» » Menecer Təlim Proqramları çərçivəsində Almaniya - Azərbaycan birgə təlimi

Menecer Təlim Proqramları çərçivəsində Almaniya - Azərbaycan birgə təlimi

Müəllif: Dəyanət от 18-10-2017, 12:00

Menecer Təlim Proqramları çərçivəsində  Almaniya - Azərbaycan  birgə təlimi


Son illər Azərbaycanda aparılan iqtisadi islahartlar, böyük quruculuq işləri dünyanın diqqət mərkəzindədir. Dünya ölkələri Azərbaycanla iqtisadi-mədəni sahədə geniş əlaqələr yartmaq üçün ölkəmizi özlərinin etibarlı tərəfdaşı hesab edir və ölkəmizlə iqtisadı-mədəni əlaqələr yaratmaqda çox maraqlıdırlar. Belə qarşılıqlı əlaqələr dünya təcrübəsi ilə tanışlıq, qabaqcıl texnologiyaları, idarəetmə mexanızmlərini Azərbaycana gətirmək baxımından bizim üçün də çox əhəmiyyətlidir. Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin Drezden şəhəridə Azərbaycanla birgə həyata keçirəcəyi "İqtisadi kooperasiya" üzrə 1 aylıq ixtisasartırma kursu bu istuqamətdə daha bir səydir.
Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GiZ) Menecer Təlim Proqramları çərçivəsində Azərbaycanla birgə həyata keçirdiyi bu proqram Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Almaniya İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyi arasında imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memoranduma əsaslanır və 2009-cu ildən həyata keçirilməkdədir. Bu proqram Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GiZ) tərəfindən keçirilməkdədir. Proqram Almaniya-Azərbaycan biznes əlaqələrinin inkişaf etdirilməsinə xidmət edir. Belə ki, Təlim Proqramının məqsədi Almaniyanın tərəfdaş ölkələrlə ikitərəfli əlaqələrinin yaradılması və onlara inkişaf istiqamətində yardım etməkdir. Bunun üçün xarici müəssisələrin nümayəndələrinin Almaniyada iqtisadi təhsil alması, biznes əlaqələrinin yaradılması ilə yeni bazarların inkişafı, Azərbaycan biznesinin rəqabətqabiliyyətliliyini idarəetmə bacarığı vasitəsilə yüksəltmək əsas vasitələrdir.
Artıq oktyabrın 16-dan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Təmiz şəhər”, "AzMirvari”, " ERA marketing center”, "Azersun holding”, "Azinka HR&CC”, "Millenium Tourism”, "Az granata”, "North West construction”, "Nur – Qida”, "Azinterpartlayish-x”, "Akkord”, "Baku Business Factory”, "ACT Azerbaijan”, "MhWirth” və "Trast B.V.”KMT kimi şirkətlərin nümayəndələri Avropanın bu qədim və zəngin şəhərindədirlər.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 54
  • Məqalələri: 874
^
Təlim Proqramının məqsədi Almaniyanın tərəfdaş ölkələrlə ikitərəfli əlaqələrinin yaradılması və onlara inkişaf istiqamətində yardım etməkdir.
Ən böyük əhəmiyyəti gənclərimizə Dövlətimizin, onun rəhbərinin etimadıdır. Bu etimad eləcə də hamımızı sabahlara olan etimadımızdır.
  • Нравится
  • 0