» » Prezident: "Sabitlik, əmin-amanlıq Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir"

Prezident: "Sabitlik, əmin-amanlıq Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir"



Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində Azərbaycanda turizmin inkişafından da danışıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı keçən il turistlərin sayının 11 faiz, bu ilin 3 ayında isə 25 faiz artdığını bildirib. "Bunu indi gözlə görmək olar”, - deyən dövlətimizin başçısı qeyd edib ki, həm Bakıda, həm müxtəlif bölgələrdə turistlərin sayı kəskin artır. Bunun əlbəttə ki, səbəbləri var. Bu, elə öz-özünə yaranan məsələ deyil. Son illər ərzində görülmüş işlər bu vəziyyətə gətirib çıxarıb. İlk növbədə, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş əlbəttə ki, Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir. Xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində gərginlik var, təhlükələr, qarşıdurmalar, sosial narazılıq artır, kütləvi etirazlar geniş vüsət alıb. Bunların heç biri Azərbaycanda yoxdur. Azərbaycanda xalq-iqtidar birliyi var. Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bəyənilir. Azərbaycanda hökm sürən sabitliyin əsas amili də bundan ibarətdir.

Prezident: "Sabitlik, əmin-amanlıq Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir"

Mənbə:http://azertag.az/xeber/Prezident_Sabitlik_emin_amanliq_Azerbaycani_turistler_uchun_chox_celbedici_olkeye_chevirir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz