» » Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda müşavirəsi keçiril

Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda müşavirəsi keçiril

Müəllif: Anaveusaq.az от 3-09-2017, 10:00
Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.
Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, "Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tələt Məmmədov, Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, "Cənub-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqronomu Fərman Abdullayev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, "Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vaqif Süleymanov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış etdilər.
Prezident İlham Əliyev müşavirədə yekun nitqi söylədi.
Daha sonra Prezident İlham Əliyev müşavirə çərçivəsində təşkil edilmiş sərgi ilə tanış oldu.
İqtisadiyyat naziri Şahin Mustafayev sərgi barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, burada yerli çay və çəltik əkini və emalı, sitrus meyvələrinin, meyvə-tərəvəzin yetişdirilməsi və arıçılıq ilə məşğul olan sahibkarlıq subyektləri məhsullarını nümayiş etdirirlər. Ümumilikdə, sərgidə çayçılıq, çəltikçilik, sitrus meyvəçilik və arıçılıq üzrə 13 yerli müəssisənin 100-dən çox çeşiddə məhsulu nümayiş olunur.
Prezident İlham Əliyevə Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə də məlumat verildi.

Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda  müşavirəsi keçiril

Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda  müşavirəsi keçiril

Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda  müşavirəsi keçiril

Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda  müşavirəsi keçiril

Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda  müşavirəsi keçiril

Mənbə:http://azertag.az/xeber/Prezident_Ilham_Aliyevin_sedrliyi_ile_Lenkeranda_chay_cheltik_ve_
sitrus_meyveleri_istehsalinin_inkisafi_meselelerine_dair_respublika_musaviresi_kechirilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz