» » Sərnişin daşınmasında yol verilən kobud nöqsanlara görə sürücülər işdən kənarlaşdırılır

Sərnişin daşınmasında yol verilən kobud nöqsanlara görə sürücülər işdən kənarlaşdırılır

Sərnişin daşınmasında yol verilən kobud nöqsanlara görə sürücülər işdən kənarlaşdırılır

Sərnişin daşınmasında yol verilən kobud nöqsanlara görə sürücülər işdən kənarlaşdırılır
Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan şirkətlərə cari ilin əvvəlindən 49 sürücünün işdən kənarlaşdırılması barədə göstəriş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
O bildirib ki, buna səbəb həmin daşıyıcı şirkətlərə məxsus xətlərdə istismar olunan avtobusların sərnişindaşıma zamanı qəza şəraiti yaratması olub. İşdən kənarlaşdırılanlar arasında avtobus sürücüləri ilə yanaşı dispetçerlər də var.
N.Allahyarova bildirib ki, 49 nəfərin işdən uzaqlaşdırılmasına sərnişin daşınmasında yol verilən kobud nöqsanlar, sürət həddinin aşılması, davranış qaydalarında yol verdikləri qüsurlar, qəza vəziyyətinin yaranması kimi qayda pozuntuları daxildir.
"İşdən azad olunan sürücülər arasında yenidən işə bərpa olunanlar da var. Sərnişindaşımada kobud qayda pozuntularına yol verən sürücülərdən bəziləri bir neçə aydan sonra həmin daşıyıcı şirkətlərin öz təlim bazasında təlim keçərək yenidən işə bərpa olunub”, - deyə N.Allahyarova vurğulayıb.

Sərnişin daşınmasında yol verilən kobud nöqsanlara görə sürücülər işdən kənarlaşdırılır

Sərnişin daşınmasında yol verilən kobud nöqsanlara görə sürücülər işdən kənarlaşdırılır 

Mənbə:http://azertag.az/xeber/Sernisin_dasinmasinda_yol_verilen_kobud_noqsanlara_gore_suruculer_isden_kenarlasdirilir-994104

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz