» » Dənizdə boğularkən necə hərəkət etməli

Dənizdə boğularkən necə hərəkət etməli

Vacib!!!

Dənizdə  boğularkən  necə  hərəkət etməli
Televiziyadan və internetdən Hacıqabulun Talış kəndində baş verən hadisə hər kəsi kədərləndirdi: Kür çayında çimərkən ata 15 yaşlı oğlu Fəridin boğulduğunu görüb, onu xilas etməyə can atıb, amma hər ikisi sulara qərq olub.
Bu cür nümunələr çoxdur. Son vaxtlar az qala hər günü bir boğulma xəbəri ilə qarşılaşırıq. Təbii ki, yay mövsümü olduğu üçün balaca-böyük çay və göllərə, dənizə üz tutur. Dəniz mənalı istirahət üçün, romantika üçün nə qədər cazibədardırsa, həyat üçün böyük təhlükə məkanı da olaraq qalmaqdadır. Amma əsl günahkar dəniz deyil, çay və göllər deyil: bəzən üzmək bildiyi halda da bəzi vacib məsələlərə məsuliyyətsiz yanaşan insanın elə özüdür.
Bəs bu qədər xəbərdarlıqlara baxmayaraq, nə üçün dəniz hadisələrinin kökü kəsilmir, sayı azalmır? Mütəxəssislər dəniz sularında ölüm hadisələrinin səbəbini əksər insanların, hətta, adını belə bilmədiyi rip axıntıları ilə əlaqələndirirlər. Nədir rip axıntısı:
Rip axıntısı sahilə çatan dalğaların geri dönən zamanı ani yaratdığı güclü və gizli təhlükəli axındır:çox sürətli bir şəkildə hərəkət edir.
Rip axıntısı yüksəklikdən diqqətlə baxanda gözlə daha aydın görünür. Bu ərazidə suyun rəngi ətrafındakı suyun rənginə nisbətən daha tünddür. Bu ərazidə dərinlik artır.
Xalq arasında "qum sürüşməsi”şəklində təsvir edilən bu hadisə əslində rip axıntısıdır.
Mütəxəssislər rip axıntısına məruz qalındığı zaman çox sakit olmağı tövsiyə edir. Onlar tövsiyə edirlər ki, belə məqamda sakit olmalı, əsla, özünüzü çaxnaşmaya salmamalısınız.
Axıntı boğulan adamı dərinə çəkməz, sadəcə, sahildən uzağa aparar.
Axıntı dayandıqdan sonra müəyyən məsafə üzrə yanlara doğru, sahilə paralel üzün və axıntıdan çıxın.
Daha sonra sahilə doğru üzün.
Əsla, sizi çəkən axıntıya qarşı sahilə doğru üzməyə çalışmayın, dünya üzmə çempionu olsanız da, rip axıntısına qarşı üzə bilməzsiniz.
Axıntıya qarşı üzərək gücünüzü tükətməyin, belədə axıntıdan deyil, yorğunluqdan ölə bilərsiniz.
Axıntının sizi aparmasına icazə verin (axıntıdan dərhal xilas olmaq istəyirsinizsə sahilə deyil; sağa və ya sola yanlara doğru üzün).
Bu arada səslənərək və ya yalnız tək qolunuzu qaldıraraq kömək istəyin.

Dənizdə  boğularkən  necə  hərəkət etməli

Üzünüz daim sahilə tərəf olsun.
Axıntı sizi açığa çəkdikdən 1-2 dəqiqə sonra dayanacaq.
Dəniz mövsümünün bu qızğın çağında insanlar öz həyatlarına biganə qalmamalı, mövsüm üçün vacib olan təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər. Hansılardır bu tədbirlər?
İlk olaraq, nəzarətsizlik hökm sürən və təhlükəsizlik tədbirləri görülməmiş , təcili yardım və xilasedicilər qrupu olmayan sahil və çimərliklərdə suya girməmək lazımdır. Eyni zamanda, küləkli havalarda və dənizin dalğalı olduğu vəziyyətlərdə dənizə girmək olmaz. Uşaqların dənizə özbaşına, yəni tək girməməsinə qətiliklə yol vermək olmaz.
Ən vacib məsələlərdən biri də təhlükəli məqamlarda atılan addımlardır.
Məsələn, lk müdaxilə də boğulan adamın tez bir zamanda və diqqətlə sudan çıxarılmasıdır. Bunu naşı adam etməməlidir: ya xilasedicilr olmalıdır, ya da xilakarlıq edən adamın bu mövzuda məlumatı və bacarığı olmalıdır.

  Lap  xüsusi bacarığı olan biri olmasanız da  mümkün  yardımı etməyi bacarmalısınız.    Hər hansı bir su hövzəsində, fərqi yoxdur  hovuzdur, göldür, çaydır və ya dənizdir. Məsələ burasındadır ki,  siz bu  bacarığa sahibsinizmi və  belə məqamda necə hərəkət edərdiniz.

Dənizdə  boğularkən  necə  hərəkət etməli

İlk olaraq suda boğulan insana doğru uzanın. Bu, daha çox hovuzda ya da biri körpüdən çaya düşdüyündə işə yaraya bilər. Özünüzü uzandığınız yerdə rahatca yerləşdirərək   xilas etmək istədiyini şəxsə ağac budağı, kürək və ya əlinizi uzadın. Həm də bu zaman boğulan adamın başına vurmamağa diqqət etmək lazımdır. Boğulan adama uzatdığınız cismi tutubsa,  yavaşca özünüzə doğru çəkin.

Belə  yerlərdə, adətən, ipə bağlanmış rezn kəmərlər olur. Kəmərin ipini sol qolunuza dolayarak sağ qolunuzla  boğulan adama doğru 45 dərəcəlik bir bucaqradiusunda  atın. Boğulan adam kəmərə sarılan kimi, yavaşca özünüzə doğru çəkin və kənara çıxmasına köməkçi olun.

 Ətrafda qayıq ,kater varsa və siz onları idarə etməyi bilirsinizsə, hadisə yerinə qayıqla və ya katerlə gedin. Katerlə getmisinizsə, boğulan adama yaxınlaşdıqda yan dönün və katerə gəlməsini deyin. Ona bir ip və ya hər hansı vasitə uzadın. Sonra boğulan adamı tutub katerə çəkin. Bu zaman katerin pərlərinin  hərəkətini dayandırın.

 Suda batan adama tərəf üzün.  Bu digər variantlar arasında ən təhlükəli olanıdır. Boğulan bir insan, ümumiyyətlə, nəfəs ala bilmək ümidi ilə suyun səthinə çıxmaq üçün çırpınır. Boğulan birinə doğru üzərkən onu  ilk etdiyi şey siziə sarılmağa  çalışmaq olacaq. Odur ki,  boğulan bir insanı çəkmək məcburiyyətindəsinizsə, özünüzlə mütləq bir dəsmal,  ya da köynək aparın. Yaxınlaşdıqdan sonra köynəkdən  tutmağı  deyin. Köynəyi tutunduğuna əmin olduqdan sonra onu çəkməyə başlayın. 

Vacib bir məsələ də hadisə yerinə dərhal Təcili yardım çağırmaqdır.  Yanınızd digər kimsə  varsa, bunu ondan xahiş edib siz xilaskarlığa başlayın.Əgər tə özünüzsə, öncə bunları edin, sonr işə başlayın.

Dənizdə  boğularkən  necə  hərəkət etməli

 

Qeyd: Yazı türk saytlarından istifadə ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 75
  • Məqalələri: 979
^
Hər kəsin bütün bu hadisələrdən uzaq olması diləyi ilə bir neçə tövsiyəm var:
1. Hər kəs üzməyi bacarmalıdır. İraq-iraq, birdən işlətdiyimiz günahlara görə Allah yağışı çox yağdırsa, aləmi sel-su bassa, nə edərik?
.2. Üzgü bilməyən damlar dənizə girməməlidir.
3. Uşaqlar mümkün qədər dənizdən uzaq olmalıdır. Ta ki, onlar dəniz təhlükəsini bütün təfərrüatları ilə anlay bilirlər.
4. Dənizin qumun, günəş şüaların qəbul edin və gəlib evdə hovuzda çimin..
Hər kəs öz həyatını qorumasa, vaxtsız-vədəsiz ölümlər iraq-iraq belə intensivləşir.
Hamınıza casağlığı, uzun ömür diləyi ilə..
  • Нравится
  • 0