» » Naxçıvan: ötən ilin quruculuq ərməğanları

Naxçıvan: ötən ilin quruculuq ərməğanları

Naxçıvan: ötən ilin quruculuq ərməğanları

Azərbaycanın bu gününü yaşadan, gələcəyi üçün güclü zəmin hazırlayan, respublikamızın milli intibahını təmin edən Heydər Əliyev yolu bu gün uğurla davam etdirilir. Dünyada baş verən aramsız geosiyasi gərginliklərin və qlobal risk amillərinin şaxələnməsi, maliyyə böhranının yeni məcrada inkişafı fonunda ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf tendensiyasının qorunub saxlanılmasının, yeni-yeni nailiyyətlərin əldə edilməsinin əsas səbəbi də budur.
Yüksək iqtisadi potensiala malik olan Naxçıvan Muxtar Respublikasında 2016-cı ildə də ulu öndər Heydər Əliyevin təməlini qoyduğu elmi əsaslara söykənən inkişaf strategiyası uğurla davam etdirilib. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində muxtar respublikada infrastrukturun gücləndirilməsi istiqamətində aparılan geniş tikinti-quruculuq, abadlıq işləri paytaxt Naxçıvan şəhəri və şəhərin ətraf qəsəbə, kəndləri ilə yanaşı, muxtar respublikanın rayon mərkəzlərini, hətta ən ucqar dağ kəndlərini də əhatə edib, yol-nəqliyyat kompleksi beynəlxalq standartlar səviyyəsində qurulub, Azərbaycanın milli sərvəti olan tarix və mədəniyyət abidələrimiz ən yüksək səviyyədə bərpa olunub.
Naxçıvan Muxtar Respublikasında çox əhəmiyyətli bir təcrübə də kənd mərkəzləri layihəsi ilə bağlıdır. Muxtar respublikamızda müasir kənd modelinin əsas səciyyəvi xüsusiyyətlərindən biri olan kənd mərkəzləri layihəsinin 2016-cı ildə uğurla həyata keçirilməsi nəticəsində tikinti-quruculuq işləri aparılan yaşayış məntəqələrində də vahid idarəetmə sistemi yaradılıb.
Muxtar respublika iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramlarının ötən il də uğurlu icrası, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması, müasir suvarma şəbəkələrinin qurulması hesabına torpaq sahələrinin dayanıqlı su təminatının yaradılması qədim diyarımızda əkinçiliyə, həmçinin kənd təsərrüfatının digər sahələrinə marağın artmasına səbəb olub.
Ötən il muxtar respublikada dinamik iqtisadi inkişafa nail olunub, infrastruktur yenilənib, enerji və ərzaq təhlükəsizliyi təmin edilib, etibarlı müdafiə sistemi yaradılıb. Böyük quruculuq proseslərinin əsas hərəkətverici qüvvəsi olan insan amilinin, mənəviyyat faktorunun, məsuliyyət duyğusunun, dövlətə, dövlətçiliyə sarsılmaz sədaqətin əsas prinsiplər səviyyəsində formalaşması bu gün inkişafa dərin ictimai məzmun gətirib. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin işıqlı yoluna sədaqətin nəticəsində mümkün olub. Dövlət başçımızın blokada vəziyyətində yaşayan qədim diyara göstərdiyi böyük diqqət və qayğı 2016-cı ildə də sosial-iqtisadi inkişafın davamlı xarakter almasına rəvac verib, muxtar respublikada görülən işlər qədim diyarın gündən-günə gözəlləşməsinə, regional cazibə mərkəzinə çevrilməsinə səbəb olub. Təsadüfi deyil ki, Naxçıvanın qədim tarixi, füsunkar təbiəti, buradakı güclü nizam-intizam, müasir tələblərə cavab verən möhkəm infrastrukturu muxtar respublikaya gələn hər bir qonaqda zəngin təəssürat yaradır.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu
 

Naxçıvan: ötən ilin quruculuq ərməğanları

 

Naxçıvan: ötən ilin quruculuq ərməğanları

 

Naxçıvan: ötən ilin quruculuq ərməğanları

 

Naxçıvan: ötən ilin quruculuq ərməğanları

 

Naxçıvan: ötən ilin quruculuq ərməğanları

 

Naxçıvan: ötən ilin quruculuq ərməğanları

 

Naxçıvan: ötən ilin quruculuq ərməğanları

 

Naxçıvan: ötən ilin quruculuq ərməğanları

 

Naxçıvan: ötən ilin quruculuq ərməğanları

 

Naxçıvan: ötən ilin quruculuq ərməğanları

 

Mənbə: http://azertag.az/xeber/Naxchivan_oten_ilin_quruculuq_ermeganlari__FOTOREPORTAJ-1026659

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz