» » Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

"Müharibə” sözünün mənəvi dərki bütün insanlar tərəfindən eyni cürədir. Müharibə ölüm-itim deməkdir. Müharibə dağıdılmış şəhər və kəndlər, oğulsuz-ərsiz qalan analar, atasız qalan uşaqlar, qardaşsız qalan bacılar deməkdir. Amma müharibənin real mənzərəsini bütün təfərrüarları ilə müharibə dövrünün insanları  övladlarını, ərlərini cəbhəyə yola salmış analar, gəlinlər; ataları müharibədə olduğu üçün müharibə dövrünün çətinliklərini yaşamağa məhkum edilmiş uşaqlar, müharibədən təkqol, təkqıç qayıtmış əsgərlər daha dərindən dərk edirlər. Söhbət son illərə qədər Böyük Vətən müharibəsi kimi qəbul etdiyimiz İkinci Dünya müharibəsindən gedir. Bu müharibədə 630 mindən yuxarı azərbaycanlı iştirak edib.
Həmin illərdə ölkəmiz fasiləsiz olaraq cəbhə üçün işləyib: əsgərlərə ərzağından tutmuş, əlcəklərinə, corablarına qədər  lazım olan hər şey göndərib. 
 1941-45-ci illərdə SSRİ-də hasil edilmiş 110 milyon ton neftin 75 milyonu Azərbaycanın payına düşür. Bakı neftinin Böyük Qələbədəki yeri isə xüsusi ilə qeyd edilməlidir.

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

Azərbaycan o ağır günlərdə həm də bir evakuasiya hospitalları şəbəkəsinə çevrilmişdi: bütün xəstəxanalar, mədəniyyət sarayları, məktəblər, texnikumlar hərbi hospitalları əvəzləyirdi.
Cəbhələrdə göstərdikləri cəsarətə görə 131 həmvətənimiz Sovet İttifaqı Qəhramanı fəxri adına layiq görülüb. 30 nəfər "Şərəf” ordeni, 170 min əskər və zabitimiz isə SSRİ-nin müхtəlif orden və medalları ilə təltif olunublar.
İkinci dünya müharibəsində həlak olmuş 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşı olmuşdur. 2,4 milyon nəfər isə itkin düşüb. Qardaşlıq məzarlıqlarında dəfn olunmuş 6 milyon insanın şəxsiyyəti hələ də məlum deyildir.
Həlak olmuş əsgərlərin 300 mindən çoxu azərbaycanlılar olmuşdur. Bu rəqəmlər , sadəcə, statistika deyil. Onlar istər dünyada özündən əvvəl, istərsə də sonra baş vermiş müharibə təcavüzünün miqyasını təsəvvür etməyə, ağıla sığışdarmağa imkan verən yaddaş rəqəmləridir.
 
  Göstərin hamıya insan dağını,
Dünya səksəkəli, qulağı səsdə.
Keçirin bəşərin yığıncağını,
Naməlum əsgərin məzarı üstə.
 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

Müharibənin sonunda - 26 iyun 1945-ci ildə   dünyada bir daha müharibə ocaqlarının alovlanmaması, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə Millətlər Təşkilatının yaradıldə.  Bu gün BMT-nin sıralarında 193 ölkə bu mərama qoşulduğuna imza atıb.
Təəssüf ki, dünyamız yenə müharibə ocaqları ilə doludur. Hər gün mətbuat səhifələrində  dünyanın nəhəng ölkələrinin daha təhlükəli, daha dağıdıcı silahlara yiyələnmək niyyətləri haqqında yazılar oxuyuruq.

Hindsitan və Pakistan arasında 70 ilə yaxındır ki,  Kəşmir mübahisəsi  davam edir. 

Qəzza sektorunda, İraqda, Suriyada, Ukraynada, Sahel regionunda, Nigeriyada, Cənubi Sudanda, Mərkəzi Afrika Respublikasında, Misirdə, Liviyada, Somalidə, Yəməndə, Konqo Demokratik Respublikasında, Kolumbiyada, Meksikada, Myanmada,Filippin, Uqanda, Birma,  Nikaraqu və daha neçə ölkədə  hər gün qan tökülür, dinc sakinlər öldürülürlər. Qurbanların və köçkünlərin sayı gündən-günə artır.
Nəhayət, Ermənistan və Azərbaycan arasında etnik-dini münaqişə uzun illərdir  davam edir. 1980-ci ilin sonlarından Ermənistanın işğalçılıq niyyətləri ilə Azərbaycanın ərazi suverenliyinə qəsd etməsi, torpaqlarımızın 20 faizinin ilhaq edilməsi, bu ərazilərdə yaşayan bir milyondan artıq həmvətənimizin öz ata-baba yurdlarından didərgin salınması müharibə təhlükələrinin hələ də dünyanın başı üzərində Domokl qılıncı kimi asıldığını sübut edir.
Azərbaycan dövlətinin, cənab İlham Əliyevin sülh niyyətlərinə, münaqişənin beynəlxalq hüquqa əsaslanan normalarla nizamlanması səylərinə baxmayaraq, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmək istəmir.
Belə bir vaxtda tarixin ibrət dərslərini unutmağa heç kimin haqqı yoxdur. Bu baxımdan İkinci Dünya müharibəsində əldə edilmiş QƏLƏBƏ-nin hər il qeyd edilməsini bütün sülhsevər insanların bəşərin taleyi üçün məsuliyyət niyyəti kimi qəbul etmək lazımdır.
Keçmiş Sovetlər ölkəsi dağıldıqdan sonra böyük Vətən müharibəsindəki QƏLƏBƏ-nin tarixdəki yeri haqqında, təəssüflər olsun ki, əsassız fikirlər səsləndirilməkdədir.
Bəziləri elə düşünürlər ki, azərbaycanlılar Vətən uğrunda deyil, Rusiya uğrunda vuruşublar. Hətta bu müharibənin iştirakçılarına, hətta Sovet İttifaqı Qəhrəmanlarına qarşı sağlam məntiqə əsaslanmayan yanaşmalar vardı və indi də belələri az da olsa var.
Onda SSRİ-nin tərkibində olan 15 respublikanın biri kimi Azərbaycan da böyük Vətənin ərazisi hesab edilirdi.  Bu gün Azərbaycanda elə bir ailə tapılmaz ki, 1941-45-ci illər müharibəsinin acısı bu ailənin taleyində acı iz buraxmamış olsun. Bu dəhşətli müharibədə iştirak etmiş 630 min azərbaycanlının üstündən necə xətt çəkmək olar?
"Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra hərbi məntəqəyə çevriləcəkdir.
Hitler hələ bundan xeyli əvvəl "Mənim mübarizəm" adlı kitabında yazırdı ki, "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar".
Əgər Azərbaycan SSRİ-nin tərkibində olmasa idi də, Hitlerin diqqət mərkəzində olan əsas ölkələrdən biri idi.
Ona görə də tarixi gerçəkliyə subyektiv baxışlarla deyil, tarixi gerçəklik prizmasından yanaşmaq lazımdır.
Ümummilli lider Heydər Əliyev belə məsələlərə hər zaman böyük diqqətlə yanaşırdı, hətta 9 May gününün bayram kimi qeyd edilməməsi haqqında çağırışlar olanda, müəyyən fikirlər səsləndiriləndə də Milli Lider Qələbə Gününün dövlət səviyyəsində qeyd edilməsini himayə etmiş, bütün bayramlarda şəxsən iştirak etmiş, veteranlarla səmimi görüşlər keçirmişdir. Ulu Öndər Heydər Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır: "Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır”.

Heydər Əliyev böyük Vətən müharibəsi illərində xalqımızın xidmətləri haqqında demişdir: "Tarix bu gün də bilməlidir ki, İkinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur".

Ümummillli Lider 2003-cü ilin 25 fevralında Vaşinqtonda "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda nitqində demişdir: "Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı".

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

Bu diqqət və ehtiram cənab İlham Əliyev tərəfindən bu gün də davam etdirilməkdədir.
Ölkə başçımız də hər Qələbə bayramında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyur, müharibə veteranları ilə görüşür. "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1117 nəfər şəxs isə minik avtomobili ilə təmin olunub…
… 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 541 nəfərin hər birinə 1000 (min) manat birdəfəlik maddi yardım verilib. Qalan 10 421 nəfər İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır ki, həmin insanların da hər biri 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardımla təmin edilib”.
Ümumiyyətlə, "bu il də dövlət başçısının 20 aprel 2018-ci il tarixli Sərəncamına əsasən ƏƏSMN tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarının və Sərəncamda nəzərdə tutulan digər müvafiq şəxslərdən ibarət 10 962 nəfər şəxsə birdəfəlik maddi yardım ödənilib”.
30-35 il bundan əvvəl xatırlayıram, mən kənddə yaşayanda müharibə veteranlarına bu yardım 50 manat olardı. Dövlətin iqtisadi imkanları artdıqca, bu inkişafa uyğun da müharibə veteranlarına dövlətin göstərdiyi sosial qayğının həcmi artmaqdadır.
Bəli, bu qayğı vacibdir, biz hər birimiz bu qayğını alqışlayırıq. Bu qayğı torpaqlarımızın azadlığı uğrunda həlak olmuş, sağlamlığını itirmiş Qarabağ veteranlarına da göstərilməkdədir.

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

Nə vaxtsa televizorda, digər kütləvi informasiya vasitələrində incidilmiş bir müharibə iştirakçısı, veteran haqqında yazıya rast gələndə sarsılıram. Nə vaxtsa, hardasa diqqətdən kənarda qalmış bir şəhid abidəsi, onların adına salınmış bağ, park görəndə sarsılıram. Bunlar artıq dövlətin qayğılarından çox, hər birimizin qayğısıdır. Yerli icra hakimiyyəti qurumlarının, bələdiyyələrin , məktəblərin qayğısıdır.
9 May - faşizm üzərində Qələbənin 73 illiyini keçirdiyimiz bu gündə Xətai rayonundakı Məzahir Rüstəmov küçəsindəki 136 nömrəli çoxmərtəbəli yaşayış binasının arxasındakı, əgər bura park demək mümkünsə, "Veteranlar” parkına və "Qaçaq Nəbi” küçəsi 9 ünvanda  məhəllədaxili ərazidə şəhid Məmmədov Şahin Səməd oğlunun xatirə lövhəsi  olan bulağın, bulağın yerləşdiyi parkın vəziyyətinə baxmaq üçün evdən çıxdım. Qeyd edim ki, bu ərazilərə 3-cü dəfə idi ki, gedəcəkdim. Düşünürdüm ki, Qələbə günü münasibəti ilə hər halda burada müəyyən səliqə-sahman yaradılmış olacaq, hansısa tədbir keçirələcək.
Təəssüf ki, bunların heç birinin şahidi olmadım. Əksinə, hər iki dağıdılmış, antisanitariya vəziyyətində olan parkda eynilə əvvəllərdə gördüyüm vəziyyət, sınıq-salxaq stol və skamyalarda domino, nərd oynayan veteranları, qaçqın - köçkün soydaşlarımızı gördüm.
Əlbəttə, çox təəssüf… Hər iki istirahət məkanı Xətai Rayon Bələdiyyəsinin lap yaxınlığındadır. Bəs bələdiyyələr nə işlə məşğul olmalıdırlar? Heç olmasa, Qələbə günü münasibəti ilə buraları süpürtmək, neçə vaxtdır yandırılmış zibil  qalıqlarını yığışdırmaq lazım idi.
Veteranlara adi bir may süfrəsi açmaq olardı. 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

  Qələbə Günü  iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun şərəfinə Xətai rayonunda salınmış parkda, eləcə də   Əhmədli qəsəbəsində  Böyük Vətən müharibəsində həlak olan qəsəbə sakinlərinin xatirəsinə ucaldılmış "Naməlum əsgər” abidə kompleksinin önündə   keçirilən  bayram tədbirləri  nə qədər sevindiricidirsə, "Veteranlar” parkına və "Qaçaq Nəbi” küçəsində  şəhid Məmmədov Şahin Səməd oğlunun xatirə lövhəsi  olan bulaq abidəyə laqeydlik, biganə münasibət o qədər təəssüfedicidir.

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 Təəssüfedici olan hal budur ki,  Vətənimizin azadlığı uğrunda  həyatlarını qurban vermiş  oğul və qızlarımızın  adına  divarlara vurulmuş barelyeflərdən ta  onların şərəfinə ucaldılmış abidəyə, həmçinin park  və bağlara hər bir kəsdə qədirşünaslıq duyğusu olmalıdır. Bu ərazilər  hər zaman gül-çiçəkli və səliqəli olmalıdır. Qərəmanlar təkcə  tarixi günlərdə deyil, adi günlərdə də ehtiramla yad edilməlidir.

Ələxüsus,  torpaqlarının 20 faizi işğal altında olan bir ölkədə  qəhrəmanlarımızın, şəhidlərimizin hünər yolu təbliğ edilməli, gənc nəsil təkcə bayram günlərində deyil, adi günlərdə də  bu ehtiramın şahidi olmalıdır.

Belə məkanları kommunal işçilərin səliqə-sahmanından başqa,  bağça və məktəb uşaqlarının qayğısı ilə də hər zaman laləzara  çevirmək olar. Bu, diqqət nümunəsi olmaqla yanaşı, həm də  vətənpərvərlik tərbiyəsinin  yaratdığı təbəddülat olardı.

    Haqqında bəhs etdiyimiz  hər iki park ərazicə bir-birlərinə yaxındır. Onların ətrafında 7 ümumtəhsil məktəbi, bir o qədər də bağça var.  Bu cür müqqəddəs

yerlərə  könüllüləri cəlb etmək olar, məktəbin, bağçanın

müəyyən tədbirlərini  bu parklarda təşkil etmək olar.

    Bunun üçün  məktəblər, MİS-lər, bələdiyyələr,  parkların tabe olduğu  Mədəniyyət və Turizm Nazirliyinin aidiyyəti qurumları maraqlı olmalı, əlaqəli işləməlidir.  Amma heç kim addım atmır,   yuxarılara isə  mətbuat  və  televiziya  vasitəsilə verdikləri arayış/hesabatlarda   geniş abadlıq-quruculuq işləri apardıqlarını nümayiş etdirirlər.

 "Qaçaq Nəbi” küçəsi 9-da   şəhid Şahin Səməd oğlu Məmmədovun adına çəkilmiş xatirə bulağı və abidəsi  olan parkda indi "lələ köçüb, yurdu qalıb".  Abidəni isə xarabalığı xatırladan əraziyə atıblar.

Sakinlərin sözlərinə görə,  bu park mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə 1998-ci ildə şəhid Şahin Məmmədovun atası Səməd Məmmədov tərəfindən abadlaşdırılıb. Parkda oturacaqlar, uşaqların əylənməsi üçün yelləncəklər quraşdırılıb. Park, ətrafdakı 7 binanın sakinlərinin istirahət etməsi üçün yeganə məkan olub.  İndi isə parkın aşağı başında  bir yaşayış binası tikilib istifadəyə verilib, yuxarı başında isə  hal-hazırda tikinti gedir. Abidə isə ortada qalan 10-15 metr  kol-kosun içində unutqanlıq, laqeydlik, qədirsizlik əzabını yaşayır. Yanında isə paytaxt şəhərin  nə arxitekturasına, nə də adına yaraşmayan  oturacaqlar, zövqsüz , necə gəldi düzəldilmiş   "besedka ”, ətrafda da   parkın  abad günlərində  balacaların zövqünü oxşayan milli ornamentli əyləncə vasitələri.   Tikilməkdə olan bina qurtarandan sonra bunlardan da əsər-əlamət qalmayacaq, çünki  binanın  girəcəyi  üçün  heç bir sahə yoxdur.  Səhv etmirəmsə bura  sonuncu dəfə 2017-ci ilin oktyabrında getmişdim, bir də indi bu yazıdakı məlumatları  bird aha öyrənmək üçün getdim. Şəkillərlə vəziyyəti müqayisə edin:

 

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır


Park  miniatur milli atributlarla  bəzədilmişdi:   girişdən ( indi yerində çoxmərtəbəli bina tikilir)içəri daxil olanda elə bil  qalaya daxil olurdun.  Milli atributlar, onların kiçildilmiş formaları  balacaların dərhal diqqətini cəlb edirdi.   "Qala”, "bürc”, "keşikçi qülləsi” kimi tarixi anlayışları  təcəssüm etdirən bu atributlar   kiçikyaşlı məktəbliləri    xalqımızın etnoqrafiyasına  istiqamətləndirirdi. İşbazlar  isə  bunun fərqində deyillər.

 

Bir çox kütləvi informasiya vasitələrində    buralarda  böyük abadlıq içləri aparıldığı, şəhidin xatirəsinə qurulmuş abidənin   daha ehtiramlı  formada bərpa edildiyi barədə yazılar var.

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 Bu gün səhər  çağlarında  parkda oldum və  parkın,  əgər bura paytaxt şəhərin parkı demək mümkünsə,  sob vəziyyətini kameranın yaddaşına köçürdüm.  Baxın və müqayisə edin?

 

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır


 Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır


Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır


"Kim əcdadının adını çəkə bilirsə, o, siyasi cəhətdən mövcuddur"

 Y.M.Lotman, alim

 

 "Veteranlar” parkı daldabucaq  bir yerdədir. Heç  o ətrafda yaşayan insanlardan bu parkın ünvanını soruşsalar, çiyinlərini çəkərlər. Nə bir  qapısı, nə lövhəsi var. Sanki  bilərəkdən ediblər ki,   məsuliyyətdən mümkün  qədər  yayına bilsinlər.  

 Elə də böyük ərazi deyil . Parkın girəcəyində   o biri baş ında  2 kafe fəliyyət  göstərir. Bu kafelər həm də    parkın içində  böyük  ərazini  özlərininkiləşdirərək çöldə də  fəaliyyət göstərir.  Daha sonra  çox işlək olmasa da, iki karasuel, bir  mini – dəmiryolu meydançası ,  ödənişli  tualet,  parkın  mərkəzində  isə susuz hovuz  var.  Kafenin birinin üstündə  "Veteranlar” yazılıb.    Hər iki  kafedə həm çay verilir, həm də pivə. Divara  da yazıb elan yapışdırmışdılar ki,  çayın qiyməti  1 manat  50 qəpikdir. 

 Görünür, "Veteranlar” adı  vergidə müəyyən güzəştlərdən yarınmaq üçün bu,   mütləqdir, yoxsa  "Veteranlar” adını  kafenin üstünə də  yazıb yapışdırmazdılar, əndirbanı bir ad seçərdilər.

 Hər tərəf  qazıntı, toz-torpaq, antisanitariya vəziyyətində,     bir neçə yerdə toyq və qazlar da görünürdü.  Sınıq-salxaq 3-4   "besedka”,  4-5 skamya,  2 yerdə də   adamların özlərinini stol üstü oyunlar oynamaq üçün ,  belə deyək də stol .

Mən  kafeyə girəndə xeyli adam vardı, salamlaşıb soruşdum ki,   hansınız veteransınız,  hal-əhvallaşmaq, bayramınızı təbrik etmək, bu mövzuda söhbət etmək istəyirəm.  Dedilər ki, veteranlar  parkın ortasına – mərkəzinə toplaşırlar. Daha bunun harası  veteranlar üçün park oldu: sıxışdırıb susuz hovuzun  ətrafına  cəm ediblər.

Veteranlarla  qısa da olsa, müharibədən, Azərbaycan xalqının   bu müharibədəki  rolundan danışdıq. Bugünkü müharibədən danışdıq. Veteranlar  Ordu quruculuğuna  yüksək qiymət verirdilər,  hətta,  lazım gələrsə, onlar yenidən silaha sarılacaqlarını  bəyan etdilər.  Veteranlarımızın  ideoloji baxışları saf idi, dövlətimizdən, onlara dövlət başçısının diqqət və qayğısından razılıq etdilər. Söhbət gəlib yenə parkın üstünə qayıdanda  onlar  narazılıqlarını  gizlətmədilər.


 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır 

  

 Odlu-alovlu müharibə illərindən  bu gün 73 il keçir.

Bəşəriyyəti faizm taunundan xilas etmiş  əsgərlərə , bu günün veteranlarına, müharibədə həlak olanlara   hər birimiz borcluyuq.  Onlar təkcə  Qələbə günündə deyil,  hər zaman ehtiram və diqqətlə əhatə olunmalıdır.  Hərbi xidmətə yolasalma mərasimləri  bu cür  müqəddəs yerlərdən təşkil oluna bilər. sağ qalmış veteranların özlərinin  də iştirakı ilə. Onların sayı getdikcə tükənməkdədir.

"2013-cü il yanvar ayının 1-i vəziyyətinə 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 724 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı isə 1306 nəfər təşkil edib….

"2016-cı il yanvar ayının 1-i vəziyyətinə Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 447 nəfər, əlillərinin sayı 516 nəfər təşkil edib….

"2017-ci ildə isə   İkinci Dünya müharibəsi iştirakçılarının sayı  müharibə əlili kimi 431 nəfər, müharibə iştirakçısı kimi 332 nəfər təşkil edib…”

 

Ölkə üzrə isə  4250 nəfər Böyük Vətən müharibəsi iştirakçısı var . Arхa cəbhədə хidmət edənlərin sayı isə 100 nəfərə yaхındır.

Əgər onların xatirəsinə uşaldılmış abidələr, park və bağlar and yerimiz olmalı və belə yerlər müqəddəs olmalı, işbazlar belə yerlərdə at çapmamalıdırlar.

 Yazıda adlarını çəkdiyimiz hər iki istirahət məkanı  əlaqədar təşkilatları düşündürməli, onlar  mətbuata doğru olmayan arayılar yazmamalı,  cəmiyyəti, veteranları  rahat edən işlər görməlidirlər.

 Dövlətin yuxarı  səviyyədə göstərdiyi diqqəti yerlərdə də  göstərməlidirlər, həm də tək 9 mayda deyil, adi günlərdə də.

 

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır

 

Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdırn


 Qeyd: Yazıda  bəzi sitat və rəqəmlər müxtəlif informasiya vasitələrindən götürülmüşdür.  

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz