» » Liftdən istifadə edərkən bunları bilmək vacibdir

Liftdən istifadə edərkən bunları bilmək vacibdir

Liftdən istifadə edərkən bunları bilmək vacibdir
Coxmərtəbəli binalarda quraşdırılan lift insanların mənzil başına tez və rahat çatmasına xidmət edir. Bu səbəbdən, liftdə təhlükəsizlik qaydalarına hər kəs riayət etməlidir.
Liftdə problemlərin yaranmasının əsas səbəbləri aşağıdakılardır:

Liftdən istifadə edərkən bunları bilmək vacibdir
- elektrik təchizatı sistemində nasazlıq;
- normadan artıq yuklənmə;
- liftin istismar müddətinin bitməsi;
- liftdə yersiz və sərt hərəkətlər;
- liftın qapılarının ətrafında toz və bu kimi maneələrin yığılması.

Liftdən istifadə edərkən bunları bilmək vacibdir
 
QƏTİ QADAĞANDIR:

- uşaqların liftdən böyüklərsiz istifadə etmələri;
- liftin qapılarının arasında dayanmaq;
- liftin qapılarına və üzərindən cərəyan keçdiyindən tavanına toxunmaq;
- lifti silkələmək;
- liftin düymələrini qurdalamaq və zədələmək;
- liftdə siqaret çəkmək və alışqandan istifadə etmək;
- içərisində işıqları yanmayan liftə daxil olmaq;
- zəlzələ və yanğın zamanı liftdən istifadə etmək.

Liftdən istifadə edərkən bunları bilmək vacibdir

Liftdə köməksiz vəziyyətdə qalan şəxs bunları bilməlidir:

- qorxmamaq və təşvişə düşməmək;
- liftin zəng siqnalını fasilələrlə basaraq kömək çağırmaq;
- qapını zədələmədən döyərək kömək çağırmaq;
- yanınızda mobil telefon varsa, lift bələdçisinə və ya lift təsərrüfatına cavabdeh qurumlara zəng vurmaq;
- əlaqədar qurumlarla əlaqə yaratmaq mümkün olmadıqda, "112” qaynar xəttinə zəng vurmaq;
- köməyə çağırdığınız insanlardan əlaqədar qurumlara məlumat vermələrini xahiş etmək.
Liftdə qalan şəxsə necə kömək etməli:

- liftdə qalanı sakitləşdirmək və həmin şəxsi müvafiq köməklik göstəriləcəyinə inandırmaq;
- lift təsərrüfatına cavabdeh olan şəxləri məlumatlandırmaq;
- əlaqədar qurumlarla əlaqə yaratmaq mümkün olmadıqda "112” qaynar xəttinə zəng vurmaq.

Yadda saxlayın:

- xilasetmə işləri zamanı binanın damına çıxış qapısının açarı təcili olaraq lift mütəxəssisinə və ya xilasedicilərə təqdim olunmalıdır;
- kömək məqsədilə kənar şəxslərin liftin qapılarına və digər hissələrinə müdaxiləsi yolverilməzdir;
- lift mexanizmləri yalnız lift mütəxəssisləri tərəfindən təmir oluna bilər;
- lift nasazlıq səbəbindən nadir hallarda sürətlə aşağıya doğru hərəkət edərsə, bu halda liftdə olan şəxs üzü üstə döşəməyə uzanaraq və ya çömələrək əllərini liftin sağ və sol divarlarına sıxmalıdır.
Liftdən istifadə edərkən bunları bilmək vacibdir

Mənbə: http://www.fhn.gov.az/?aze/menu/29/275

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz