Prezident: "Sabitlik, əmin-amanlıq Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir"
Müəllif: Akif Əhmədov от 17-04-2017, 17:00
Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində Azərbaycanda turizmin inkişafından da danışıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı keçən il turistlərin sayının 11 faiz, bu ilin 3 ayında isə 25 faiz artdığını bildirib. "Bunu indi gözlə görmək olar”, - deyən dövlətimizin başçısı qeyd edib ki, həm Bakıda, həm müxtəlif bölgələrdə turistlərin sayı kəskin artır. Bunun əlbəttə ki, səbəbləri var. Bu, elə öz-özünə yaranan məsələ deyil. Son illər ərzində görülmüş işlər bu vəziyyətə gətirib çıxarıb. İlk növbədə, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş əlbəttə ki, Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir. Xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində gərginlik var, təhlükələr, qarşıdurmalar, sosial narazılıq artır, kütləvi etirazlar geniş vüsət alıb. Bunların heç biri Azərbaycanda yoxdur. Azərbaycanda xalq-iqtidar birliyi var. Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bəyənilir. Azərbaycanda hökm sürən sabitliyin əsas amili də bundan ibarətdir.
Mənbə:http://azertag.az/xeber/Prezident_Sabitlik_emin_amanliq_Azerbaycani_turistler_uchun_chox_celbedici_olkeye_chevirir
Oxşar postlar:
- Prezident İlham Əliyev: "Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələndi"
- L.Slutski: “Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan güclü dövlətə çevrilib”
- 27 sentyabr Ümumdünya Turizm Günüdür
- Yalama Aqroparkı ölkəmizdə ən böyük heyvandarlıq-bitkiçilik komplekslərindən biri olacaq
- Oxunub: 1 985
- Şərhlər: 0
- Bölmə: Sosial / Turizm
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
Qadındır müqəddəs,qadındır yüksək...
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Əhməd bəy Ağaoğludan çox canıyanan bir dəyərləndirmə
Görmək istəyib-istəməməyimizdən asılı olmayaraq, Polis 24 saat bizi qoruyur
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı
Sayın Ərdoğana TƏBRİK
Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - I yazı
Yazarlar