» » Evlərimizin istilik enerjisi ilə təminatına soyuq münasibət

Evlərimizin istilik enerjisi ilə təminatına soyuq münasibət


2017 - 2018-ci ilin payız-qış mövsümündə Xətai rayonu General Şıxlinski küçəsi 47, 49 və 51 saylı binalarda mənzillərin istilik enerjisi ilə təminatına aid yazı hazırlayırdım.
Mövzu ilə əlaqədar internetdə müəyyən informasiyalar arayırdım.
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev hələ oktyabr ayının əvvəllərində saytların birinə verdiyi açıqlama diqqətimi cəlb etdi. Açıqlamada deyilirdi ki, təlimatlara əsasən, orta sutkalıq temperaturun 3-5 gün ərzində +8 dərəcədən aşağı olduğu halda istiliyin daha tez verilməsinə baxıla bilər. Yəni, orta sutkalıq temperatur +8 dərəcədən aşağı olanda artıq istilik təchizatına başlamaq olar. Sovet dövründən bilirdim bunu. Amma onu da bilirdim ki, otaq temperaturu 20-22 dərəcədən aşağı olarsa , mənzillərin qızdırılmasına ehtiyac yaranır. Bəs onda necə etməli: çöldə 8,5 dərəcə isti, içəridə 13-18 dərəcə? Yəni, belə yanaşası olsaq, onda istilik veriblərsə, hava günün müəyyən hissəsində xoş keçibsə, həmin müddətdə enerji nəqli dayandırılmalııdrmı? Bakı küləklər şəhəridir. Payız-qış mövsümündə şəhərimizdə sabit hava şəraiti çox da etibarlı deyil. Əgər verilən istilik enerjisi bu dəyişikliklə nizamlanarsa, onu necə fasiləsiz və ya etibarlı istilik təminatı adlandırmaq olar? Yaxud da verilən istilik enejisi bayırdakı havanın vəziyyəti ilə tənzuimlənirsə, ən yüksək həddə verilən eneji ilə, minimum həddə verilən enerji üçün ödənilən qiymət nə üçün eyni olmalıdır?
Bu suallardan da öncə, cavab axtardığım sual bu idi ki,
Azəriqaz və İstiliktəchizat mətbuatda bəyan etdikləri kimi, noyabrın 15-də evlərə istilik enerjisi nəql edə biləcəklərmi?
Artıq getdikcə havalar sərtləşməyə doğru getməkdədir. Sentyabr ayının sonundan bu mövzu müxtəlif dairələrdə aktual mövzu kimi araşdırılmaqda, müzakirələr aparılmaqdadır.
General Şıxlinski küçəsi 47, 49 və 51 saylı binalara, bu ərazidəki bir neçə bağça və uşaq poliklinikasına Xətai Rayon 2 nömrəli İstilik Sistemləri İstismar Sahəsi xidmət edir. İdarənin inzibati binası, 4 qazanxana, poliklinika və bağçalar bir-birinə yaxın ərazilər olduğu üçün tez-tez vəziyyətlə hali olmaq imkanım vardı.
Onsuz da gecə saat 24-də qazanxananı işə salmayacaqdılar: yəqin, gündüz saatlarında başlayacaqdılar. Amma bunların tərpənişindən, kütləvi informasiya vasitələrində əvvəlki illərdə verilmiş hamısı eyni boyda, eyni biçimdə olan vədlərdən belə təəssürat yaranırdı ki, 2017-2018 -ci qış mövsümündə də istilik vaxtında verilməyəcək.
Noyabrın 15-i üçün səhər açıldı. Yuxudan qalxan kimi ilk olaraq istilik xətlərinə baxdım. Nə istilik vardı, nə də qazanxanaların işə düşdüyünü bildirən su şırıltısı, sobaların gurultusu.Vəziyyətlə ətraflı tanış olmaq üçün evdən çıxdım. İlk olaraq 2 məktəbə, 3 bağçaya, 1 uşaq poliklinikasına baş çəkəcəkdim, çünki bunlar strateji obyektlərdir, görək, istilik verilibmi?
Yolumun elə başlanğıcında gözüm binamızın qaşısındakı kol ağacının dibində soyuqdan büzüşüb yatmış bir pişiyə sataşdı. Sibirdəki kimi ayazlı hava olmasa da, onsuz da əməlli-başlı qidalana bilməyən və açıq havada yaşamağa məhkum olan bu cür heyvanları üşüdəcək qədər soyuq idi. Bir az aralıda daha biri vardı. Bir qədər də sağa boylananda soyuqdan səhəri dirigözlü açmış daha bir neçə pişiyin məzlum halını gördüm və lentə köçürdüm.
 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

Yazıq heyvanlar, bu məhəllədə hər ailədə babaların-nənələrin "quzum" dediyi, pişik kimi sığal çəkdiyi nə qədər çocuq var, onlar da bu gecəni üşüdülər, hələ bir neçə gün əvvəl də üşüdülər. Hərdən günün işıqlı hissəsi nə qədər mehriban olsa da, axşama doğru havalar soyuqlaşır, hələ yüksəklikdə olduğumuzu, küləyin belə yerləri daha tez tutmasını nəzərə alsaq, gərək atalar-anaların, baba -nənələrin nigarançılığını əsassız hesab etməyək. Aydınlaşdırmağa çalışaq ki, xidmət nə üçün hər il öz rəsmilərinin verdiyi vədə əməl edə bilmir?
Havalar mülayim olduğuna görəmi, hələ də ödənilmədiyi söylənən enerji puluna görəmi, qaz təminatı olmadığına görəmi?
Beləliklə, istilik mövsümünün ilk günündə istər yaşayış binalarının, istərsə də məktəb, bağça və uşaq polklinikasının heç birində istilik sistemi işləmədiyinin şahidi oldum. Bağçalardan fərqli olaraq məktəblərin öz istilik sistemləri olsa da, onlar da qış mövsümünü soyuq münasibətlə qarşılayırdılar. 24 və 263 saylı tam orta məktəblərin qazanxanalarının qapıları bağlı idi.

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

Baş çəkdiyim 4 qazanxanadan ikisinin qapısı bağlı idi, ikisində isə ocaqçılar vardı . 349 saylı qazanxananın rəisi Mirxan Hüseynli ilə qısaca söhbətimizdə bildirdi ki, biz artıq neçə gün öncə sahəmizdəki xətlərin, qurğuların və s. texniki vəziyyətini yoxlamışıq və mövsümə hazırıq, qaz gözləyirik.
Xətai Rayon 2 nömrəli İstilik Sistemləri İstismar Sahəsi bu qazanxananın 2-3 addımlığında olduğu üçün ora üz tutdum. Qapının ağzında "lük" açılq idi. Diqqət etdim , qazpaylayıcı idi. Sonra ehtyatla içəri keçdim. İlk olaraq diqqətimi qapının ağzında közərili vəziyyətdə olan elektrik radiatoru, çay dəmləmək və yemək qızdırmaq üçün istifadə edilən elektrik plitəsi cəlb etdi.
 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

Elə söhbətə bu məqamdan başladım ki, icazə verin hələ bu radiatorun şəklini çəkim isinim, sonra özümü təqdim edərəm. Çək burda nə var ki, demişdi ki, şəkli çəkdim, amma sonra qabağını kəsdi ki, - "yox, çəkməyin!". Deyəcəksiniz ki, "özləri radiatorla isinən istilik idarəsi...." Demə, o, sahə rəisi İsrayıl Mirzəyev imiş və demək istədiyimi də doğru  müəyyən etmişdi.
Sahə rəisi həm də bu ərazinin sakini olduğumu biləndə soruşdu ki, məhlənizdə qazanxana quraşdırılandan sonra istilik probleminiz olubmu? Əlbəttə, doğrusunu deyəcəyəm. Deməyəcəyəmsə, onda gerçək üçün bu qədər əlləşib-vuruşmaq nə üçün?
Bəli, binamızın qarşısında qazanxana bir neçə ildir fəaliyyət göstərir. Mövsümün başlanğıcında 2-3 gün, bəzən də çox, ləngimələr olur, sonda da vaxtından 1-2 gün tez qapayırlar. Amma işlədiyi müddət üçün heç bir iradımız yoxdur. Buna görə təşəkkür.
Sahə rəisi də dedi ki, görürsünüzmü, qaz təchizatımız olanda biz də insanlara nümunəvi xidmət etməyə çalışırıq. Bu ildə mövsümə ciddi şəkildə hazırlaşmışıq. Amma qaz verilməsi yubadılır, bu da artıq bizim tabeçiliyimizdə olan sahə və ya məsələ deyil.
Rəis əhali tərəfindən istifadə olunmuş İstilik enerjisinə görə yaranmış borc problemlərinə də toxundu. Mən də bunu qəbul etməməyə bilmərəm. Tam razıyam ki, hər bir şəxs hansı xidmət olursa-olsun, onun haqqını vaxtlı-vaxtında ödəməli, özlərinə xidmət edəcək bu və ya digər sahənin istismar qaydalarına və vasitələrinə əsl vətəndaş münasibəti bəsləməlidirlər. İldən-ilə daha nümunəvi, daha keyfiyyətli rahatlıqlar istəyiriksə, bunlar unudulmamalıdır.
 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

Şəxsi fikrimə gəlincə isə, bu problemlərin səbəbləri diqqətlə araşdırılıb, düzgün rəy çıxarlmalıdır.
 Bir blokda 3 nəfər istifadə haqqını ödəməyibsə, bütün binanın qazını kəsmək hansı cəza, tənbeh üsuludur və yaxud bütün əraziyə qaz verilişini dayandırmaq nə dərəcədə doğrudur?
Səmərəli maarifləndirilmə işləri aparılmalıdır. Bütün xidmət sahələri arasında etimada, əməkdaşlığa yönəli niyyətlər olmalıdır. Bu xidmətlər arasında kordinasiya olmalıdır: bir xidmət sahəsi digərinin suyunu, digəri qazını, digəri işığını kəsir. Bundan da istehsalatda nizam pozulur, bütün işlərin mahiyyətinə xələl gəlir və s. Məsələn, bütün bu sahələrin hamısını bir qurumun tabeçiliyinə cəm etmək olmazmı? Axı belə strateji sahələr insanların həyati mənafelərini qorumaqla məşğul olmalıdırlar, sosial narazılıqlar yaratmaqla yox. Amma hamısı bir qurumun tabeçiliyində olsalar, ümumi məqsəd üçün məsuliyyətlər də eyni olar. Qadağalar, kəsmək, təhdid demokratik idarəetmə ilə bir araya sığmaz. Çoxlarının bəyənmədiyi sovet dövründə heç bir xidmət sahəsində bu cür vasitələrdən təsir mexanizmi kimi istifadə edilməzdi, edilə bilməzdi. İnsan amili, sən demə elə o vaxtlar daha çox qorunurmuş. O vaxt bunları dilə gətirib yazan, çəmiyyətə çatdıran ədəbiyyat vardı, yazıçı vardı, jurnalistika vardı. Görkəmli şairimiz Rəsul Rzanın " Sarı dana və balaca qız" şeiri vardı. O dövrdə belə məsələləri bu şəkildə ədəbiyyata gətirmək, xalqın deyə bilmədiklərini onun əvəzində demək müdriklik istəyirdi, cəsarət istəyirdi:

Səs düşdü Göytəpə kəndinə:
"Sarı dana xəstələnib!”
– Necə, sarı dana?
Sazaqlı külək kimi,
xəbər yayıldı hər yana.
Sədr gəldi,
partkom gəldi,
baytar, bir də briqadir.
Hər gələn soruşdu:
-Azarı nədir?
Baytar qulağını qoydu
dananın sinəsinə.
Hamı dondu qaldı.
Baytar tövşüdü, tərlədi.
Dana öz bildiyi kimi nəfəs aldı.
Baytar qaşlarını çatdı.
Hamı qəm dəryasına batdı.
Baytar dedi:
-Süddədir illəti.
Sağıcı Gülxaranın
gözlərinə çökdü dünyanın zülməti.
Baytar dedi: tez olun!
Tənzif, pambıq verin! Qarnını bağlayaq,
İsti su gətirin ayaqlarına!
Damcı dərman da lazımdır
qulaqlarına.
Nüsxə yazdı bir qarış.
Maşın ürkək keçi kimi sıçradı:
sədrin buyruğu ağzından çıxmamış.
Handan-hana
qoca mühasib gəldi.
Baxdı, ah çəkdi
Dedi: yazığın gəlsin bizə,
sarı dana.
Amandır bu zülmü eləmə
illik plana!
Üç gün, üç gecə
Gülxara ayrılmadı
sarı danadan.
Dana sakit yatanda dedi:
ağrın alım.
Dana qurcuxanda dedi:
Can!
Hər üç saatdan bir
verdi su dərmandan,
hər altı saatdan
toz dərmandan.
Nə evinə gedə bildi.
Nə urvalıq apara bildi
uşaqlara dəyirmandan.
Tənzifə qızmadı ürəyi,
dananın qarnına bağladı
gəlinlik şalını.
Sədr hər axşam, hər səhər,
şəxsən,
soruşdu dananın əhvalını.
Partkom gündə bir dəfə
xəbər aldı:
-Necədir sarı dana?
Əhvalat uzundur, nə deyim.
Bəsdir bunu desəm
dana ölmədi azardan.
Ancaq Gülxaranın
qaragöz kiçik qızı…
Beşcə qulac bez aldılar bazardan.

***
Quyruğunu qoyub belinə
qaçır, tullanır
sarı dana indi,
Ancaq, soruşan yoxdur,
yaşıl otlar içindəki
o balaca qəbir kimindir!

Və yaxud:

Plan dövlət qanunudur -
bilirsən özün.
Ancaq, adamsız nə plan, nə dolum!
Adamlarda olsun gözün.

Allah Rəsul Rzaya rəhmət etsin bu müdrikliyə, cəsarətə görə.
Görün nə gözə deyib: 

Sən üst mərtəbədəsən,
Mən aşağıda
İnsan yuvasıdır
yuxarı da,
aşağı da.
Sənə də işıq, hava, çörək lazımdır
mənə də.
Sənə də duyan ürək lazımdır,
mənə də.
Bir ovuc buğda da nemətdir,
bir dənə də.

Və bu sadə insanlar da bir qismət tapıb yeyəcək, xəstələnib-sağalıb sabahlara hökmən çıxacaq. Onları qoruyan hamımızı qoruyandırsa, O, qorumağında yenə davam edəcək.
 
Bu gün  noyabrın 16-sı saat  22: 38-dir. Televiziyada, mətbuat səhifələrində    2017-2018-ci ilin   qış mövsümündə yaşayış binalarına, eləcədə sosial binalara  istilik  enerjisinin veriməsinə  noyabrın  15-dən    başlayacağına söz verilsə də,  verilən hələlik sözdür, istilik  verilməyib.

 Hər kəsdən yazımızı dönə-dönə geniş təfsilatlara və izahlara ayrılaraq   haşiyələrə çıxdığımız üçün üzr istəyirəm. Bütün olanları,  eşitdiklərimizi, gördüklərimizi yazmayanda bu xidmət sahələri      elə   bəhanələr,  gerçəyə əsaslanmayan səbəblərlə cavab yazırlar ki,  sicim kimi uzanıb gedir.

  Diqqətinizə  "Ölkə.Az”saytında 27.09.2017-ci il tarixdə  ay yarım öncə "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayevin və  "Azəristiliktəchizat” ASC-nin  Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev in   bu məsələ ilə bağlı  açıqlqmaları verilmişdir:

 

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

....2017-2018-ci il tədbirlər proqramına uyğun olaraq bütün çətinliklərə hazırlıq işləri görülüb. Qış aylarında əhalinin təbii qaz problemi olmayacaq.

"Tədbirlər proqramına uyğun olaraq, cari ilin 8 ayı ərzində 25900 metrdən çox qaz xətti təmir edilib. Eləcə də, yeni qaz xətləri çəkilib. 274 ədəd qaz sayğacı quraşdırılıb. Respublika ərazisində bu il 958,3 kilometr müxtəlif diametrlik qaz xətləri çəkilib. 143,3 kilometr  qaz kəməri əsaslı təmir edilib. Regionlar üzrə 40 qəsəbə və kəndə təbii qazın verilməsi təmin edilib. Qışa hazırlıq yay aylarından başlanılıb. Qaz təsərrüfatında ilin bütün fəsillərində qaz xətləri üzərində tənzimlənmə işləri aparılır. Havalar soyuduqca təbii qaza olan təlabat da artır. Əgər hansısa ərazidə problem yaranarsa, mütləq bizim "qaynar xətt”ə müraciət etsinlər. "Azəriqaz" İB-nin 104 və 185 saylı çağrı mərkəzi fasiləsiz olaraq işləyir. Hansısa ərazidən çağırış daxil olduqda, qeydiyyata alınaraq lazımi ünvana göndərilir. Təcili əraziyə əməkdaşlar göndərilir və lazımı tədbirlər görülür..."

 "Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. Qurumun Abonent və müştəri xidmətlərinin rəisi  Rafiq Əliyev  :

...hazırda payız-qış mövsümünə uyğun işlərin təşkili gedir. Bu il sərt qış olmasına baxmayaraq, əhali istilik sarıdan korluq çəkməyəcək.

"Qrafikə uyğun olaraq lazımı tədbirlər görülür. Uzağı oktyabr ayının 15-nə qədər bütün hazırlıqları bitirməyi nəzərdə tutmuşuq. Hazırda qrafik üzrə iş gedir. Elə bir ciddi problemimiz yoxdur. Noyabrın 15-dən istilik sistemi fəaliyyətə başlayacaq. 2015-ci ildə "Azəriqaz" İB-nə borclu olduğumuza görə iki qurum arasında problem yaranmışdı. Sonradan məsələ lazımı həllini tapdı. Çalışacağıq ki, istehlakçılarımız əziyyət çəkməsinlər.....

....Əgər havalar tez soyuyarsa, istilik sistemləri tez işə salına bilər. Bundan başqa, bizim təşkilatlarla, qurumlarla müqavilələrimiz var. Həmin müqaviləyə də uyğun olaraq, hansısa təşkilat istilik sistemlərinin tez işə salınmasını istəsə, bu zaman bizə müraciət edə bilərlər. Əgər bir neçə gün ərzində orta sutkalıq tempratur normadan aşağı olsa, əhaliyə istiliklər vaxtından əvvəl verilə bilər” (Bax: http://olke.az/news/detail/bu-il-sert-qisda-hansi-problemlerle-qarsilasacagiq-resm-aciqlamalar-102937) .

 

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

  Bir qədər oncə qeyd etdiyim kimi,  16 noyabr,  saat  22:56-dır . İki saat əvvəl  351 saylı qazanxanaya  baş çəkmişdim,  qapı bağlıdırsa, demək,  bu gün də istilik olmayacaq.   

  İstər Azəriqaz-ın, istərsə də   İstiliktəchizat-ın  rəsmiləri   hələ sentyabr ayından  mövsümə   yüksək hazırlıq  işləri aparıldığı ilə bağlı  bəyanatlar versələr də,   bu dəqiqəyə olan vəziyyətə görə   hər iki birliyin konkret olaraq  mövsümə  hazır olmadığını sübut edir.

 Keçən il də belə oldu. "Azəristiliktəchizat” ASC-nin müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev keçən il də eyni  vədi eyni  formatda təqdim etmişdir:

"Azərbaycanda istilik mövsümü planlaşdırıldığı kimi noyabrın 15-i başlayacaq. Bunu Trend-ə "Azəristiliktəchizat” ASC-nin müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, bütün qazanxanalar qış mövsümünə hazırdır.

R.Əliyev sistemin yoxlanılması məqsədilə sınaqların keçirildiyini və xətlərin çalışdığını deyib.

O həmçinin qeyd edib ki, bütün qazanxanalar sabahdan etibarən qrafik üzrə çalışacaq (Bax: https://az.trend.az/azerbaijan/society/2685097.html) "

 Olmadı, cənablar. Bütün qazanxanalar  sabahdan etibarən  qrafik üzrə çalışmadı. Siz  heç sözdə də qıç mövsümünə hazırlığın vaxtına-vədəsinə əməl etmədiniz.

Biz qışa hazırlıq qayğılarının   necə olduğunu əyalətdə gördük:  qışdan çox əvvəl odun tədarükü  görülərdi. Evlərin damında  kifayət qədər un, buğda, tədarük edilərdi.  Heyvan və quşları   bütün  qış mövsümü üçün bəsləməyə  yetən  ot, qarğıdalı, küləş və s.  ehtiyatı görülərdi.   İstilik üçün    meşədən odun gətirilər,  sobaboyu doğranıb səliqə ilə qalaqlanardı.   Bir növ qış, gəlməmişdən insanlar qışın yaratdığı assosiativliyi  qış gəlməmişdən öncə ram etmiş olurdular. Onda insanların qidası da, heyvanların  otu, dəni də urvatlı olurdu. Gupbagup yanan odun sobalarının   ətrafa saçdığı istiliyin   ləzzəti  indi də xəyalımızdan getmir.

 Amma  ölkənin baş şəhərində   bu  qışa hazırlıq  problemlərini , demək olar ki,  həmişə  yaşadıq.  Həmişə canımızda təlaş oldu ki,  istiliyi vaxtında verəcəklərmi, suyumuzu, qazımızı  kəsməyəcəklər ki? Görən arada    aravermələr olmayacaq ki?! Görən ,  ta mövsümün sonuna kimi istilik olacaqmı?  Kaş mövsüm  mülayim keçə, kaş yaz mövsümü  mehriban gələ.   Axı dünya dağılsa da,  istiliuk təchizatçıları onu 1-cə gün də o biri günlərə keçməyə  qoymayacaqlar.  Bunun üçün insanların üşüməsi, zillət çəkməsi deyil,  yuxarı instansiyaların qərarı lazımdır.  Fəqət,  keçən mövsümün  bitməsinə iki gün qalmış  enerji nəqlini dayandırmışdılar.

 Gərək, insanlar heç  bunları  düşünməyələr, fikirləşməyələr. Bir də görələr ki, qış mövsümü sona yetib. İnsanlar o qədər  nigarançılıqlar,  əsəbiliklər keçirir  ki, bütövlükdə   istilik mövsümünün insan sağlamlığının mühafizəsinə yönəlmiş  bir  qayğısı olması  bir kənarda qalır,   onlar   birtəhər qış mövsümünü  yola verməyi  düşünürlər.   Fəqət , əslində, bahar kimi qış da sevinməlidir. Onun tez çıxmasına sevinmək, eləcə də hər fəslin bir ayrı   probleminə görə  digərinə çan atılması, təbiətə, fəsillərə pis mesajın ötürülməsi kimi qəbul olunmalıdır.  Fəsillıərin heç biri digərindən  məxsusi deyil. Hər bir fəslin  öz gözəlliyi,  zərurəti var. Bunların hansına  acıqlı üz çevirmək  boşa getmir, hansı bir formadasa özümüzə qayıdır.

P.S: 

                               Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət 

 Bu biçarə  pişiklərdən  15-20 metr aralıda - 7-ci blokun qarşısındakı bağçada  onların həmcinsləri isə qayğısız günlərini yaşamaqlarında.

Onlara nə külək təsir edir, nə soyuq. Onlar tez-tez nə qazanxanaya gedir, nə də gün ərzində  bir neçə dəfə radiatorun havasını açıb buraxırlar.

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

 

Evlərimizin istilik  enerjisi ilə təminatına soyuq münasibət

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 57
  • Məqalələri: 870
^

İstilik 17 noyabr 17:30-dan sonra verilmdi. başladı. Dünənə kimi tam işlək vəziyyətinə gəlib çatıb. Halbuki, özləri rəsmən qəbul etdikləri istilik mövsümünün ilk günüdən standartlara uyğun enerji verməyə borcludurlar.
Amma istifadəçilərə də müraciət edirəm:
- Hər bir sakin istifadə etdiyin xidmətin haqqını gecikdirmədən ödəməlidir. Digər bir mühüm məsələ də texniki avadanlıqlara qanunsuz müdaxilələr edilməlidir. Biz bizə xidmət edən hər mövcud olanın qədrini bilməli və qorumalıyıq.
  • Нравится
  • 0