» » Bakı küçələrində narkomaniya ilə bağlı lövhələr

Bakı küçələrində narkomaniya ilə bağlı lövhələr

Müəllif: Dəyanət от 5-07-2017, 09:00
 

"Ana və uşaq" AZƏRTAC -a istinadən xəbər verir ki, bu ilin iyun ayında Bakı şəhərinin daha on küçəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və məzmunda hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan sosial lövhələr quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bununla da sosial layihə çərçivəsində bu il ərzində paytaxtımızda yerləşdirilən lövhələrin sayı 45-ə çatıb.
Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanan "Ən doğru seçim-Narkotiklərdən heç bir halda istifadə etməməkdir!” adlı videoçarx Bakı şəhərinin 19 elektron reklam tablosunda yayımlanır.
Videoçarx Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bütün dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında da nümayiş olunur.
Sosial rolikin hazırlanmasında məqsəd ictimai maarifləndirmə tədbirlərinin əhatəsini genişləndirmək, narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

Bakı küçələrində narkomaniya ilə  bağlı lövhələr

Bakı küçələrində narkomaniya ilə  bağlı lövhələr

Bakı küçələrində narkomaniya ilə  bağlı lövhələr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz