» » "Kənar adamın məsləhətləri"

"Kənar adamın məsləhətləri"

"Kənar adamın məsləhətləri"


 

 " Unikal.org-a  xəbər verir ki, hadisə  dünən təxminən 12:50 radələrində baş verib.

Belə ki, İçəri şəhər - Həzi Aslanov istiqamətində hərəkət edən 14 saylı qatar

28 may stansiyasına daxil olarkən 30-35 yaşlarında gənc qadın özünü qatarın

altına atıb. O, qatar relsinin üzərinə düşdüyündən başı bədənindən ayrılıb"

 

Elə bir gün olmur ki, hansı bir internet səhifəsinə keçid alasan,çox üzüntülü xəbər, dəhşət doğuran məlumat və xəbərlər üzünə vurmasın . KİV-lərin mövqeyi özü bir qınaq doğurur, həm də ciddi. Ciddi olanı da budur ki,  diqqət cəlb etmək üçün onlar belə  xəbərlərə  daha meyilli olurlar.  Bir şeyə ki, həssas oldun ha , sıralanacaq, hökmən olmalıdır.  Nə yaxşı ki, belə    bədbəxt hadisələr, intiharlar, zorlamalar, qəzalar, yanğınlar dağınıq, yəni müxtəlif ərazilərdə baş verdiyi üçün insanların əksəriyyətinin xəbəri olmur. Amma belə dəhşətlərin "beşi, üçü, biri də çoxdur".
Sovet dönəmində MK-da İdeologiya üzrə katiblik vardı. Bütün təşkilatlarda ictimai özünüidarə təşkilatları vardı: oktyabryat təşkilatı uşağa öyrədirdi ki, ananı incitmək olmaz, hər sözünə "baş üstə" deyin, pionerə deyirdilər ki, anan qabağına nə qoydu, sən narazılıq etməməlisən.Komsomol da belə, partiya da belə... Məktəblərdə də  şagird özünüidarə təşkilatları vardı, qadın şuraları vardı və s…Hərə bir neqativ hadisənin qarşısını alırdısa, həm hasisələrin sayı azalırdı, həm də nümunəvi mühit formalaşırdı.İndi də müəyyən qədər cürbəcürə təşkilatlar var. O təşkilatların liderləri rəhbəri olduğu təşkilatın fayda gətirə biləcək imkanlarından istifadə edirlər, amma sırf öz işləri ilə məşğul olmurlar.
Bu gün bir məktəbdə oldum: qapıdan içəridə, yəni dəhlizdə. 2-3 yuxarı sinif şagirdi arxasını milli rəmzlərimiz asılan lövhəyə çevirib oturmuşdu.Dərs vaxtıdır, uşaqlar çöldə, həm də milli rəmzlərimizə sayğısız münasibət.Əlbəttə ki, ciddi şəkildə qarışdım.Sovet dönəmində kimin nə həddi vardı ki, dərsə girməyib koridorlarda var-gəl etsinlər. Məktəblərimizin böyük əksəriyyətinin vəsiyyəti belədir.Kİmsə onun sahəsinə aid nöqsan söyləyəındə xoşuna gəlmir və dərhal başlayırlar həmin adamı zərərsizləşdirməyə.
Bu intihar hadisələri haqqında nə yazmaq olar. Gör hansısa qurum, sosioloq, psixoloq bir araya gəlib fikir söyləyirmi? 2 körpəsi olan ozünü qatarın altına atlr, bunun dəhşətini bədənində his etdinmi, onun ömürlük ana nəvazişindən məhrum olan tifillərini halına yansdımı, valideynlərini düşündünmü? Bu, müharibə əzabından dəhşətlidir: bomba düşür , ani olaraq yox olursan.Amma intiharı seçmək üçün nə qədər düşünüb-daşınıb, cəhd edib-dayanıb və son anda özünə hakim ola bilməyib ipi boğazına salırsn, yqxud qatarın altına atılırsan: 2 körpəyə "can bala" deyən bir ana başı boğazından üzülüb düşüb relsin o biri tərəfinə. Hansısa sayt təptəzə, hələ heş kimin tirajlamadığı xəbəri tələn-tələsik manşetə çıxarıb ki, hər kəs ilk öncə onu oxusun. İnsanlar həssas olmalı, ətrafdakılara laqeyd qalmamalıdırlar. Bizim ölkəmizdə söylədiyim hadisələri yetirən sosial şərait yoxdur.Sadcə, məmur özbaşınalıqları var, insanların laqeydlikləri var.İnsanlar bir-birlərinə həyan olmalıdır.Bu məmur olmaqdan ötrü əl atmadığı vasitə qoymadığı kəslər bilməlidir ki, o, xalqa xidmət etməlidir.O elə işləməlidir ki, xalqın həyat və sosial rifahı gündən- günə yaxşılaşsın. Məmur dərdə yetməlidir, dərdə əlac olmalıdır. Xarici ölkələrdə təqaüd yaşı çatmış insanların üstündəın xətt çəkmirlər.Ekə ziyalılarımız var ki, təqaüd yaşı çatsa da, hələ enerjilidir və gənclərdən dəı geri qalmayacaq. Onlar Üçün QNT formasında bir Assosiasiya fikirləşib, təcrübələrindən istifadə etmək lazımdır.
Bir balaca da KİV-lər haqqında. Mətbuat xalqa hava və su kimi lazımdır. Amma belə yox. Problemləri, neqativ halları üzə çıxaran, ictimailəşdirən qəzaet və saytları "makulatura”
 

"Kənar adamın məsləhətləri"

 

yerinə belə qoymurlar, amma şou, vahimə yaradan kivlər atlarını dördnala çapır.
Maraq üçün bəzi saytları izklədim və manşetləri siyqahıya aldım:
1. Dağıstanda oğlan ona xəyanət edən sevgilisini döyüb.
2. Hacıqabul rayonunda inanılmaz hadisə baş verib. Criminal.az saytının məlumatına görə, məktəbli qız qardaşından hamilə qalıb.
3. Rusiyanın Peterburq şəhərində Ramazan adlı bir həmvətənimiz 8-ci sinif şagirdi olan azərbaycanlı qızla intim əlaqələrdə imiş.
4. 2016-cı ilin mayında Şamaxının Pirbəhli məktəbində 9-cu sinif şagirdini zorlayan müəllim haqqında yazılar hələ manşetlərdə gedir.
5. Ağdaş rayonunun Qulbəndə kəndində 1915-ci ildəolmuş hadisə manşetlərdə gedir : "
Azərbaycanda dəhşət: Qızını zorlayan ata, intihar edən qardaş”.
6. 2013-cü ildə Qobustanda baş verən hadisə hələ sayta reytinq qazandırır ” Qobustanda 17 yaşlı nişanlı qız özünü asdı” .
7. Cəlilabad rayonunda müəllim məktəbin təmizlik işçisini zorlayıb.
8. Türkiyədə döyülərək öldürülən azərbaycanlı Türkay İsayevanın qatili saxlanılıb. Azərbaycanlı qadını döyərək öldürən sevgilisi Mertkan Öztürk imiş.
9. Qafqazinfo” "Sputnik”ə istinadən xəbər verir ki, Masallı rayonunun Təzə Alvadı kənd sakini, 1980-ci il təvəllüdlü Elnarə Muxtarova özünə 16 bıçaq zərbəsi endirib.
10. Ölkə prezidenti seksin bu növünü qadağan edir: Xalqa müraciət
Uqandada oral seks qadağan ediləcək.
Cebhe.info xəbər verir ki, bunu ölkə başçısı açıqlayıb. Prezident qadağaya əsas kimi bu yolla cinsi xəstəliklərin yayılmasını göstərib ( xəstəlik yayılmayacaqsaymış davam etmək olar "kursiv bizm)). Prezident Yoveri Museveni xalqa müraciətində oral seksin qətiyyən yolverilməz olduğunu bildirərək qadağan ediləcəyini vurğulayıb.
Prezident ölkəsinə oral seksin əcnəbilər tərəfindən gətirildiyini də qeyd edib. Ancaq qadağanın necə tətbiq ediləcəyi barədə hələlik məlumat verilmir.
Xatırladaq ki, 2014-cü ildə ölkədə həmcins nikahlar qadağan edilib və ömürlük həbslə cazalandırılır.
11. Bakıda fahişəliyi, narkomaniyanı təbliğ edən klip çəkilib – Nəzarət yoxdur (VİDEO 18 +)

"Kənar adamın məsləhətləri"

 

11. Şəbnəm Tovuzlunun hamıdan gizli saxladığı biznesmen həyat yoldaşı – Hacı ləqəbli milyonçu – FOTO
12. "İstədiyim kişi ilə cinsi əlaqədə olaram” sözü həyatının sonu oldu – FOTO
13.8 yaşlı qızı kahinlər zorlayıb, sonra da …
14. "Yoldaşım dedi ki, video baxılası deyil” — MÜƏLLİMİN XADİMƏNİ ZORLAMASININ TƏFƏRRÜATI
15. Oğlunun gözü qarşısında 52 yaşlı anasını zorladı və… – Qubada dəhşətli hadisə -(10946)
16.Keçmiş arvadından Naibənin əri ilə bağlı ŞOK İTTİHAMLAR: "Onu gündə bir qadınla tuturdum” – VİDEO -(7712)
17.Azərbaycanlı model hamamda çimərkən özünü videoya çəkib paylaşdı – VİDEO -(2459)
18.Nigar Camal alt paltarsız küçəyə çıxdı – hər kəs bu FOTOdan danışır -(4820)
19. Kişi satıcı qadını zorlamaq istəyərkən kameraya düşdü – VİDEO -(4813)
20. Keçmiş arvadından Naibənin əri ilə bağlı ŞOK İTTİHAMLAR: "Onu gündə bir qadınla tuturdum” – VİDEO -(7712)
21. Azərbaycanlı ekstrasens: Seksual azğınlaşmanı normal qəbul etməliyik

22. İngiltərədə 6 uşaq anası Facebook-da tanış olduğu kişi ilə intim münasibətdə olmaq üçün ən böyüyü 14, ən kiçiyi 3 yaşındakı uşaqlarını ataraq Avstraliyaya qaçıb.
Metbuat.az xəbər verir ki, 43 yaşındakı ananın qaçdığı kişidən yeddinci uşağa hamilə olduğu məlum olub.
Uşaqların evdə tək qaldığı isə nənələrinə ac olduqlarını söyləmələri ilə ortaya çıxıb. Nənə polisə xəbər verib və polislər evdə qalan uşaqları sorğu-saul ediblər.
Avstraliyada 6 həftə qalmağı planlaşdıran qadın polisin "geri dön” çağırışını rədd edib.
Ölkəsinə qayıtdıqdan sonra məhkəməyə çıxarılan qadın 6 aylıq həbs cəzasına məhkum edilib.

23. Sevgilisi Naza canlı yayımda bahalı avtomobil hədiyyə etdi.
24. Hacıya göndərmək istədiyi çılpaq VİDEOsu internetdə yayıldı.
25. 40 yaş kiçik sevgilisi ilə cinsi əlaqədə olarkən iflic oldu.
26. Bakıda dəhşətli hadisə - Falçı 46 tələbə qızı zorladı/ FOTOLAR/ VİDEO

"Kənar adamın məsləhətləri"

 

Siz inanırsınız bu xəbərlərin birini-ikisini oxuyub həmin gün insanlara xoş aura paylayacaq? Siz inanırsınız belə informasiya qəbul edilən baş dsahibləri: müəllimlər, həkimlər işdə son dərəcə rahat və yaradıcı işləyəcək? Siz inanırsınız ki, bu xəbərləri oxuyan ailələrdə xoş, mehriban aura otaqları dolanacaq?
Mən inanmıram?
 

"Kənar adamın məsləhətləri"

 

Qeyd: Şəkillər internetdən götürülmüşdür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz