Neftin əmələ gəlməsi, tarixi və istifadə sahələri
Neft anlayışı latınca bir termin olan və daş mənasını verən "petra" ilə, yenə latınca bir termin olan və yağ mənasına gələn "oleum" sözlərin birləşməsindən yaranmışdır və ingilis dilində qarşılığı "petroleum”dur. Birləşməsində intensiv olaraq metan, etan və propan qazları olur. Neft, xam, yəni işlənməmişdir. Neftin iemal edilməsi ilə benzin, dizel, qaz yağı, fuel -oil və s. əldə edilir.
Neft ilk olaraq 4-cü yüzillikdə Çində istilik və işıqlandırma məqsədilə istifadə edilmişdir. Məlum olduğu kimi, o dövrlərdə işıqlandırma vasitəsi kimi əsasən qaz yağı istifadə olunurdu. Xüsusilə dənizlərdən çətinliklə ovlanan balinaların yağı qaz lampalarında istifadə olunurdu. Ancaq 1853-ci ildə polonyola Ignacy Lukasiewiczin nefti qaz lampalarında istifadə etməsilə bir dönüş nöqtəsi gətirdi. Bu tarixdən sonra neftin əhəmiyyəti gündən-günə artmış, bir növ, neft əsrinin başlanğıcı olmuşdur. 1861-ci ildə isə Mirzoeff adlı bir iş adamı Azerbaycanın paytaxtı Bakıda ilk neftayırma zavodu qurmuşdur. 19-cu yüzilliyin sonlarına doğru neftlə işləyən mühərriklərin yerləşməsi neftin əhəmiyyətini daha da artırmışdır.
Neftin əmələ gəlməsi
Neftin necə əmələ gəldiyi tam olaraq bilinmir. Ancaq milyonlarla il əvvəl dənizlərlə örtülü olan kürə içərisində minlərlə bitki və heyvan artıqlarının çürüməsi yer bazasında yığılıb qalması, daha sonralar dəniz sularının çəkilməsi nəticəsində bu artıq onların üzərinin qum və torpaqla bağlanması və daha sonra isə yerin altında yaranan temperatur və təzyiqin təsirilə neftin əmələ gəlməsi güman edilir. Milyonlarla il davam edən bu proses nəticəsində yerin altında qalan neft, bəzən yer qabığındakı çatlardan çölə çıxaraq hovuz və çuxurlar ı yaratmış, bəzən də yerin altındakı keçirici qatlarda toplanaraq rezervuar olaraq adlandırılan yerlərdətoplanmışdır.
İstifadə sahələri
Xam neftin istismar sahəsi məhduddur, ancaq neft i emal edildikdən sonra əldə edilən məhsulların dəyəri və neftə olan tələbat da artır. Xam neft emal edildikdən sonra əldə edilən məhsullar əhəmiyyət sırasına görə:benzin, "fuel- oil”, lipid neft qazı (LPG), təyyarə yanacağı və asfalt adlanır. Hazırda neftin işlənməsi 80 minə yaxın məhsul əldə edilir. Ancaq ən çox istifadə edildiyi sahələr nəqliyyat və enerjidir.
Qeyd: Yazı türkcədən tərcümə edilmişdir.








Oxşar postlar:
- Oxunub: 4 405
- Şərhlər: 1
- Bölmə: Sosial / Sənaye
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh YazQonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar