» » Lavrov Qarabağ münaşiqəsinin, eləcə də , Avropada olan bir çox münaqişələrin səbəbini dedi

Lavrov Qarabağ münaşiqəsinin, eləcə də , Avropada olan bir çox münaqişələrin səbəbini dedi

Müəllif: Anaveusaq.az от 2-09-2017, 00:00

"Ana və Uşaq" AZƏRTAC-ın xüsusi müxbiri Fəridə Abdullayevanın Moskvadan verdiyi xəbərə istinadən bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 1-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universiteti) və Moskva Diplomatik Akademiyasının tələbələrinin və professor-müəllim heyəti ilə görüş keçirib.
Rusiyanın baş xarici siyasət sözçüsü tələbə , müəllim və professor heyətinin qarşısında çıxış edərək müasir dünyanın siyasi mənzərəsi və hegemon dövlətlərinin bu mənzərədəki yeri və təsiri haqqında maraqlı fiirlər səsləndirmişdir.  Bu fikirlər arasında Qarabağ haqqında da münasibət yer almışdır.  Rusiya xarici siyasət idarəsinin rəhbəri  fikrini  belə ifadə edib ki, əgər dünyada  bərabər və bölünməz təhlükəsizlik prinsipi həqiqətən hüquqi öhdəlik formasını alsaydı, onda bir çox münaqişələr, o cümlədən Qarabağ münaqişəsi çoxdan olmazdı.
Nazir deyib: "Məsuliyyətli ölkə kimi biz son 20 ildə ATƏT və Rusiya-NATO Şurasında qəbul edilmiş bəyannamələrə sadiqik. Biz hamımız avroatlantik regionda və Avrasiyada bərabər təhlükəsizlik məkanı yaratmaq istəyirik, bizim heç kim başqalarının təhlükəsizliyini məhdudlaşdırmaq hesabına öz təhlükəsizliyini möhkəmləndirməyəcək. Təəssüf ki, bu bəyannamələr siyasi vədlər kimi kağız üzərində qalıb. Bizim onları hüquqi öhdəliyə çevirmək cəhdlərimiz Qərb ölkələri tərəfindən rədd edilib.
Əminəm ki, əgər bu, baş verməsəydi və əgər bərabər və bölünməz təhlükəsizlik prinsipi doğrudan da hüquqi öhdəlik formasını alsaydı, onda Avropada indi mövcud olan bir çox münaqişələr çoxdan olmazdı, onlar tənzimlənərdi. Düşünürəm ki, bu, Dnestryanı, Qarabağ və Kosovo münaqişələrinə aiddir. Bərabər təhlükəsizliyin hüquqi öhdəlik normaları mövcud olduğu halda, bizim çoxdan üzərində çalışdığımız məsələ - Zaqafqaziyada güc tətbiq edilməməsi barədə çoxdan razılıq əldə etmək olardı.
Lavrov   Qarabağ münaşiqəsinin, eləcə də , Avropada olan bir çox münaqişələrin səbəbini dedi
Qeyd: Şəkil AZƏRTAC-a məxsusdur

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz