» » Günvurma nədir və belə vəziiyyətlərdə necə hərəkət etməli?

Günvurma nədir və belə vəziiyyətlərdə necə hərəkət etməli?

 

Günvurma  nədir və belə  vəziiyyətlərdə  necə hərəkət etməli?

 

Günvurma günəş şüalarının uzun müddət bədənə təsiri nəticəsində meydana gəlir, yəni hipertermiya, həddindən artıq istilənmə və ya günvurma, əsasən, gün altında başıaçıq şəkildə çox qaldıqda özünü kəskin şəkildə göstərir. Nəticədə gün şüalarının təsiri nəticəsində beynə qan axını artır və beynin qan dövranı pozulur. Belə halda zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrısı, qulaqlarda küy, təngnəfəslik, nəbzin sürətlənməsi, soyuqlama, mədə bulanması , qusma, hətta hərarətin 40 dərəcə C və ya daha çox dərəcəyə yüksəlməsi kimi əlamətlər baş verir ki, bu zaman ölüm və şüur itkisi da ola bilər. Qeyd etdiyimiz əlamətlər bəzi hallarda dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra, bəzən də evə gəldikdən sonra da baş verə bilər. Günvurmanın ilk əlamətləri qeyd edilən kimi, adamı kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarı oturmuş vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!). Həddindın artıq istidən zərər görən adama soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin.Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq bölgələrini (iri damarlar keçən yerlər) buz və ya bu mümkün deyilsə, soyuq su ilə kompres qoyun. Bu zaman əl və ayaqlara xardal kağızı da qoyula bilər. Daha bir üsul - paltarını soyundurub adamı soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Xəstənin vəziyyəti ağırlaşarsa, dərhal "Təcili yardım" çağırın. Şüur itirildiyi halda, tənəffüs olmadıqda isə süni tənəffüs vermək lazımdır. İsti çarpması və ya günvurma uzun müddət havası boğuq olan otaqda (hamamda, saunada, avtobusda, metroda) qalan zaman, çölə çıxarkən havaya uyğun olsun deyə çox isti geyindiyi hallarda, həmçinin çimərlikdə voleybol, futbol və s. oyunları oynanıldığı zaman baş veə bilir. Uşaqların və yaşlı insanların bədənində istilik mübadiləsi zəif şəkildə tənzimləndiyi üçün istivurma onlarda daha tez baş verir. İsti çarpması, ümumiyyətlə, birdən ortaya çıxar: ilk baxışda olduqca sağlam görünən insan birdən- birə yorğun olur, adamın istiliyi 40 dərəcəyə və daha yüksək dərəcəyə yüksəlir. Bəzi hallarda ağrı, sayıqlama və halüsinasiyalar qeyd olunur. Xəstənin sifəti əvvəl qızarır, sonra birdən- birə ağırlaşır. Nəbz sürətlənir; tənəffüs səthi olur, bəzən qusma da qeyd edildi. İstivurma zamanı ilk yardım gün vurmada olduğu kimidir. Bu vəziyyətdə də dərhal "Təcili yardım" çağırın. İlk yardım göstərdikdən sonra mümkün olan ən qısa zamanda yaxındakı tibb müəssisəsinə çatdırın. Diqqət! Çimərlikdə olduğu zaman heç bir vəziyyətdə spirtli içkiləri istifadə etməyin.

Günvurma  nədir və belə  vəziiyyətlərdə  necə hərəkət etməli?

Qeyd: Yazı türkcədən tərcümə edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz