» » "Ərzə verə bir adamın pədəri..."

"Ərzə verə bir adamın pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."  

İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gündə deyirəm. Hər kəs bilsin,eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır,soyğunçuluqla məşğul olmamalıdır.

Məmur, bax, belə, dediyim kimi olmalıdır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bəzən    insanlar "problem"   sözünün ehtiva etdiyi   lüğəvi mənadan daha çox, bu sözlə bağlı şüurun  alt qatında  yaranan   ağırlığı qəbul edirlər. Əslində,  mənşəyi yunanca olan "problem"  sözü vəzifə, tapşırıq anlamında  həlli tələb olunan nəzəri və ya praktiki məsələ deməkdir. Doğrudur, "problem"  sözü bu gün bir az   fərqli məna çaları da qazanmışdır, yəni, insanların öhdəsindən  gəlməkdə aciz qaldıqları iş.  Belə  işlər birbaşa insanın özü ilə bağlı olur, məsələn, insan özünə qarşı laqeyd olur, məsuliyyətsiz olur,   nəticədə təhsil almaq, karyera, ailə qurmaq  kimi çox vacib məsələlələr onun üçün də,  ailəsi üçün də  problem olur. Elə məsələlər də var ki,  artıq həmin məsələlər  insanın özü ilə bağlı olmur, məsələn,    vacib bir ixtisas üzrə təhsil almışdır, amma iş tapa bilmir. Hər gün  qarşılaşdığımız  sosial  problemlər: yaşayış minimumları, istirahət, təhsil, sağlamlıq  hüquqları, nəqliyyat və s. bu kimi  insan həyatının keyfiyyətinə və kəmiyyətinə  təsir edən  səbəblərlə bağlı  çətinliklər də problem  mahiyyətindədir.

Problemsiz həyat yoxdur:  istər insan  həyatı olsun, istərsə də cəmiyyət həyatı. Əsas odur ki, insan qarşısına çıxan  problemlərdən  qorxmaya, çəkinməyə,   onlardan aldığın həyat dərslərindən  sonra  yoluna daha inamla davam edə. Əgər problemlər insanın  özündən asılı olmayan əngəllərdisə, təbii ki, onu doğuran səbəb və  yaradan kəslərlə bağlı aidiyyəti qurumlara, daha yuxarı instasiyalara, məhkəməyə və dövlət rəhbərlərinə müraciət etməyə məcbur olur. Bəs bu cür problemlərlə vəzifəli şəxslərə, idarə və təşkilatlara   ümidlə üz tutan  vətəndaşların  müraciətlərinə necə münasibət bəslənilir?

"Donu növ-növ”, "donu rəng-rəng” olan problemlər hər zaman olub və indi də var. Bunun üçün dağa-daşa çıxmaq lazım deyil, geoqle.az axtarış sisteminə illər və ərazilər üzrə   "sosial problemlər", "Prezidentə müraciət olundu”  kimi açar sözləri yazmaq kifayətdir ki, istədiyiniz məlumatı və  şəkilləri əldə edəsiniz. Onda şikayətlərin yekcinsliyini, yekrənglyini, şikayəti idarə edənlərin, ona cavab verənlərin isə yekdilliyini görəcəksiniz. İnsanlar kimə müraciət edir, hara müraciət edir, bu müraciətləri yenə qaytarıb "hara yazırsınız-yazın, axırı gəlib bizə çıxacaq, biz də öz cavablmızı yazıb verəcəyik " deyən məmurların, xidmət rəhbərlərinin üstünə göndərirlər.

Konstitutsiyamızın prinsiplərinə, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa, ölkə başçısı Cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına baxmayaraq, yerlərdə vətəndaşların  ərizə və şikayətlərinə  belə münasibət bəslənilir.  Axı məmurun fəaliyyətsizliyindən  edilən şikayəti  elə önun özünə  göndərəcəklərsə, necə inanmaq olar  ki,  həmin məmur şikayət məktubunda yazılanların doğruluğunu təsdiq edəcək və ya şikayətçinin etdiyi müraciətlə bağlı bir iş görəcək. Onlar yazacaqlar ki,  ya faktlar təsdiqini tapmadı və bunu   inandırıcı etmək üçün MİS rəislərinə tapşırıq verəcəklər ki, 5-10 adamın adından izahat alın, rəsmi olsun. Ya da yazacaqlar ki,  aidiyyəti qurumlara  problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmişdir.  İnsanlar  artıq inanmırlar  ki,    onların yazdığı məktublar Cənab Prezidentə  və yaxud  Birinci Vitse-prezidentə çatır.  Təbii ki, kargüzarlıq qaydasında  onu   aidiyyəti sahə və şəxslərə ünvanlamalıdırlar.   Prezidenti  taleyüklü məsələlərin həllindən ayırıb,  ölkənin xırda məişət probleri ilə məşğul etmək də  doğru  deyildir. Həm də Prezident Aparatına ünvanlanan nüraciətlər sayca  o qədər çox olur ki, onların hamısı ilə tanış olub, tapşırıq və sərəncamlar vermək fiziki cəhətdən də mümkün deyil. Odur ki, şikayətin, müracıətin, məsələn, baxılıb tədbir görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə  göndərilməsi  elə dövlətin  özünün müəyyən etdiyi qaydalardır.

"Ərzə verə bir adamın  pədəri..."

Vətəndaş - Dövlət arasındakı narazılıqlar da, deyəsən, elə buradan başlayır. Haqqında bəhs edilən şikayətlər, bunlar bir deyil, iki deyil,  şikayət edilən sahə üzrə xidmət təşkilatlarının, onların rəhbərlərinin fəaliyyətsizliyi ucbatından  yaranıb. Onda yaranan belə hallar üçün  həmin təşkilatdan   pilləcə üstün olan təşkilatın və onun  rəhbərinin  də məsuliyyəti var. Belədə yerli xidmət sahəsi ilə özündən yuxarı olan xidmət sahəsi arasında  birlikdə şikayəti, şikayətçini dəf etmək səyləri  başlayır.  Bu cür məmurlar Prezident adının statusunu  dəyərləndirə bilmirlərsə, sadə insanlar  çox yaxşı bilirlər. Onu bilirlər ki,  Cənab Prezidentə, Mehriban xanımın adına edilən müraciətdən ən azından onları isidəcək qədər istilik  olacaq. Onlar Allaha yalvarırlar ki, kaş müraciət və ya şikayətləri şəxsən Ölkə başçısının və  ya Mehriban xanımın  diqqətinə çata...

Təəssüf ki,   tədbir görülməsi üçün  onlara  göndərilmiş  vətəndaş müraciətlərinə baxmalı,  xarakteti ilə bağlı tədbir görməli olan, amma görməyən məmurlar Prezident adının statusunu dəyərləndirə bilmirlər.

Onda narazılıqlar daha böyüyür,  adi məişət problemləri daha digər məzmun alır, insanlar  beynəlxalq  təşkilatlara üz tuturlar. İnsanlar yaxşı bilirlər ki,   Cenevrədən kimsə gəlib hansısa digər  dövlətin ərazisində iş görən deyil, bu, heç prinsipcə də doğru deyil. İnsanlar, sadəcə, bu yolla  problemlərini diqqətə çatdırmaq istəyirlər.

Hindistanın Yeni Dehli şəhərində yaşayan  7 yaşlı  Navya Sinqh bu ölkənin Baş Nazir Narendra Modiyə məktub yazıbmış.  Məktubun yazılmasına səbəb də bu olub ki,  məktəblinin çox sevdiyi parkın ərazisini dağıdıb yerində   nəsə tikmək istəyiblərmiş.  Qız atasının köməyi ilə yazdığı məktubda qeyd edib ki,  bu parkda  yaşlıların gəzib dərdlərini dağıtması, təmiz hava alması haqqıd var. Mən və mənim həmyaşıdlarımın, həmçinin bizdən böyük  dostlarımızın da haqqıdır bu parkda oynamaq. Bu məktub  Baş Nazirə çatınca  Yeni Dehli Ali Məhkəməsi də məktubdan xəbərdar edilmiş və məhkəmənin qərarı ilə parkdakı tikinti dayandırılmışdır. Məktəbli qız və dostları indi də ümid edirlər ki, Baş Nazirin bu məsələni  nəzarətə götürməsi sayəsində onlar yenidən öz parklarına qovuşacaqlar...

 İnsanlar  artıq yerlərdə  məmurlara müraciət etmək istəmirlər. Çünki  belə məmurlar nəyin bahasına olursa-olsun,  şikayətçinin,  edilən narazılığın qarşısını  almağa can atırlar. Bəzən təhdid və təqibdən də çəkinmirlər. İnsanlar buna görə də  öz  şikayətlərini  mətbuata, müxtəlif beynəlxalq təşkilatlara ünvanlayırlar və  düşünürlər ki,  problemin  ictimailəşdirilməsi yolu ilə müəyyən qədər  təhdidlərdən  qoruna biləcəklər. 

Fikrim heç də    bu cür addımlara  haqq qazandlrmaq deyil.   İstənilən  məsələ öz dövlətimizin yuridikasiyası əsasında  həll olunmalıdır.

Cənab Prezidentin  Milli Mətbuat Günü münasibətilə söylədiyi nitqində jurnalistlərə tövsiyəsi həm də  yerlərdə  insanlara xidmət etməli olan bütün qurumlara, hər birimizə aiddir:

"Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. İlk növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir. Eyni zamanda, cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır".

Bəs  yaşayış yerlərində   insanların  müraciətlərinə    mövcud  qayda və qanunlarla baxılmırsa, üstəlik onların özünü günahkar çıxarırlarsa,  bəs onda  nevə etməli?

İcra hakimiyyətlərinin elektron səhifəsində müraciət etmək üçün yer ayırıblar,  "özləri müraciət edin”,-  deyirlər, amma yazılan  müraciətlərə nə cavab verilir,  nə də tədbir görülür. İnsanları  hökumət qurumlarına yazmağa dəvət edib,   amma ona cavab verməmək və ya başdansovdu cavab vermək   dövlətimizin və Cənab Prezidentin ideallarına uyğun  deyil.

 Mən internetdən maraqlandım, məsələn, Türkiyədə insanların şikayət və diləklərini ünvanlanan şəxsə, quruma çata bilməsi üçün Baş Nazirlikdə Rabitə mərkəzi (BİMER) yaradılıb. Mərkəz hər gün milyonlarla vətəndaşa xidmət edirir.

Məsələn, ərizə tamamlandıqdan sonra ərizəçiyə sistem tərəfindən "BIMER” nömrəsi təqdim edilir. Həmin nömrənin altında "tətbiqə keçin" bölməsi ərizəçini "ərizə sorğusu" ekranına yönəldir. Bu ekran vasitəsi ilə ərizəçi məktubunun taleyi ilə maraqlana bilir.

3-4 il öncə Bakı Elektrik Şəbəkəsu, Azərsu ASC-də də belə nömrələr verilirdi, indi bilmirəm.

 Məsələn, ölkəmizdə  dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının   vətəndaşlarla təmaslarını daha yaxşılaşdırmaq üçün Dövlət Proqramı qəbul edilib, "e-hökumət"in fəaliyyəti üçün   hüquqi baza yaradılmışdır.  Yeni  sistem, demək olar ki, bütün dövlət qurumlarını əhatə edib.  Vətəndaşlar bu xidmət vasitəsi ilə  ayrı-ayrı  dövlət  qurumlarından elektron arayış və ya  məlumat əldə edə bilər. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu var. Bu Qanuna əsasən  vətəndaşlar  Prezidentə, dövlət orqanlarına , idarə və təşkilatlara elektron formada da müraciət edə bilər.  Bu zaman elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir.

Adı çəkilən  Qanunda vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydaları da müəyyən edib. Amma çox təəssüf ki,  vətəndaşların müraciətlərinə baxılma  vəziyyəti  hər zaman  problemli  olmuş və bu gün də belədir. Bunu istər  kütləvi informasiya vasitələrində  insanların Cənab Prezidentə, Birinci  Vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər  ali dövlət orqanlarına ünvanlanan  məktublardan,  insanlarla canlı söhbətlərdən  hamı bilir.

Ərzə verə bir adamın pədəri,

Fərzəndinə olmaz zahir əsəri;

Yetmiş ildən sonra nəvvadələri

Məgər ondan tapa bir rahi-nicat.

 Bu bəndi  Qasım bəy Zakir  XIX əsrin  II yarısında dövrünün tanınmış  şairi və ictimai xadimi , general-mayor  Cəfərqulu xan Nəvaya yazmışdı.

 Onda indiki  nəqliyyyat,  rabitə sistemi yox idi,  nəinki  elektron xidmətlər.  İbtidai nəqliyyatın mövcud olduğu ucqar  kənddən əyalət mərkəzinə,  Bakıya şikayətə gəlmək və ya məktub yazmaq  müşkül məsələ idi. Eləcə də bu cür məktublara    münasib vaxtda cavab  göndərmək də. Bu gün Azərbaycan dövlətinin, şəxsən Cənab Prezidentin  bütün səyləri ona yönəlib ki,  ən ucqar kəndlərimiz də  internet texnologiyaları ilə  təchiz olunsun. İnsanlar  müşküllərini  əziyyət çəkmədən  icra strukturlarına, ali dövlət orqanlarına  çatdıra bilsinlər və  məmurlar da  insanların  problemlərinə, rəylərinə həssaslıqla yanaşsın,  operativ olaraq  cavab verilsin.

Cənab Prezident öz məruzə və çıxışlarında məmurlara xalqın xidmətində durmağı, onları incitməməyi, ədalətli olmağı, nümunə olmağı tövsiyə etsə də, sadə insanlar üz tutduqları qapılardan çox vaxt naümid qaytarılıblar  və ya  məktubla müraciət ediblərsə,   onları uşaq kimi "oynadıblar” .

Əgər  hər hansı müraciət və şikayətlərə  obyektiv, həm də ədalətli şəkildə baxılsaydı,  hər kəs  özü də  aylar, bəzən illərlə davam edən yazışmalardan əl  çəkərdi. Elə dövlət qurumlarının özləri də eyni məsələlərə təkrar-təkrar qayıtmaqdan, lazımsız yazışmalardan xilas olardı.

Son bir ayda Xətai İcra Hakimiyyətinin elektron poçtuna iki dəfə müraciət etmişəm. Müraciətim qəbul olinub və ekranda yazılıb ki, müraciətinizə müəyyən edilmiş qaydada baxılacaq və ən qısa müddətdə cavab veriləcək, amma verilməyib. Halbuki, müraciət edənlərə dövlətin müəyyən etdiyi qaydada vaxtında və ədalətlə cavab vermək hüquqi bir öhdəlikdir.

Yaşadığımız  məhəllənin sosial problemləri ilə bağlı  bu ərazidə yaşayan sakinlərin yuxarı instansiyalara   etdikləri müraciətlərin əksəriyyətinin cavablandırılmaması,  ya da  eyni qəlib ifadələrlə cavablandırması mənim gözlərim önündə olub.  Mən özüm də bəzən  jurnalist kimi də bu məsələləri  elektron jurnalımızda , feysbukda paylaşmaqla  onu  aidiyyəti qurumların diqqətinə çatdırmaq  niyyətimi ifadə etmişəm. 

 

"Ərzə verə bir adamın  pədəri..." 

"Ərzə verə bir adamın  pədəri..." 

"Ərzə verə bir adamın  pədəri..." 

"Ərzə verə bir adamın  pədəri..." 

"Ərzə verə bir adamın  pədəri..." 

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..." 

"Ərzə verə bir adamın  pədəri..." 

"Ərzə verə bir adamın  pədəri..." 

"Ərzə verə bir adamın  pədəri..." 

"Ərzə verə bir adamın  pədəri..."

Qeyd: Daha ətraflı bax:http://anaveusaq.az/tebiet/1643-49-nomreli-binanin-sakinleri-bu-mehellede-asude-nefes-ala-bilmirler.html

Necə ola bilər ki, bir məhəllənin  illərlə üst-üstə qalaqlanmış problemlərinin  həlli üçün edilən müraciətlərə cavab verilmir,  bu qədər sakinlərin rəyi nəzərə alınmır, amma  İcra hakimiyyətinin elektron səhifəsində, eləcə də digər  internet resurslarda  bu problemlər " yüksək abadlıq quruculuq" işləri kimi təqdir olunur?

Ona görə də insanlar yerli məmurlardan əlini üzür,  ümidlərini ancaq Cənab Prezidentə, Mehriban Əliyevaya  dikirlər.  Çünki, hansi məsələ ki,  Cənab Prezidentin, hörmətli Mehriban xanımın şəxsən diqqətində olur, həmin məsələ  köklü həllini tapır, hansı  ərazilərə ki,  Prezidentimiz və Mehriban xanım  qədəm basır, or həmin yerlər  gülzara çevrilir.

Fəqət,  Cənab Prezidentimiz, Mehriban xanım   hansısa bir yerə getmədən də  o yeri  gülzara döndərmək, əhalinun sosial qayğıları yönümündə addımlar atmaq  dövlətçiliyimizə, Cənab Prezidentin iqtisadi-siyasi kursuna daha sədaqətli xidmət nümunəsi olardı.

Fikir verin, bütün strukturlar  sentyabr ayının sonundan  televiziyada, kütləvi informasiya vasitələrində    vəd verdilər ki,  aprelin 15-dən etibarən payız-qış mövsümünə hazırlıqla əlaqədar işlərə start verilib, hər problem yoluna qoyulub və  noyabr ayının 15-dən istilik veriləcək. Amma ayın 15-də məlum oldu ki,  televiziyada, mətbuatda verilən vədlər  bir söz imiş.   İnsanlara    arayış və raportlardakı  vədlər yox,   istilik lazımdır, sosial rahatlıqlar lazımdır.

Biz demirik ki, kimsə əlini ağdan qaraya vurmur, bu, Allahsızlıq olar.  Əlbəttə, quruculuq-abadlıq işləri  də var, amma  bu   işlər daha çox mərkəzi yerlərdə, magistral yolların sağ-solundadır – o yerlərdə ki, Ölkə başçısının   yolu bu yerlərdən düşə bilər. Bu yerlər də  bizimdir, nə edilibsə, bizim  həmvətənlərimiz  üçün  edilib. Biz deyirik ki,  daxili məhəllələrin, bu məhəllələrdə yaşayan insanların da  çoxlu problemləri var: istilik, qaz, su təchizatı da bunların sırasında. Bu problemlərin həlli ötür-ötürə salınır,  burada yaşayan insanların mənafeləri nəzərə alınmır, rəyi soruşulmur .

 

"Ərzə verə bir adamın  pədəri..."

Yaşadığımız məhəllənin sakinləri 2003-cü  ildın  bu problemlərlə bağlı  müxtəlif instasiyalara  dəfələrlə müraciətlər ediblər.  Sadə adamların səsini eşidən olmayıb. Bu qədər müraciətlər edilsə də, müsbət cavab   heç vaxt  verilməyib. Hər kəs problemi "yolavermək" prisipi ilə işləyir.   Hər kəs  başını aşağı salıb, öz  maraqlarının hayındadır.  Bələdiyyə deyilən bir qrumun ən adi fəaliyəti hiss olunmur, yoxdur.

Yordumsa da,  məsələnin  bütün  təfərrüatlarını  göstərmək istəyirəm. Mən həmişə  müraciət edəndə, istər şikayət ruhlu, istər problem və  nöqsanlar haqqında,  ən   üstün şəkildə çalışıram ki, ziyalılıq nümayiş etdirim, təmkinlilik nümayiş etdirim. Yazım dil və üslub baxımından   nümunəvi olduğu kimi,  əxlaqi baxımdan mükəmməl olsun. Belə yazanda da, qarşı tərəf  başdansovdu, məsuliyyətsiz cavab verirlər. Elə düşünürlər ki, müraciət edən şəxs kimdirsə  hansısa  "Hadı" və ya "Bıdı"dır. Bu məmurlar, xüsusən Mənzil Kommunal Təsərrüfatı Birliyi   xidmət etməli olduqları  vətəndaşları "Hadı" , "Bıdı" hesab edirlər. Onlar vətəndaşlara  necə özlərinə sərf  edir,  elə də cavab verirlər. Bu cür cavablardan ikisini diqqətinizə çatdıracağam.

Bu məhəllədə quruculub-abadlıq  işləri aparılmadığı halda,  mövcud olan rahatlıqlar, ümumi istifadə yerləri gündən-günə   tükənir:  bunu da vurğulayım ki,  MİS rəislərinin əlaqələndiriciliyi ilə. " Ana və Uşaq"  elektron saytında bu problemlərlə bağlı  yazılar da  dərc olunub. Şəxsən özüm  Xətai Rayon Mənzil Kommunal  Təsərrüfatı Birliyində  idarəçilərdən biri ilə görüşüb vəziyyəti  diqqətinə çatdırmışam. O da yanımda 96 nömrəli MİS-nin rəisi ilə danışıb müəyyən tapşırıqlar verib.  Bir neçə  gündən sonra isə  Xətai Rayon Mənzil Kommunal  Təsərrüfatı Birliyi, eləcə də  96 nömrəli  MİS ərazidə olub və   yol kənarlarında, həmçinin   bizim  məhəlləmizdəki iki  ayrı-ayrı  ərazini yandırmaqla, guya,  "təmizlik" aparıblar. Ətrafdakı pöhrə, eləcə də daha böyük ağaclara, torpağa, havaya ciddi   fiziki təsir dəyib.  Bu haqda  Fövqəladə Hallar Nazirliyinə,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə,  Nazirliyin  Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə, 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsinə müraciət etmişəm. Günlər bir-birini əvəz etsə də, müraciətlərimə cavab vermədilər, onda dəfələrlə zəng vurub, cavab istəmişəm. Nəhayət, ayrı-ayrı əməkdaşlar  məhəlləmizə  gəlib. Elə başlanğıcdan hiss olunurdu ki, onlar iş görməyə deyil,  vəziyyəti  obyektiv araşdırmağa  deyil,  rəsmiyyət xatirinə  yuxarı  təşkilatlara özlərini   məsuliyyətdən  azad edəcək   cavab vermək üçün gəliblər. Əgər  məsələnin obyektiv və şəffaf həll edilməsi məqsəd olsa idi,  onlar əraziyə  baxış keçirməli,  aydınlaşdırmalar aparmalı,   mənzərələri   fotoya köçürməli, akt bağlamalı  idilər və s. Belə vəziyyətin yaranmasına  səbəb olan şəxs və daha çox buraya  gələn məmurlar özləri  olub, şübhəsiz ki,  onlar ört-basdır edəcək,  şikayərləri ötür-ötürə salacaq, ən pisi isə  müraciət edənin özünü   borclu çıxaracaq.

Buyurun,  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin   10 iyul 2017-ci il tarixli müraciətimizə  20 iyul 2017-ci il tarixdə 37/2-00098 saylı cavab məktubuna birlikdə baxaq:

Xətai rayonu, G.Şıxlinski küçəsi 49,

mənzil 62-də yaşayanvətəndaş Akif Əhmədova

 

Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış və baxılması məqsədilə 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilmiş  10 iyul 2017-ci il tarixli müraciət tərəfimizdən araşdırılmışdır..

Əməkdaşlarımız tərəfindən aparılmış  müvafiq araşdırma zamanı müraciətdə qeyd olunan  məsələ ilə əlaqədar tədbir görülməsi üçün Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin  rəhbərliyinə   20 aprel  2017-ci il tarixli 37/36-00550 saylı məktub  ünvanlanmışdır.

                                       

 Rəis müavini,  daxili xidmət polkovnik-leytenantı                               İlqar Əliyev                                                 

 

"Ərzə verə bir adamın  pədəri..."

 İlk olaraq  qeyd edim ki,  əraziyə baxışı üçün  cavab məktubunda deyildiyi kimi, əməkdaşlar deyil, Anar adlı bir kapitan gəlmişdi. Kapitan söhbətə başlayan kimi hiss etdim ki,  o, faktı  tamam başqa səmtə  yönəltmək istəyir: guya  naməlum kimsənin atdığı siqaret kötüyündən də bu yanğın baş verə bilər.

Yuxarıda qeyd etdiyim  bütün təşkilatlar  uzun müddət    müraciətə   obyektiv yanaşmadılar, vaxtı uzatdılar ki, torpağa, ağaclara dəymiş fiziki təsir bərpa olunsun.

Biz bu mənzərəyə aid şəkilləri elektron mətbuatda  dərc etməklə, həm də  yuxarıda qeyd etdiyimiz təşkilatların hər birinə  göndərmişik.

Şəkillər ən yaxşı faktdır  :

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..." 

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

"Ərzə verə bir adamın  pədəri..."

 

Qeyd: Daha ətraflı məlumat almaq üçün bax:

1. http://anaveusaq.az/sosial/1872-azerbaycan-respublikasinin-fovqelade-hallar-naziri-kemaleddin-fettah-oglu-heyderova-apellyasiya-shurasina-muraciet.html

2. http://anaveusaq.az/tebiet/1748-modern-tehlukesizlik-tedbirleri.html

Daha bir ciddi məqam: cavab məktubunun yazılma tarixi, məktubun nömrəsi ilə   tədbir görülmək üçün Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilən  tarix və məktub nömrəsindəki  yanlışlığa baxın. Və  məktubun necə  səthi, qeyri-peşəkar hazırladığna diqqət edin:  məktub 20 apreldə tədbir görülmək üçün  Xətai Rayon Mənzil Kommunal  Təsərrüfatı Birliyinə  göndərilib,  bu icra məktubunun yazılmasına səbəb olan  şikayət məktubu isə bundan  2 ay 20 gün sonra , yəni  10 iyul 2017-ci ildə yazılacaqdı, yəni, xəbərdarlıq məktubu  şikayət məktubundan  2 ay 20 gündən sonra .

 Məktubda  müraciətin/faktın  mahiyyəti göstərilməli və baxışın nəticəsi qeyd olunmalı idi.  Fakt təsdiq oludumu,  nə tədbir görüldü? Bəlkə   Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə, sadəcə, xidməti məktub yazılıb ki,  ərazilərdə yanğın təhlükəsizliyi ilə bağlı profilatiki işləri  güçləndirin. Halbuki,  sahə üzrə yanğın nəzarəti müfəttişi   tez-tez ərazilərdə olmalı, yanğın törədə biləcək bu mənbələri vaxtında müşahidə edib,   həmin mənbələrin aradan qaldırılmasını təmin edə bilərdi.

 İkinci məktubu isə   General  Şıxlinski küçəsi 47, 49, 51  saylı binanın  sakinləri adından Prezident Aparatına ünvanlanıb.  Prezident Aparatından isə  baxılmaq üçün   Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib.  İcra hakimiyyətində uzun müddət  baxılmadan saxlanıldıqdan sonra – 15.09.2017-ci ildə  18/1–8/284 saylı  məktubla bir nüsxə Xətai Rayon İcra Hakimiyyətinin  Başçısı  cənab Razim Məmmədova, bir  nüsxəsi isə Şıxlinski küçəsi 47, 49, 51  saylı binanın  sakinləri vət. N.İbrahimova, T.Əhmədova və  başqalarına ünvanlanmışdır.

 

 Məktubu olduğu kimi təqdim edirik:

 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş, Gen.Şıxlinski küç. 47,49 və 51 saylı, 9 və 5 mərtəbəli yaşayış binalarının həyətindəki ümumi istifadə üçün nəzərdə tutulmuş  istirahət guşəsiniun naməlum şəxs tərəfindən  zəbt edilərək orada avtodayanacaq təşkil edilməsi və binaların həyətinin abadlaşdırılaraq sakinlərin istifadəsinə qaytarılması üçün göstəriş verilməsi barədə  həmin binanın  bir qrup sakininin  müraciətinə baxılmışdır (54 söz).

 Əməkdaşlarımız tərəfindən yerində baxış zamanı müəyyən olunmuşdur ki,  sözügedən ünvanlardakı yaşayış binalarının əhatə etdiyi məhəllədaxili ərazinin bir hissəsi, ümumi istifadə üçün nəzərdə tutulmuş sahələr və boş meydançalar həmin binaların digər sakinləri tərəfindən, xüsusilə gecə saatlarında  şəxsi avtomobillərin saxlanılması üçün istifadə olunur (42 söz). Həmçinin həmin binaların sakinləri tərəfindən  göstərilən ərazidə uzun illər öncə metal qarajlar yerləşdirlmiş, daş qarajlar inşa edilmiş, bir neçə yerə isə metal borular basdırılaraq orada  avtomobil duracağı təşkil edilmişdir (29 söz).Binaların həyətindəki istirahət guşəsinin zəbt edilərək şəxsi məqsədlər üçün istifadə olunması faktı aşkar edilməmişdir(14 söz).

Qeyd olunanları nəzərə alaraq, rayon ərazisində aparılan abadlıq və yenidənqurma tədbirləri çərçivəsində görülən işlərin davamı olaraq Gen. Şıxlinski küçəsi.47, 49 və 51 saylı binaların ümumi həyətində yeni istirahət guşələrinin və meydançaların yaradılması və təmizlik işləri aparılması, eləcə də çatışmazlıqların , qanunsuzluqların və narazılığa səbəb olan amillərin aradan qaldırılması üçün zəruri tədbirlər görülməsi Sizdən xahiş olunur (56 söz).

     4 cümlə - 141 söz 

"Ərzə verə bir adamın  pədəri..." 

 Diqqət edin, fikirlər necə qarışıqdır, dili ağırdır. Hiss olunur ki, içraçı dillə deyib,  referent də birbaşa yazıb.  Cavab redaktə edilmədiyindən  mətləb də,  münasibət də elə dolaşıq ifadə edilib ki,  məktubun üslubundan sakinlərin  müraciətlə əməli işlə deyil, sözlə/məktubla cavab  vemək idarəçiliyi  açıqca hiss olunur.  Rəsmi-əməli üslubda  bu boyda mətni cəmi 4 cümlə ilə ifadə etmək  doğru  deyildir.

Dili gözəlləşdirən cəhət onun sadəliyi ilə bağlıdır. Lakoniklik  də dilin vacib şərtidir.

Bu məktubu yazan sakinlər arasında  olmasam da,  qonşulardan  biri onlara gələn cavabı mənə vermişdi.  Tam əminliklə bildirirəm ki, sakinlər  tələblərində haqlıdırlar.  O vaxtlar  bir   başqa problem üçün mən 96 nömrəli  MİS rəisinin yanına getmişdim.   Rəis bu məsələdən söhbət salıb dedi  ki,   51-ci  binada qalan insanlar  yazılı müraciət edib ki, bəs biz avtomobillərimizi harada saxlayaq? Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərin müraciətinə  göndərilmiş cavab məktubunda da vurğulanır ki,  adı çəkilən ərazidə həmin binaların digər sakinləri tərəfindən, xüsusilə gecə saatlarında  şəxsi avtomobillərin saxlanılması üçün istifadə olunur.  Naməlum şəxs (?) tərəfindən zəbt olunması  və dayanacaq kimi istifadə olunması isə təsdiqini tapmayıb.  Guya ki,  gələn nümayəndələr bunu aydlnlaşdıra bilməyibmiş. Halbuki,bu ərazinin dayanacaq olub-olmadığını  müəyyən etmək  çox adi bir məsələ idi.

Binanın qarşısındakı ərazinin  avtomobil dayanacağı kimi istifadə olunması təsdiqini tapmayıb, lap yaxşı, demək,  ümumi istifadə yeri kimi sakinlərə xidmət etməlidir. Onda balaca ərazidir, kənarlarını   dəmir  "reşotka”ya  alsınlar,   bir balaca səliqə-səhman yaratsınlar, qoy babalar, nənələr  nəvələri ilə  qapılarının ağzında rahatca çıxıb   gəzə bilsinlər.

"Ərzə verə bir adamın  pədəri..."

MİS-ə və sahə müvəkkilinə də aidiyyəti üzrə tapşırıq verəydilər. Bu, olardı şəffaflıq, müraciətə  obyektiv yanaşmaq.  Burada isə  çox belə məsələlər  hansı yollarlasa,  ümumi məhəllə sakinlərinin istəklərinə zidd həll olunur.

Bu gün həyat  35-40 il əvvəlki həyat deyil. İnsanlar  da  o illərdəki insanlar deyil.    Onlar artıq informasiyalaşmış cəmiyyətdə yaşayır, cənab Prezidentin bütün    tapşırıq,  tövsiyə və müraciətlərini,  sərəncam və fərmanlarını,  həmçinin  dövlətimizin   qanunlarını   onlardan eşidir, bəlkə də  onlarla məmurlardan öncə tanış ola bilir, dinləyir və görürlər. Onlar hər dəfə Cənab İlham Əliyevin    müraciətlərini,  məmurlara   verdiyi  tapşırıqları   razılıqla qarşılayır və  ümid edirlər ki,  bir daha  rastlaşdıqları  məsuliyyətsiliklər, özbaşınalıqlar  baş verə bilməz.  Təəssüf ki,  verir.

3 il, 5 il öncə həyatımız necə davam edirdisə, yenə də  həmin qayda ilə davam edir: bu məhəllədə yaşayan insanların rəyi nəzərə alınmır, soruşulmur.  Nə qədər müraciət emək olar, nə qədər məzmunsuz,  Ölkə başçısının  tapşırıq və tövsiyələrinə zidd məktub almaq olar?

On – beş    məişət probleminin  olmasından məmurların  bu şəkildə  sərgilədiyi   məsuliyyətsizliklər daha təhlükəlidir, çünki   nəticə etibarı ilə   insanların dövlətdən narazı düşməsinə səbəb ola bilər.   

Bu gün  sadə adamların Prtezidentlə  birliyi sarsılmazdır.   Torpağımızda əmin-amanlıq var. Sərhədlərimiz ən etibarlı şəkildə qorunur. Cənab Prezidentin müdrik siyasəti nəticəsində  dünyanın özündə Azərbaycana qarşı bir  açıq-aydın rəğbət hiss olunur.

Sadəcə, yerlərdə  vətəndaşların  mənafeləri nəzərə alınmır, rəyi soruşulmur, insanların sosial qayğıları  məmurların istədikləri kimi həll olunur.Sadə insanlar  ən kritik məqamda belə Prezidentin hər bir sözünə sığınıb onun arxasınca gedəcəkdir. Bu bağlılıq məmurların yerlərdə apardığı        geniş fəaliyyətin nəticəsi deyil, sadə  adamların  Prezidentə  bəslədikləri  ümiddən yaranıb. İnsanlara 1-ci olaraq sülh, ictimai asayış lazımdır.    

Prezident İlham Əliyev bu missiyanı əsl Lider kimi  həyata keçirməkdədir. Xalqını, körpələrini  təhlükələrdən, ölüm-itimlərdən keçirə bilən Lider xalqının dəstəyinə  bel bağlaya bilər.     

           "Ərzə verə bir adamın  pədəri..."             

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz