» » Qəza zamanı şaxtaya düşən liftdə sağ qalmaq üçün nə etməli?

Qəza zamanı şaxtaya düşən liftdə sağ qalmaq üçün nə etməli?



Son illər yaşayış binalarında istifadə olunan liftlər ondan istifadə edən sakinlər üçün ciddi təhlükə amilinə çevrilmişdir. Səbəb də budur ki, istifadə olunan liftlər istismar müddətlərini artıq çoxdan başa vurub və onlar öz sakinlərinə təhlükəsiz xidmət etməyə qabil deyil. Tez-tez baş verən xoşagəlməz hadisələr də bununla bağlıdır. İstər liftlərin istismar müddətlərini başa vurması səbəbindən olsun, istər lift təmirçilərinin xidmət keyfiyyətindən asılı olsun, fərqi yoxdur, fakt budur ki, liftlə bağlı hər hansı qəzanın baş verməsi gözləniləndir. Odur ki, sakinlər liftdən istifadə qaydalaı ilə məlumatlandırılmalı, müəyyən vacib məqamlar onların diqqətinə çatdırılmalıdır.
Çuxuroba Universitetinin müəllimi, dos. Məhmet Qaraqılçıq lift qəzalarında ziyanı minimuma endirə bilmək üçün bir sıra təklif və tövsiyələrni vermişdir. Qaraqılçıq baş verə biləcək qəzalara qarşı görülməli olan texniki tədbirlərlə yanaşı, liftlərdə bununla bağlı yaddaş lövhələrinin də asılmasını vacib saymışdır.
Lift qəzalarının, əsasən, trosun (kəndir) qopması üzündən olduğunu dilə gətirən Qaraqılçıq fikirlərini bu şəkildə ifadə etmişdir ki, tros qoparkən kabinənin içindəki sakinin üzərinə təsir edən fiziki qüvvə yoxdur. Yəni, kosmos boşluğundakı kimi bir vəziyyət meydana gəlir. Lift yerə çarpdıqdan sonra içindəki adam kabinənin içindəki döşəməyə dəyir. Kabinənin texniki təhlükəsizlik imkanlarını yüksəltməklə qəzaların qarşısı alın bilər. Məsələn, avtomobillərdə olduğu kimi kabinən içinə hava yastığı yerləşdirilə bilər.

Qəza zamanı şaxtaya düşən liftdə  sağ qalmaq üçün nə etməli?

 

Kabinə şaxtaya düşərkən nə etməli?

Qaraqılçıq lift kabinəsinin tros qırılaraq şaxtaya doğru düşməsi vəziyyətində edilməsi lazım olan bir neçə məqamlara diqqət bunları bildirmişdir:
Xarici zərbələr elastikləşdirilərək, həm xarici orqanlarımız həm də daxili orqanlarımızın alacağı zərbələr azaldıla bilər. Qəzada meydana gəlmək ehtimalı ola bilən yaralanmaları azaldmaq üçün kabinədə, uşağın ana rəhmindəki posada durmaq məsləhətdir. Kabinə tam düşən vaxt mümkün olduğu qədər özünü yığmalı və kiçilməlidir. Əlləri ilə başını, qollarıyla da vücudunu qoruyacaq poza alınması məsləhətdir. Bu poza, qəzalarda yara və can itirmək riskini qismən azalda bilir.
 

Qəza zamanı şaxtaya düşən liftdə  sağ qalmaq üçün nə etməli?

 

 Qeyd: Yazı türkiyə saytlarındam tərcümə yolu ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 79
  • Məqalələri: 1018
^
Elə hesab edirəm ki, çox vacib bir məsəldir. Hər kəs bu cür məlumatlara malik olmalı, yağıxlarına, əzizlərinə bildirməlidir.
Fövqəladə hallarda bir çox problemlər də elə çaşqınlıqdan yaranır, vəziyyət gərginləşir.. Odur ki, bu cür məlumatları hər kəs səliqə ilə yaddaş itabçasında qeyd edib, evində saxlamalıdır ki, hər zaman bununla bağlı bilik və bacarıqlarını zənginləşdirə bilsin.
  • Нравится
  • 0