» » Yaponiyanın “Fujitsu” şirkəti ciyərlərin diaqnostikası üçün yeni texnologiya yaradıb

Yaponiyanın “Fujitsu” şirkəti ciyərlərin diaqnostikası üçün yeni texnologiya yaradıb

Müəllif: Dəyanət от 9-07-2017, 09:00

Yaponiyanın elektronika istehsalı sahəsində tanınmış "Fujitsu” şirkəti ciyərlərin xəstələnməsi, xüsusən pnevmaniya zamanı diaqnozun qoyulması üçün yeni texnologiya yaradıb. Şirkətdən bildiriblər ki, yeni texnologiya kompüter tomoqrafiyası vasitəsilə çəkilən şəkilləri daha qısa vaxt ərzində araşdırmağa imkan yaradır.
"Fujitsu” şirkətinin əsasında süni intellektin dayandığı texnologiyası kompüter tomoqrafiyasının çəkilişlərindən istifadə edərək pasiyentin ciyərlərinin üçölçülü təsvirini yaradır . Sonra məlumatlar bazasından oxşar halları tapıb çıxararaq həkimlərə yekun diaqnozu qoymağa yardım edir.
Alimlərin bildirdiyinə görə, universitetlərin birində aparılan eksperiment zamanı diaqnozun müəyyən edilməsi üçün sərf edilən vaxt bir saatdan on dəqiqəyə enib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Yaponiyanın “Fujitsu” şirkəti ciyərlərin diaqnostikası üçün yeni texnologiya yaradıb

Mənbə:http://azertag.az/xeber/Yaponiyanin_Fujitsu_sirketi_ciyerlerin_diaqnostikasi_uchun_yeni_texnologiya_yaradib-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz