» » Xidmət sahələrində vəziyyət düzəlmir ki-düzəlmir

Xidmət sahələrində vəziyyət düzəlmir ki-düzəlmir

 

Xidmət sahələrində vəziyyət düzəlmir ki-düzəlmir

 

Mənbə: http://anaveusaq.az/sosial/2307-evlerimizin-istilik-enerjisi-ile-teminatina-soyuq-munasibet.html
 Qeyd etdiyimiz linkin  əhatə etdiyi mövzunu  biz keçən il noyabr ayının 16-da dərc etmişdik. Və  həmin yazıda göstərmişdik ki,2013-2014-ci ilin payız-qış  mövsümdə də belə olub: AzərİstilikTəchizat ASC televiziyadan ölkə rəhbərliyinə, xalqa əminliklə məlumat verirlər ki, payız-qış mövsümünə tam hazırıq və mövsümün başlanğıcından bütün mənzillərə, sosial obyektlərə istilik veriləcəkdir. Amma bu, sadəcə, söz olur: istiliyi 17-də-18-də verirlər. Mövsümün sonunda da istilik nəqlini 2-3 gün tez dayandırırlar. Mən Xətai rayon General Şıxlinski küçəsi 49 nömrəli binada yaşayıram( 96 nömrəli MİS-nin ərazisi)
Dövlət qulluqçularının etik davranış kodeksi var. Məmur dövlət qulluqçusu statusu alırsa, o, xalqın xidmətində dayanacağını and olaraq qəbul edir. Amma yoxdur belə xidmət sahəsi ki, xalq onlardan şikayət etməmiş olsun. Ölkə başçısı, Cənab İlham Əliyev də bütün müraciətlərində məmurlara, xidmət təşkilatlarına bunu qəti olaraq tapşırır. Məmurlar bu tövsiyələər əməl etmirlər.  Məsələn, aprel ayının 13-də günortadan qazanxana bağlanıb. Amma hava bu iki günd  küləkli və soyuq keçməkdədir, evlərimiz soyuq oldu. Niyə xidmət təşkilatları istehlakçılarla müqavilə bağlamırl? Əgər söhbət  Prezidentin tapşırdığı səviyyədə xidmət göstərməkdən gedirsə,  bütün xidmət təşkilatları,  həmçinin Azərİstilik Təchizat ASC istehsalçılarla müqavilə bağlasınlar və  müqavilədə öz üzərlərinə öhdəlik götürsünlər. Əməl etməyən də vətəndaşlar onları məhkəməyə versin.
Nə qədər şikayət etmək olar, bu kabinet məmurları xalqı nə yerinə qoyurlar?
 

Xidmət sahələrində vəziyyət düzəlmir ki-düzəlmir

 

Xidmət sahələrində vəziyyət düzəlmir ki-düzəlmir

 

17, 19 yanvar, 28 fevral, 28 mart, 13 aprel tarixlərində bütün məhəllə qazsız qalıb, bu, hələ mənim bildiym saydır; sakinlərin deməsinə görə  qaz kəsilmələri daha çox olub. Qaynar xəttə, Xətai İcra Hakimiyyətinin operativ qərərgahına zəng vurmuşam. Gah deyiblər təmir gedir, gah deyirbər yeni xətt qoşulur. Ay balam, bu, hər ay olan şeydir? Axı sizin  onda alternativ  xəttiniz olmalıdır. Təmirə dayanırsınız, zəhmət çəkin, ehtiyat xətti işə salın. Deyək ki, yeni xətt qoşursunuz (bəxtəvər sadə adamların başına), deməli, tezliklə təmir, yeni qoşulma bitəcək, insanlar daha təzyiqli, daha keyfiyyətli qaz alacaq.Axı belə olmur, əksinə getdikcə pisləşir də. Bəs siz onda payız-qış mövsümünə necə hazırlaşmısınız?
Biz blokada illərini yaşamırıq eyyy. Biz müstəqil, suveren, günbəgün inkişaf edən ölkənin baş şəhərində - paytaxt  şəhərdə  yaşayırıq.
Biz kənddə görmüşük ki, hər evin sahibi, ümumilikdə kolxoz, məktəb rəhbəri payızın əvvəlindən qış hazırlığı görür:istilik, qida təminatı  edir ki, ailəsi, məktəbdirsə uşaqlar, kolxozdursa, heyvanlar  qış  mövsümündə əziyyət çəkməsinlər.
Məmurların hansına baxırsan altında CİP, amma məsul olduğu sahənin işindən insanlar həmişə  narazıdır.
Biz liftə təmir pulu yığmaqdan  çökmüşük. Belə xidmət sahəsi nəyə lazımdır? MİS-nin  məşət tullantılarını daşımaqdan başqa bir xidmətləri yox, onu da necə gəldi, başdansovdu.
 

Xidmət sahələrində vəziyyət düzəlmir ki-düzəlmir

 

Prezident seçkiləri uğurla başa çatdı. Biz Cənab Prezidentə səs verdik. Hansısa idarə məmuru düşünməsin ki, insanlar onların təbliğat kampaniyası dövründəki canfəşanlıqlarına görə səs verib, qətiyyən.
Yoxdur belə məmur insanları öz arxasınca apara bilsin, çünki xalqa xidmət etməyib.
Biz, sadəcə, öz gördüklərimizlə, öz məntiqimizlə ürəklərimizin hökmünü yerinə yetirdik.
Ümidlərimiz çox böyükdür. Müstəqillik yolu ilə xeyli məsafə qət etmişik. Dövlətçiliyimiz beynəlxalq səviyyədə tanınan, qəbul olunan gənc bir dövlətdir. Gözləyirik ki, islahatlar  getdikcə dərininə də, eninə də daha da genişləndiriləcək.
Sadə admaların istəklərini, mənafelərini nəzərə almaq lazımdır. Bu, o demək deyil ki, kimsə deputat seçiləndə, vəzifəyə təlin olunanda hər bir kəsdən soruşulsun. Əsla, eləsini seçsinlər ki, onu tanıyanlar hamısı bu təyinata ümidlənsinlər, yaxşı sabahlara inam yaransın.
Bizim məhəllənin social-problemləri saysız-hesabsızdır və onlar dünən-srağagün yaranmayıb.Hara müraciət edirik, kimə yazırıq yazdıqlarımız yuxarıda xarakterizə etdiyim məmurlara göndərirlər. Sadəlövh uşaq kimi insanları yola verirlər, aldadırlar.
Bələdiyyə adlı qurum  Avropa ölkələrinin formalaşdırdığı bələdiyyələrin nüfuzunu sıfıra endirib. Bu qurumun ancaq inzibati binada adı və  müəyyən qədər də  əməkhaqqı alan üzvləri (5-6 üzvü) var.
Məhəllələrə çıxmaq, insanlarla görüşmək, problemlərin həlli istiqamətində addımlar atmaq lazımdır.
 

Xidmət sahələrində vəziyyət düzəlmir ki-düzəlmir

 

Xidmət sahələrində vəziyyət düzəlmir ki-düzəlmir

 

P.S: AzəristilikTəchizat ASC-nin  Xətai rayonu üzrə 2 saylı İstilik Sistemlərinin 2 nömrəli İstismar sahəsinin  qazanxanalarında   qazanxana işə düşəndən heç bir  problem, narazılıq olmayıb. Fasilə, dayanma, aşağı temperatur olmayıb.Texniki qrup mütəmadi olaraq xətləri və açarlara baxışkeçirib.  Problem mövsümə 2-3 gün gec  başlanılması,  və mövsümün bitməsinə 2-3 gün qalmış qaz nəqlinin dayandırılması səbəbindən qazanxanın fəaliyyətinin dayandırılması olub.


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz