxunmayın (geyiminizə yerə sallanan bir şeylər olmasın).
 

İldırım nədir və ondan qorunma yolları

Qeyd: Türkcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz