» » ...tədbirlərlə sakinləri yola verə-verə ili başa vururlar

...tədbirlərlə sakinləri yola verə-verə ili başa vururlar


Bu gün Azərbaycanı dünyada tanıdan, gündəmə gətirən bir amil də ölkəmizdə dinamik şəkildə gedən quruculuq işləridir. Paytaxtımız bir tikinti meydançasını xatırladır. Axşamlar Bakı , xüsusən, fəvvarələrlə, sayrışan işıqlarla o qədər cilvəli görünür ki, adam heç istəmir evə qayıtsın.
Ölkəmizə qədəm basan xarici qonaqlar da şəhərimizdən ayrılanda onu bu cənub mirvarisinin işıqlı və isti xatirələri ilə tərk edirlər.
Öyünməmək necə ola bilər? Öyünürük və fəxr edirik. Amma şəhərətrafı rayon və qəsəbələrin social problemləri də kifayət qədər var. Məsələn, Xətai rayon General Şıxlinski küçəsi 96 nömrəli Mənzil İstismar Sahəsinin xidmət etdiyi ərazidə bu problemlər illərlə üst-üstə yığılaraq qalmaqdadır. Dəfələrlə sakinlər aidiyyəti qurumlara müraciət ediblər. Söz verirlər, harasa qeydə alırlar ki, baxacağıq, edəcəyik: günlər, aylar keçir, amma heç kim heç nə etmir. Sakinlər təkrar müraciət edirlər, bu dəfə deyirlər ki, müraciəti yazılı etmək lazımdır. Sakinlərin ayrı əlacı yox,  bunu da edirlər. Yazılı müraciətləər də  başdansovdu, gerçəyə əsaslanmayan cavab yazırlar, ya da bildirirlər ki, əməkdaşlarımız tərəfdən baxış keçirilib, sizing iradlarınız təsdiqini tapmayıb, özü də üstündən aylar keçəndən sonra.  Hansı qurumlara müraciət edilir, hamısından eyni məsuliyyətsizlik, eyni laqeydlik görürük. Bütün hallarda insanlara 2-3 əsr bundan əvvəl təhsil, inkişaf görməmiş məzlumlar kimi yanaşıblar.
İnsanlar  görünəyən, üzdə olmayan prolei haqqında yazılı  müraciəti etməməlidir. Bəs  bu qədər qurumlar nə üçündür? Ərazidə xidmət aparan təşkilatlar bilmirlərmi ki, bura ölkənin baş şəhəridir, onun sinəsini qazıntılarla bəzəyib getmək olmaz. Su, qaz xəttini, rabitə xətlərini çem bir texniki şərtə əməl etmədən belə çəkmək olmaz. MİS işçiləri hər gün sahni gəzirlər, onlar ərazidəki problemləri görmürlərmi? Görürlər, amma hərə öz başının sakitliyi üçün digər qurum qarşısında məsələ qoymur. Halbuki, bu qurumlar arasında koordinasiya olmalı, bir qurum digər qurumun işini tamamlamalıdır.
Heç bir xidmət təşkilatı qəza zamanı yolun, küçənn, məhəllənin qəzalı hissəsini qazarkən onu təmir etmir.
Məişət tullantılarının qablaşdırılması, daşınması, metal tutumlar üçün meydançaların, metal tutumlarının özlərinin vəziyyəti paytaxt şəhərin statusuna heç yaraşmır.
 

...tədbirlərlə sakinləri yola verə-verə  ili başa vururlar

 

...tədbirlərlə sakinləri yola verə-verə  ili başa vururlar

 

...tədbirlərlə sakinləri yola verə-verə  ili başa vururlar

 

...tədbirlərlə sakinləri yola verə-verə  ili başa vururlar

 

...tədbirlərlə sakinləri yola verə-verə  ili başa vururlar

 

...tədbirlərlə sakinləri yola verə-verə  ili başa vururlar

 

...tədbirlərlə sakinləri yola verə-verə  ili başa vururlar


Türkiyənin bələdiyyə institutlarının fəaliyyətini internetdən izləyirik, bəs bizim bələdiyyələr?
Nə işlə məşğuldur onlar, bələdiyyələr yaranandan illər keçib, bu qurum nüfuz qazana bilməyib, əksinə, xalqda televiziyadan, kitabdan bildiyimiz bu idarəçilik instituna olan  inamı tamam sarsıdıblar.
Şəxsən, özüm Xətai bələdiyyəsinə getmişəm, təklif və müraciətlərimi bildirmişəm. Deyiblər ki, Xocalı Soyqırımı Günü bizim rayonun ərazisində qeyd edildiyi üçün son günlər həmin tədbirə hazırlaşırıq, tədbirdən sonra baxacağıq. Üstündən bir aya yaxın vaxt keçir, qarşıda Prezident seçkisi var…Beləcə, ard-arda sıralanan  tədbirlərlə sakinləri yola verə-verə ili başa vururlar.
Bizim müraciətlərdə təmir zamanı dağıdılmış yerlərin bərpası məsələsi də hər zaman olub.  Amma indi    şəkillərdə gördüyünüz kimi, binanın qarşısındakı özlərinin dağıtdıqları  çala çuxurları deyil,  seçki məntəqəsinə gedən yolda, baxın, kosmetik "quruculuq-abadlıq" işləri aparıblar.

...tədbirlərlə sakinləri yola verə-verə  ili başa vururlar

 

...tədbirlərlə sakinləri yola verə-verə  ili başa vururlar

 

...tədbirlərlə sakinləri yola verə-verə  ili başa vururlar

 

...tədbirlərlə sakinləri yola verə-verə  ili başa vururlar

 

...tədbirlərlə sakinləri yola verə-verə  ili başa vururlar

 

...tədbirlərlə sakinləri yola verə-verə  ili başa vururlar

  

30  yanvar 2017-ci ildə  ölkəmizin Prezidenti, cənab  İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin    yekunlarına həsr olunmuş müşavirədə demişdir:

- Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır.  

İstər bu görüşdə, istərsə də digər  tədbirlərdə, rayonlara səfərləri zamanı dövlətimizin başçısı insanlarla görüşlərində xalqa, insanlara etmadını daim ifadə etməkdədir. Amma  bu məhəllənin sakinləri  bir yığın problemlərin əhatəsində  daim gərginlik içərisində yaşamaqdadır. Bu məhəllənin sakinləri : uşaqları, qadınları,  yaşlı, ahıl insanları üçün heç bir  sosial rahatlıq yoxdur.  Gəlib-gedən xidmət qurumları sanki bir-birlərini müdafiə edirlər. Bundansa prfoblemin özünü həll etmək ən doğru yoldur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz