» » Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Fəttah oğlu Heydərova, Apellyasiya Şurasına Müraciət

Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Fəttah oğlu Heydərova, Apellyasiya Şurasına Müraciət

Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Fəttah oğlu Heydərova,
Apellyasiya Şurasına
Xətai rayonu, General Şıxlinski küçəsi 49, mənzil 62-də yaşayan Əhmədov Akif Səmid oğlu tərəfindən
 
Müraciət

Bizim yaşadığımız məhəllədə ( Xətai rayonu, General Şıxlinski küçəsi 49) məişət tullantıları , demək olar ki, hər zaman yandırılıb. Biz hər zaman tüstüdən, yanma zamanı əmələ gələn zəhərli qazlardan əziyyət çəkmişik.
Son günlər etdiyimiz şikayətlə bağlı Ekologiya Nazirliyindən, Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən gələn əməkdaşlara binamızın əhatəsində olan yanğın təhlükəsi ola biləcək mənbələri göstərmişik. Aidiyyəti qurumlar bir neçə gün sonra ərazini çalınmış otlardan, kəsilib atılmış kol-kos və ağaç budaqlarından təmizləmək əvəzinə, od vurub yandırıblar. Nəticədə, ərazıinin torpaq qatına, yaşıllığa və ağaclara fiziki təsir dəyib. Gün ərzində tüst və yanıq iyi 12 bloklu binanın mənzillərinə dolub.
Yanğın vaxtı mən şəhərdə olmuşam. Evə qayıdanda xəbər tutdum ki, 1-2 gün əvvəl göstərdiyim ərazini odlayıblar. Sakinlərdən soruşanda məlum oldu ki,  Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və 96 saylı MİS işçiləri yandırıblar.
Ərazilərin bu şəkildə yandırılması nə dərəcədə doğrudur?
Bu, 96 saylı Mənzil İstismar sahəsi və Yaşıllaşdırma idarəsinin öz vəzifələrinə məsuliyyətsiz münasibətlərindən başqa bir şey deyildir. Həm də vətəndaşların rəyiləri ilə hesablaşmamaqdır.
Bu cür yanğınlar hər zaman müşahidə olunur, artıq kütləvi hal alıb. Belə yanğınlar insanların həyatına və sağlamlığına, təbiətə zərər yetirməklə bərabər, ən son nəticədə dövlətə zərər yetirir. Yerlərdə xidmət təşkilatları yaşıllıq və ağaclara xidmətin nümunəvi qaydalarını təşkil etməkdənsə, bu cür yanğınlar törədirlər.
Olsun ki, bu yanğını "ehtiyat tədbiri” kimi həyata keçirənlər indi də bundan xəbərsiz olduqlarını iddia edəcəklər: səbəbi kiminsə siqaret atması və yaxud uşaq nəzarətsizliyinin nəticəsi ilə bağlamağa səy göstərəcəklər. Amma əbəs yerə. Yandırılan ərazi Seçki dairəsi və 35-ci polis bölməsinin 2-3 addımlığında baş verib. Ola bilməz ki, belə halda həmin qurumlar əraziyə dərhal yanğın xidməti əməkdaşlarını çağırmasınlar. Həm də küçənin o biri tərəfində də belə "təhlükəsizlik addımları” atıblar. Mümkün deyil ki, çox yaxın, amma ayrı-ayrı bir neçə ərazidə eyni vaxtda kimsə siqaret atmış olsun və yaxud da yandırsınlar. Kameralarla müşayiət olunan polis bölməsinin 2-3 metrliyində kimsə belə addım atmağa cürət etməz.
Cənab Nazir, hörmətli Appelyasiya Şurası mən bu məsələ ilə bağlı Sizin Nazirliyə 3 dəfə yazılı müraciət etmişəm, 2-3 dəfə də zəng etmişəm. Nə tədbir görülür, nə də müraciətə cavab verirlər. Gözləyirlər ki, yanmış ərazi bərpa olunsun, ağaclara, torpağa toxunmuş fiziki təsir aradan qalxsın və sonra da cavab yazsınlr ki, sizin yazdıqlarınız təsdiqini tapmadı.
Dövlətimiz vətəndaşların cəmiyyətlə əlaqələrinin sadə və rahat olması üçün , eləcə də vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması üçün qanunvericiliyin mükəmməl sistemini yaradıb. Ölkə başçısı xalqla hər görüşündə bu mövzuda öz kursunu bəyan edir.
Fövqəladə Hallar Nazirliyinin elektron səhifəsində bu müddəlara xüsusi yer ayrılıb. İnsanlar bunları görür və əminliklə, inamla rəhbər şəxslərə və qurumlara müraciət edirlər.
Mən əvvəllərdə də 2 dəfə Fövqəladə Hallar Nazirliyinin elektron poçtuna müraciət etmişəm və indi də dəfələrlə. Artıq problemin mahiyyəti ilə yanaşı, özümə və müraciətimə olan diqqətsizliyin də fərqindəyəm.
Bir neçə dəfə zəng vurandan sonra Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı bizimlə görüşdü, amma cavab məktubunda yazdıqları kimi əməkdaşlarla yox, əməkdaş bir nəfər idi. Binamızın qarşısında və arxasında yanmış ərazilərə birlikdə baxdıq. Xidmət əməkdaşı bildirdi ki, mən akt bağlayaraq tədbir görülməsi üçün aidiyyəti şöbəyə təqdim edəcəyəm.
25 iyul tarixdə mənə 20 iyul tarixli 37/2- 00098 saylı cavab məktubu gəlib. Cavab məktubunda yazılıb: " Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış və baxılması məqsədilə 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilmiş 10 iyul 2017-ci il tarixli müraciət tərəfimizdən araşdırılmışdır.
Əməkdaşlarımız tərəfindən aparılmış müvafiq araşdırma zamanı müraciətdə qeyd olunan məsələ ilə əlaqədar tədbir görülməsi üçün Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyinə 20 aprel 2017-ci il tarixli 37/36-00550 saylı məktub göndərilmişdir.”
Məktubu daxili-xidmət polkovnik-leytenantı İlqar Əliyev imzalamışdır.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri  Kəmaləddin Fəttah oğlu Heydərova, Apellyasiya Şurasına Müraciət

Cənab Nazir, məhəlləmizin sosial problemləri çoxdur və biz hər dəfə 96 saylı MİS-ə şikayət edəndə deyirlər ki, hara göndərsəniz yenə bizə göndərəcəklər. Niyə vətəndaşların məktubları fəaliyyətindən və ya fəaliyyətsizliyindən şikayət edilmiş idarə və yaxud məmurlara göndərilməlidir?
Sizin elektron səhifənizdə (http://www.fhn.gov.az/?aze/menu/70 ) "Vətəndaşların müraciətlərinə dair qanunvericilik” adlı bölmə var. Vətəndaşların müraciət, ərizə və şikayətlərinə baxan hörmətli əməkdaşlarınız dövlətin bu qanununu bilir və biz də bilirik. Həmin Qanunun
7.13. maddəsinə əsan "Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır”.
Sizin əməkdaşlar da məktubu məhz fəaliyyətindən şikayət edilmiş Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyinə göndərib.
Məntiqlə demiş olsaq, fəaliyyətindən şikayət edilmiş təşkilat özünə qarşı hər hansı intizam tədbiri görməyəcək.
Diqqətinizə çatdırıram ki, bu gün internetdə yenə Xətai rayonunda faciə ilə nəticələnmiş belə yanğın hadisəsi haqqında məlumat verilmişdir (Mənbə: http://www.enter.news/az/news/incident/69387/bakida-partlayish-bash-verib-xesaret-alanlar-var-----video#.WXbXtoTyjIU)
Odur ki, belə faktlrın doğru səbəbləri araşdırılıb, müvafiq tədbirlər görülməlidir.
Düşünürəm ki, vətəndaşa verilən cavabda iradlar, onların doğruluğu və ya doğru olmadığı haqqında mütəxəssis rəyi əksini tapmalı və əsaslandırılmalıdır. Bizə yazılan cavab isə ümumi sözlərdən ibarətdir. Həm də xahiş edirəm diqqətlə baxın : qırmızı rənglə fərqləndirmişəm: ərazi idarəsi yazır ki, sizin 20 iyulda yazdığınız məktuba tədbir görülmək üçün 20 aprel 2017-ci il tarixdə Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə məktub göndərilmişdir, yəni geri tarixdə.
Canab Nazir, hörmətli Appelyasiya Şurası, ümid edirəm ki, Sizin məsələyə münasibətinizdən sonra ən qısa müddətdə mənim müraciətimə doğru və əsaslandırılmış cavab veriləcəkdir.
 
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz